Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə62/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   58   59   60   61   62   63   64   65   ...   105

keçəpapaqların  yaşadılmasının  zəruriliyini  vurğulamağı  lazım 
bilirik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
217 
 


NOVRUZ ÇƏRŞƏNBƏLƏRİ: TARİXİ KÖKLƏRİ 
VƏ REGİONAL ÖZƏLLİKLƏRİ 
 
Az
ərbaycan folklorşünaslarının, etnoqraflarının haqqında 
ən çox yazdıqları mövsüm mərasimi İl başı, Bayram dediyimiz 
Novruz v
ə onun çərşənbələridir... 
M
əlumdur ki, daim təbiətlə sıx bağlı olan ulu babalarımız 
s
əma cismlərinin yerdəyişməsini, gecə  ilə  gündüzün  vaxtının 
uzanıb  qısalmasını,  təbiətdə  baş  verən digər dəyişiklikləri 
ill
ərlə, əsrlərlə sınaqdan çıxararaq inamlar, mərasimlər, ayinlər 
şəklində  günümüzə  miras qoyublar. Təbii  ki,  babalarımız 
sad
əcə seyrci olmamış, bacardıqları qədər bu və ya digər təbiət 
hadis
əsinə öz münasibətlərini bildirmiş, bir çox hallarda onlara 
t
əsir göstərməyə  də  çalışmışlar.  Bu  təsir kəsilən qurbanlar, 
veril
ən paylar, hay-küy, tamaşalar… şəklində olmuş, yəni hər 
şeyin  hami ruhu, yiyəsi  olduğunu  düşünən  ulularımız  yeri 
g
ələndə  xarakterlərinə, çəkilərinə  görə  bu yiyələrin könlünü 
xoş  etməyi, yeri gələndə  hədə-qorxu gəlməyi, yeri gələndə 
k
ədərlənməyi, yeri gələndə kinayəylə, istehzayla yanaşmağı da 
bacarmışlar…  Bu  gün  astronomiya  elminin,  onunla  bağlı 
texniki vasit
ələrin  inkişaf  etdiyi  bir  vaxtda  xalqın  dilində 
söyl
ənilən kosmoqonik miflərin,  rəvayətlərin,  sınamaların, 
inamların nə qədər əsaslı olduğu bir daha ortaya çıxır… 
Q
ədim və  zəngin mədəniyyətə  malik  xalqımızın  hər 
sah
əyə  olduğu  kimi,  ilin  fəsillərinə  də  öz münasibəti var. 
Zamanı  dədə-babalarının  çoxəsrlik  sınaqlardan  çıxmış  adlarla 
bir-birind
ən ayırır, təsərrüfatlarını da ona uyğun qururdular. 
Uzun  qarlı,  şaxtalı  qış  günləri  əl-ayağı  çöldən evə 
yığılmış insanlar söhbətlərinin bir hissəsini illik planlarına həsr 
edirl
ər: nə  əkəcəklər? Nə  qədər  əkəcəklər? Kimlərlə  ortaq 
218 
 


olacaqlar?  Yaxşı  məhsul götürmək üçün daha nələr etmək 
lazımdır?  Məhsul  yığımından  sonra  əldə  olunan vəsaiti və  ya 
m
əhsulu necə  böləcəklər, necə  istifadə  edəcəklər və  s. və  i. 
Qadınlar,  əsasən,  qışda  odun  və  ya kömürlə  isinən evlərin 
əşyalarının  təmizlənməsinin,  divarların  ağardılmasının 
qayğısına qalır, havaların isinməsini səbirsizliklə gözləyirdilər. 
Xalça-palaz, qab-
qacaq, evin divarları, damlar, taxça-boxçalar 
tozdan, hisd
ən, kirdən, bağ-bağat çır-çırpıdan, yarpaq-şüvəldən 
t
əmizlənməliydi. Mal-qaranın, 
toyuq-cücənin 
altı 
kürünm
əliydi.  Artıq  azuqə, ot-alaf, odun-oduncaq  da  qurtarır. 
İnsanlar  Kiçik  Çillənin  çıxacağı,  Günəşin  havanı  isidəcəyi 
günü s
əbirsizliklə  gözləyirdilər  ki,  qışın  kir-pasından  azad 
olsunlar. Bunun üçün is
ə çalışmaq lazım idi. Qışdan yığılan bu 
q
ədər  çirki,  tozu,  hisi  Axır  çərşənbəyə  qədər təmizləmək, 
yorğan-döşəyi havaya vermək, xalça-palazı  yuyub  soyuqda 
qurutmaq,  dünyasını  dəyişənləri ziyarət etmək üçün 
q
əbirsanlıqların yollarını, həyər-bacanı təmizləmək elə də asan 
deyildi. Bunun üçün h
əm də vaxt lazım idi. Yazda bir saatını 
boş keçirsən, bütün yayı çalışsan da, yerini doldura bilməzsən. 
Bel
ə olduğu halda xalqın dörd çərşənbə, yəni bir ay bol süfrə 
açması, tonqal qalaması, əylənməsi mümkün deyildi...   
Fevralın  1-də  hakimiyyəti  Böyük Çillədən təhvil alan 
Kiçik Çill
ə  fevralın  20-də  qırmancını  yerə  qoyur. Kiçik 
Çill
ənin son 3 günündə  Xıdır  Nəbi  bayramı  keçirilir  (qeyd 
etdiyimiz kimi, h
əm Azərbaycanın ayrı-ayrı bölgələrində, həm 
d
ə Türk Dünyasında Xıdır Nəbi, Xıdır İlyas, Xederlez bayramı 
müxt
əlif vaxtlarda qeyd olunur), Kiçik Çillə çıxan gün boz atlı 
Xıdır Nəbi Boz ayı gətirir. Boz ay 31 gün çəkir, martın 21-22-
d
ə başa çatır. Bu ay qışın son, deməli, ilin ən ağır ayı sayılır. 
Bu  ayın  sonu  qışın  sonu  deməkdir.  Qışı  dərdlə, çətinliklə
219 
 


b
əlalarla bağlayan xalq deyirdi: “qış çıxdı, dərd çıxdı”. “Mart” 
ay  adı  kimi  dilimizə  çox-çox sonralar gəldiyi üçün onun 
folklorumuzun q
ədim örnəklərinə yaxın zamanlardan salındığı 
m
əlumdur. 
Boz ay gir
ən gün, yəni  fevralın  20-də  deyirlər: “cəmrə 
havaya düşdü”. Beləcə, Cəmrə-Günəş növbə ilə suya, torpağa 
düşür...  
                                                   
                                                           
 
             
              1) Hava  (20 fevral) 
 
            2) Su  (27 fevral) 
 
               3) Torpaq  (5-6 mart)   
 
 
 
C
əmrə (cəmlə)- Günəş (od, istilik) 
 
Onu da qeyd ed
ək ki, 2011-ci  il  fevralın  22-də  Xəzər 
Universitetind
əki ənənəvi “Elm və sənət məclisi”ndəki (45-ci) 
“Novruz ç
ərşənbələri: tarixi kökləri və  regional özəllikləri” 
başlıqlı  məruzəmin müzakirəsi  vaxtı  professor  Məhərrəm 
Qasımlı  öz  çıxışında  dörd ünsürün çərşənbələrə  ad kimi 
verilm
əsinə heç yerdə rast gəlmədiyini vurğulayaraq demişdir: 
“Əhməd  Cavadın  1919-cu ildə  yazdığı  “Novruz”  şeirlər 
silsil
əsində  bu  şeiri  var.  Biz  də  ensiklopediyaya (söhbət 
“Novruz  bayramı  ensiklopediyası”ndan  gedir  –  G.Y.”)  onu 
220 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə