Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə81/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   77   78   79   80   81   82   83   84   ...   105

Sultan  II  Əbdülhəmidin  qızı  Ayşə  Osmanoğlu  “Atam 
Sultan Əbdülhəmid (Xatirələrim)” kitabında atasının sarayında 
Novruz  bayramının  keçirilməsi barədə  yazırdı:  “Novruz 
baharın  ilk  günü  olduğundan  bir  gün  öncə  Əczaxaney-i 
Hümayunda  hazırlanmış  olan  və  “Novruz Məcunu” deyilən 
üz
ərinə  qızıl  tozu  tökülmüş,  qırmızı  rəngdə  novruz  şirnisi 
hazırlanır, tüllərlə bağlı gözəl kasalar içində” Xanədandakılara 
dağıdılırdı. Ac qarına sabah tezdən yeyilməli, şəfaverici olduğu 
düşünülürdü. Gümüş sinilərə qoyulur,  yanına da baş hərfi “s”  
il
ə başlanan 7 nəsnə qoyulurdu: 1) susam; 2) süd; 3) simit; 4) 
su; 5) salep; 6) safran; 7) sarımsaq [67, s.103-104]İranda və 
onun t
əsir etdiyi bölgələrdə  də  masaya  adı  fars dilində  “s” 
h
ərfilə başlayan nəsnələr qoyulur və buna da “həft sin” (yeddi 
S) deyirl
ər. Dr. Cavad Heyət süfrəyə  qoyulan yeddi qida 
növünün v
ə maddələrin adını belə verir: “sib” (alma), “somag” 
(somak), “sebzi” (yeşil sebze), “sirke” (sirke), “sincid” (iğde), 
Semenu, ve Sir (sarmısak). Semenu, unla filizlenmiş buğdayın 
dövülerek  süzülmüş  suyu  ile  pişirilerek  yapılır”  [58, s. 121-
122] 
T
ədqiqatcı Pakizə Aytaç məcunun hazırlanması ilə bağlı 
yazır: “...söz konusu tatlı Farsca (sin) harfiyle başlayan (yedi) 
maddeden, sumak, sümbül, semek (balık), sirke, sir (sarmısak), 
senced  (iğde)  ve  şeberle  de  yapılmaktadır.  Tatlının  üzerine 
konan balık, bereket ve bolluğu simgelemektedir” [46, s.118]
Qeyd ed
ək ki, Pakizə  Aytacın  şirniyə  qatıldığını  zənn etdiyi 
n
əsnələr məcunun  olduğu  qab  qoyulmuş  sinidə  həmin  qabın 
ətrafına  düzülürdü.  Həm də  hər yerdə  “s” hərfi ilə  başlayan 
müxt
əlif nəsənələr qoyulurdu. Bunu biz Sultan II 
Əbdülhəmidin  qızı  Ayşə  Osmanoğlunun  “Xatirələr”ində  və 
Dr. Cavad Hey
ətin məqaləsində də gördük... Təbii ki, Novruz 
282 
 


günü süfr
əyə qoyulanların sayı  yeddi ilə bitmirdi. Suya  yaxın 
yerl
ərin  əhalisi  balıq  da  qoyardı.  Diri  balıq  daha  uğurlu 
sayılardı. Sümbül, nərgizgülü, pendir, şam, güzgü, onun üstünə 
boyalı  yumurta,  ayrıca  qabda  sikkə  qoyanlar da vardı... 
İnanırdılar  ki,  il  təhvil olan zaman güzgünün üstündəki 
yumurta v
ə  sudakı  balıq  tərpənirsə,  deməli,  dünyanı 
buynuzuna alan öküz onu bir buynuzundan o birin
ə ötürür [58, 
s.122]. Onu da qeyd ed
ək ki, Dr. Cavad Heyət də  ərəblərə 
q
ədər Novruz süfrəsinin  “həftsin” yox, “həftşin”  olduğunu, 
y
əni nəsnələrin  adlarının  “Ş”  hərfilə  başladığını  yazır  [58, 
s.122].  Masada s
əbzi plov, kükü, ərişdə plovu da olardı. Əgər 
bayram axşamı evdə olmaq uğurlu sayılırdısa, bayramın 13-cü 
günü evd
ə oturmaq uğursuz sayılırdı. Hamı çölə, çəmənə çıxır, 
şənlənirdi. Bu adətə İranda “sizde beder” (“dışarı”) deyirlər. 
Xalq  arasında  Nevruziyyə  peşkəşləri də  geniş 
yayılmışdır.  Ümumiyyətlə,  Novruzda  padşaha,  vəzir-vəkilinə 
dig
ər vəzifə  sahiblərinə  verilən bəxşişlər, oxunan qəsidə  və 
m
ədhiyyələr də  Novruziyyə  adlanırdı.  Mehtərbaşı  padşaha 
bahalı yəhər-yüyənli at hədiyyə edərdi. Bahalı silah, qumaş və 
dig
ər əşyalar da hədiyyə edilirdi. XVII əsrdə birbaşa valiyə və 
ya sancaq b
əyinə ödənən Novruziyyə adı ilə ödənən bir vergi 
d
ə vardı [64, s.8]. Bəzi şairlər vəzifəli şəxslərə  noruziyyə  adı 
il
ə mədhiyyələr  yazır, əvəzində bəxşiş alırdılar. Bəxşiş vermə 
v
ə  alma məsələsi o həddə  çatmışdı  ki,  bir  çoxları  mənfəətini 
ön
ə  çəkir,  ona  lazımlı  adamlara  hədiyyə  verirdi. Təbii ki, bu 
işdən artıq rüşvət qoxusu gəlməyə başlayırdı...  
Türk musiqisinin 
ən qədim, mürəkkəb məqamlarından 
biri olan Nevruz m
əqamının da yeddi, səkkiz əsrlik tarixi var. 
İlk  dəfə  bu məqam  urmiyalı  Səfiyuddin Urməvi tərəfindən 
1200-cü ill
ərdə  işlədilərək rəməl üsulunda bəstələnmişdi. 
283 
 


Əcəm (fa) pərdəsində  çalan  Əcəm-Aşiran  məqamına  Nevruz 
m
əqamı  deyilir.  İyirmidən  çox  sayı  olan  belə  məqamlara 
Nevruz-
Bayatı,  Nevruz-Busəlik, Nevruz-Büzürq, Nevruz-
Hicaz, Nevruz-Hüseyni, Nevruz-
İraq, Nevruz-İsfahan, Nevruz-
Z
əngulə, Nevruz-i Ərəb, Nevruz-i Rast, Nevruz-i Sultani, ya da 
başqa  məqamların  özləri günümüzə  qədər gəlib çatmasa da, 
qaynaqlarda  onların  izlərinə  rast gəlmək olur. Nevruz 
m
əqamlarının  bir  çoxu  Osmanlı  hökmdarları  Sultan  II  Murad 
t
ərəfindən bəstələnmişdir. Fateh Sultan Mehmet zamanında da 
b
əzi məqamlar (məsələn, Nevruz-Saba)  yaradıldı.  Nevruz 
m
əqamına  Qaraciyər məqamı  da  deyilir,  Harputla  çevrəsində 
söyl
ənilən  ağır  havadır.  Bu  məqamı  Artukoğulları,  sonra  da 
Ağqoyunlular zamanında Harput sarayına aid mehtər takımları 
söyl
əyirdi [60, s.185-187]. 
XV 
əsrin Əhməd-i Daidən, Seyhi Əhməd Paşadan sonra 
üçüncü böyük şairi olan Nəcati Bəyin əsl adının İsa, ya da Nuh 
oldu
ğu irəli sürülsə də, onun türk əsilli olmadığı söylənilsə də, 
Divan 
ədəbiyyatının  türkcə  ən gözəl örnəklərini verən  şairin 
sad
əcə türkcəni yaxşı bildiyini, atalar sözlərindən, deyimlərdən 
yerli-yerind
ə  faydalandığını  deyil,  eyni  zamanda  xalq 
yaradıcılığını,  onun  önəmli  qolu  olan  inamları  da  hərtərəfli 
öyr
əndiyini  görürük.  Onun  başlıca  əsəri 650 qəsidə, qəzəl, 
m
ərsiyə, mürəbba, rübai, digər şeir şəkillərindən ibarət poetik 
nümun
ələrin daxil edildiyi “Divan”dır:  
 
 
 
284 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə