Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə63/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   59   60   61   62   63   64   65   66   ...   105

daxil  etmişik.  Ordakı  ardıcıllıq  eynilə  Türkiyədəki cəmlələr 
ardıcıllığındadır: hava, su, torpaq. Yəni Türkiyədə gördüyümüz 
c
əmlələr  ardıcıllığı  Əhməd  Cavadın  şeirində  yer  alıb.  Əcəba 
Əhməd Cavad bunu bir şəmkirli olaraq o bölgədənmi götürüb
yoxsa  bağlı  olduğu  Türkiyədənmi gətirmişdi?  Bu  sualımıza 
cavab yoxdur. H
ər halda yeganə bir dənə mənbə olan Əhməd 
Cavad var. 1919-cu ild
ə. Ayrı hər hansı bir şey yoxdur” [219]. 
M.Qasımlının öz çıxışında adını çəkdiyi Əhməd Cavadın 
“Etnoqrafik etüdl
əri”ndə  Yenco  (Yencə) gün, çillələr, 
ç
ərşənbələr  adı  ilə  maraqlı  etnoqrafik  məlumatlar vermişdir. 
“Novruz  şeirləri”  adı  ilə  də  tanınan  bu  şeirlər, özəlliklə  də, 
ç
ərşənbələrlə bağlı məqamlar türk mədəniyyətindən uzaq, fars 
t
əfəkküründən gələn “ab-atəş-xak-bad” (türklərdə  5 ünsürdür. 
D
əmir də  bura aiddir. Biz də  təbiətin,  canlıların  yaranışında 
ünsürl
ərin rolunu inkar etmirik – G.Y.) deyə dörd çərşənbəyə 
dörd  ünsürün  adınım  verilməsini müdafiə  edənlərin  əllərində 
özl
ərini müdafiə vasitəsinə çevrilib. Qeyd edək ki, 1990-cı ilin 
mart  ayına  qədər, yəni Ayaz Mütəllibov hakimiyyətinin 
yaratdığı  böhrandan  çıxış  yolları  axtarmaq  yerinə  hind 
filml
ərini və  çıqqıdı-çıqqıdı  üçün  çərşənbələri  işə  salmağı 
üstün tutan v
ə yuxarıdan folklorçulara (ikisinə) göstəriş verən 
m
əmurların  sayəsində  folklorçu Azad Nəbiyevin ard-arda 
“Kommunist” q
əzetinin 16, 17, 18, 19 mart saylarında (heç biri 
d
ə çərşənbə axşamına düşmür) ünsür adları verdiyi yazılar çap 
olunur. Bu vaxta q
ədər heç bir folklorşünas və ya etnoqraf dörd 
ünsürün adında çərşənbələr olduğunu yazmır, elə A.Nəbiyevin 
özü d
ə... (Bax: A.Nəbiyev. “Novruz bayramı” toplusu, 1990). 
M
əsələn, ASE-nın VII cildində (1983) 284-cü səhifədə Novruz 
bayramı ilə bağlı böyük materialda dörd ünsürlə bağlı heç bir 
ç
ərşənbə adı yoxdur. O material isə M.Təhmasib, Ə.Axundov, 
221 
 


Ə.Sultanlı,  M.Arif,  P.Əfəndiyev, H.Quliyev, H.Hatəmi kimi 
ziyalı  alimlərin  əsərlərindən götürülüb. A.Nəbiyevin  adı  bu 
aliml
ərin arasında yoxdur. 
B
əziləri  Əhməd  Cavadın  çərşənbələrdə  ünsür 
sıralamalarını təhrif edərək özlərinə sərf edən şəkildə verirlər. 
Gör
ək, əslində, Ə.Cavad bu barədə nə yazır:   
Minib dörd atını, çapır dördnala,  
Düzl
ərdən, çöllərdən gəlir Yenicə gün!  
Yelqanadlı, odürəkli, suüzlü,  
Yolların bağrını dəlir, Yenicə gün! 
                                             
“Dördatlı yenicə gün” 
(G
əncə, 1919) 
Burada  şair  Yenicə  günü (fikir verin:” Novruz” demir, 
“Yenic
ə  gün”  deyir)  “yelqanadlı”,  “odürəkli”, “suüzlü” 
adlandırır  və  “torpağa  çatınca  toxtayır  bir  az”  deməklə, tutaq 
ki, bel
ə  düzür: yel, od, su, torpaq. Lakin növbəti  səhifədə  ad 
qoymadan dörd ç
ərşənbənin birincisindən danışır: 
Açıldı hava, 
Qurtardı dava. 
Getdi qış,  
G
əldi yaz. 
Doğdu Günəş,  
222 
 


Bitdi yaz. 
Əgər burada hava çərşənbəsindən (hava ünsürdür. Yel 
ünsür deyil – 
G.Y.)  danışılırsa,  birinci  çərşənbədirsə, deməli, 
h
ələ Kiçik Çillə təzə çıxıb, Boz ay təzə girib və Boz ayın ilk 
ç
ərşənbəsində  hava  açılır.  Lakin  şair  “getdi  qış,  gəldi yaz” 
deyir.  Axı  qış  martın  20-21-də  çıxır,  yaz  da  o  vaxt  gəlir. 
Ardınca Ə.Cavad deyir:  “Doğdu Günəş, bitdi  yaz”. Artıq  yaz 
da bitdi, Gün
əş doğdu, yay gəldi... Bu necə birinci çərşənbədir? 
İkinci çərşənbə dediyi çərşənbədə yazır: 
Bulaqların gözü açıq, 
Ormanların üzü açıq; 
Durnalardır uçub gələn 
Qaqqıldaşa-qaqqıldaşa! 
Çaylar axır dəryalara 
Şaqqıldaşa-şaqqıldaşa... 
Üçüncü ç
ərşənbə adlandırdığı şeirində şair yazır: 
Torpağa bax, torpağa, 
Sanki qalxır ayağa. 
Buxarlanır nəfəsi, 
Oyanıbdır həvəsi... 
223 
 


Əhməd Cavad dördüncü çərşənbə adı ilə yazdığı şeirində 
oddan  danışır  və,  maraqlıdır  ki,  tam  bir  atəşpərəst kimi, odu 
m
ədh edir və özünün də oddan yarandığını vurğulayır: 
M
ən oddan yaranmışam, 
Oddur südüm, n
əfəsim. 
Od r
ənginə boyanmışam,  
Oddur gücüm, oddur s
əsim!.. 
...Babam oddur, anam oddur 
Odur ki, m
ən od kimiyəm!..   
Əvvəlki şeirindəki düzülüşdən fərqli olaraq bu şeirlərində 
tam f
ərli sıralamanın şahidi oluruq: hava, su, torpaq, od... Bizə 
el
ə  gəlir  ki,  şair  fars  və  atəşpərəst mədəniyyətin təsiri 
altındadır.  Lakin  türkü,  Türkiyəni sevən, türklüyü ilə  qürur 
duyan,  Osmanlıya  yardıma  gedən, ölümdən belə  qorxmayan
Anadoluda  qardaşları  qan  ağladığı  vaxtda  vicdanının  onu 
Bayram keçirm
əyə  qoymadığı  Əhməd  Cavad  haqqında  bu 
sözl
əri demək nə  qədər  ədalətsizlik  olardı...    Bəs onda nə  idi 
“ab-at
əş-xak- bad” ardıcıllığından uzaq tutandan şairi? Əhməd 
Cavad uzun ill
ər Anadolu, özəlliklə  də  Şərqi Anadolu ilə 
əlaqəli olub... Qeyd edək  ki,  Qars,  Ərzurum,  Ərzincan 
t
ərəflərdə bizdən fərqli olaraq cəmrələr xalq arasında  yaşayır. 
H
ər il Kiçik Çillə  çıxanda  xalqın  biliciləri “bu gün cəmrə 
havaya  düşdü”  deyirlər.  Bunu  xüsusi  hazırlıqlarla  qeyd 
etm
əsələr də, təqvim kimi yadda  saxlayırlar.  Sonra  sıra  ilə 
c
əmrə suya, daha sonra isə torpağa düşür və bu proses martın 
224 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə