Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə85/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   81   82   83   84   85   86   87   88   ...   105

budağının  başına  taxtadan  düzəldilmiş  şanapipik,  ya da sərçə 
fiquru asır, qapı-qapı gəzir, mahnı oxuyub pay alırlar. Paydan 
xoşlanan  uşaqlar  iplə  quşun  başını  hərəkətə  gətirərək  razı,  ya 
narazı olduqlarını bildirirlər [100].  
Bol bayram süfr
əsi, fala baxmalar, qapı pusmalar, güləş, 
at  yarışı,  dəstə-dəstə  məhəllə-məhəllə  gəzib  mahnı  oxumaq, 
əvəzində  Novruz hədiyyəsi,  payı  almaq,  şamanın,  ya  el 
ağsaqqalının  alqışları,  ağartı,  hədiyyə,  barış,  bərabərlik, 
əkinçiliklə  məşğul  olan  türklərdə  səməni,  heyvandarlıqla 
m
əşğul  olanlarda  evdə  suya  qoyulmuş  meyvə  ağacı  budağı, 
quzuların, çəpişlərin bağlandığı  “xöne”lər,  “çele”lər, od, ocaq 
bu bayramın ayrılmaz hissələridir. Kazan, eləcə  də Ufa (Öfö) 
tatarları bu bayrama daha bir anlam verərək həmin gün qızlar 
arasında  yaxşı  xalq  mahnısı  oxuyanı,  rəqs edəni,  hazırcavab 
olanı, bir sözlə əsl tatar qızını Novruzbikə, yəni Novruz gözəli 
adına layiq görürlər. 
Sovet dövründ
ə, xüsusilə  də, XX əsrin 30-cu illərində 
Bahar  bayramını  xalq  arasında  təbliğ  edən  ziyalılar  təqiblərə 
m
əruz  qalırdılar.  Məsələn,  Qazaxıstanda  öz  çıxışlarında, 
m
əqalələrində  bu  bayramın  keçirilməsinin  lazımlığını  qeyd 
etdikl
ərinə  görə,  Şaken  Sayfulin,  Sultanbek  Kojonov  kimilər 
c
əzalandırılmışdılar. Sovetlər Birliyi dağıldıqdan sonra xalqlar 
kökl
ərinə  dönməyə  başladılar.  Yuxarıda  bəhs etdiyimiz kimi, 
əski Sovetlər Birliyindən Türkiyəyə  gedənlərin sayəsində 
burada da Novruz bayra
mı dirçəldilməyə başlandı… 
Haqqında  danışdığımız  türklər müxtəlif dinlərə  (İslam, 
xristianlıq,  lamaizm,  şamanizm…)  xidmət etdiklərinə  görə, 
sonradan q
əbul edilmiş, ya da etdirilmiş dinlər də bu bayrama 
öz t
əsirlərini göstərmiş,  onu  özününküləşdirməyə  çalışmışlar. 
296 
 


Lakin bütün bunlara baxmayaraq
Novruz  yaz  bayramı  milli 
bayram kimi h
ər il daha böyük ruh yüksəkliyi ilə keçirilir. 
Qeyd  etdik  ki,  yaz  bayramı  təkcə  Azərbaycan, Türkiyə, 
Orta  Asiya,  Kırım,  Balkan,  Kıbrıs  kimi  bölgələrdə  yaşayan 
müs
əlman türklər arasında  deyil,  başqa  dinlərə  qulluq edən 
türkl
ər  arasında  da  çeşidli  adlar  altında  qeyd  olunur.  Bu 
baxımdan,  Azərbaycanın  da  mövsüm  mərasimləri  sırasında 
özün
ə  dərin kök salan, məlum dinlərdən qat-qat  əvvəl 
yarandığı  heç  kimdə  şübhə  doğurmayan  İl  başı  bayramının 
qeyri-müs
əlman türklərin yaz, yeni il bayramları ilə müqayisəli 
öyr
ənilməsi məsələyə daha da aydınlıq gətirə bilər. 
 H
ər yerdə iqlim şəraiti, təbiətin canlanmasının müşahidə 
olunduğu  vaxt  eyni  olmasa  da,  əksər  xalqlarda  bu  bayramın 
keçirilm
əsinin fevral-mart  aylarına  düşdüyünü  qeyd  etmişdik. 
Bel
ə ki, yeni il moldavlar arasında martın 1-də (“Mertsişor”), 
tıvalarda  fevralın  sonu  -  martın  əvvəllərində  (“Şaqaa”), 
monqollarda  yanvarın  ortası,  martın  əvvəllərində  (“Tsaqan 
sar”) qeyd olunur. Sibir türkl
ərinin  yeni  il  bayramları  öz 
r
əngarəngliyi ilə maraq doğurur.  
Əvvəllər on iki heyvan təqvimindən istifadə  edən Sibir 
tatarları (sibirtarlar) XIV əsrdən hicri təqvimi ilə tanış olsalar 
da, bu t
əqvim  sürüşkənliyi ilə  təsərrüfatlarının  bağlı  olduğu 
t
əbiətdəki dəyişiklikləri özündə əks etdirmədiyindən xalq daha 
çox Gün
əş təqvimindən istifadə edirdi. Lakin bununla belə dini 
bayramlar olan Qurban bayramını da, Ramazan bayramını da, 
Mövludu da, zamanı gələndə, keçirirlər. 
Bilirik ki, “h
əməl”  ərəbcə  “quzu”  deməkdir, eyni 
zamanda  mart  ayına  da  bu  ad  verilir.  Gecə  ilə  gündüzün 
b
ərabərləşdiyi  yaz  bayramını  qeyd  edən  tar  tatarları  Həməl 
297 
 


dey
əndə,  mart  ayını  deyil,  məhz  Novruz  bayramını  nəzərdə 
tuturlar. 
T
ək  Sibir  tatarlarında  yox,  bütün  Rusiya  içərisində, öz 
tar
ixi  torpaqlarında  yaşayan  türk  boylarında  rusların  təsirinə 
çox erk
ən məruz  qaldıqları  üçün  bir  sıra  əski adət-ənənə 
sıradan  çıxmışdır.  Lakin  əgər günümüzdə  Sibir  tatarları  yaz 
bayramını  Həmə1  adı  ilə  də  olsa, hələ  də  xatırlayırlarsa,  bu, 
şamanizmi  İslam  pərdəsi  altında  da  olsa,  yaşadan  tatarların 
say
əsində  baş  tutmuşdur.  Rusiya  xristianlığı  yaydığı  hər bir 
yerd
ə  şamanizmlə,  İslamla  mübarizə  aparırdı.  Bəzi yerlərdə 
qalib g
əlsə  də, digər yerlərdə  İslamın  daha  da  güclənməsinə 
s
əbəb olurdu. Məsələn, dinləri dəyişdirilən, bu gün kerəşennər
y
əni  vatiz  olunmuş  tatarlar  dediyimiz  türk  boyu  Narduqan 
(Gündoğan)  bayramını  hələ  də  yaşadır.  Müsəlman tatarlar isə 
dinl
ərinə daha çox sarılaraq bəzi milli dəyərlərdən, o cümlədən 
d
ə  Narduqan  bayramından  uzaq  düşdülər. Bu gün  tatarların 
böyük qisminin Novruzu qeyd etm
əməsi o demək deyil ki
onlarda  bu  bayram  heç  vaxt  olmamışdır.  “Nəürüz  əytü”  – 
“novruz dem
ək”, çağırmaq, oxumaq ifadəsi bu gün də onların 
arasında yaşayırsa, özündə Novruzun izlərini də yaşadır.        
Altay türkl
ərinin bir-birindən  maraqlı  bayramları 
sırasında Çılqayak (Çıl Bazı (İl Başı)) bayramının özəl yeri var. 
Bu bayram on iki heyvan sikli t
əqviminə  görə,  Tuulan Ay 
adlandırılan mart  ayının 18-25-i arası, Ay hilal  şəklini alanda 
keçirilir. Əgər həmin vaxt Ay hilal şəklini almırdısa, bu yaxşı 
əlamət  sayılmır,  yaman  ruhların  Ayı  tutduğu  düşünülürdü. 
Xa
lq arasında Çılqayak bayramına “Çalkandu Boyu” bayramı 
da deyirl
ər.  Baharın  gəlişi,  təbiətin  canlanması,  yeni  bir  ilə 
q
ədəm  qoyma  bayramı  sayılan  Çılqayakda  müxtəlif oyunlar 
298 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə