Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə45/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   41   42   43   44   45   46   47   48   ...   105

Oğlan yanımıza yoldaş olsun [95, s.174]. 
 
Buradan eyni zamanda ail
ələrdə  və  ya  bu  oğlan 
uşaqlarında  qızlara  olan  mənfi münasibəti də  görürük. Güney 
Az
ərbaycanın  Ərdəbil yörəsindəki 9-12  yaşlarındakı 
t
əkəmçilərin şiəliyi qabardaraq təriqətlər arasında nifrət yayan 
sözl
əri  –  “Əmir-əl  Möminin  taxta  çıxacaq, yezidin boynuna 
noxta vuracaq
,  şiələrin  intiqamın  alacaq”  -  sayaya  əlavə 
etm
ələri Anadoluda qız uşaqlarına qarşı işlədilən “kız çatlasın, 
ölsün, o
ğlan yanımıza yoldaş olsun” sözləri qədər zərərlidir.   
Maraql
ıdır  ki,  Türkiyənin bir çox bölgələrində  “Saya 
Kutluğu”  adı  ilə  keçirilən mərasim  əslində  qoyunların 
döll
ənməsi, yəni qoç qatımı ilə bağlı keçirilir. Qışda keçirilən 
bu m
ərasim  zamanı  qız-gəlinlər  qoyunlara  qatılacaq  qoçların 
buynuzlarına  al-əlvan iplər bağlayır,  başlarına  «qoç  bəzəyi» 
qoyurlar [75, s.101-102]. M
ərasimin məqsədi dölün bol olması 
il
ə  bağlıdır.  Azərbaycanda da bu mərasim xüsusi əhəmiyyət 
daşıyırdı.  Etnoqraf  T.Bünyadov  qeyd  edir  ki,  seçilib  sürüyə 
buraxılan  damazlıq  qoçların  nəsli,  iriliyi,  şaqqalılığı,  yaraşığı, 
ətliliyi, yunu nəzərə  alınırdı.  Özəl  olaraq  seçilmiş  bu  qoçlara 
xüsusi qulluq göst
ərilir,  100  baş  qoyuna  5-6  baş  seçmə  qoç 
qatılırdı [1, s.228].  
Doğu  Anadoluda  sürüyə  qatılan  qoç  ilk  olaraq  qara 
qoyuna yanaşarsa, qışın yüngül, ağ qoyuna yaxınlaşarsa, qarlı, 
boranlı keçəcəyinə inanırdılar. Qarsda qoçqatımı ayında gedən 
sürünü  yarıb keçməyin,  arasında  əlində boş qabla dolaşmağın 
dölün b
ərəkətini qaçıracağına inanırlar. Qoçqatımı vaxtı gələn 
t
əzə  gəlin qoça mindirilərsə,  oğlu  olacağına  inanılır.  Xalq 
arasında  belə  bir deyim də  mövcuddur:  “Qoçdur  -  qışdır, 
döldür – 
yazdır” [75, s.101-102]. 
155 
 


Folklorşünas V.Vəliyev Saya mərasimi ilə bağlı yazır ki, 

bu  söz  qoyunları  qoşalamaqla  əlaqədar  olduğu  üçün  “Saya” 
adlandırılmışdır”  [36, s.118]. Bu da “saya”  sözünün nəsil 
anlamına  gəldiyinə  bir  işarədir.  Artıq  gördük  ki,  “Saya” 
m
ərasimi, əsasən, nəsil artımı ilə bağlıdır. Bunun da əsas şərti 
qoyunun  yaxşı,  sağlam,  iri  qoça  gəlməsidir.  Yuxarıdakı 
örn
əklərdən də məlum oldu ki, qoyunun qoça gəlməsi, yəni qoç 
qatımı  mərasimi  bir  sıra  inamlarla,  adətlərlə  müşaiyət olunur. 
A.N
əbiyevin gəldiyi nəticə  isə  budur:  “mərasimdən  əsas 
m
əqsəd… yoxsullara qoyun-quzu vermək, elin, ulusun hər 
yerind
ə bolluq yaratmaqdır”. 
Folklorşünas 
P.Əfəndiyev 
sayaçı 
nəğmələrinin 
q
ədimliyini qeyd edərək  yazır:  “Uşaq  folklorunda  maraqlı 
m
ərasimlərdən biri də  sayaçı  sözləridir…  Bu  mahnıları 
oxumaqda 
əsas məqsəd quzu, keçi, inək, camış, öküz və sairəni 
t
ərif etməklə  uşaqlarda  həmin heyvanlara məhəbbət hissi 
oyatmaqdır”  [10, s.112]. Birincisi,  sayaçı  sözləri necə  “uşaq 
folklorunda  maraqlı  mərasim”  ola bilər?!!  İkincisi,  sayaçı 
sözl
ərinin əsl məqsədi heç də uşaqlarda heyvanlara məhəbbət 
yaratmaq deyil, qoyun-quzunun ço
xalması, artımı arzusundan, 
ist
əyindən doğan mərasimin ovsun xarakterli sözləridir...   
Qoç  qatımı  ilə  bağlı  keçirilən Saya mərasimi ilə 
folklorşünaslarımızın təsvir etdikləri Saya mərasiminin vaxtı da 
üst-üst
ə  düşmür.  Adətən,  qoç  qatımını  elə  hesablayırdılar  ki, 
döl çox da soyuğa düşməsin… 
Bel
əcə, Böyük Çillə dövranını sürüb gedir. Ondan xalq o 
q
ədər də narazı deyil, qarı da oldu, günü də. Gülə-gülə gəldi, 
gül
ə-gülə də getdi:   
 
Böyükdü bir bel
ə, 
156 
 


G
əldi elə gülə-gülə. 
Ağ gülün də göstərdi, 
Al dilin d
ə göstərdi. 
N
ə nənəmi dağlatdı, 
N
ə uşağı ağlatdı. 
Tay qoydum karvanına, taylı olsun. 
Pay qoydum xurcununa, paylı olsun. 
G
əldi gülə-gülə, getdi gülə-gülə. 
gülü də oldu, ağ tülü də oldu. 
N
ə ağrı verdi elə, 
N
ə acı söz aldı dilə. 
Ötdü bel
ə-belə, 
Getdi gül
ə-gülə [29]. 
 
7) KİÇİK ÇİLLƏ 
 
Bel
əcə, 40 gün davam edən Böyük Çillə  31 yanvarda 
başa çatır, yerini 20 günlük Kiçik Çilləyə verir. Kiçik Çillə elə 
hay-küyl
ə, şaxta-sazaqla gəlir ki, insanlar Böyük Çilləyə şükr 
oxuyurlar. Böyük Çill
ənin  çıxması  ilə  bağlı  bayram  yoxdur. 
Çünki bu çill
ənin qarı arzuolunandır, bolluq, bərəkət gətirir. Bu 
s
əbəbdən də  hamı  onun  gəlişini  bayram  edir.  Ancaq  Kiçik 
Çill
ənin fitnə-fəsadı  o  qədər çox olur ki, hər kəs onun 
çıxmasını  səbirsizliklə  gözləyir, bir az da tezləşdirmək 
m
əqsədilə “çillə çıxartma” ayini keçirirlər… 
Bel
əliklə, Kiçik Çillə  öz  ağrı-acısıyla,  şaxtası, 
çovğunuyla  birlikdə  fevralın  20-dək  davam  edir.  İnsanlar 
çill
ələrə  canlı  varlıq  kimi  baxmış,  onların  dillərindən 
xarakterl
ərinə  uyğun  rəvayətlər, deyimlər, münasibət bildirən 
müxt
əlif fikirlər yaratmışlar.  Məsələn,  kinli,  paxıl,  törətdiyi 
157 
 


dağıntılardan həzz alan 20 günlük Kiçik Çillə 40 günlük Böyük 
Çill
əyə həsədlə deyir: “Sənin ömrün məndə olsaydı, arvadların 
əlini  un  çuvalında  dondurardım”,  “Sənin hökmün məndə 
olsaydı,  boylu  qadınlara  uşaq  ziyan  elətdirərdim”,  “Heyf ki, 
ömrüm  az,  arxam  yazdır”.  O,  yanacaq  qurtardığından  artıq 
qızınmaq üçün evdəki taxta əşyaları da yandırmağa hazır olan 
camaatı hədələyərək deyir: “O vaxtacan sizinləyəm ki, əlinizdə, 
evinizd
ə olan taxta tabağı da yandıracaqsınız” [5, s.161]. Xalq 
arasında Kiçik Çillə haqqında belə deyirdilər: 
 
Kiçik Çill
ə boyu bir belə, 
Cıqqası var belə. 
G
əlişi oldu haynan, 
Gedişi oldu vaynan. 
Əlində qırmanc, əli günü yandırdı. 
Neç
ə günahsız doqqaz bağlandı. 
Neç
ə alaqapı sındırdı. 
K
əsdi neçə evin yaxasın, 
Çör
əyin, pendirin, ağartısın. 
Axırda zara gəldi el
Oturub şərit üstündə 
Zar-
zar ağladı, gülüş gəldi. 
Özü bir bel
ə, hiyləsidir belə. 
Bu Kiçik Çill
əni, əl-qolunu bağladı. 
Budlarını dağladı, 
Gülüş yelə verdi Kiçik Çilləni [29]. 
 
Göründüyü  kimi,  soyuq,  şaxtalı,  azuqənin  azaldığı, 
yanacağın  bitdiyi  Kiçik  Çillənin  ömrünü  başa  vurmasını 
s
əbirsizliklə 
gözl
əyən insanlar niyyət edir, çillə 
158 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə