Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə49/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   45   46   47   48   49   50   51   52   ...   105

 
 
Qovutun hazırlanması 
 
T
ədqiqatçı 
Ə.Axundov 
“Azərbaycan folklor 
antologiyası”nda yazır ki, “bu bayram hər il kiçik çillənin 10-
da  keçirilir.  Xıdır  Nəbi  bayramını  həm müsəlmanlar, həm də 
erm
ənilər qeyd edirlər”  [2, s.251]… Bununla  bağlı  araşdırma 
apardıqda məlum oldu ki, “naxçıvanlıların bir çox inamları bu 
bayramla  bağlıdır  (söhbət vaxtilə  II  Yekaterinanın  14 
noyabr  1779-cu ild
əki göstərişi  ilə  Kırımdan  köçürdüyü 
“erm
ənilər”dən  gedir.  Onlar  Don  çayı  üzərində  Naxçıvan 
şəhəri salırlar. Hazırda bu şəhər Rostova aiddir – G.Y.). Hesab 
edirl
ər ki, kim bu gündə quzu əti yesə, güclü və sağlam olacaq. 
H
əmin gün müalicəvi bitkilər və  güllər  toplayaraq  onların 
d
əmləməsini içənlərin bütün xəstəliklərdən  azad  olacaqlarına 
da  inanırdılar.  Bu dəmləmə  ilə  üzünü yuyan isə  mütləq 
cavanlaşacaq. 
170 
 


Naxçıvanlılar  Xıdırəlləzi müqəddəs Georq kilsəsinin 
h
əyətində  aprelin 23-dən 30-a qədər bayram edirdilər. 
Naxçıvan  bayramı  İosif  Arqutinskinin  xoşuna  gəlmirdi, lakin 
onun  bu  bayramı  ləğv  etmək cəhdləri  uğursuzluğa  düçar 
olurdu...” [215]. Bu da o dem
əkdir ki, Kırımdan erməni adı ilə  
köçürül
ənlər  əslində,  Eduard  Vartanovun  da  yazdığı  kimi, 
“hay” deyildirl
ər.  Yəni  burada  söhbət  qıpçaq-ermənilərdən 
gedir. Etnik 
cəhətdən hay olmayan bu qıpçaqlar, əslində dini 
baxımdan erməni idilər... 
Hayastan  adlandırılan  tarixi  Azərbaycan  torpaqlarında 
yaşayan yezidi kürdlər də fevral ayında Xıdır Aylas bayramı 
keçirirlər.  Yezidi  kürdü  olan  Amo  Şaroyana  görə,  haylarda 
Xıdır  Nəbi  rolunu  Müqəddəs  Sarkis  oynayır.  Bu  da  o 
deməkdir  ki,  Rostov  ermənilərinin  keçirdiyi  Xıdırəlləz 
bayramı həm də onların hay olmadıqlarından xəbər verir... 
Yezidi  kürdlərə  görə,  fevralın  13-də  mələklər 
müqəddəsin  gəlişinə  hazırlaşırlar.  14,  15,  16  fevral  oruc 
tutulur. 17-
si isə bayramdır. Səhər tezdən məzarlıqlara və bir-
birinin  evinə  gedilir.  Xıdır  Aylas  günü  küsənlər  barışır,  hər 
yerdə sevgi, əmin-amanlıq hökm sürür [216]. 
Xıdır  Nəbi  bayramı  kürdlər  arasında  dekabrın  ikinci 
yarısında – 13-20-si arası keçirilir. İnama görə, bu gün arzular 
v
ə xəyallar mələyi olan Xıdır Nəbi öz ağ atında el-el, oba-oba 
g
əzir. Həmin gün çimmək və paltar yumaq onun yoluna dəniz 
çıxartmaq,  baş  daramaq  –  meşə  çıxartmaq,  sabundan  istifadə 
buzlu yollar, iyn
ə ilə nə isə tikmək tikanllı çöllərə salmaq və 
onun yolunu keçilm
əz etməklə çətinləşdirmək deməkdir. Cümə 
axşamından cüməyə keçən gecə Xıdırıdn gələcəyinə inananlar 
qapılarını  bağlamazdılar.  Bu  günə  qədər onlar evlərində 
apardıqları  təmizlik  işlərindən sonra divarlarda ev əhlinin 
171 
 


şəklini çəkərdilər. Hər ailə  Xıdırı  evinə  dəvət etmək üçün iri 
qabda unu “xodanemale” dedikl
əri ən hörmətli yerə qoyardı ki, 
Xıdırın atının ayağının izi qalsın və ya atının quyruğundan bir 
tük  qoparıb  qabın  üstünə  qoysun. Beləcə  Xıdırın  gəlib-
g
əlmədiyini öyrənirdilər. Gənc  qızlar  bulağa  suya  gedər və 
çalışardılar  ki,  hamıdan  tez  çatsınlar.  Birinci  çatan  qıza  daha 
çox  xoşbəxtlik nəsib  olacağına  inanırdılar.  Gətirilən su 
müq
əddəs  sayıldığından  ailə  üzvləri onunla həm  əl-üzlərini 
yuyur, h
əm də  içirdilər. Çərşənbə  axşamı  “Xatirə  günü” 
adlanır.  “Azari”  (“Kədər”) adlanan həmin gün, bizdə  Ölü 
ç
ərşənbəsində  olduğu  kimi,  “yasdan  çıxartmaq  məqsədi ilə” 
öt
ən ildə  evində  yası  düşmüş  ailələri ziyarət  edir,  şeyxlər və 
pirl
ər dua oxuyur, ailə  üzvlərinin dərdinə  şərik  olaraq  onları 
yasdan  çıxardırlar.  Ev  yiyəsi isə  gələnlərə  ehsan süfrəsi açır. 
Bundan sonra h
əmin evin sakinləri  artıq  toyda,  bayramda 
iştirak edə bilər.  
 L.M
əmmədə görə, Xıdır Nəbi bayramında cümə axşamı 
g
ənc qızlar və oğlanlar ayrı-ayrılıqda duzlu kömbə bişirib gecə 
yatmazdan qabaq yey
ərdilər ki, gələcək  nişanlılarını  görə 
bilsinl
ər. Əgər yuxuda kimsə suyu özü tapırsa, deməli, gələcək 
h
əyat  yoldaşını  da  özü  axtarıb  tapmalıdır...  Yuxuda  su 
tapmamaq is
ə  gəncin gələcək həyatında  birinin  olub-
olmayacağını sual altında qoyurdu. Həmin gecə  hamı əylənir, 
g
ənclər və  yeniyetmələr  mahnı  oxuya-oxuya evləri gəzir, pay 
toplayır, yellənçəkdə yellənirlər [217]. 
D.Sufyanova  Kırım  tatarlarının  milli  bayramı  olan 
Xıdırlezin  kuralay  (may)  ayının  ilk  həftəsinin  cüməsində 
keçirildiyini  və  tarla  işləri,  sürülərin  yaylaqlara  sürülməsi  ilə 
bağlı  olduğunu,  Kırımdakı  xristian  ermənilərin  və  yunanların 
1774-cü il 
sürgünündən  əvvəl  hamının  bir  yerdə  keçirdiyini 
172 
 


yazır.  Müəllif  söz  arası  “yunanların  dindən  başqa  tatarlardan 
heç nə ilə fərqlənmədiyini” və bu günü müqəddəs Georgi günü 
kimi keçirdiklərini də vurğulayır [218].   Eyni sözləri Kırımdan 
Rostova köçürül
ən ermənilər haqqında  da  demək olar...Kırım 
tatarları meydanda tonqal qalayar, üstündən tullanar, evlərdə su 
dolu  qabın  içinə  otlar,  güllər  qoyardılar.Məzarlıqlar  da 
unudulmaz,  qəbir  üstünə  gedilərdi.  Ağsaqqallar  təpədən 
“kalakay”  adlandırılan  çörək  diyirləyərdilər.  Əgər  çörək  üzü 
üstə  düşsə,  ilin  məhsuldar,  arxası  üstə  düşsə,  qıtlıq  olacağı 
düşünülərdü...  Sonra  hamı  şörəyi  bölüb  yeyər,  əylənər,  şənlik 
edər,  yellənçəkdə  yellənər, davul-zurnanın müşayiətilə  yallıya 
bənzər “xoran” oynayardılar.   
Türkiy
əli tədqiqatçı,  jurnalist Seyfəddin  Altaylı  İqdırda 
uşaq  vaxtı  keçirdikləri  Xıdır  Nəbi  bayramını  belə  xatırlayır: 
“Fevral  ayında  kəndimizdə  Kiçik Çillə  ömrünü  başa  vurar-
vurmaz  Bozay,  onda  da  Xıdır-Nəbi  əyləncələri  başlayırdı. 
Xıdır-Nəbi, yəni Bozay hələ gələn kimi yumurta çaqqışdırma, 
aşıq-aşıq  və  günlərlə  davam edən kosa-gəlin  tamaşaları  icra 
edilirdi.  Biz  uşaqlar  hamımız  kosa-gəlin söhbəti gedəndə 
qorxudan  az  qala  sarımızı  udurduq.  Bu  boyda  qorxsaq  da 
böyükl
ərimizin  yanına  qısılıb  kosa  və  gəlinin  oyunlarına 
tamaşa etməkdən də nəhayətsiz həzz alardıq. Kəndimizdə icra 
edil
ən “kosa-gəlin” tamaşası, Azərbaycandakı “kosa və keçəl” 
tamaşasından  çox fərqli idi, təəssüflər olsun ki, bu dədə-baba 
tamaşamız  indilərdə  unudulub deyəsən. Bu fərqliliyi biraz 
çöz
ələmək istəyirəm. 
Qonur 
qoyunların  yunundan  təpilən keçələrin 
köhn
əsindən  bir  adamın  başına  papaq  olacaq  böyüklükdə 
k
əsilir, silindirik hala gətirilir və üst tərəfi tikilirdi. Yaradılan 
bu  iptidai  papağın  sağına  və  soluna bilək  yoğunluğunda 
173 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə