Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə86/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   82   83   84   85   86   87   88   89   ...   105

oynanılır,  yarışlar keçirilir, mahnılar oxunur, çeşidli  yeməklər 
bişirilir.    
Saxa türkl
ərinin yeni il bayramı Isıax adlanır. Bu bayram 
qışın  uzun  keçdiyi  digər türk bölgələrində  olduğu  kimi,  iyun 
ayının  21-22-də  keçirilir. Bu gün ilin ən uzun günüdür.  Isıax 
bayramının  keçirildiyi  günlər qar-buz  əriyir,  yayın,  daha 
doğrusu  isti  ayların  gəlişi  hiss  olunur.  Böyük  şadyanalıqla 
keçiril
ən  bayrama  ağ  şamanın  alqışlarla  törənin keçiriləcəyi 
meydana,  qalanmış  tonqala  içki  səpməsi,  meydanı  paklaması 
il
ə başlanılır. Ağ şaman ocağın üstündən ayaqyalın keçir, ötən 
ilin pislikl
ərindən  hamını  təmizləyir. Təbii ki, adi insanlar 
şaman kimi ocağın, közün üstündən ayaqyalın keçə bilmirlər. 
Ona gör
ə də, onlar tonqalın üstündən tullanmaqla paklanırlar. 
Hamı  dilək diləyərək xüsusi düzəldilmiş  ağaca  al-əlvan 
parçalardan  cırılmış  iplər  bağlayır.  Ağ  şaman  törəndə  bakirə 
qızların,  oğlanların  müşayiətilə  qadınların  övladları  olmasına 
yön
əldilən ayinlər icra edirlər.  İqlim  şəraitini nəzərə  alan 
saxalar  ili  yay,  qış  olaraq  iki yerə  bölürlər.  Isıax  qışın  bitib 
yayın  başlandığı  bayramdır.  Bayramda  olonxosut  yarışları 
keçirilir, osuoxay r
əqsi  ifa  edilir.  Olonxosut  yarışında  saxa 
igidl
əri  iri  qaya  parçalarını  qaldıraraq  çiyinlərinin üstündən 
arxaya tullayırlar. Güc tələb edən bu yarış Sibirin digər xalqları 
arasında  da  geniş  yayılmışdır.  Osuoxay  rəqsi isə  hamı  yeyib 
içdikd
ən sonra başlanır. Barmaqlarını bir-birinə keçirən saxalar 
çiyin-çiyin
ə tonqalın ətrafında saatlarla halay çəkirlər. 
1991-ci ild
ə  Saxa  Respublikasında  Isıax  bayramı  rəsmi 
bayram kimi q
əbul olunaraq həmin gün tətil elan edildi. 
 
299 
 


 
 
Ağ şaman odun yiyəsini yedirdən zaman (Saxa) 
 
C
ənubi Sibirin qədim sakinlərindən  olan  xakasların 
bahar,  yeni  il  bayramı  olan  Tun  Payram  uzun  zaman  xalqın 
m
əişətindən  çıxarılmışdır.  Buna  da  əsas səbəb  rusların  bu 
bölg
ədə ruslaşdırma, xristianlaşdırma siyasətini daha məharətlə 
h
əyata keçirmələri ilə bağlıdır... 
İstər Çar Rusiyası, istərsə də sovet dönəmində bu yerlərə 
köçüb g
ələn ruslar özlərilə  yabançı  bayramlar  gətirdilər. Rus 
qızları ilə evlənən xakasların dədə-baba bayramları ailədə qeyd 
olunmadı.  Yavaş-yavaş  xalq  öz  bayramını  unutmağa  başladı. 
Lakin son zamanlar kök
ə  qayıdışla  bağlı  xakas  ziyalıları 
arasında  bu  bayramı  dirçəltməyə  meyilli qüvvələr meydana 
çıxdı.  Bunlara  1990-cı  illərin  sonlarında  Xakasiya  Yazıçılar 
Birliyinin s
ədri olan Qalina Kazaçinova, onun müavini, 
Xakasiyadakı dörd kam cəmiyyətindən birinin sədri Valentina 
Tatarova  kimi  ziyalıları  misal  göstərmək  olar.  Onların  səyi, 
300 
 


qayğısı nəticəsində Xakasiyada Tun Payram dirçəldildi. Hər il 
iyun ayında Böyük Məzarlıq çölünün ortasındakı Bazı adlanan 
yerd
ə  ümumxalq  bayramı  olan  Tun  Payrama  minlərlə  adam 
axışır,  at  yarışına,  xüreşə  baxır,  xaycıların  çıxışlarına  qulaq 
asırlar.  Təbii  ki,  rusların  sayı  faizlə  götürəndə, 80%, yerli 
xaka
sların  isə  cəmi  9%  olduğu  Xakasiyada  türk  milli-mənəvi 
d
əyərlərini dirçəldib  yaşatmaq  çox  çətindir. Bəlkə  də  elə  bu 
sonralar V.Tatarovanın ruhi xəstə kimi  müalicə  etdirilməsinə 
g
ətirib  çıxartmışdı.  Xalqı  üçün,  milli  bayramların,  dinin 
dirç
əldilməsi, Arkadi  Qaydarın  Xakasiyada  törətdikləri 
v
əhşiliklər  haqqında  əldə  etdiyi materiallardan, bədii 
əsərlərindən, məqalələrindən sonra onun ruhi xəstə  elan 
olunması heç də təəccüblü deyil. 
 
 
 
Xakaslarda Tun Payram 
 
 
301 
 


Xakaslar,  ad
ətən,  iyun  ayının  21-22-də  Günəşə  tayığ 
(qurban) m
ərasimi keçirirlər.  Böyük  coşqu,  müxtəlif 
əyləncələrlə, ayinlərlə  müşaiyət olunan bu mərasimin də, 
dig
ərlərində  olduğu  kimi,  əsas  iştirakçıları  şamanlardır.  XX 
əsrin  sonlarında  Xakasiyada  bir  neçə  şaman  (kam) cəmiyyəti 
f
əaliyyət göstərirdi.  Bu  da  artıq  xristianlığa  “yox”  deyən 
xakasların əski inanclarına dönmələrinə cəhddir… 
Tıva  türklərinin mövsüm mərasimləri  arasında  yeni  il, 
yaz bayramı olan Şaqaanın ayrıca yeri var. Bayramın adı, yəni 

şaqaa”  sözü sonralar monqollardan götürülərək Tsaqan sar 
bayramının  adının  təhrif  olunmuş  şəkli olsa da, mahiyyət 
etibaril
ə  Novruz  bayramının  eyni  olan  bu  mərasimin kökləri 
daha q
ədimlərə  gedib  çıxır.  Əvvəllər zərdüştlüyün  geniş 
yayıldığı ərazilərdə,  İslamın hakim mövqe tutduğu bölgələrdə 
olduğu kimi, burada da din öz təsirini göstərərək Şaqaaya bir 
sıra dini, yəni lamaizm ünsürləri qoşmuşdur. 
Tıva  ərazisində  lamaizm XIII əsrdə,  əsasən, hakim 
dair
ələrdə yayılmağa başlasa da, XVII əsrdə rəsmi olaraq qəbul 
edildi.  Bununla bel
ə, lamaizm tıvaların həyatından şamanizmi 
tam  sıxışdırıb  çıxara  bilmədi.  Şamanlar  (xamlar)  xalqın 
h
əyatının  bütün  sahələrində  olduğu  kimi,  Şaqaa  yaz 
bayramında da lamalarla yanaşı iştirak edirlər. 
Tıva  alimi  M.Monquşun  yazdığına  görə,  İl  Başının 
başlanğıcı  müxtəlif vaxtlara təsadüf edə  bilər. Məsələn, 
yanvarın sonuna, fevralın sonuna. Xalq yaradıcılığının əvəzsiz 
bilicisi, tıva xalq yazıçısı S.Sarıq-ool (1908-1983) isə Şaqaanın 
martın 1-də keçirildiyini göstərir. Şaqaanın qeyd olunduğu vaxt 
sakral vaxt kimi q
əbul  olunaraq  keçmişlə  gələcəyi həm 
birl
əşdirən, həm də  ayıran,  təsərrüfat  işlərinin  başlandığı  bir 
dövr
ə  düşür.  Bayrama  hazırlıq  hələ  qışın  əvvəllərindən 
302 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə