Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə57/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   53   54   55   56   57   58   59   60   ...   105

 
Astronomiya  elmi  inkişaf  etdikcə,  astronomlarla  yanaşı 
astroloqlar, mün
əccimlər də  artmağa  başladı.  Əvvəlcə 
saraylarda, daha sonra is
ə  sadə  insanlar  doğum  ilini, gününü, 
h
ətta  saatını  da  yadda  saxlamağa  başladılar. Bu da 
mün
əccimlərin işini asanlaşdırır, verilən proqnozların həqiqətə 
yaxın olmasına imkan verirdi. 
“Burhan-
ı  Katı”nın  Türkiyə  türkcəsinə  tərcüməsində 
Novruzun 
əski təqvimə görə ildə iki dəfə - yazın birinci ayının 
birinci v
ə  altıncı  günlərinə  verilən  ad  olduğu  göstərilir. 
Birincisin
ə  “Nevruzı-ı  Amme” (Fərvərdin  ayının  1-də), 
ikincisin
ə isə “Nevruz-ı Hasse” (Fərvərdin ayının 6-da) deyilir. 
“Nevruz-
ı  Amme”  ye  görə  Cənab-ı  Hak  aləmi və  Adəmi o 
günd
ə  yaratdı.  “Nevruz-ı  Hasse” görə, o gün Cəmşid  taxta 
oturdu v
ə bu münasibətlə sonralar həmin gün qeyd edildi [46, 
s112].    Lakin türkiy
əli  alim  Müjgan  Cunburun  araşdırdığına 
gör
ə, heç bir divanda bu iki ada rast gəlinməyib. Hər yerdə 
Novruzun ild
ə yalnız bir dəfə keçirildiyi barədə məlumat var. 
M
əsələn, Füzuli bir beytində deyir: 
 
H
ər gün açar könlümi zövq-ı visalün yenlədən 
G
ərçi güllər açmağa hər ildə bir novruz olur. 
 
Nev`i Əfəndi də yazır: 
 
Nevruz kim bu bezm içine yılda bir gelür 
Hürmetsüz itdi anı dab u köhne rüzgar [59, s.37]  
 
XVII 
əsrin tanınmış şairi Nef`i də Novruzun ildə bir dəfə 
olduğunu təsdiqləyir: 
 
198 
 


Yılda bir olur bu dem-i ferhunde aceb mi 
Olmazsa her eyyamda ger alem-i nevruz  [59, s.38]  
 
Əslində,  ola  bisin  ki,  “Burhanı-Katı”  düzgün  anlaşılma-
mışdır və Novruzun iki dəfə (Fərvərdinin 1-də və 6-da) deyil, 
1-d
ən 6-dək keçirildiyi yazılmışdır.  Çünki  Novruzla  bağlı 
m
ərasimdən  danışarkən Dr. Cavad Heyət  yazır:  “Eskiden, 
Nevruz için bir gün değil, altı gün bayram tutulurmuş. İlk beş 
günde,  Şahenşah,  halkın  muhtelif  tabakalarını  kabul  eder  ve 
onların  hacetlerini  verirdi.  Altıncı  gün,  Kral`a mahsustu. Bu 
gün en yakınlarını kabul ederdi” [7, s.120].  
Əsasən  İran  mifolojisindən qaynaqlanan bir çox 
r
əvayətlərdə farslar Novruzu ulu babaları saydıqları Cəmşidlə, 
Kiyumersl
ə  bağlayırlar.  Doktor  Cavad  Heyət  yazırdı: 
“Avestada Novruzdan b
əhs edilməmişdir, fəqət pəhləvi dilində 
yazılan  dini  kitablarda  Novruzdan  əski bir bayram kimi bəhs 
edilmişdir” [58, s.119]. 
R
əvayətlərdən birinin qəhrəmanı  İran  şahlarından  olan 
C
əmdir. Rəvayətə görə, Cəm Azərbaycana gəlir və qızılla, daş-
qaşla  bəzədilmiş  taxta  oturur,  başına  da  tac  qoyur.  Günəş 
doğarkən taxt, tac bərq vurur. Xalq onun Günəş  kimi 
par
ıldadığını  görüb  “şid”  adını  verir.  Farsca  “şid”  Günəş 
dem
əkdir. Bu ad Cəmin adına əlavə olunaraq “Cəmşid” şəklini 
alır.  
Gün
əşin  Qoç  (həməl) bürcünə  girdiyi, yəni  gecə  ilə 
gündüzün b
ərabərləşdiyi Rumi 9 mart, Miladi 22 Mart tarixi bir 
çox xalqlar t
ərəfindən önəmli tarix kimi götürülür. Bəzi 
yerl
ərdə, o cümlədən  Kıbrıs  türklərində  həmin gün hələ  də 
“Mart 9-
u” kimi xalqın yaddaşında qalmışdır...   
199 
 


Əski Sovetlər Birliyi  respublikalarında  Novruza  maraq 
1961-ci ild
ən, yəni Ömər Xəyyamın  “Novruznamə”  əsərinin  
əlyazması Berlin və London nüsxələri əsasında Moskvada çap 
olunduqdan sonra daha da artdı.   
 
 

BƏDMÜŞK ƏTİRLİ NOVRUZ” 
 
Novruz bayramı, əsasən də, Axır çərşənbə Azərbaycanın 
əksər bölgələrində  böyük  coşqu  ilə  keçirilir.  Xıdır  Nəbinin 
yüks
ək səviyyədə qeyd olunduğu yerlərdə Novruz şənlikləri bir 
q
ədər  sönük  olur,  ya  da  heç  olmurdu.  Əvvəllər  xalq  Axır 
ç
ərşənbə  axşamı  çərşənbəni  qarşılamaq  məqsədilə  daha 
maraqlı, çeşidli ayinlər, oyunlar keçirir, falabaxmalarla məşğul 
olur, bol süfr
ə  açırdı.  Bir  sıra  bölgələrimizdə  Novruzun özü 
deyil,  Axır  çərşənbə  axşamını  insanlar  daha  böyük  ruh 
yüks
əkliyi ilə  qeyd edirdilər. Hətta  əhali  Novruzun  adını 
ç
əkmir,  Bayram,  İl  başı,  İlin,  ayın  axır  gecəsi,  İl  təhvil olan 
gec
ə, Qırmızı Bayram… kimi adlarla Novruz bayramını anırdı.  
Baharın  gəlişi  ilə  qışın  soyuğundan,  qarından  yaxa 
qurtardıqlarına sevinən insanlar Günəşi şadlıqla qarşılayır, qışı 
azar-
bezarı,  dərdi-səri ilə  birgə  qovmaq məqsədilə  müxtəlif 
ayinl
ər icra edirlər... 
T
ədqiqatçı P.Qolbax “Müqəddəslər qalereyası” kitabında 
qeyd  edir  ki,  slavyanlar  qışı  yola  salıb  yazı  qarşılamaq 
m
əqsədilə  evlərdə  təmizlik  işləri görür, köhnə  əşyalardan 
tonqal qalayırlar.  Bu zaman çalışırlar ki, tonqalın tüstüsü çox 
olsun. Əski türk şamanizmindəki inama görə, həyət-bacanı, ev-
eşiyi,  ətrafdakıları  tüstüyə  vermək  onları  paklamaq  anlamına 
g
əlir... [9]. 
200 
 


Türk m
ədəniyyətinin ciddi təsiri  altında  olan  slavyanlar 
da karnavallarla, r
əqslərlə,  meydan  tamaşaları  ilə, bol 
süfr
ələrlə, müxtəlif yarışlarla, əyləncələrlə yazı qarşılayırdılar. 
Yazda tumurcuqlarını ilk açan bədmüşk (pişpişə) budağının şər 
qüvv
ələri daha yaxşı qova biləcəyinə inanan slavyanlar həmin 
budaqla evd
ən  şər qüvvələri qovurdular. Ailənin  başçısı 
əlindəki bədmüşk  budağı  ilə  ev  əhlini  “döyərək”  “sağlıq  evə, 
x
əstəlik  meşəyə!”  deyirdi. Sonra hər kəs  tarlalara  axışır, 
ton
qalların külünü oraya səpərək kənarlarına bədmüşk budağı 
basdırırdılar  [116, s.11]. Sonralar kilsə  bu ayinləri  xalqın 
h
əyatından  çıxartmaq  məqsədilə  həmin günləri xristian 
m
ərasimlərilə  doldurdu… Lakin burada bizim diqqətimizi 
ç
əkən  daha  maraqlı  bir  məqam var. Ulu öndərimiz Heydər 
Əliyevin bacısı Şəfiqə xanım Əliyeva “Mənim anam” kitabında 
Novruzla  bağlı  xatirələrini  “Bədmüşk  ətirli Novruz”  başlığı 
altında  verərək  yazır:  “Baharın  ilk  müjdəsini bizə  bədmüşk 
ver
ərdi. Evimizin arxasında idi bu ağac.  İydəyə  bənzər çiçəyi 
xırda  tükcüklərlə  örtüldüyü  üçün  biz  ona  pişpişə  deyərdik. 
Q
əribə  bu  idi  ki,  ağacın  dibində  qar  topası  olduğu  halda 
b
ədmüşk çiçəkləyərdi. Anam bədmüşkü çox sevərdi… Nə üçün 
o b
ədmüşkü bu qədər çox sevirdi?..” [12, s.50]. Çünki hər dəfə 
b
ədmüşk  çiçəkləyəndə  Zəngəzurun  baharı  yadına  düşürdü. 
Dem
əli, Zəngəzurda  da  baharın  gəlişinin  ilk  müjdəçisi 
b
ədmüşk  idi.  Qızlar,  gəlinlər,  uşaqlar  bədmüşkü  mart  ayında 
yarğanlardan  –  su axan yerlərdən toplayar, xüsusi qazanlarda 
qaynadaraq gülab ç
əkərdilər… [12, s.50-51]. 
Yuxarıda  slavyanların  türk  mədəniyyətinin təsiri  altında 
olduqlarını  təsadüfən deməmişdik.  Gördüyümüz  kimi, 
b
ədmüşk  ağacı  qədim türk yurdu olan Zəngəzurda da
Naxçıvanda  da  baharın  müjdəçisi  sayılmışdır.  İnsanlar  nəinki 
201 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə