Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə90/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   86   87   88   89   90   91   92   93   ...   105

çıxardığı  qərarla 21 mart tətil elan olundu, eyni zamanda 
Novruz  Fondu  yaradıldı.  Fond  Novruzu  lazımi  səviyyədə 
keçirm
ək imkanı olmayanlara yardım məqsədilə yaradılmışdır. 
21  martdan  başlayaraq  Özbəkistanın  Əndican,  Fərqanə, 
N
əməngan, Sürxandərya, Daşkənd kimi on bir vilayətində, bir 
muxtar respublikasında (Qarakalpak Muxtar Respublikası) xalq 
bir h
əftə  “sayil”,  “xalq sayili”,  “sayil  əyləncələri”  keçirir. 
Bahar bayramının əsas özəlliyi süfrədə yeməyin bol olmasıdır. 
Özb
ək  qadınları  qız-gəlinlərlə  bərabər səbzəli çuvarə, çelpek, 
çözm
ə, həlim, sırmaynan, meyir, peşmek, samsa kimi yeməklər 
hazırlayırlar. Quş ətindən hazırlanan xörəklərə üstünlük verilir. 
Bu yerd
ə  ümummilli lider Heydər  Əliyevin  bacısı,  mərhum 
Şəfiqə xanım Əliyevanın Axır çərşənbə ilə bağlı xatirələrində 
imkanı olub-olmamasından asılı olmayaraq bütün evlərdə quş 
ətindən “uçar” adlı aş bişirilməsini, bu səbəbdən də “ilin axır 
ç
ərşənbəsini bəzi  Naxçıvan  əhlinin  “uçar””  adlandırması 
bar
ədə məlumatı yada düşür, maraq doğurur. Ş.Əliyevaya görə, 

ən imkansız adam belə həyətində olan toyuqlardan birini kəsib 
için
ə  kişmiş,  qaysı,  gavalı  (albuxara)  doldurar,  aş  dəmlərdi”. 

əllif  “uçar”ın  “uçan”, yəni  qanadlı,  quş  mənası  verdiyini 
vurğulayır…  
Özb
əklərin  inamına  görə, həmin gecə  qazanlar dolu 
olmalıdır. “Qazan doldu” adətinə görə, qadınlar “ruzumuz bol 
olsun!”  dey
ərək  qapağı  qazanın  ağzına  qoyurlar.  Süfrəyə  “s” 
h
ərfilə  başlayan  yeddi  yemək düzürlər:  “samsa”,  “sümələk”, 
“s
əbzi”, “sedene”, “seryağ”, “sev”, “süd”. Bundan başqa ortaya 
çoxlu baharat, yer-
yemiş  də  qoyulur: salma, sumax, iydə, 
nabat,  ceviz,  turşəng, paxlava, ketleme… Qarakalpaklar 
özb
əklərdən fərqli olaraq Novruz köje də  bişirirlər. Bayrama 
bir h
əftə  qalmış  qadınlar  buğda  cucərdir, ondan özəl Novruz 
315 
 


yem
əyi olan sümələk hazırlayırlar. Novruz süfrəsi üçün ayrıca 
aşurə  də  hazırlayırlar.  Bu  yemək yeddi nəsnənin  qarışığından 
(yarma buğda, arpa, noxud, qarğıdalı, düyü, maş, lobya) əmələ 
g
əlir. Adətən, süfrənin üstünə  böyük bir çörək,  ətrafına 
boyanmış  yumurtalar, içində  yaşıl  yarpaq  olan  qabda  su  da 
qoyurlar.  Bütün  bunlar  xalqın  qədimdən gələn ayinlərinin 
izl
əridir.  
Novruz günl
ərində meydan tamaşalarına geniş yer verilir. 
K
əndirbazlar,  çalğıçılar,  şairlər öz məharətlərini göstərir, 
cavanlar  at  yarışına  çıxır, güləşir,  bazar  meydanında 
h
əvəskarlar xoruz, qoç döyüşdürür, dehqanlar (əkinçilər) əkin-
biçin söhb
əti  edir,  yaşlıların  məsləhətlərinə  qulaq  asırlar. 
M
ərasimin  əsas  iştirakçısı  isə  Baba  Dehqandır.  Baba  Dehqan 
yaşıl çapan geyir. Ona Baba Novruz, Baba Kəndli də deyirlər. 
Onun n
əvəsi  yaşıllığın, güllərin, çiçəklərin məlikəsi Baharqız, 
Baharaydır. Nooruz isə igid, çalışqan bir gəncdir [103, s.246-
247]. 
Bayram günl
ərində  uzun,  qarlı  qış  vaxtı  baxımsız  qalan 
m
əzarlar ziyarət edilir, təmizlənir, səhmana salınır. Ancaq bunu 
21 mart günü deyil, insanların dövlət idarələrində işlədiklərini 
n
əzərə alaraq belə iməcliklər həftə sonlarına, istirahət günlərinə 
salınır,  imam  dünyadan  köçənlərin ruhuna Quran oxuyur, 
q
əbirlər təmizlənir. Bu günlərdə  özbəklər və  qarakalpaklar 
dünyaya g
ələn  oğlanlara  Novruz,  qızlara  isə  Nevbahar, 
Baharay, Novruzbik
ə,  oğlanlara  isə  Novruz, Novruzbay kimi 
adlar verirl
ər [50, s.242].   
Özb
əklər bayramı rəsmi olaraq Nəvai adına Milli parkda, 
qarakalpaklar is
ə  Nukusdakı  (Nökis)  Müstəqillik  Meydanında 
keçirirl
ər. Bu şənliklərin əsas iştirakçıları, qeyd etdiyimiz kimi,  
müdrik  ağsaqqal  Baba  Dehqan,  dəliqanlı,  igid,  zəhmətkeş, 
316 
 


m
ərd, cəsur gənc oğlan  Novruz,  Dehqan  Babanın  nəvəsi, 
göz
əllik, bakirəlik, bahar rəmzi olan Baharaydır [50].   
Bayram günl
ərində  yaşlı  özbəklər bir-birilərinə  xeyir-
b
ərəkət,  can  sağlığı,  nəvə-nəticə, bol məhsul,  əmin-amanlıq, 
dinclik, g
ənclərə sevgi, toy-düyün, oğul-qız, şəfqət, yetimlərə, 
q
əriblərə yaxşı bəxt, xoş gələcək arzulayırlar. 
Qazaxıstanda köçün başlanğıcı, aulların növbəti ilə qədər 
yeni, daha m
əhsuldar  otlaqları  olan  yerə  köçməsi ilə  bağlı 
Novruza Naurız, Ulıstın Ulı Küni, yəni Ulusun ulu günü, il başı 
sayılan, gecə ilə gündüzün bərabərləşdiyi 21-22 marta Navruz-
Ulus da deyirl
ər. 1917-ci il bolşevik inqilabından sonra on - on 
beş  il  Novruz  bayramının  keçirilməsinə  qadağa  qoyulmadı. 
Bunun da 
əsas səbəbi  bu  bayramın  “bahar, kəndli  bayramı” 
olması  idi.  Ulusun  ulu  gününün  müəyyən müddət ayaqda 
qalmasında  qazax  ziyalılarının  yazılarının,  çıxışlarının  rolu 
böyük  olmuşdu.  Lakin 1926-cı  ildən sonra represiyalara tək 
ziyalılar  deyil,  onların  müdafiə  edərək  qorumağa  çalışdıqları 
bahar bayramı da “köhnəliyin qalığı” kimi məruz qaldı. 1960-
cı  illərdə  müəyyən qədər  bu  qadağalarda  zəifləmələr hiss 
olundu. Bayram “Yaz”,  “
Əmək”  bayramı  adı  ilə  keçirilirdi. 
Artıq  bir  sıra  dövlət rəhbərləri də  bayramı  keçirən  xalqın 
arasında  olmaqdan  çəkinmirdilər. 1980-ci illərdən  bayram  
“Kün Meyram”, “
Xalk Meyramı”, “İl başı” adı ilə daha böyük 
coşqu  ilə  keçirilməyə  başladı.  Buna  Qazaxıstanın  dövlət 
başçısının  imzaladığı  fərmanla tətilin  elan  olunması  da  təkan 
verdi.  
Qazaxlar  bu  bayramı  elliklə  keçirirlər. Evlər təmizlənir, 
ən gözəl  paltarlar  geyinilir,  alqışlar  söylənilir:  “Hara 
gedirs
ənsə, yolun açıq olsuq!”, “Ulus bərəkət versin, bəla yox 
olsun!”,  “
Yaşın  mübarək olsun!”... Qədimdə,  Tıva  türkləri 
317 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə