Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə79/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   75   76   77   78   79   80   81   82   ...   105

Son vaxtlar c
əmrələri Həcc ibadəti  zamanı  hacıların 
Qurban  bayramının  birinci,  ikinci  və  dördüncü günlərində 
Minada  şeytan  daşlayarkən meydana gələn  yığınlarla 
qarışdırırlar. Minada Cəmrə adı verilən və bir-birinə ox atımı 
q
ədər məsafədə  yerləşən  üç  daş  yığını  var.  Bunlardan 
birincisin
ə “Cəmre-i Ula” (birinci cəmrə), ikincisinə “Cəmre-i 
Vüsfa” (orta c
əmrə) və  üçüncüsünə  “Cəmre-i  Akabe”  adı 
verilir [21, s. 318-319]. 
Anadoluda  xalq  arasında  Novruzdan  əvvəlki günlərə 
toxunan R
əşad Gənc yazır: “Novruz tədbirləri... ənənəyə görə 
üç ç
ərşənbə öncədən başlayır. Bu vaxt ərzində bir sıra adətlər 
var. Evl
ərin təmizlənməsi, təmirə,  boyaya...  ehtiyacı  varsa, 
onların yerinə yetirilməsi, qab-qacağın təmizlənməsi. Yəni tam 
bir bayram t
əmizliyi məsələsi. Ayrıca bəzi hədiyyələr, məzar-
q
əbir ziyarətləti kimi hadisələr bəlli bir zamana yayılmış olaraq 
uyğulanır”  [16, s. 19-20]. Gördüyümüz kimi, Anadoluda da 
Yalançı çərşənbə qeyd edilmir, 3 doğru çərşənbə əsas götürülür 
v
ə Xəbərçi çərşənbədən başlayaraq təmizlik işləri görülür, Ölü 
ç
ərşənbəsində məzarlıqlar ziyarət olunur. 
Prof.  Almaz Ülvi q
ədim türk yurdu Göyçədə  Novruz 
hazırlıqları ilə bağlı yazır: “İlk bayram  əhval-ruhiyyəli birinci 
ç
ərşənbə  axşamında  sadəcə  olaraq  yaz  ovqatına  dolar,  gözaltı 
lopa düz
əltmək üçün bəzi  şeylər seçərdik,  bayram  torbaları 
tikm
ək üçün zərli parçalar alardıq  və  s.  kimi  hazırlıqlarla 
ç
ərşənbələrə “xoş gəldin” edərdik. Əlbəttə, bu hazırlıqlar bizim 
uşaq dünyamıza aid idi. Böyüklərin işi isə başqa şeylər olardı. 
İkinci çərşənbə axşamı “zibil təki” (Göyçə obalarında çərşənbə 
axşamı gününə “tək” deyilirdi) adlandırılaraq yır-yığış, səliqə-
s
əhman, gözəllik, təmizlik yaratmaqla başlardı. Həmin gün ev-
eşiyin,  hər künc-bucağın  toru-tozu silinər,  təmizlənər, paltar-
275 
 


palazı  yuyular,  şaxtalı  qış  günlərində   həyət-bacaya  atılıb 
qalmış  kömür-çınqıl,  taxta-odun, ot-ələf tör-töküntüləri 
yığışdırılar,  ev  damının  tüstüdən  qaralmış  pərdiləri silinər və 
urvalanardı.  Ev-eşikdən  yığılmış  köhnə  parça-paltardan ilk 
bayram  lopaları  (məşəlləri)  hazırlanıb,  qablara  iri,  qırmızı 
buğdalar səməni üçün qoyulardı. 
Üçüncü ç
ərşənbə axşamı “ölü təki” (“qara bayram”) kimi 
qeyd olunardı. Səhər tezdən oba-kənd əhli  bir yerə toplaşar və 
sonra q
əbiristanlığa gedərdilər.  İlk əvvəl hamı bir yerə – ötən 
bir il 
ərzində  dünyasını  dəyişmiş  şəxsin, sonra hər kəs öz 
r
əhmətliyinin qəbrini ziyarət edər, dualar oxuyar, fatihə 
ver
ərdilər.  Qadınlar  isə  evdən  hazırlayıb  apardıqları  bayram 
xonçalarını  açar  və  elə  oradaca kəndin  əlsiz-ayaqsızlarına, 
kasıb-kusublarına  paylayardılar.  Bu  mərasim iki-üç saat 
ç
əkərdi. Sonra geri qayıdanbaş hələ bir ili ötməmiş yaslı evlərə 
d
əyərdilər. Ev sahibi isə  əvvəlcədən  hazırladığı  ehsan 
yem
əkləri tez süfrəyə düzər, heç kəsi qoymazdılar ki, yeməmiş 
geri qayıtsın. Beləcə həmin ilin  yaslı ailələrinə baş çəkilər və 
h
əmin  axşama  hər kəs öz evində  halva  bişirər,  qazan  asardı. 
Gec
ə isə qəbiristanlıqda iri tonqallar çatılardı. 
Dördüncü ç
ərşənbə axşamı “ilinaxır təki” idi. Həmin gün 
yer-göy t
əp-təzə bəzənərdi. Qız-gəlinlər qırmızı paltar geyinər, 
t
əzə  örpəklər  bağlardılar.  Ağzı  yaşmaqlı  gəlinlər  əllərinə, 
saçlarına xına qoyardılar. Bu çərşənbə axşamına “yeddilövün” 
gec
əsi də  deyilərdi. Süfrəyə  yeddi növ yemək  bişirib 
düz
ərdilər. Təbii  ki,  başda  plov  buğlanardı.  Cürbəcür  şirni-
konfetl
ər, fətir-kətələr,  əydək-fəsəlilər,  qoğallar,  noğul-
badamlar, xurma, qoz-
fındıq,  alma-armud süfrənin bəzəyi 
olardı. Gün batar-batmaz başlayan sulaşma ta səhərəcən davam 
ed
ərdi. Bu mərasim gecəyarısı  daha  da  qızışardı.  Hamı  bir-
276 
 


birini ilinaxır suyuyla  sulamağa çalışardı. Nişanlı qızın oğlan 
evind
ən  xonçaları  gələrdi. Hər həyətdə  tonqal qalanar, od 
lopalar göyd
ə  ulduz-ulduz görünərdi. Hər  şeydən  əvvəl isə 
Göyç
əni öz əhatəsinə  almış  Şahdağın  zirvəsində  bütün mahal 
boyunca böyük, 
əzəmətli tonqallar qurular, şər vaxtı ötüncə od 
vurulardı. Cəmi Göyçə mahalı o anda sanki od tutub alışırdı... 
Qızlar  çilləçıxarma  gecəsinə  toplaşardılar.  “Lal  su”  (bulaq 
başına gedib-gələn yolboyu danışmadan gətirilən suya “lal su” 
deyil
ərdi) gətirib iynə  atar, bəxt  sınayardılar.  Qapı  pusub 
eşitdikləri ilk sözlə o ilki talelərini izlərdilər. Oba əhli o gecəni 
yatmazdı.  Səhər  o  başdan  isə  hamı  bulaq  başına  toplanardı. 
T
əzə 
g
əlinləri 
qaynanası, 
qayın-baldızları 
bayram  
xonçalarıyla,  toy-düyünlə  bulaq  başına  çıxarardılar. 
G
ənc 
qızlar 
al-qırmızı, 
ipək 
örp
əkli   bəzəklə   bulaq   başında   oğlanlara  naz  edər,  oğlanlar 
is
ə bu fürsəti əldən verməz, gözaltı tapar, bayram axşamınacan 
elçil
ərini göndərərdilər. 
Bayram  axşamından  bir  gün  əvvəl “baca-baca” günü 
keçiril
ərdi. Hər bir evdə  həddi-buluğa  çatmamış  uşaqlar 
özl
ərinə bayram torbası tikdirər və qonşu qapılara atardılar ki, 
bayram  paylarını  alsınlar.  Kimin  qapısında  daha  çox  bayram 
torbası  atılardısa,  o  bir  neçə  gün öyünərdi ki, bütün gecəni 
uşaqlara bayram payı vermişəm. 
N
əhayət,  bayram  axşamı  “Qırmızı  bayram”  yetişərdi. 
Sübh tezd
ən kəndin  ağsaqqalları  kənd qəbiristanlığına  gedər, 
fatih
ə verər və evlərinə qayıdan kimi bayramın sevincini ailəsi 
il
ə bölüşərdi... və hamı bayram aşının ətrafına toplaşardı. Beli 
qırmızı  toqqalı  səməni süfrənin  başına  qoyulardı.  Bütün 
küsülül
ər hökmən  barışdırılardı.  Eyni  zamanda  bütün  qohum-
277 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə