Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə92/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   88   89   90   91   92   93   94   95   ...   105

Türkm
ən qızlarının səməniləri 
 
Türkm
ən tayfaları İslam dininin qəbulu ilə ərəblərin Ay 
t
əqvimini də qəbul etdilər. Bu təqvim sabit olmadığı üçün Axır 
ç
ərşənbə  yerini dəyişməyə, beləliklə  də,  yavaş-yavaş  Novruz 
bayramı öz əvvəlki anlamını itirməyə başladı. Bu səbəbdən də 
Novruz bayramı türkmənlər arasında bir qədər zəif keçirilirdi. 
Bununla bel
ə, bu gün də  Axır  çərşənbə, Qara çərşənbə  kimi 
ç
ərşənbə adları türkmənlərdə qalır. İnama görə, Axır çərşənbə 
yeni  il  qabağı  şər qüvvələrdən  arınmaq  məqsədi  daşıdığından 
xalq  arasında  daha  böyük  əhəmiyyətə  malikdir. Bu məqsədlə 
türkm
ənlər tonqal qalayaraq üzərindən tullanır, oda sınıq qab-
qacaq,  cırıq  pal-paltar, köhnə  əşyalar  atırlar  [140, s.5]. 
Türkm
ənlərin bəzi  qrupları  (təkəlilər, nohurlular…) səməni 
hazırlayırlar.  Buna  “səməni  aşı”,  “Bibi  Patmanın  aşı”  da 
deyirl
ər [140, s.40]. Hər adam səməni  bişirə  bilmir. Bunun 
üçün xüsusi “s
əməni düyşən adamlar” var. Onu da qeyd edək 
ki, s
əməni halvasının bişirilmə qaydası eynilə Azərbaycandakı 
kimidir. Türkm
ənlər də  Novruzda “novruz köje” deyilən ayin 
yem
əyi  bişirirlər. Novruz tonqalını  təkələr, çovdurlar, atalar 

şaman odı”, göklənlər, əmrəlilər “şamar ot”, sarıklar, salırlar, 
qaradaşlılar,  taxta  yomutlar  “şam  ot”, burkazlar “şabaş  ot” 
adlandırırlar [140, s.7].  
Göründüyü kimi, burada od heç d
ə  zərdüştiliklə 
bağlanılmır, adına da əsasən “şaman odu” deyilir… Bu da bir 
daha “
şaman” sözünün türk sözü olduğunu sübut edir… 
XVIII-XIX 
əsrin  tanınmış  türkmən  şairi  Mahtumqulu 
“Novruzdan s
əni” şeirində yazırdı: 
 
Olmadı bende nasibin istedim güzden seni 
322 
 


Dedin: “geçsin kış bulurum ben taze Nevruz`dan seni” 
[93, s.214]. 
 
Bolmadı bize nasibin, istedim güzden seni, 
Dedin “
ötsün kış, taparım taze Novruzdan seni”. 
 
Türkm
ənistan  xalqı  əsasən  çöl  şəraitində  yaşadığı  üçün 
yazın  gəlişini o qədər də hiss edə bilmirdi. Günəşin öldürücü 
şüaları  çox  tezliklə  insanları  mal-qaranı,  əkin-biçini su ilə 
t
əmin eləmək  qayğısına  salırdı.  Buradan  da  bir  daha  görürük 
ki,  Gün
əşin  çıxmasına  sevinmək  iqlim  şəraiti, təbiət  şərtlərilə 
sıx  bağlıdır.  Bununla  belə  türkmənlər  arasında  da  səməni 
adlanan  şirniyyatın  bişirilməsi, qonaq getmək,  paylaşmaq, 
bayramlaşmaq,  fal  açmalar  geniş  yayılmışdır.  Adətən,  qızlar, 
g
əlinlər bir yerə  yığışaraq  “Muncuq  atdı”  oynayırlar.  Su  olan 
bir  qabın  içinə  hərə  öz  muncuğunu  salır.  Muncuqlar 
r
əngbərəng olduğundan onların kimə məxsus olduğu yiyələrinə 
aydın idi. Qadınlardan biri üstü örtülü qabdan “muncuq atdı”lar 
oxuyaraq bir muncuq çıxarır: 
 
Aqar çekmen eteyi 
Etey
i quşlar yatağı. 
Şeyle yarı bolanın 
Uçmakdadır otağı. 
 
Qarşımızda dalan bar, 
Dalanda can alan bar. 
Oğrın-doğrın seredip 
Mende gövni qalan bar. 
 
323 
 


Muncuq kimindis
ə, oxunan sözlər də ona aid edilir. 
Az
ərbaycanda bu falabaxmaya dair bir nümunəyə  nəzər 
salaq: 
qızlar  dairəvi oturub söhbətləşə-söhbətləşə,  gülüşə-
gülüşə nəyisə gözləyirlər. Bu vaxt içəriyə əlində bir badya su 
olan  iki  qız    girir.  Oturan  qızlar  onları  sevinclə  qarşılayırlar. 
Aralarından  nisbətən  yaşlı  birisi  qızları  dəstəyə  dəvət edir və 
deyir: 
Ay q
ızlar, tez olun, tez olun, kimin nəyi varsa salın suyun 
için
ə. 
            
Qızlar  üzüklərini çıxardıb qabın içinə salırlar. Sonra da 
qapıya tərəf baxaraq çağırırlar: 
- Novruz, Novruz, g
əl, gəl. Sonra oxuyurlar: 
Novruz g
əlsin, yaz gəlsin, 
H
ər işimiz saz gəlsin. 
Bu vaxt qonşu otaqdan 4-5 yaşında balaca bir oğlan uşağı 

əri daxil olur. Nisbətən  yaşlı  qadın  onu  yanında  oturdur  və 
deyir: 
Ay  qızlar,  indi  mən bir-bir  bayatı  deyəcəm. Novruz da 
h
ər  bayatıdan  sonra  qabın  içindən  bir  üzük  çıxardacaq.  Üzük 
kimindis
ə, o bayatıdakı sözlər də ona aid olacaq. Başladıq: 
 
Əzizim, nar istərəm 
Taled
ən yar istərəm. 
İkimiz bir döşəkdə, 
Döşəyi dar istərəm. 
 
Qızlar  həyəcanla prosesi izləyirlər.  Başçı  qadının 
işarəsilə  Novruz  qabdan  bir  üzük  çıxardır.  Qadın  uşağın 
əlindən üzüyü götürüb yuxarı qaldırır və soruşur: 
Ay qızlar, bu kimindi? 
324 
 


Qızların  içırisindən biri sevincək “mənimdi, mənimdi” 
deyir, tez üzüyünü qapıb razı halda, sevincək öpərək barmağına 
taxır.  
Qadın yenə oxuyur: 
 
Əzizim, saza yanım, 
Etdiyin naza yanım. 
Al m
əni öz qoynuna 
Qış yatım, yaz oyanım. 
 
Başçı qadının işarəsilə Novruz qabdan bir üzük çıxardır. 
Qadın uşağın əlindən üzüyü götürüb yuxarı qaldırır və soruşur: 
Ay qızlar, bu kimindi? 
Qızların  içırisindən biri sevincək “mənimdi, mənimdi” 
dey
ərək sevincək üzüyü götürüb barmağına taxır.  
Qadın yenə oxuyur: 
 
Əzizim, coşdu, neynim? 
Q
əm həddən aşdı, neynim? 
Yen
ə gördüm üzünü, 
Dilim dolaşdı, neynim. 
 
Bel
əcə, üzüklərin hamısı sudan çıxana qədər oyun davam 
edir.  Qadın  da  qəsdən  açıq-saçıq  bayatılar  deyir,  qızları 
utandırır, sevindirir, güldürür.  
 
325 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə