Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə70/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   66   67   68   69   70   71   72   73   ...   105

ç
əkdikləri hər çərşənbə  qurulan dəstərxanlara  tamaşaçılar 
arasında münasibət birmənalı deyil. Hamı eyni cür yaşamır və 
bu da t
əbiidir. Amma bu çal-çağırlar,  əndazəsindən  çıxan 
süfr
ələr  qıcıq  yarada  bilər.  Bu  baxımdan  da  xalqımızın 
keçirdiyi kimi, 
əsas gücü Axır çərşənbəyə verməliyik.       
Düşünürük  ki,  uzun  illər ömrünü Azərbaycan 
folklorşünaslıq  elminin  inkişafına  sərf edən, 60 min tirajla 
“Yazıçı” nəşriyyatı tərəfindən çap olunan, 224 səhifəlik dəyərli 
toplu  hazırlayan  alimi  öz  mövqeyini  180  dərəcə  dəyişməyə, 
“Novruz  bayramı”  toplusunda  yazdıqlarını  inkar  etməyə, 
üz
ərində  “işləyərək”  Axır  çərşənbəyə  aid etdiyi deyimləri, 
inam v
ə  etiqadları,  adət-ənənləri, oyun və  tamaşaları  bölərək 
uydurduğu  və  ya uydurularaq onun əli ilə  xalqa  sırınması 
ist
ənilən dörd çərşənbə arasında paylamağa nə vadar etmişdir?  
Alimin  inandığı  fikirlərindən dönməsi üçün çox ciddi səbəb 
lazımdır. Bəzi alimlər heç vaxt fikirlərindən dönmürlər, ölənə 
q
ədər dediklərini deyirlər. Amma həm  Ə.  Cəfərzadənin, həm 
A.N
əbiyevin bu gün dediklərini elə bu gün də danmaları, başqa 
fikirl
ər söyləmələri üçün çox ciddi əsas lazım idi…  
Qeyd ed
ək ki, çərşənbə  adlarının  dörd  ünsürlə 
bağlanmasına  tək  yazılarımla  deyil,  keçirdiyim  müxtəlif 
t
ədbirlə  də  qarşı  çıxıram.  Belə  tədbirlərin biri də  Xəzər 
Universitetind
ə keçirilmişdir. 
 
245 
 


 
 
 
 
246 
 


 
 
 
 
X
əzər Universitetində çərşənbələrin müzakirəsi (22 
fevral 2011) 
 
Universitetin saytından məlumat: “2011-ci il fevralın 22-
d
ə  Xəzər Universitetində  ənənəvi “Elm və  Sənət Məclisi”nin 
45-ci m
əşğələsi keçirildi. Məşğələni  giriş  sözü  ilə  Xəzər 
Universitetinin t
əsisçisi, Direktorlar və  Qəyyumlar  Şurasının 
s
ədri  professor  Hamlet  İsaxanlı  açaraq,  müzakirəyə  çıxarılan 
“Novruz ç
ərşənbələri: tarixi kökləri və  regional  özəllikləri” 
247 
 


mövzusuna aid mülahiz
ələrini bildirdi və sözü məruzəçi - tarix 
elml
əri  doktoru  Güllü  Yoloğluya  verdi.  G.Yoloğlu  Novruz 
ç
ərşənbələrinin  tarixi kökləri və regional özəllikləri haqqında 
maraqlı  məruzə  ilə  çıxış  etdi.  Məruzədən sonra məşğələdə 
iştirak edən Azərbaycanın  tanınmış  elm  adamları  mövzu 
ətrafında geniş müzakirələr apardılar.  Rafiq İsmayılov (BDU-
nun professoru), B
əhmən Əliyev (AMEA-nın baş elmi işçisi), 
L
əman Süleymanova (AMEA-nın Folklorşünaslıq İnstitutunun 
elmi işçisi), Nəzakət Hüseynova (BDU-nun professoru), Tahir 
Şahbazov  (AMEA-nın  Arxeologiya  və  Etnoqrafiya  İnstitu-
tunun 
əməkdaşı),  Əli  Şamilov  (AMEA-nın  Folklorşünaslıq 
İnstitutunun əməkdaşı), İsmayıl Umudlu “Ayna-Zerkalo” qəze-
tinin 
əməkdaşı,  Füzuli  Bayar   (professor),  Süleyman  Əliyarlı 
(BDU-nun professoru), M
əhərrəm  Qasımlı  (AMEA-nın 
Ədəbiyyat  İnstitutu,  professor),  Cəlil  Nağıyev  (Asiya 
Universitetinin rektoru), Q
əzənfər Paşayev (professor), Hamlet 
İsaxanlı  və  digərləri mövzu ilə  əlaqədar  çıxış  etdilər. Hamlet 
İsaxanlı maraqlı məruzə və müzakirəyə görə Güllü Yoloğluya, 
çıxış  edənlərə, həmçinin  iştirakçılara  təşəkkürünü bildirdi. 
Sonda xatir
ə şəkli çəkildi [221]. 
 
248 
 


 
 
“Elm v
ə Sənət Məclisi”nin 45-ci məşğələsinin 
iştirakçıları (22 fevral 2011) 
 
Bu t
ədbirdə  çıxış  edən folklorşünas  alim  Məhərrəm 
Qasımlının  dedikləri  maraq  doğurur: “Problem kifayət qədər 
mür
əkkəbdir. Doğrudan da mən çox baş vurmuşam ki, bu dörd 
ünsürün ç
ərşənbələr üzərində  olduğu  hansı  tarix  var,  hansı 
m
ənbə  var və  s. Çox əlləşmişik.  25  min  tirajla  “Novruz 
ensiklopediyası” çıxıb. Orda çərşənbələrin təqribən 30-a qədər 
adı var. Yəni bölgələrdə olan… Ekspedisiya da olub, toplanılıb 
da. 47-ci ild
ə  Təhmasib müəllim bu mövzuda namizədlik 
dissertasiyası  müdafiə  edib. Orda cəmlələr də,  oğru  buğlar, 
doğru buğlar, hamısı yazılıb. Necə ola bilər? Folklorçular harda 
yatmışdı ki, bu işlə məşğul olmurdu? Bu ayrı məsələdir ki, ab-
at
əş-xak-i-bad  yox  idi.  Əzəl çərşənbə  varıydı,  Yalançı, 
249 
 


muştuluqçu, Axır çərşənbə var idi… Əhməd Cavadın 1919-cu 
ild
ə yazdığı “Novruz” şeirlər silsiləsində çərşənbələr haqqında 
bir  şeiri  gedib.  1919-cu ildə  yazılıb  bu  şeir  və  çap olunub o 
vaxtda. Biz d
ə  ensiklopediyaya  onu  daxil  etmişik.  Ordakı 
ardıcıllıq  eynilə  Türkiyədəki cəmlələr  ardıcıllığındadır:  hava, 
su, torpaq. Y
əni Türkiyədə  gördüyümüz cəmlələr  ardıcıllığı 
Əhməd Cavadın şeirində yer alıb. Əcəba Əhməd Cavad bunu 
bir şəmkirli olaraq o bölgədənmi götürüb,  yoxsa bağlı olduğu 
Türkiy
ədənmi gətirmişdi?  Bu  sualımıza  cavab  yoxdur.  Hər 
halda yegan
ə bir dənə mənbə olan Əhməd Cavad var. 1919-cu 
ild
ə. Ayrı hər hansı bir şey yoxdur. 
İlk dəfə bu məsələ gəlir ortaya çıxır, deyəcəm sizə nə cür. 
Rafiq mü
əllim də bu işin içində olub. 88-89-cu illərdə Vəzirov 
g
ələndə, bir çox məsələlərlə  bərabər dedilər ki, Novruz 
bayramını  işə  salın  ki,  camaatın  başı  qarışsın. O arada ancaq 
Axır çərşənbə ilə bağlı çıxış olurdu. Televiziyada iki il 88-89-
cu ill
ərdə  bu  çıxışları  mən eləmişəm. Və  hər  hansı  başqa 
ç
ərşənbə söhbəti yox idi. 1990-cı ildə aləm qarışdı, qırğın oldu 
v
ə,  gördüyünüz  kimi,  Novruz  bayramı  və  çərşənbələr söhbəti 
d
ə olmadı. Yəni çox üstü örtülü keçdi (əslində isə məhz elə o 
qarışıq  dövrdə  fürsəti  əldən verməyənlər  əksər alimlərin 
başının  millət, Vətən dərdinə  qarışmasından  istifadə  edərək 
dörd ünsürü ç
ərşənbələrə  pərçimlədilər  –  G.Y.). Gəldi 91-ci 
ild
ə  Mütəllibovun  vaxtı  idi.  Fuad  Qasımzadə  də  müşavir  idi. 
M
ən bu hadisələrin içində olmuşam. Ona görə də bəzi şeyləri 
şahid kimi danışıram.  İndi xatırlayacaqsınız, Fuad Qasımzadə 
91-d
ə  bu  (F.Qasımzdə  -  G.Y.)  çıxıb  başladı  çərşənbələrdən 
danışmağa.  Amma  mən orda olanda, Nahid müəllim burda 
olsa, t
əsdiqləyərdi, mən dedim bu dedikləri  şeylər  hardandır? 
Bu  başladı:  “Birinci  çərşənbə  su çərşənbəsidir.  Əlinə  də  bir 
250 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə