Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə87/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   83   84   85   86   87   88   89   90   ...   105

başlanır.  Aallar  qışlağa  köçəndə,  ən  yağlı  qoyun,  ya  da  keçi 
k
əsilir,  doğranıb  qarının  içində  qarlı,  buzlu  yerdə  qazılmış 
çalaya  basdırılaraq  dondurulur,  Şaqaa  üçün  saxlanılır.  Buna 

dooramçı”  deyilir.  Əti  ona  görə  qabaqcadan  hazırlayırlar  ki, 
yaza köklüyünü itir
ən  heyvanların  əti  əvvəlki tək ləziz olmur 
[170, s.92]. 
Şaqaaya  bir  neçə  gün qalmış  bütün  aalı,  öqün  (keçə 
alaçıqların.  Müqayisə  et: öq-öy) içini, çölünü toz-torpaqdan 
t
əmizləyir, qab-qacağı, pal-paltarı yuyur, yorğan-döşəyi çırpır, 
bacanın  keçə  örtüyünü  açır,  tüstü  dağılanacan  öqün  havasını 
d
əyişir, yerə salınan keçə döşəməni (şirteki), xalça-palazı, dəri 
xurcunları, ayaqqabıları bayıra çıxarırlar. Gənclər sürüşkənləri 
t
əmizləyir, yellənçəklər düzəldir, aalın arxa tərəfində (bəzən bir 
aalda dörd-
beş öq olurdu) iki hündür qar təpəsi yığır, onun da 
başına  iki  ağac  sancır,  daşlardan  tonqal üçün yer düzəldir, 
köhn
ə əşyalardan, zir-zibildən tonqal qalayırlar. Bu yır-yığışda 
q
ədim inamların izləri görünür. Belə ki, ev, həyət murdar, pis 
şeylərdən azad edilməli, onlar köhnə ildə qalmalıdır. Təzə ildə 
h
ər şey gözəl, təmiz, səliqəli olmalıdır. Lamaist tıvalar üstünə 
burxanlar qoyulmuş balaca masanın (burxan şireezi) üstündəki 
çıraqları  (tunc  camlarda  yağ,  qoyun  yunundan  piltə) 
yandırırlar. Yeni ildə çıraqların yandırılması Asiya xalqlarında 
müxt
əlif məna daşıyır. Bu, burxanlara qurban kimi də, gələcəyi 
bilm
ək üçün fala baxmaq kimi də (alovun gurluğu, gec, ya tez 
sönm
əsi ilin necə olacağından xəbər verir), Günəşə sitayiş, yəni 
qışda  öldüyü  düşünülən Günəşin  dirilməsi  üçün  yandırıldığı 
kimi d
ə  yozulur.  Masanın  üstündə  burxanlara tərəf  dağ 
olunmuş yağ çəkilmiş qara qoç, ya da keçi başı qoyur, onun da 
alnının  ortasına,  yəni  qaşqasına  “kas”  işarəsi çəkirdilər. Bu, 
şüası  ətrafa  yayılan  Günəşin  təsviridir.  Xalqın  təsəvvürünə 
303 
 


gör
ə, bu, qışda şəfəqləri sönükləşən Günəşi diriltməyə xidmət 
edir. 
 
 
 
Tıva türklərinin Şaqaa Bayramı 
 
Yeni il 
ərəfəsində aalın ağsaqqalları arjaan çiləyə-çiləyə, 
ardıc,  kəklikotu tüstülədə-tüstülədə  xoş  sözlər,  alqışlar  deyir, 
ail
ələrə  xeyir-bərəkət,  uzun  ömür,  can  sağlığı  diləyirlər. 
Alqışlar arasında məhsulun bol olmasına, qoyun-quzunun, mal-
qaranın artımına yönələnlər xüsusi yer tutur. 
Axşam müqəddəs oxu (ıdık ok) sadakdan çıxardıb öqün 
ən hörmətli yerinə bərkidir, ona üçyaşlı uşağın saçı bükülmüş 
(tıvalarda  ilk  dəfə  uşağın  başını  üç  yaşında  qırxırlar  –  G.Y.) 
kadak (b
əxşişlik  ipək  şərf), al-əlvan lentlər  bağlayır,  bişmiş 
yağlı qoyun quyruğu tikələri düzürlər [170, s.100]. 
304 
 


Şaqaanın  bərabərlik  bayramı  olduğunu  da  vurğulayırlar. 
Bayram günl
əri  kasıbla  varlı,  böyüklə  kiçik,  qadınla  kişi 
arasındakı  fərq götürülür. Heç kəs bir-birinə  yuxarıdan  aşağı 
baxmır.  Bunun  üçün  də  hamı  bir-birini  “amırlajır”  deyilən 
salamla  salamlayır,  yəni kiçiklər,  kasıblar  ovuclarını  yuxarı 
tutaraq 
əllərini uzadır, böyüklər, zənginlər isə ovuclarını aşağı 
v
əziyyətdə  əyərək  onların  əllərini  tuturlar.  Amırlajır  insanlar 
arasında  yaş  fərqini,  sosial  ayırımı  silir,  hamının  bərabər 
olduğunu göstərir, küsənləri barışdırır. 
 
 
 
Bayramda  hamı  bir-birinə  hədiyyə  verir. Adətən,  ağ 
şeylər bağışlanır – ağ kağız, ağ xəz, ağartı, ağ keçi… Ağ rəngə 
üstünlük verilm
əsi  xoşbəxtliyin,  ağ  günlərin rəmzi kimi 
anlaşılır. Dilimizdə tez-tez işlədilən “ağ günə çıxasan”, “Günün 
ağ  olsun”  kimi  alqışların  da  bu  rəmzi məna ilə,  bayramla  
bağlılığı  aydındır  (bax:  Gündoğan  bayramı  –  G.Y.).  Tıvalar 
uzaq  yola  çıxanın  arxasınca  su  deyil,  süd  atır,  yolunun  ağ 
305 
 


olmasını  arzulayırlar.  Səfərə  çıxanların  arxasınca  qazaxların 
“ak jol!”  dem
ələri gedənə  “yolun  ağ  olsun!”,  “sağ-salamat 
gedib qayıdasan!” alqışı ilə eynidir.  
Novruz bayramında olduğu kimi, Şaqaada da yeməklərə 
xüsusi fikir verilir. Tıvalara görə, yemək nə qədər çox olarsa, 
yeni ild
ə  həmin ailənin süfrəsi  beləcə  bol olar. Masaya 
pörtl
əmə,  ağartı,  şorbalar,  kömbələr,  yağda  qızardılmış 
kür
əciklər (boorzaklar) qoyulur. “Kulak mançı” və  ya “Şaqaa 
mançızı”  deyilən,  ətdən, xəmirdən  hazırlanmış  qulağabənzər 
yem
ək  növü  Şaqaada  daha  çox  sevilir.  Adi  vaxtlarda  az-az 
bişirilən düyü də bayram günləri yeməklərin başı olur. Süfrəyə 
düzül
ən hər bir şey bolluq, bərəkət rəmzi sayılır.  
Südd
ən hazırlanan məmulatlara tıvalar “ağ  yemək” (“ak 
çem”) deyirl
ər. Bizdə  buna  “ağartı”  deyirlər. Südlü çay 
(“süttüq  şay”),  ərinmiş  yaz  (“sarjaq”),  südün  köpüyü 
(“öreme”), qurud (“kurut”) v
ə  digər süd məmulatları  süfrəni 
b
əzəyir. Bayram axşamı oğlanlar bir öqə, qızlar da başqa öqə 
yığışaraq fala baxır, əyləncələr keçirirlər. Yeni ildə fala baxan 
g
əncləri  başlıcası  ailə  məsələləri  maraqlandırırsa,  yaşlıları 
heyvanın, aalın, dölün, uşaqların taleyi daha çox narahat edir. 
Fala baxma iki cür olur: d
ədə-baba üsulla, yəni  sınamalarla 
(q
əlyanın yaxşı çəkilməsi, tonqalın alovunun dillərinin rənginin 
sarı,  yaşıl,  qırmızı,  qara  olması,  şamın  tez,  ya  gec  yanıb 
qurtarması…),  bir  də  ki,  lamaların  astroloji  kitablarla 
baxdıqları  fallar.  Ailədə  yeni  doğulan  uşaq  varsa,  fala  baxan 
zaman ona pis g
ələcək düşürsə, çox vaxt qıza oğlan, oğlana qız 
adları,  yaxud  Baqay-ool  (Pis  oğlan),  Xirliq-ool  (Kirli  oğlan), 
qıza  Xara  xıs  (Qara  qız)…  kimi  adlar  qoyaraq  ölümü,  şər 
qüvv
ələri, yaman ruhları çaşdırmaq istəyirlər. 
306 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə