Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə43/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   39   40   41   42   43   44   45   46   ...   105

hörm
ətlə  yanaşmışlar.  Heyvandarlıqla  məşğul  olan  türk 
boylarının  yaşadıqları  ərazilər boyu səpələnmiş  qoç  fiqurları 
buna örn
əkdir. Misalların sayını artırmaq da olar, ancaq bizcə, 
n
əticə o qədər aydındır ki, onun əlavə sübuta ehtiyacı yoxdur. 
Hunlar 
əsas təsərrüfat sahələri olan meşəsalma ilə məşğul ikən 
maralı,  buğdanı,  balığı…  deyil,  məhz  ağacı,  həm də  tikintidə 
əvəzsiz rolu olan, bölgəyə xas şam, küknar ağacını müqəddəs 
hesab ed
əcək, onun “yiyəsi”nə  pay verməklə  könlünü  xoş 
etm
əyə çalışacaq, zirvəsinin göyə, Tanrıya çatdığını düşünərək 
Göyün üst qatı ilə bağlı ayinlərdə küknarlardan, adi şamlardan 
istifad
ə  edəcək, bu adəti, bu hörməti özü ilə  getdiyi yerlərə 
aparacaq,  Avropaya  apardığı  kimi…  Ağaca  sitayiş  adətinin 
Avropa  xalqlarına  məhz türklərdən keçdiyini söyləyən 
t
ədqiqatçılardan  fərqli olaraq (məsələn,  şumeroloq  Muazzez 
İlmiye  Çige  görə,  küknar  ağacı  bəzəmək adəti  hunların 
Avropaya g
əlişi  ilə  qərb  xalqları,  o  cümlədən də  germanlar 
arasında  yayıldı...  [86]) biz,  əslində  bu  inamın  kökündə 
şamanizmin durduğunu, şamanizmin də  yalnız türk xalqlarına 
aid olmadığını qeyd edirik. Belə olduğu halda bənzər inamlar 
animizmin üstünlük t
əşkil etdiyi şamanizmin yayıldığı bir çox 
xalqlarda mövcud ola bil
ər. Onların sırasında german xalqları 
da var.  
German  xalqlarında  da    bitki  kultu  geniş  yayılmışdır. 
Onlar  taxılın,  meyvənin, mal-qaranın  artımına  kömək edən 
yaşıllığın  işkişafına  şərait  yaradan  ruhlara  çox  inanır,  onların 
ağaclarda,  xüsusilə  də  həmişəyaşıl  ağaclarda  yaşadıqlarına 
inanır,  könüllərini  xoş  etmək, müsbət münasibətlərini 
qazanmaq m
əqsədilə  onlara  “qurbanlar”  verir,  budaqlarından 
yem
əli  şeylər  asırdılar.  Sonralar  artıq  insanlar  “qurbanlarını” 
meşədəki,  bağdakı  deyil,  kəsib evə  gətirdikləri  ağacların 
148 
 


bu
daqlarından  asırdılar.  Bizcə, bunun əsas səbəbi o idi ki
xristianlıqla əlaqəsi olmayan bu adət din xadimləri tərəfindən 
sıxışdırılırdı. O üzdən də əski inamlarına bağlı insanlar ağacları 
k
əsib evlərində  onlara  “qurbanlar”  vermək məcburiyyətində 
qalmışdılar.  Sonralar  küknar  ağacından  asılmış  yeyəcəklər, 
meyv
ələr al-əlvan fiqurlarla əvəz olundu… 
Şərq  xalqlarının  bir  çoxunun  həyatında  küknar  ağacına 
sitayişin  izlərinə  rast gələ  bilərik. Məsələn, bayram günləri 
yaponlar, çinlil
ər evin girəcəyini  şam,  küknar  ağacları  ilə 
b
əzəyirlər.  Bu  ağaclar  həmişəyaşıl  olduqları  üçün 
uzunömürlülük, 
əbədi həyat rəmzi  sayılırlar.  Hətta  Yantszı 
çayının  aşağı  axarında  yaşayan  qadınlar  özlərini bayram 
axşamları küknar ağacı budaqları ilə bəzəyirlər ki, uzun ömürlü 
olsunlar.  
Sibir 
ərazisində  sıx  iynəyarpaqlı  meşələrin  (tayqa)  tacı 
sayılan  20-40 metrlik nəhəng  şam  ağacları  bölgə  əhalisinin 
inamlarının,  miflərinin, rəvayətlərinin  əsas mövzusudur. 
C
ənubi Sibirdə  yaşayan  tıva  türklərinin təbiət kultu ilə  bağlı 
keçirdikl
əri mərasimlərdən birinin də müqəddəs ağac olan şam 
ağacı  (“xam  ıyaş”,  yaxud  “xam  dıt”,  “xam  ağac”)  ilə  bağlı 
m
ərasim olduğunu yazmışdıq. Qədim türklərin təsəvvürlərində 
ağac,  xüsusilə  də,  şam  ağacı  insan  həyatı  üçün  önəm  daşıyan 
bir  varlıqdır.  Ağac  uşaqları  doğur,  yedirdir (Sibir 
tayqalarındakı  şam  ağaclarının  yaşıl  qozaları  suda  qaynadılır, 

ərisindəki  toxumları  yeyilir),  onlara  həyat bəxş  edir.  Bizcə, 
b
əzədilmiş  küknar  ağacının  altına  uşaqlar  üçün  hədiyyələrin 
qoyulması  adəti də  qədim  inamların  izlərindən xəbər verir. 
Xalq arasında şam ağacı ilə bağlı bir çox əfsanə, rəvayət geniş 
yayılmışdır.  Onlardan  birində  deyilir ki, bir dəfə  bir ovçu 
axşam  ovdan  qayıdarkən tüfəngini yoxlamaq məqsədilə 
149 
 


yaxınlıqdakı şam ağacına atəş açır. Sən demə, bu elə xam-ıyaş, 
y
əni  şaman  ağac  imiş.  Qisasdan  qorxan  ovçu  tez  balta  ilə 
ağacın  gövdəsindən gülləni  çıxardır.  Bir  müddətdən sonra 
ovçunun  özünün,  arvadının,  uşaqlarının  burunları  qopmağa, 
dodaqları  eybəcər  hala  düşməyə  başlayır.  Onlar  xam  (şaman) 
çağırıb  bu  bəlanın  səbəbini  soruşanda,  xam  ovçuya deyir: 
“S
ənin müqəddəs şam ağacına atdığın güllə düz ağac yiyəsinin 
ağzına dəyib”. Tezliklə, bütün ailə məhv olur. Çünki kəsici iti 
al
əti xam ağaca vurmaq ən böyük günah sayılırdı [170, s.77]. 
Ancaq bunu küknar ağacı haqqında deyə bilmirik… 
Maraqlıdır  ki,  1993-cü ildə  Novosibirsk arxeoloqu 
Natalya  Polosmakın  Altayın  güneyində  Ukok adlanan yüksək 
dağ  yaylasında  tapdığı,  sonralar  “Altay  şahzadəsi”  adı  ilə 
tanınan  mumiyalanmış  qadının  əlində  qara  şam  çubuğu  da 
vardı.  Belə  çubuqlar  dünyanın  yaradılışı  aləti, vasitəsi  sayılır, 
ilahi güc
ə  malik  şəxslərin  əlində  olurdu. Bəziləri “Altay 
şahzadəsi”nin  monqoloid  deyil,  avropeoid  olduğunu  əsas 
g
ətirərək onun  türk  deyil,  skif  qadın  olduğunu  irəli sürürlər 
[183]. T
əbii ki, skif də  deyərkən,  türkləri yox, irandilliləri 
n
əzərdə tuturlar. Lakin artıq elmə məlumdur ki, skiflər əsl türk 
olmuşlar.  Elə  həmin tədqiqatçıların  “Kıdın”ı  (Altay  türkləri 
onu bel
ə adlandırırlar – G.Y.) mahir ox atan, at minən döyüşçü 
olduğu  fikri  də  buna sübutdur. Sibir ərazisindəki  qazıntılarda 
tapılan  skif  qəbirlərinin, maddi mədəniyyət örnəklərinin 
avropeoidl
ərə məxsus olması uzun illər tədqiqatçılarda onların 
irandilli  olması  kimi  yanlış  fikir  formalaşdırmışdı.  Alimlərə 
gör
ə, türklər ancaq monqoloid olmalıydı. Elmə o da məlumdur 
ki, heç d
ə  bütün türklər monqoloid deyil. Bunu Avropadan 
şərqə  miladdan öncə  bir neçə  böyük  axınla  köçən kimerlərin 
timsalında  da  görmək  olar.  Yuxarıda  haqqında  danışdığımız 
150 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə