Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə82/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   78   79   80   81   82   83   84   85   ...   105

Cam-i nevruzi içip mestane yüzbin naz ile 
Şah-i suhun salınur boynına sahid-var gül. 
 
(Gül Novruz şərabını içib özündən gedərək, 
Göz
əllər kimi qıvraq budağın boynuna sarılır) 
“Gül” q
əsidəsi [59, s.129]    
 
N
əcati Bəyin mürəbbasından: 
 

Sen şarab iç karşına bülbül ser-ağaz eylesin 
Gah nevruz u hicaz ü gah şehnaz eylesin…” 
                        “
Gel kim açıldı çiçekler…” [59, s.129]   
 
Yen
ə də Nəcati Bəydən: 
 

Ruz nevruz u şebin kadr ola bahtın piruz 
Her muradını müyesser ede Allah sana” [59, s.52]    
 
Dr. Müjgan Cunburun 
yazdığına  görə, 600 illik divan 
şeiri dönəmində Türk cəmiyyət həyatında Novruzun bəlirli bir 
yeri  olmuş,  özəlliklə  də  XVII  əsrdə  çeşidli  nəzm  şəkillərində 
motiv v
ə  mövzu olaraq tez-tez istifadə  olunmuş,  qəzəl və 
q
əsidələr tərzində novruziyyələr yazılmış, bu işdə padşahlardan 
tutmuş, bir sıra dövlət adamları da qələmlərini sınamışlar [59, 
s.37; s.19].  
Əsasən XIV əsrdən  başlayaraq  Şeyxoğlu,  Fateh  dövrü 
v
əzirlərindən  Əhməd  Paşa,  Nəcati bəy,  Baki  Əfəndi,  Şah 
İsmayıl  Xətayi,  Nef`i, Nev`i, Şeyx  Qalib, Şeyxülislam Yəhya 
Əfəndi, Sivas sultanı Kadi Burxanəddin, Nədimi kimi səfəvi və 
osmanlı  şairləri öz əsərlərində  Novruz  mövzusuna  geniş  yer 
285 
 


vermişlər. Bu novruziyyələr arasında Xətayi təxəllüsü ilə yazan 
Şah İsmayılın, Baxtı təxəllüsü ilə yazan Sultan I Əhmədin və 
Su
ltan  IV  Muradın  novruziyyəsi məna və  mahiyyət etibarilə 
maraq doğurur. 
     Ey gönül, gül devridür vakt-i nev-i Nevruzdur 
Can bağışlar ademe bu dem dem-i firuzdur 
 
   Va`iz-
i şehrun kimesne pendini guş eylemez 
İyş u nuşa es-seladur bir mübarek ruzdur 
 
                 
Bağ pür-avazedür sıyt u sada-yı murg ile 
                 
Guyiya her kuşede bir dürlü saz u sözdür 
 
    Leblerinden mürde-dil kesb-i hayat eyler veli 
    Neyleyim amma yine ol gamzeler dil-duzdur 
 
         Bu Murad`un mülket-i gönlüm alup 
yağma iden 
          Bir sitem-kar cefa-cu dilber-i dil-suzdur  [59, s.42] 
                                                                Sultan I Murad 
 
 
Xalq arasında sevilən, seçilən şairlər də kağıza Novruzla 
bağlı bir çox inci düzmüşlər [46, s.116-117]: 
 
...Bugün Nevruz, bugün Şeh-rüz, bugün iyd-i saaddettir 
Bugünde Kün fekan emri Hamel Burca işarettir 
Bektaşi dədələrindən şair Rıza 
 
Gelin cümle canlar birlik olalım, 
Arzu niyaz e dub dara duralım, 
286 
 


Muhabbet bezminde zevkler bulalım, 
Nevruz 
Bayramına eriştik ya Hu... 
Hüseyin Hüsnü Erdikut Baba 
 
Gördüyümüz kimi, Osmanlı dönəmində Novruz imperiya 
hüdudlarında kifayət qədər yayılmış, dövlət səviyyəsində təbliğ 
edilmiş,  noruziyyələrlə  müşaiyət  olunmuşdur.  Müxtəlif 
m
əzhəb, mənsəb və  məslək sahibi şairlərin qələmindən  çıxan 
q
əzəl, qəsidələrin mövzusu, hekayələşdirilərək Gül və Novruz 
m
əsnəvilərini  yazmasına  səbəb  olmuş,  sevgini,  gözəlliyi, 
paklığı,  yeniliyi  təmsil  etmişdir.  Novruz  və  Novruziyyə  adət-
ənənələri II Məşrutiyyədən sonra rəsmi dairələrdə unudulmuş
yalnız xalq arasında yaşamışdır...  
Günümüzd
ə  Anadolunun bir çox yerlərində  “qardələn” 
adlandırılan çiçəyə xalq “Navruz Çiçəyi” və ya “Sultan Navruz 
Çiç
əyi” deyir. Görkəmli alim Mustafa Kafalı uşaqlıq illərində 
d
əstə-dəstə  evləri  dolaşaraq  yazla, köçəri  quşlarla  bağlı 
t
əkərləmələr söylədiyini xatırlayır: 
 
Leylek, leylek havada 
Yumurtası yuvada. 
Gelmiş bizim hayada (həyətə - G.Y.). 
Ermiş iyi murada 
Hacı leylek, hacı leylek. 
 
 
İnama  görə, leylək köçəri quş olduğundan, uzaq ölkələr 
g
əzdiyindən onun mütləq Kəbədə də olduğunu düşünərək ona 
“hacı  leylək”  deyirmişlər.  Alimin  xatırələrinə  görə, II Dünya 
savaşının  ikinci  ili  doğulub  böyüdüyü  Konyada  leyləklərlə 
287 
 


çaylaqlar  havada  vuruşurlar.  Yerə  yüzlərlə  ölü və  yaralı  quş 
tökülür. Yaşlılar bunu bəlaya yozurlar. Doğrudan da həmin il 
quraqlıq olur. Alimin başqa bir xatirəsi maraq doğurur. Bu da 
için
ə  şam  qoyulmuş  rəngbərəng  kağız  fənərlərlə  bağlıdır. 
Uşaqlar  bazardan  aldıqları  fənərləri məhəllə  boyu çəkdikləri 
ip
ə düzər, şənlik keçirərdilər [73, s.28]. Bu fənərlər bizə Çində 
geniş yayılmış, küçələrdən, dükanların önündən asılan al-əlvan  
f
ənərləri xatırladır... 
M.Kafalı  Novruz  yeyəcəkləri  arasında  “bişi”ni  xüsusi 
qeyd edir: ““bişi” deyilən xəmir işi bol miqdarda hazırlanır və 
uşaqlar  vasitəsilə  bütün  tanışlara  dağıdılırdı.  Hətta  kasıb 
evl
ərinə  bol miqdarda isti-isti göndərilirdi.  “Bişi  dağıdılarkən 
sıra ilə dağıtmağa və kimsəni unutmamağa diqqət göstərilirdi. 
Əgər arada küsülülük halı vardısa, diqqət daha da artırdı. Çünki 
barışmağa  vəsilə  olacaqdı.  Bişiyi  alan  adam  barışmış  olurdu. 
Ancaq bunu da 
əlavə  etmək  lazımdır  ki,  küsənin  bişini 
almaması  ayıb  sayılırdı.  Həmin  vaxt  o  evin  xanımı  da  bişi 
hazırlamış  olarsa,  o  da  öz  bişirdiyindən göndərir...”. Beləcə, 
Novruzda küsülül
ər də barışırdı [73, s.27-28].  
XX 
əsrdə Türkiyə Respublikasında da İl Başı bayramına 
ön
əm  verilmişdir.  Elə  Mustafa  Kamal Atatürkün 1922-ci il 
martın  22-də  Ankaranın  Keçiörən səmtində  Novruz  şənlikləri 
t
əşkil  etdirməsi, özünün də  şəxsən burada  iştirak  etməsi 
dedikl
ərimizə sübutdur.  
288 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə