Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə84/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   80   81   82   83   84   85   86   87   ...   105

Maraqlıdır  ki,  Y.V.Çəmənzəminli  “Novruz”  adətinə 
“Avesta”da rast g
əlinmədiyini etiraf edir [49, s.84]. Təəssüf ki
sovet  dövrü  folklorşünas  alimlərimizin bəziləri də  məsələnin 
mahiyy
ətini  araşdırmaq  yerinə, öncədən  yazılmışlarla  kortəbii 
razılaşmışlar. Məsələn, görkəmli alim V.Vəliyev öz mövqeyilə 
Ç
əmənzəminlidən heç də  seçilməyən Bayrambəyovun 
m
əqaləsindən sitat verir: “…Bahar bayramı olan Novruz qədim 
at
əşpərəstliyin banisi, məşhur  Zərdüştün  adı  ilə  bağlıdır”  [36, 
s.92]. Lakin V.V
əliyev  onu  da  vurğulayır  ki,  “ərəblər  “od və 
su”  il
ə  qədim azərbaycanlıların  bütün  mədəniyyətini məhv 
etdikl
əri halda, Novruza təsir göstərə  bilməmişlər. Çünki bu 
bayram  xalqın  mənəvi aləminə,  qanına  və  iliyinə  daxil 
olmuşdur.  Ona  görə  də  ərəb  istilaçıları  özləri bu bayrama 
qoşulmuş,  ona  islam  paltarı  geyindirməyə  çalışmışlar”  [36, 
s.92]. 
“Novruz”  fars sözü olsa da, “bayram”  sözünün türkl
ərə 
aid olduğunu Mahmud Kaşqari də təsdiqləyir. Fars dilində isə 
bayrama “eyt” deyirl
ər. O da məlumdur ki, əvvəllər çox yerdə 

Bayram  yaxınlaşır”,  “Bayram gəlir”  deyəndə,  ilin,  ayın  son 
gec
əsinin, il başının,  yaz bayramının gəlişi nəzərdə tutulurdu. 
Əslində, Novruz kəlməsinin formal ad olduğunu aşağıda daha 
aydın görmək imkanımız var.   
Müs
əlman, qeyri-müsəlman türklər  arasında  geniş 
yayılan,  təbiətin, həyatın  canlanması,  yeni  ilin  başlanğıcı, 
heyvandarlıqla, əkinçiliklə sıx bağlı olan bahar bayramı həmin 
xalqların həyatında başqa-başqa adlar altında qeyd olunmaqla 
b
ərabər, həm də müxtəlif vaxtlara təsadüf edir. Bunun da əsas 
s
əbəbi odur ki, hər yerdə  iqlim  şəraiti  eyni  olmadığı  kimi, 
t
əbiətin canlanmasının müşahidə olunduğu vaxt da eyni deyil. 
M
əsələn,  qışın  uzun  keçdiyi,  qarın,  buzun  gec  əridiyi bölgə-
293 
 


l
ərdə  yaşayan  saxalar  (yakutlar)  (“Isıax”), xakaslar (“Tun 
Payram”
) iyun ayının 21-22-də Günəşin “dirilməsi”ni, təbiətin 
oyanmasını  bayram  edir,  “Günəşə  tayığ”  (qurban) kəsirlər. 
T
əqvimin bu günü də  təsadüfən seçilməmişdir.  Məhz həmin 
gün yay gündönümü baş verir. Lakin əksər xalqlarda İl başının 
qeyd  olunması  fevral-mart  aylarına  düşür.  Əgər qəməri 
t
əqvimlə  xalqlarımız  bu  bayramı  martın  9-da keçirirdilərsə, 
Gün
əş təqviminə görə aradakı 13 gün fərq üzündən martın 21-
d
ə keçirməyə başladılar. Bununla belə bu gün də türk dillərində 
martın  9-u ilə  bağlı  bir  sıra  deyimlər var (“Baba  hesabından 
martın  doqquzu”),  Kıbrıs  türkləri  bayramı  “Mart dokuzu”  adı 
il
ə  tanıyırlar…  İl  başı  bayramı  Yerin  Günəş  ətrafındakı 
h
ərəkətilə  bağlıdır.  Məlumdur ki, 21 marta, yəni Günəş  Qoç 
bürcün
ə girənə qədər ekvatordan cənubu, yəni cənub qütbünü 
işıqlandırırdısa, bayram günü onun şüaları şaquli istiqamət alır, 
gec
ə  ilə  gündüz bərabərləşir,  artıq  22  martda  Günəş  şimal 
yarımkürəsini nisbətən  daha  çox  işıqlandırmağa  başlayır.  On 
iki heyvanlıq türk təqvimində də İl başı martın 21-nə düşür.  
Novruz  bayramının  başqa  adlar  altında  yaşamasını 
qaraçay-malkar
lılar  arasında  daha  aydın  görürük.  Bayramı 
qışla baharı bir-birindən ayıran 21-25 martda keçirən qaraçay-
malkarlılar  bu aya “Totur  ayı”  (müqəddəs  Fyodorun  adının 
t
əhrif  olunmuş  şəklidir: Todur, Totur –  G.Y.), bahar 
bayramının özünə isə “Qollu”, “Qutan”,  “Saban Toy”, “Teqri 
Toy”, “Hardar”, “Erireq” deyirl
ər [84, s.189]. 
H.Malkonduyevin  yazdığı  kimi,  qaraçay-malkar türkləri 
İslam dinini XVIII əsrdə qəbul etdiklərinə görə, əski şamanist 
dünyagörüşləri və  təbiət kultu ilə  bağlı  ayin  və  mərasimləri 
olduğu  kimi  günümüzdə  də  yaşayır.  Davle və  Qollu  adlı 
yiy
ələrlə  bağlı  mərasim nəğmələri  xalq  arasında  geniş 
294 
 


yayılmışdır.  Çeqem,  Holam-Bızınqı  kəndlərində  baharın 
başlanğıcında  “Hardar”  deyilən bayram təşkil  olunur,  tarla 
işləri  üçün  baxıma  çəkilir.  Onların  böyüməsi ilə  ayın  necə 
olacağını  müəyyənləşdirən bilici babalar bir öküz kəsdikdən 
sonra tarlaları şumlayır və taxılın yiyəsi Altın Hardarın şərəfinə 
n
əğmələr oxuyub rəqs edirlər [25, s.189-191]. Qaraçay-malkar 
türkl
ərinin “Ruzlama” və  ya  “Navruz”  adı  verdikləri xalq 
t
əqvim sistemi 21 martdan başlayır  [65, s.194].   
Novruz  bayramı  Bosniya  türkləri (“Sultan-i Navruz”), 
Kıbrıs  (Kipr)  türkləri (“Mart dokuzu”),  Rumıniyanın  tatar 
topluluğu (“Navrez”), Batı Trakya türkləri (“Mevris”), qaqauz 
türkl
əri (“Martacık”, ya da “İlk  Yaz  Yortusu”),  Qazaxıstan 
türkl
əri (“Nevruz  –  Ulus”,  “Ulıstın  ulı  küni”)…  arasında  da 
böyük  coşqu  ilə  keçirilir. Altay türkləri  martın  18-25-i  arası 

Çılqayak”, “Çalkandu Boyu”, “Çıl Bazı” (“İl başı”) bayramı, 
tıva türkləri fevralın sonu – martın əvvəlində “Şaqaa” bayramı, 
Çind
əki uyğurlar “Kış zimistanni koğlaş”, yəni qışın şaxtasının 
qovulması  adlandırılan  Bahar  bayramı  keçirirlər.  Əsasən, 
sibirtarlar  adı  ilə  tanınan  Omsk,  Tümən,  Novosibirsk  tatarları 
bu bayrama daha çox H
əməl  bayramı  deyirlər. Bu da onun 
h
əməl (mart) ayında keçirilməsindən irəli gəlir. Bir-birinə rast 
g
ələrkən  “Qaza Navruz qünü mubarak bolsun!”  deyən 
qumuğlar qışın girdiyi 22 dekabrdan yanvarın 31-ə qədər olan 
vaxta  “
toğlu doymaz doqquz gün”, yanvarın 1-dən 15-ə qədər 
olan vaxta is
ə “qarsız qış, qara soyuq” deyirlər. Yanvarın 16-
dan fevralın 25-ə qarlı-boranlı 40 günü “Ulu çille”, fevralın 26-
dan  martın  21-ə  isə  25 günlük “Qiççi çille”  adlandırırlar. 
Yazbaşı,  yaşıllıq  bayramı  kimi  qəbul olunan bu günlərdə 
şatman çiçək açdığından bəzən bu bayrama Şatman bayramı da 
deyirl
ər [97]. Uşaqlar Navruz-bayrak adlandırdıqları qollu ağac 
295 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə