Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə67/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   63   64   65   66   67   68   69   70   ...   105

Bayram  günü  qadınların  halva,  qoğal,  karamel...  dolu 
xonçalarla m
əzarlıqlara getdiyi, yasin oxunduğu da  məlumdur. 
Bir çox yerl
ərdə  məhz  Novruz  bayramı  günü  məzarlıqlara 
gedilm
əsi K.V.Nərimanoğluya  haqq  qazandırır.  Lakin  həmin 
gün ilin t
əhvil olmasını nəzərə alsaq, bu həm də yeni ilə keçid 
günüdür v
ə  bayram edilməlidir.  Bu  baxımdan  yanaşanda, 
əlbəttə ki, bayram günü məzarların, ölülərin ziyarəti məntiqsiz 
görünür.  Bayra
mın əsas ağırlığını üzərində daşıyan qadınların 
bayram günü m
əzarlığı ziyarət etdikdən sonra ağlamış gözlərlə, 
ağrıyan başla, ürəyi getdikdən sonra halsız vəziyyətdə bayram 
süfr
əsi  açması,  əylənməsi,  şənlənməsi nə  dərəcədə  məntiqə 
uyğundur?!  Üstəlik də  qəbirsanlığın  ağırlığını,  şər qüvvələri 
özü il
ə  bayram  ovqatlı  həyətinə, evinə  gətirməsi də  yol 
verilm
əzdi.  Bunun  qarşısını  almaq  məqsədilə  qadınlar  gərək 
qüsl d
ə etsinlər. Bakıdakı bu adəti H.Sarabski belə təsvir edir: 

Bayram  axşamları  arvadlar  əlvan xonçalarla qəbristanlığa 
ged
ərdilər. Qəbristanda hər kəs  öz  xonçasını  ölüsünün  qəbri 
üz
ərinə  düzərdi və  sonra  oxşayıb  ağlamağa  başlardı…  Qəbir 
üstünd
ə  qadınların  ürək  yandıran  oxşama  səsləri,  mollaların 
quran v
ə  yasin  oxumaları  ölgün  şüalar  saçan  günəşin  dağlar 
arxasında gizlənməsinə qədər davam edərdi. Sonra hər kəs öz 
evin
ə qayıdardı” [32, s.23-24].  
Gördüyümüz  kimi,  qadınlar  şər  qarışana  kimi 
q
əbirsanlıqda  olurlar.  Bundan  sonra  gedib  bizim 
t
əsəvvürümüzdə  canlandırdığımız  bol  Novruz  süfrəsi açmaq 
mümkün deyil. 
Doğrudur, atalar deyib “xeyirlə şər qardaşdır”, 
amma o da var ki, yeni ili nec
ə  qarşılayarsan,  elə  də  yola 
salarsan...  
Osmanlı  ailəsini  meydana  çıxaran  Qayı  boyuna  mənsub 
olan Qarakeçilil
ərin  21  martda  Ərtoğrul  Qazinin  türbəsi 
235 
 


ətrafına toplandıqları, burada Yörük Bayramı adı verdikləri, at 
yarışları ilə, ciritlə (atüstü oyunlardandır – G.Y.), güləşlə daha 
da  maraqlı  etdikləri  bayramı  keçirdikləri məlumdur. Rəşad 
G
ənc bayramın Ərtoğrul Qazinin türbəsi yanında keçirilməsini 
t
əsadüf  saymayaraq  yazır:  “Bu  gün hələ  də  Güney-doğu 
Anadolu bölg
əmizdə,  Doğu  Anadolu  bölgəmizdə  və 
Az
ərbaycanda  Novruza  yaxın  günlərdən  birinin  adı  “Ölülər 
Bayramı”dır.  O  gün  özəlliklə  qəbirlər ziyarət edilir. Atalar 
xatırlanır  və  onların  ruhları  üçün  dualar  edilir.  Fatihələr 
oxunur. Yen
ə onların adına xeyriyyə işləri görülür” [16, s. 19]
Maraqlıdır  ki,  Türkiyədə  Tunceli,  Bingöl,  Ərzincan 
ç
ərçivəsində və Muşun dağ kəndlərində Qara çərşənbə birinci 
ç
ərşənbəyə deyilir. Kişilər, oğlanlar alınlarına qara ləkə və ya 
his sürtür, sonra da çaya, arxa ged
ərək o ləkəni yuyur və suya 
dua oxuyur, n
əzir deyirlər. Vəhşi  qızılgül  ağacı  və  ya  əsnək 
ağaclarının  uclarını  kəsir, dairəvi uclar bir-birinə 
yaxınlaşdırılır. Xəstəliyi olanlar bu halqadan keçirilirlər: “qurd 
başının  ağzını  bağlayıb  qurtulmağımıza  səbəb olan o günün 
hörm
ətinə  xəstəmizə  şəfa ver, bu günün xatirinə  sürülərimizə 
toxunma” dey
ə nəzir-niyaz edirlər ” [87]. 
Bir sözl
ə,  əhali ölülərini  ilin,  ayın  Axır  çərşənbəsində 
ziyar
ət  edir,  ağlayıb  kədərləndikdən sonra evində  bayram 
keçirir, deyir, 
gülür,  şənlənir, tonqal üzərindən  atılır,  qulaq 
falına çıxır, halay gedir, baca-baca payı aparır, papaq atırlar… 
Bu, h
əm kasıb süfrəsinin bayrama qədər boş qalmasına, həm də 
xüsusil
ə  qadınların  işinin  ən  çox  olduğu  bayram  günü 
m
əzarlığa  gedilməsi ilə  vaxtın  çatışmazlığına,  əhval 
d
əyişikliyinə  gətirib  çıxarır.  Məzarlıqların  ziyarətinin bayram 
günün
ə salınması imkansız ailələrin uşaqlarının bayram gününə 
q
ədər dözərək başqa uşaqların əlinə baxmaları ilə nəticələnir... 
236 
 


S.M.Demidovun t
ədqiqatlarına  görə, bir çox türkmən 
tayfaları,  məsələn, Türkmənistanın  qərbindəki, cənub-
q
ərbindəki yomutlar qara çərşənbəni qeyd edirlər. Qurqen 
yomutları  isə  qara çərşənbəni ildə  iki dəfə  keçirirlər  –  həm 
s
əfər ayında, həm də Novruzqabağı [140, s.6-7]. Onu da qeyd 
ed
ək ki, Azərbaycanda da həm Qara bayram, həm də  Qara 
ç
ərşənbə  keçirilir.  Əgər  Qara  bayram  İslam  dini  ilə 
bağlanılırsa,  Qara  çərşənbə  qədim türklərin atalar kultu ilə 
bağlıdır. 
Y.Kalafat da özünün “
Türk  Kültürlü  Halklarda  Ahır 
Çerşembe`nin  Mitolojik  Muhtevası”  məqaləsində  göstərir ki, 
“Kabir-
Üstü  inanç  ve  uygulamaları  Ahır  çarşambadan  evelki 
son  Salıda  (çərşənbə  axşamında  –  G.Y.)  yapılır».  Müəllif 
ayrıca  onu  da  qeyd  edir  ki,  Karsın  Tuzluca  yörəsində  bu 
hazırlıqlar Ölülər Bayramı olaraq bilinir” [225].   
Onu da qeyd ed
ək ki, 1990-cı  ilin  martına  qədər 
A.N
əbiyev də  daxil  olmaqla,  heç  bir  folklorşünas,  heç  bir 
etnoqraf alim (M.T
əhmasib,  Ə.Axundov,  P.Əfəndiyev, 
V.V
əliyev,  B.Abdulla,  M.Qasımlı  və  b.) çərşənbələrə  dörd 
ünsürün  adını  vermir,  əsasən,  əsərlərində  Axır  çərşənbədən 
b
əhs edirlər... Bəs onda necə oldu ki, dörd ünsür- dörd çərşənbə 
m
əsələsi ortaya çıxdı?  
Tarix boyu bir çox mü
əlliflərin  əsərlərinin  qadağan 
olduğunun şahidiyik. Öz əsərlərini yandıranlar da az olmayıb. 
Əksər hallarda bu kitabların müəllifləri  kiminsə bostanına daş 
atıb, kiminsə işinə yaramayıb... Lakin haqqında danışacağımız 
kitab (toplu) h
əm mövzu, həm içindəkilər  baxımından  öz 
m
əsumluğu  ilə  seçilir.  Mövzu Novruz, içindəkilər xalqdan 
toplanan atalar sözl
əri, zərb-məsəllər, meydan tamaşaları, xalq 
oyun
ları, inanc və adətlərdir... 
237 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə