Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə60/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   56   57   58   59   60   61   62   63   ...   105

Amma  onlan  bu  maskalıları  qurdlar  adlandırdıqlarına  görə, 
hamı  da  elə  qəbul edir. Yəni  şərt o deyil ki, qurdu soyub 
d
ərisini geyinsinlər... Gürcüstanlı dostlarımızdan Rəşad Sahilin 
dedikl
ərinə  görə,  Xramçayın  o  tayıda  da,  bu  tayında  da 
keç
əpapaqlar Bayram günlərində  görünərmişlər.  El  arasında 
onlara “keç
ə  bölük” də  deyərmişlər.  Əslində  “bölük” sözü 
“börk” sözünün t
əhrif olunmuş formasıdır. “Börük” də “börü” 
– qurd sözünd
ən əmələ gəlib. Yəni keçə qurd...  
Əsasən,  heyvandarlıqla  məşğul  olan  əhalinin qurdu 
öldürm
əsi  onların  qəzəbinə  tuş  gəlmək  qorxusu  yaradır.  Bu 
bayramda 
əslində qurdlara pay verməklə onları razı salırlar ki, 
sürül
ərə tələfat verməsinlər... Qurdla bağlı bir sıra bayramlar, 
m
ərasimlər var. Onlardan biri də  qaqauzların  “Canavar 
yortuları”dır. 
Keç
əpapaqlara xalq arasında keçəbörk də deyilirmiş. Bu 
keç
ə  papaqları,  yəni  maskaları  insanlar  özləri düzəldərmişlər. 
H
əmin maskalar Muğanlıda qalmasa da, biz onların eynisinin 
Dağıstanın  Şaitli  kəndindəki didoylardan götürülərək  hazırda 
muzeyd
ə saxlanılanını göstərmək istərdik. Bizcə, həmin maska 
t
əxminən belə də olmuşdur... 
 
 
 
 
 
 
 
 
 
 
209 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Didoyların qurd maskaları 
 
 
 
 
 
 
 
 
 
 
210 
 


 
 
Keç
əpapaqlar ayaqlarına çəkmə əvəzinə uzun qara tuklü 
keçi d
ərisi  bağlayarmışlar.  Əllərində  də  üç hissədən ibarət 
qotazlı dəri qamçı olurmuş. Qotazın hörülmüş ucu saç hörüyü 
kimi  nazik  olardı.  Qamçını  çalanda  o,  hökmən  şaqqıldamalı, 
b
ərk səs  çıxarmalı  idi.  Keçəpapaqlar dəstə  halında  gedəndə 
onların  paltarlarındakı  zınqırovların  cingiltisi,  şaqqıldayan 
qamçıların  səsi bir-birinə  qarışır,  vahiməli  gurultu,  uğultu 
yaranır. Bu da şaman ayinlərindəki atributları xatırladır: qamçı 
(kam+ça.  Qazaxıstan  baksılarının  da  çox  işlətdikləri 
atributlardandır), zınqırov və s.  
Keç
əpapaqlıq  etməyə  xalq  arasında  “keçəpapağa 
çıxmaq”  deyilir.  Axır  çərşənbə  gecəsi evlərə  pay  yığmağa 
ged
ən keçəpapaqlar pay verməyən adamın üstünə paltarlarının 
bil
əyinin  altında  gizlətdikləri  torbacıqdan  un  səpirmişlər. 
Bununla da dem
ək istəyirlərmiş  ki,  “səni görüm heç qardan, 
qışdan  çıxmayasan”  (sözsüz  qarğış  forması)...  Yuxarıda  qeyd 
etdiyimiz kimi, didoylar da pay verm
əyənləri və  ya pay 
oğurlamaq  istəyənləri  qara,  yaxınlıqda  çay  olduğuna  görə  də 
buzlu  çaya  basmaları  da  eyni  məna  daşıyır.  Əlbəttə  ki, fevral 
ayında  hələ  qar, buz yerdədir.  Bu  “qarğışın”  həmin vaxt 
edilm
əsi doğrudan da baharın gəlməsini yubada bilər qorxusu 
il
ə  yaşayan  insanları  məcbur  edir  ki,  hamı  iq,  yəni yumru, 
ortası boş, bublikə bənzər bayram çörəyi bişirsin və pay olaraq 
botsil
ərə, yəni  qurdlara  versin.  Bu  zaman  qurdlar  baharın 
g
əlişinə yardım edər, onu tezləşdirə bilərlər. Lakin baharın son 
gününd
ə, yəni  martın  22-də  qar  əvəzinə  un səpərək eyni 
“qarğış”ı etmək “daldan atılan daş”a bənzəyir v təbii ki, artıq 
211 
 


yaz g
əldiyi üçün heç kəs narahat deyil.  Hamı  bunu  gülüşlə 
qarşılayır... 
Keç
əpapaqların  hazırlıq  prosesi,  tamaşanın,  maskaların 
əhalinin  kişi  qismi  tərəfindən  hazırlanması,  saxlanılması  və 
onların  iştirakı  kişilik  institunun  digər nümunələrini də  yada 
salır. Bunlara Türkiyədəki yarən məclislərini misal göstərmək 
olar.  Burada  da  başçı,  sağı,  solu,  köməkçiləri və  cəza verəni 
var. C
əzalıları  başçının  əmri ilə  hörülmüş  qamçı  ilə  vurur, 
oyuna d
əvət edir və  ya  yanıltmac,  mani  söyləməyə  məcbur 
edirl
ər. Çindəki  uyğurlar  arasında  bu  birlik  “məci”  adlanır. 
Burada  kişilər istirahət günləri  yığışıb  müxtəlif  əyləncələr 
t
əşkil  edir,  oynayır,  oxuyur,  bəzən də  siyasi məsələləri 
müzakir
ə edirlər. Məhz bu özəlliyinə görə bu cür kişi məclisləri 
bir sıra ölkələrdə qadağan olunmuşdur.  
Novruzda Şah (Xan) bəzəmə adəti Azərbaycanın bir çox 
bölg
ələrində  bu gün də  qalır.  Qubadlıda,  Ordubadda, 
K
əlbəcərdə və digər yerlərdə geniş yayılan şah bəzəmə adəti də 
qışın son çırpıntıları ilə bağlıdır. Amma orta əsrlərdə şahla əvəz 
olunan qış obrazını öldürmək siyasi məna kəsb etdiyindən, biz, 
didoylar kimi, Şahı, Xanı (qışı) öldürmürük. 
Qeyd ed
ək  ki,  Muğanlıda  da  “Novruz”  sözü az 
işlənirmiş,  elə  “bayram”  deyirmişlər. Bu yerdə  Molla Pənah 
Vaqifin bir şeiri yada düşür: 
 
Bayram oldu, heç bilmir
əm neyləyim... 
Bizim evd
ə dolu çuval da yoxdur. 
Düyüyl
ə yağ hamı çoxdan tükənmiş 
Ət heç ələ düşməz, motal da yoxdur. 
 
       Keç
əpapaqlar  daha çox  toy, yəni  şənlik  olan,  dan  atılan 
212 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə