Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə69/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   65   66   67   68   69   70   71   72   ...   105

nümay
əndələrindən ibarət bir qrup Moskvaya nəcib bir 
m
əqsədlə getmişdir: onlar  yanvar hadisələrindən sonra Bakını 
t
ərk  etmiş  rusdilli  əhalinin nümayəndələri ilə  görüşmək, 
...
əvvəlki həyat və  peşə  statusunu qaytarmaqda bu adamlara 
köm
ək göstərmək istəyirdilər”...  (“Yurda  qayıt”  məqaləsi, 
“Kommunist”, mart 1990). 
Az
ərbaycanın  belə  ağır  və  odövrkü Ayaz  Mütəllibov 
hakimiyy
əti  üçün  çıxılmaz  vəziyyətində  “Kommunist” qəzeti 
el
ə  həmin o “Kommunist” qəzetinin  mart  saylarında  ard-arda 
A.N
əbiyevin  İlaxır  çərşənbələrlə  bağlı  qurama  çərşənbələrini 
“Baharın  özgə  hüsnü  var”  başlığı  ilə  verir. Ölkənin bu 
v
əziyyətində  baharın  özgə  nə  hüsnü ola bilərdi? 20 Yanvar 
hadis
ələrində  canını  fəda edən  şəhidlərin  qanı  hələ 
qurumayıb... Xalq çaşqınlıq və matəm içindədir, bağlı olduqları 
Moskvanın satqınlığı, xəyanəti, M.Qorbaçovun məkrli siyasəti 
kommunist  partiyasına  nifrəti, qəzəbi  artırıb.  Belə  bir vaxtda 
“Kommunist” q
əzeti M.Qorbaçovun mətbuat  konfransının 
materiallarını,  Sov.İKP  XXVIII  Qurultayına  nümayəndələrin 
seçilm
ə qaydasını, Sov.İKP Mərkəzi Komitəsinin Plenumunun 
materiallarını  18  mart  1990-cı  il  sayında  böyük  səhifələrlə 
verir,  axırıncı  6-cı  səhifəsində  A.Nəbiyevin  “Baharın  özgə 
hüsnü var...” silsil
əsindən çərşənbə  materialına  da  geniş  yer 
ayırır.  Sanki  Azərbaycanda  başqa  problem  yoxmuş  kimi...  
Sadaladığım  dövlət  materialları  ilə  birgə, “Kommunist” 
q
əzetinin eyni sayında yer almaq üçün yuxarıdan razılıq olmalı 
idi 
ki, onu da vermişdilər. O zaman məqsəd nə idi?  
Maraqlıdır ki, ilk dəfə dörd ünsürün çərşənbələrə ad kimi 
verilm
əsinin məhz 1990-cı  ilim  martında  şahidi  oluruq.  Həm 
d
ə  gecikmiş  çərşənbə  materiallarının  ard-arda  qəzetin üç 
sayında (16 mart – cümə günü, 17 mart – şənbə günü, 18 mart 
242 
 



bazar  günü)  saylarında, çərşənbə  axşamları  deyil,  fərqli 
günl
ərdə  (halbuki  birinci  (Yalançı)  çərşənbə  fevralın  27-ə, 
ikinci (X
əbərçi,  Çıdırçı)  çərşənbə  martın  6-a, üçüncü (Qara, 
Ölü) ç
ərşənbə martın 13-ə, dördüncü (Axır) çərşənbə isə martın 
20-
ə düşürdü). 1990-cı ildə Axır çərşənbə ilə ilin təhvil olması 
üst-üst
ə düşmüşdü... 
Azad N
əbiyevin  “Novruz  bayramı”  toplusu  da  1990-cı 
ild
ə yenicə çap olunmuşdu. Bildiyimiz kimi, bu topluda nə od, 
n
ə  yel... çərşənbəsi yoxdur. Lakin həmin  toplu ilə  parallel 
folklorçu “Kommunist” q
əzetində  tamamilə  burada 
yazdıqlarının  əksinə  gedərək  başqa  fikirlər söyləyir və 
ünsürl
əri çərşənbələrə  pərçimləyir. Amma hələ  fikirlərində 
t
ərəddüdlər var. Məsələn,  od,  yel  yazsa  da,  Əzəl və  Axır 
ç
ərşənbəyə hələ ad qoya bilməyib. Elə Axır çərşənbə kimi də 
verir. H
ələ torpaq məsələsi yoxdur... 
N
ə  idi alimi eyni vaxtda çərşənbələrə  ikili  yanaşmağa 
vadar ed
ən? Bu suala A.Nəbiyev özü bu oyunların nəticəsi olan 
“İlaxır  çərşənbələr” (Azərnəşr,  1992,  62  s.)  kitabına 
qeydl
ərində  [25,  s.59]  cavab  verir:  “İlaxır  çərşənbələrin ilkin 
ç
ərşənbəsi barədə  ilk  geniş  məlumat “Kommunist” qəzetinin 
1990-
cı  il  16  mart  tarixli  “Əzəl çərşənbə”  guşəsində 
verilmişdi...  Qəzetin  əməkdaşı  mədəniyyətşünas-alim  İlham 
R
əhimli  İlaxır  çərşənbələrin hər birinə  bir səhifəlik material 
hazırlamağı  xahiş  etdi.  Dostum  və  həmkarımın  xahişi  yerinə 
düşdü...”. Onu da qeyd edək ki,  İlham Rəhimli “Kommunist” 
q
əzetində  müxtəlif illərdə  ədəbi  işçi,  baş  müxbir,  felyeton  və 
publisistika, m
ədəniyyət  şöbələrinin  müdiri  işləyib. 
"Az
ərbaycan" qəzetinin  baş  redaktoru,  prezident  aparatının 
humanitar siyas
ət şöbəsinin məsul işçisi olub (1991 - 1993). 
243 
 


Daha sonra A.N
əbiyev  yazır:  “İ.Rəhimli və  o vaxt 
redaktoru 
əvəz edən R.Nağıyev... “İlaxır çərşənbələri” qəzetin 
16, 17, 18, 19 mart tarixli nömr
ələrində səhifə yox, geniş guşə 
halında verməyə nail oldular... Elə kitabın yaranması da bu iki 
h
əmkarımın  İ.Rəhimli və  R.Nağıyevin  təşəbbüsü ilə  oldu, 
sonradan hazırlanmış materialları kitab halına salıb nəşr etmək 
z
ərurəti yarandı”... 
“Novruz 
bayramı” 
toplusunu 
hazırlayan 
bir 
folklorşünasdan qəzetin  əməkdaşlarının  Novruzla  bağlı 
material ist
əməsi  çox  normaldır.  Lakin  çərşənbələr  haqqında 
materialın  istənməsi normal deyil. Çünki A.Nəbiyev  əvvəlki 
kitablarında  yalnız  bir  çərşənbədən  –  Axır  çərşənbədən bəhs 
edir. Ondan dig
ər çərşənbələr haqqında  material  istəyəndə, 
m
əcbur olur o bir çərşənbəni parçalayaraq ad qondarılan digər 
üç ç
ərşənbəyə  verir... Və  ya Azad müəllim niyə  o qədər 
üz
ərində əziyyət çəkdiyi “Novruz bayramı” toplusuna xəyanət 
edir? Niy
ə  toplunun  adı  belə  bu günədək (04.03.2018)  Azad 
N
əbiyevin Vikipediyadakı əsərlərinin arasında yoxdur? [220].      
Bu gün müst
əqil Azərbaycanımız  hər cəhətdən, o 
cüml
ədən də  iqtisadi cəhətdən güclü ölkələr  arasında  özünə 
layiqli yer 
tutmuşdur.  Düşünürük  ki,  dövlətimiz Novruz 
bayramına milli dəyərlərimizi özündə daşıyan bir xalq bayramı 
kimi  yanaşır  və, kifayət qədər dəbdəbəli keçirilməsinə  şərait 
yaradır.  Lakin  bizim  bu  gün  vaxtilə  Ayaz Mütəllibov 
hakimiyy
əti  zamanı  ölkədəki  böhranı  unutdurmaq  məqsədilə 
qondarılmasına  rəvac verdiyi dörd ünsür  -  dörd çərşənbə 
yalanlarına ehtiyacımız yoxdur. Xalqın keçirdiyi çərşənbələrin 
(Yalançı,  Xəbərçi,  Ölü,  Axır)  hər birində  lazımi  ayinlər icra 
olunurdu. Heç d
ə  hər birində  çal-çağır,  bol,  bahalı  süfrə 
olmurdu.  Televiziya  kanallarının  müğənnilərin evlərindən 
244 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə