Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə42/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   38   39   40   41   42   43   44   45   ...   105

əzabkeşləri… də  əlavə  etsək, söhbəti  çox  uzatmağa  ehtiyac 
qalmaz. Üst
əlik də, bu günlərin  hamısının  içki  ilə  müşayiət 
olunduğunu  nəzərə  alsaq,  rusların  milli  mentalitetinin  əsasını 
t
əşkil  edən sərxoşluğu  yaradan  əsas səbəblərdən biri ortaya 
çıxar…  
Maraqlıdır  ki,  31  dekabr  (köhnə  stillə  18 dekabr) tarixi 
pravoslav xristian t
əqvimində 28 noyabrdan başlayaraq 40 gün 
davam ed
ən,  7  yanvarda  başa  çatan  Milad  orucu  günlərinə 
düşür.  Belə  ki, pravoslav xristianlar həmin gün xüsusilə  ayıq 
olmalı,  ciddi  oruc  tutmalı,  ət,  yumurta,  balıq  yeməməli, süd 
içm
əməlidirdər.  Bütün  bunlara  xristianların  necə  əməl 
etdikl
ərinin hər yeni il bayramı vaxtı şahidi oluruq… 
 
 
5) HƏMİŞƏYAŞIL AĞACLAR 
UZUNÖMÜRLÜLÜK RƏMZİDİRLƏR 
 
M
əlumdur ki, bitkilər aləmində  şamlar  fəsiləsindən 
olanlar özün
əməxsusluqlarına 
görə 
daim diqq
ət 
m
ərkəzindədirlər.  Onların  iynəyarpaqlı  olmasının  səbəblərini 
ətrafda yaşayan insanlar müxtəlif cür yozsalar da, həmişə yaşıl 
olmaları (qara şamdan başqa) birmənalı olaraq uzunömürlülük 
r
əmzi sayılmışdır. Bu baxımdan insanların yaşamaq arzularını 
bu ağacla bağlamaları təbiidir. Uzun illərdir dilimizdə Yeni il 
önc
əsi «şam ağacının bəzədilməsi» ifadəsi qalsa da, əslində biz 
şamlar fəsiləsindən olan küknar ağacını bəzəyirik… 
“Yolka” sözü “yel” sözünd
əndir, bizim dilə də «küknar» 
kimi t
ərcümə  olunur.  Maraqlıdır  ki,  tatar  dilində  «yel» -  «il» 
dem
əkdir. Belə çıxır ki, «yel - küknar» elə «il ağacı» mənasını 
verir?!..  Küknar  ağacı  şamlar  fəsiləsindən olub bu fəsilənin 
145 
 


dig
ər  nümayəndələri kimi həmişəyaşıllığı  ilə  diqqət çəkir. 
Lakin küknar h
əm  xarici    görünüşü,  həm də  bitmə  şəraitinə 
gör
ə  fərqlənir. Hündürlüyü bəzən 20-40 metrə  çatan  yoğun, 
çılpaq  gövdəli  şamlardan  fərqli olaraq küknar nisbətən 
alçaqdır.  Kölgəyə  davamlı  olduğu  üçün  çox  vaxt  hündür 
şamların çətiri altında bitir, rütubəti, münbit torpağı sevir. Həm 
d
ə küknarın kökləri  yerin daha üst qatında qərar tutur. Bu da 
onun kökünd
ən  çıxarılaraq  yerinin  dəyişdirilməsini 
asanlaşdırır.  Rusiya  sərhədləri içərisində  qalan türk 
torpaqlarındakı,  özəlliklə  də,  Sibirdəki ucsuz-bucaqsız  küknar 
meşələri (burada qara şam meşələri də üstünlük təşkil edir) bu 
ağacla bağlı saysız-hesabsız əfsanələrin, rəvayətlərin, miflərin, 
ayinl
ərin yaranmasına da, ona dilək ağacı kimi baxılmasına da 
s
əbəb  olmuşdur.  Belə  olduğu  halda rütubətə, kölgəyə  həsrət
torpağı münbit olmayan isti Ərəbistan çöllərində küknar ağacı 
nec
ə  bitə  bilərdi? Deməli,  İsa  peyğəmbər də  o  şəraitdə 
bitm
əyən küknar ağacı altında dünyaya gələ bilməzdi. Deməli, 
Gündoğanda,  yəni yeni ildə  küknar  ağacları  heç də  İisus 
Xristosun doğumunun şərəfinə bəzədilmir…  
Yuxarıda  qeyd  etdik  ki,  qədimdə  dekabrın  22-dən, yəni 
Gündoğandan  etibarən günlər  uzanmağa,  gecələr  qısalmağa 
başlayan zaman Günəşin bu zəfərini türklər ağ küknar ağacının 
altında  qarşılayır,  ona  müxtəlif yeyəcəklər  asır,  al-əlvan iplər 
bağlayaraq  dilək diləyirdilər.  İnama  görə,  ağacın  zirvəsi 
Ülgenin oturduğu yerə yaxın olduğundan diləklər bu yolla ona 
daha  tez  çatırdı.  Bu  ağaca  həyat  ağacı  da  deyirlər.  Qıpçaq 
türkl
əri  də qədim zamanlardan küknar ağacını müqəddəs ağac 
hesab  etmiş,  taleyin  hökmü  ilə  bu  inamı  onlar  özlərilə  Şərqi, 
el
əcə də Mərkəzi Avropaya gətirmişlər [177].   
146 
 


Küknar  ağacı  bəzəmək adətinin Rusiyaya XVIII əsrdə 
german  xalqlarından  keçdiyi  qeyd  olunsa  da,    bizcə, bu adət 
artıq  çar  Rusiyasının Sibirdəki  türk  xalqları  arasında  apardığı 
ruslaşdırma,  xristianlaşdırma  siyasətinin  qızğın  vaxtında 
ruslara  keçmişdir.  Belə  ki,  xristianlığın  yayıldığı  bölgələrdə 
yerlil
ərin  küknar  ağacını  (il  ağacını)  Gündoğan  bayramında 
b
əzədiklərindən narahat olanlar bu adəti  xristianlıqla 
bağlamağa  cəhd göstərmişlər. Gördüyümüz kimi, cəhd çox 
uğursuz alınmışdır. 
B
əzi tədqiqatçıların  küknar  bəzəmə  adətinin  qıpçaqlar, 
hunlar t
ərəfindən Avropaya gətirildiyi barədə  fikirlərini 
yazmışdıq.  Bu  baxımdan  bu  yerlərin qədim sakinlərinin o 
dövrl
ər diqqət mərkəzində  olan  savaşçı  türk  boyları,  onların 
ad
ət-ənənəsinin,  dilinin,  yaşayışlarının  digər sahələri ilə 
maraqlanmaları  təbii idi. Yenilik hər zaman təsiredici gücə 
malikdir. Hunlar h
ələ  şərqdə  olarkən  onların  Ordos  adlı 
şəhərləri  vardı.  Buranın  əhalisi  dağlıq  hissədə  meşəsalma ilə 
m
əşğul  olurdu.  Bilirik  ki,  meşə  bir günə  başa  gəlmir.  İllərlə 
ağaclara  nəzarət, qulluq tələb  olunur.  Meşəsalma ilə  məşğul 
olan  hunlar  ağac  evlərin  qurulması,  məişət  əşyalarının, 
oxların…  hazırlanması  ilə  də  məşğul  olurdular.  Yəni 
heyvandarlıqla  məşğul  olan  digər  türk  boyları  kimi,  savaşçı 
hunlar  daşınması  asan  olan  keçə  alaçıqlarda  yaşayırdılar. 
Hunların  əsas hissəsi isə  Ordos  şəhərində  tirlərdən  qurulmuş 
daşınması  mümkün  olmayan  ağac  evlərdə  oturaq həyat tərzi 
keçirirdi [207, s.104-110].  S.S.Minyayev Ordosu “syünnül
ərin 
(hunların – G.Y.) ata yurdu” hesab edərək onların bu yerlərdə 
M.Ö. 209-cu ild
ə mövcud olduqlarından bəhs edir [169, s.116]. 
O da m
əlumdur ki, tarix boyu xalqlar əsas məşğuliyyət sahələri 
il
ə  bağlı  heyvanları,  bitkiləri müqəddəs  saymış,  onlara 
147 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə