Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə71/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   67   68   69   70   71   72   73   74   ...   105

material g
əlib, yəni o aparata, Rafiq müəllim, material 
verilmişdi.  Axşamlar  bu  kişi  çıxır,  hər çərşənbədə  elan eləyir 
(Rafiq mü
əllim yerindən təkrar edərək təsdiqləyir – G.Y.): bu 
gün,  tutalım  ki,  su  çərşənbəsidir.  Əlində  olan  yazını  oxuyur. 
Y
əni Azad müəllimin o kitabında (söhbət A.Nəbiyevin “”İlaxır 
ç
ərşənbələr” “Azərnəşr”,  1992,  62  s.  kitabçasından  gedir  – 
G.
Y.)  gördüyünüz  materialı  oxuyur,  demək olar ki. Növbəti 
ç
ərşənbə od çərşənbəsi… nə… nə… Fuad müəllim beləliklə ilk 
d
əfə təqdim elədi xalqa bu dörd ünsürü bu şəkildə Azərbaycan 
televiziyası  ilə  (qeyd etdiyimiz kimi, bu proses 1990-cı  ilin 
martından başlamışdı. – G.Y.). 
Növb
əti il yenə  də  Fuad müəllim bu məsələdə  bu 
mövqeyi tutdu. V
ə biz folklorçular hamımız məəttəl qalırdıq ki, 
bu  şeylər  haradandır,  bunlar  nədir? Hətta  ondan  sonrakı  il, 
Rafiq mü
əllim orda olanda, biz folklorçular etiraz məktubu da 
yazdıq  göndərdik ki, bu  məsələnin  qarşısı  alınsın.  Amma 
alınmadı. Öz axarından çıxdı, getdi. Günü bu günə kimi o, yəni 
Fuad mü
əllimin əsasını AzTV-də qoyduğu konsepsiya, ab-atəş-
xak-bad sistemi il
ə gedir. Ortada bir az dolaşırdılar. Bəzən biri 
Axırıncı  çərşənbəyə  torpaq deyirdi,  biri,  yadınıza  gəlir, yel 
deyirdi.  Bir  axşam  bu  televiziya  belə  deyirdi, o biri elə. 
Dolaşıqlıq  gedirdi…  Amma  bütün  bunların  hamısı  efirdə  baş 
veribdi, televiziya vasit
əsilə  baş  verib.  Proses  də  bax belə, 
dediyim kimi, konyukturadan, sistemd
ən gələn bir şey olubdu 
ki, başı qataq, 91-92-ci illərin həngamələrindən camaat yayınıb 
yön
əlsin bu işin üzərinə. Amma o da belə bir fəsad verib. Bu 
gün bütün orta m
əktəb dərslikləri doludur bu materialla. Bu 
gün  uşağa  səhər deyirsən  ki,  bu  gün  Axır  çərşənbədir, gedir 
m
əktəbə. Biri o sinfə gedir, biri bu sinfə gedir. Biri bu sinifdən 
g
əlir ki, bu gün torpaq çərşənbəsidir, o birinin müəlliməsi ayrı 
251 
 


s
əhv kitabdan oxuyur, deyir, yox, bu gün  yel çərşənbəsidir. 
Evd
ə də deyirsən ki, Axır çərşənbədir. Çünki oxuduğu sinifdən 
v
ə  ya dərslikdən gəlir. Və  axşam  da  televizora  baxıb 
televizordan… Qoca arvadlar var, Füzuli mü
əllim  demişkən, 
deyirs
ən nədi? Deyir televiziyada dedilər də. Yalan olsa, 
televiziya dem
əz. Əşi, sənin 70-80  yaşın var. Sən ana-babana 
istinad el
ə, televiziyaya niyə istinad edirsən? Bu mənada yəni 
bu proses gedibdi. Böyük yalan baş veribdi. 
Bu gün bütün televiziyalar m
əni  çağırırdı  ki,  gəl  danış. 
M
ən imtina etdim, getmədim. Ötən il nə  baş  verdi? 
Televiziyanın birində mən izah edirəm ki, bu “a yel baba, yel 
baba, Gü
llü xanım deyən kimi ki, Qurban sənə, gəl baba” bu, 
xırmanda  olan  bir  söhbətdir,  bu  xırmanla,  iyul-avqust  ayına 
bağlı şeydir. Mən yerimə oturdum. Canlı  yayım gedir. Bir də 
gördüm bir d
əstə  qız  allı-güllü  çıxıb  başladı  bu  mahnını 
oxumağa  (hamı  gülüşür).  Dedim məni niyə  çağırmısınız?  Bu 
n
ədi? Bir də mən bura gəlmərəm. Xeyiri yoxdur. Yəni mənasız 
bir şeydir. Biz bu gün burada deyirik ki, bu məsələlər hamısı 
yanlışdı, quramadı və s. Amma açığı deyim, gedin, qulaq asın 
daa. Görürük ki, el
ə döşəyirlər… 
Burda ir
əli sürülən bu adlar hamısı xalqda var… (söhbət 
m
ənim  çıxışımda  adlarını  çəkdiyim xalq çərşənbə  adlarından 
gedir – G.Y.). 
Mütl
əq buna dövlət səviyyəsində  yanaşılmalıdır.  Çünki 
m
ənəviyyatın  falsifikasiyası  gedir.  Tarixin,  etnoqrafiyanın 
falsifikasiyası gedir… 
T
əklifim ondan ibarətdir ki, layihə  əsasən bəyənilsin və 
burada qaldırılan məsələlər diqqətə çatdırılsın” (Həmin çıxışım 
zamanı  iştirakçılara  Milli  Məclisə  müraciət mətninin layihəsi 
d
ə təqdim olunmuşdur – G.Y.) [222]. 
252 
 


M
əlumdur ki, Ə.Vəzirov   Azərbaycan SSR KP MK-nın 
13-cü birinci katibi (1988-1990),  y
əni  1988-ci il mayın  21-
d
ən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist 
Partiyası  Mərkəzi Komitəsinin 1-ci  katibi  olmuşdur.  Bu 
dövrd
ə Moskvanın  dəstəyi ilə  Dağlıq  Qarabağda  ermənilərin 
separatçı  hərəkatı  alovlanmış,  azərbaycanlıların  doğma 
torpaqlarından  qovulmasına  başlanılmışdır.  Gərginliyin 
öhd
əsindən gəlmək yerinə, hind filmləri və  Novruzla  baş 
qat
mağa üstünlük verən Vəzirov hadisələrin qarşısını almaqda 
aciz olmuş, sovet qoşunlarının 1990-cı il  yanvar ayının 20-də 
Az
ərbaycana  daxil  olmasının  və  yüzlərlə  günahsız  insanın 
qanını  axıtmasının  qarşısını  ala  bilməmişdir.  Yanvar 
qırğınından sonra xalqın tələbi ilə vəzifəsini tərk edən Vəzirov 
Moskvaya  qaçmışdır.  Azərbaycanda  haqqında  cinayət  işi 
qaldırılıb.  Hal-hazırda  Moskvada  yaşayır. Xalqın  yaddaşında 
Ə.Vəzirov, əsasən, hamam məsələsi ilə yadda qalmışdır: “əsas 
m
əsələ kənddə hamam məsələsidir”… Lakin onun zamanında 
ç
ərşənbələrin dörd ünsürlə  adlandırılması  məsələsi yox idi. 
Söhb
ət sadəcə Novruz bayramı ilə baş qatmaqdan gedirdi.  
Ayaz Müt
əllibov  1988-ci ildən Nazirlər Sovetinin sədri 
olub. 1990-
cı  ilin  yanvar  ayında  Azərbaycan Kommunist 
Partiyası  Mərkəzi Komitəsinin birinci katibi, daha sonra 
is
ə 1990–cı  ilin  may  ayında  Azərbaycan SSR-in Ali Soveti 
t
ərəfindən Azərbaycan prezidenti seçilib.  1990-cı  ilin 
iyulundan 1991-
ci  ilin  avqustuna  kimi  Sovet  İttifaqı 
Kommunist  Partiyası  MK-nın və  Sov.İKP  MK-nın Siyasi 
Bürosunun  üzvü  olmuşdur.1991-ci  il  sentyabrın  8-də  ümumi 
seçkil
ərdə  Azərbaycanın  prezidenti  seçilmişdir.  1992-ci il 
fevralın  25-dən 26-na keçən gecə  Xocalıda  ermənilər rus 
ordusunun köm
əkliyi ilə  dəhşətli qətliam törədirlər, 
253 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə