Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə89/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   85   86   87   88   89   90   91   92   ...   105

q
ədim ümumtürk kökləri,  əlamətləri,  Novruz  bayramı  ilə 
birbaşa  əlaqəsi  danılmazdır.  Bu  da  yeni  il  bayramımızın 
yaranışca tarixin qatı açılmamış səhifələrilə bağlılığına bir daha 
sübutdur. 
Şaqaa  bayramının  misalında  qeyd  etdik  ki,  türklər 
müxt
əlif dinlərə  qulluq  etmiş,  öz  mədəniyyətlərində  həmin 
dinl
ərin izlərini bu günümüzə  qədər gətirmiş,  əski ayinləri, 
m
ərasimləri 
yaşatmaq 
məqsədilə 
sonrakı 
dinlərə 
uyğunlaşdırmışlar.          
Batı  Trakya  türkləri  arasında  geniş  yayılan,  yeni  il 
bayramı  sayılan  Mevris  sevilən  bayramlardandır.  Bənövşənin 
açması,  qaranquşların  gəlməsi ilə  başlanan  Mevris  bayramı 
çeşidli  mərasimlərlə  may  ayının  sonuna  qədər davam edir. 
Əsas  Mevris  günü  hamı  ağaclı,  suya  yaxın  bir  çəmənliyə 
yığışır,  soğanlı  karmaca,  döndürmə  kimi yeməklər  bişirir
soğan  qabığı  ilə  yumurta  boyayır,  yumurta  qabığında  su  içir. 
Abdulhaluk M.Çaya gör
ə,  yumurta  qabığı  ilə  bulaqdan su 

ənlər  bununla  boğazlarında  ağrı  olmayacağına  inanırlar. 
Bayramda h
ər kəs bir-birini isladır. Su ilə islatma yağışın bol 
olmasına  yönəlik istəkdir. Evə  dönərkən hər kəs  yığdığı 
b
ənövşəni xəstəliyi,  qocalığı,  ya  başqa  səbəblər üzündən 
ç
əmənliyə  gələ  bilməyən, evdə  qalmağa  məcbur olan 
yaxınlarına verir. Onlar da bənövşə qomunu üç dəfə qoxlayıb 
üzl
ərinə sürtürlər [60, s.112-113].  
Balkan türkl
əri arasında da geniş yayılan Bahar bayramı 
əski Yuqoslaviya türkləri tərəfindən Sultan-i  Navruz  adı  ilə 
qeyd olunur. Dig
ər yerlərdə  olduğu  kimi,  burada  da  bayram 
müxt
əlif oyunlarla, əyləncələrlə müşayiət olunur. Onlardan ən 
maraqlısı,  gənclərin  daha  çox  xoşuna  gələni martufal 
oyunudur.  Əslində  martufal da, digər falabaxmalar kimi 
311 
 


g
ələcəkdən xəbər  tutma  arzusundan  doğmuşdur.  Martufal 
zamanı  martufal  başı  adlandırılan  bir  nəfər küpün içərisinə 
atılmış üzük, düymə, sırğa  ya da başqa kiçik bəzək əşyalarını 
çeşidli  manilərlə,  bayatılarla  çıxardırlar.  Qaqauzlarda  da  çox 
geniş  yayılmış  bu  falabaxmada  Martufal  başının  öz  manisi 
olur: 
 
Martufal başımısın? 
Cevahir taşımısın? 
Gel bir maani söyleyim 
Cebinde taşırmısın? 
 
Qaqauz  folklorşünasları  Martufal  maanilərini Yaz 
bayramı  adətləri  sırasına  qatmasalar  da,  onun  digər türk 
xalqlarının, özəlliklə də Bosniya türklərinin martufal maaniləri 
il
ə  müqayisəli  araşdırılması  qaqauzların  İlkyaz  yortusu, 
Martacıq  adlandırdıqları  İlkyaz  bayramının  başqa  türklərin 
bayramları ilə sıx bağlılığını göstərir. 
Əslinə  qalsa, özgə  xalqlar  arasında  yaşayan  türklərin 
İlkyaz  bayramını  yaşatmaları  çox  çətin  olmuşdur.  Zaman-
zaman bir çox ad
ətlər, ayinlər  ortadan  qalxmış,  bəziləri yeni 
anlam qazanmışdır. Belə çətin şəraitdə yaz bayramını yaşadan 
türkl
ərdən  biri  Kıbrıs  (Kipr)  türkləridir. 400 ildən bəri onlar 
yunanlarla  bir  adada  yaşasalar  da,  müxtəlif təzyiqlərə, 
t
əhqirlərə  məruz  qalsalar  da,  yeni  il  bayramını  qoruyub 
saxlayaraq günümüz
ə  çatdırmışlar.  “Mart dokuzu”  adı  ilə 
bilin
ən bu bayram günü, Batı Trakya türklərində olduğu kimi, 
Kıbrıs  türkləri də  çöllərə  çıxır,  özlərilə  boyanmış  yumurta, 
yem
ək götürür, yaz çiçəkləri  toplayır,  çeşidli  oyunlarla, 
yarışlarla  əylənirlər. 70-ci illərə  qədər  yunanlarla  qarışıq 
312 
 


yaşayan Kıbrıs türkləri üçün öz adət-ənənələrini yaşatmaq çətin 
olsa 
da,  adanın  türk  əhalisi quzeyə  köçdükdən sonra bu 
ç
ətinliklər aradan qalxmışdır. 
Bayramın istənilən səviyyədə keçirilməsinə hərdən mənfi 
t
əsir göstərən hadisələr də  olur. Belə  hadisələrdən biri də
yuxarıda  haqqında  danışdığımız,  Türkiyədə  Novruz günü 
ter
rorçuların  türkləri qətlə  yetirərək  bayramı  yasa  çevirmələri 
olmuşdur… 
N.
Xruşovun  dövründə  türk  respublikaları  Novruz 
bayramını dövlət adamlarının iştirakı ilə keçirməyə başladılar. 
Lakin 
əsl kökə qayıdış  Sovetlər Birliyi dağıldıqdan sonra baş 
verdi. Bu yo
lda  ilk  addım  əski  bayramların,  o  cümlədən də 
Novruz bahar bayramının dirçəldilməsi oldu. Bu bayram ayrı-
ayrı türk respublikalarında rəsmi tətilli bayram elan olundu. 
Özb
əkistanda Novruzun 2500 il tarixi olduğu söylənilir. 
Əlişir Nəvai (Navoi) “Car divan” əsərində “Novruz adı verilən 
musiqi m
əqamlarından  və  Novruzda  oxunan  şeirlərdən bəhs 
edir:  “Noruz  Hüseyin”,  “Noruz  Küşək”, “Noruz Bosbilla”, 
“Noruz Rast”, “Noruz Sultan””… [91, s.159]. 
 
 
313 
 


 
 
Özb
ək qızlar şənliyə axışırlar 
 
Sovetl
ərin ilk illərində  Novruzun  yaz, kəndli,  əkinçi, 
maldar  bayramı  kimi  keçirilməsinə  müəyyən müddət izin 
verils
ə  də, XX əsrin 20-30-cu illərində  Novruz  bayramının 
yanlış olaraq dini bayram olduğunu önə sürərək ciddi qadağalar 
qoyuldu. Lakin xalq ail
ələrdə  bu  bayramı  keçirirdi.  Xalq 
ədəbiyyatının  gözəl örnəklərində,  Əbu  Reyhan  Biruninin, 
Əlişir  Nəvainin,  Furkatın,  eləcə  də  başqalarının  əsərlərində 
Novruz  yaşayırdı.  Özbəklər  Novruz  bayramına  təbiətin 
köyn
əyini dəyişdiyi,  qış  yuxusundan  oyandığı  gün  kimi 
baxırlar.  Yuxarıda  qeyd  etdiyimiz  kimi, 1961-ci ildə  Ömər 
X
əyyamın  “Novruznamə”sinin  SSRİ-nin  paytaxtı  Moskvada 
çap  olunması  da  xalqlara  müəyyən qədər cəsarət verdi. 
N.
Xruşovun  dövründə  Novruzun keçirilməsinə  ilk dəfə 
Özb
əkistanda icazə verildi. Kommunistlərin rəsmi bayram kimi 
keçirilm
əsinə qadağa qoyduqları bu bayram artıq 1990-cı ildən 
r
əsmi olaraq keçirilir. 1991-ci ildə  isə  prezident  İ.Kərimovun 
314 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə