Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə66/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   62   63   64   65   66   67   68   69   ...   105

m
əqsədilə  və  ya ilin əksər  vaxtında  yel  dəyirmanının 
işləməsi arzusu ilə  oxunur. Bütün deyilənlər bir daha hər 
hansı bir çərşənbəyə yel adının verilməsinin heç bir məntiqə 
sığmadığını  göstərir…  Onu da qeyd edək  ki,  şeirlərinə 
istinad etdikl
əri  Ə.Cavad çərşənbələrə  ad verməyib və 
birinci ç
ərşənbə  başlığı  altındakı  şeirində  havadan  danışır: 
“Açıldı hava...” 
Vurğuladığımız Ölü çərşənbəsinə qədər bir çox yerlərdə 
qar 
əməlli-başlı  əriyir, məzarlıqlara  gedən  yollar  açılmağa 
başlayır. Uzun qış aylarında və ya əvvəllər dünyasını dəyişmiş 
yaxınlarının qəbirlərini ziyarət edə bilməyən xalq qəbir üstünə 
gedir, özl
ərilə  süpürgə, kürək, su, əski,  şirniyyat  aparır, 
q
əbirləri palçıqdan, çör-çöpdən təmizləyir, yuyur, silir, üzərinə 
yiy
əcəklər, gül-çiçək qoyur, dualar oxuyur.  
O da m
əlumdur ki, bayrama bir həftə qalmışdan boxçalar 
açılır,  uşaqlar  bütün  günü  əllərində  evlərində  bişən bayram 
kök
ələri,  şəkərbura,  şəkərçörəyi, qatlama, fəsəli,  şorqoğalı, 
çöç
ə, paxlava yeyir, ceviz, fındıq qırır, yumurta döyüşdürürlər. 
Ölü ç
ərşənbəsində  ziyarətçilər məzarlıqdan  evlərinə 
ç
əkildikdən sonra qəbirlərə  qoyulan nemətləri  toplayan  kasıb 
uşaqların da gözləri başqalarının əlində qalmır, imkansız ailələr 
d
ə  bayram süfrəsinə  bir  şeylər qoya bilirlər.  Bu da maddi 
imkanı  olmayan  insanların  heysiyyatına  toxunmadan  icra 
olunan yardım formasıdır. Kasıb kasıb olduğu qədər də qürurlu 
ola bil
ər və qonşusunun ona verdiyi nemətlərdən imtina edər, əl 
açmağı özünə sığışdırmaz.  Lakin uşaqların, bəzən də  gizlincə 
uzaqda  dayanıb  aranın  sakitləşməsini,  qadınların  məzarlıqdan 
ç
əkilməsini gözləyən  qonşu  kəndlərdən gələn  imkansız 
ail
ələrin  qadınlarının  qəbirlərə  qoyulan  xonçaları  evlərinə 
aparmaları  ən  böyük  savabdır.  Bunu  xonçaları  aparanlar  da 
232 
 


bildikl
ərindən bəzən bir-birilərinə  “ay  qızlar,  bir  az  tez  olun, 
gözl
əyənlər var” deyərək qəbirsanlığı tez tərk etməyə çalışırlar. 
Bu m
ərasimdə  mollalar  da  iştirak  edirlər. Geri döndükdən 
sonra hamı paklanır, axşam çağı ölülərin adına qazan asır, qapı, 
p
əncərəni  açıq  qoyur,  şamlar  yandırırlar  ki,  ruhları  işığın 
vasit
əsilə  gəlib  evi  rahat  tapsın,  adına  bişirilənlərdən  payını 
alsın,  rahatlıqla  geri  dönsün.  Ruhun  yolunu  azıb  geri  dönə 
bilm
əməsinin ailədə fəlakətə səbəb ola biləcəyinə inanılır. Bu 
gec
ə  elə  beləcə, yad etmələrlə, xatirələrlə  başa  çatır.  Adətən, 
ağsaqqallar,  ağbirçəklər mərhumun  adını  çəkmir, onu 
“r
əhmətlik”,  “baxtsız,  yığvalsıq”,  “yeri cənnətlik  olmuş”, 

cavan ölmüş”… kimi sözlərlə anır, yaslı evlərə gedərək onları 
yasdan  çıxardır,  həyətlərində  tonqal  qalayırlar  ki,  Axır 
ç
ərşənbəyə onlar da həvəslə hazırlaşa bilsinlər… Gördüyümüz 
kimi, Novruz ç
ərşənbələri  arasında  ən humanist, ən vacib 
ç
ərşənbə Ölü çərşənbəsidir. Kasıbların bayram süfrələrinin boş 
qalmaması, uşaqlarının gözünün başqasının cibində olmaması, 
yaslı ailələrin yasdan çıxarılması və s. insanların bir-birinə həm 
maddi, h
əm də mənəvi dəstəyindən xəbər verir.  
Ölü ç
ərşənbəsi qədim türklərin atalar kultu ilə  sıx 
bağlıdır.  Pakizə  Aytacın  da  yazdığı  kimi,  “Eski  Türkler`de 
bahar  bayramı  yüksek  tepelere  kurulmuş  mezarlıklarda 
kutlanmakta idi. Nevruz törenleri de bu mekanlarda başlatılır, 
ölülere  dualar  edilir  ve  yemekler  dağıtılır”  [46, s. 112]. 
Türkiy
əli alim Rəşad  Gənc karakeçililərin  bayram  vaxtı  ulu 
ataları  saydıqları  Ərtoğrul  Qazinin  türbəsi  yanında 
keçirilm
əsindən bəhs edərkən bu gün hələ  də  Türkiyənin 
c
ənub-şərq, şərq bölgələrində və Azərbaycanda Novruza yaxın 
günl
ərdən birinin adının “Ölülər Bayramı” olduğunu və həmin 
gün q
əbirlərin ziyarət  edildiyini,  ataların  xatırlandığını, 
233 
 


ruhlarına  dualar  edildiyini,  fatihələr  oxunduğunu  yazır  [62,  s. 
19]. 
İranda  da  xalqın  inamına  görə,  “Nevruz günlerinde 
ecdadlarının ruhları, yere inip, evlerine gelirler; ona göre evde 
zengin  ve  rengarenk  sofralar  açarlar  ve  onların  gelmelerine 
şenlik ederlerdi” [58, s.120].  
B
əziləri deyirlər ki, Ölü çərşənbəsi adı yaxşı səslənmir... 
Sad
ə xalq hər şeyi öz adı ilə çağırdığı kimi, həmin günü də Ölü 
ç
ərşənbəsi, Qara çərşənbə  adlandırmışdır.  Bu  çərşənbə 
ərəfəsində  şəhərlərdə  məskunlaşanlar,  uzaqda  yaşayanlar  da 
k
əndlərinə, doğmalarının məzarlarını ziyarət etməyə, sağ qalan 
ata-
analarına  baş  çəkməyə  gedir,  onları  da  bayramqabağı 
sevindirir, h
əm özləri rahat, həm  yaxınları  arxayın  olurlar. 
Fikrimizc
ə,  yaxınlarımıza,  ölülərimizə  ayrıca  bir  çərşənbənin 
h
əsr  olunması  daha  doğrudur.  Həmin gün məzarlığa  xonçalar 
aparanlar  da  çox göz
əl bilirlər ki, bayram nemətlərini uşaqlar 
toplayacaqlar. El
ə buna görə də, xonçalara bir ailənin süfrəsini 
b
əzəyəcək qədər şirniyyat, çərəz, meyvə qoyurlar. Çünki, qeyd 
etdiyimiz kimi, bir çox ail
ələr  var  ki,  imkansız  olsalar  da, 
qürurundan heç k
əsə  əl açmasa da, belə  günlərdə  balalarının 
dig
ər  uşaqlar  kimi  bayram  payından  dadmasını  arzulayırlar. 
Ona gör
ə  də,  yuxarıda  vurğuladığımız  kimi,  bəzən  bu 
xonçalardakıları  toplamağa  digər kəndlərdən bu kəndin 
sakinl
ərinin tanımadığı yoxsul qadınlar da gəlir, çəkinə-çəkinə 
bir k
ənarda  dayanıb  insanların  dağılmasını  gözləyirlər… 
K.V.N
ərimanoğlu  yazır:  “Novruza bəzən  “Ölülər  Bayramı” 
deyilm
əsi, ruh dünyası ilə bağlı kültürün izlərini daşımaqdadır” 
[90, s.235]. B
əlkə  də  tədqiqatçını  bu  fikri  söyləməyə 
yönl
əndirən bəzi bölgələrdə, özəlliklə  də  Bakıda  qadınların 
m
əzarlıqları məhz Novruz günü ziyarət etmələridir. Xızıda da 
234 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə