Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə44/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   40   41   42   43   44   45   46   47   ...   105

Ordos hunlarına aid maddi mədəniyyət nümunələrini də uzun 
ill
ər  “irandilli”  skiflərə  aid etsələr də, son dövr Novosibirsk 
aliml
ərinin araşdırmaları bu nümunələrin hunlara aid olduğunu 
sübut edir. B
əlkə  də  elə  əvvəlcədən, yəni sovet dönəmindən 
elm
ə  hər  şey  məlum idi. Amma türklərə  qarşı  mənfi 
münasib
ətin nəticəsi olaraq nümunələrin türk mənşəyi inkar 
olunaraq “irandilli skif” m
əsələsi meydana çıxdı… 
Bel
əliklə,  Yeni  il  bayramında,  adından  da  göründüyü 
kimi, bizim milli m
ənəviyyatımıza,  dini  heysiyyatımıza  zidd 
bir  şey  yoxdur.  Müqəddəs  sayılan  şamlar  fəsiləsinin bir 
nümay
əndəsi  olan  küknar  ağacı,  üzərindəki al-əlvan 
oyuncaqlar, 12 heyvan t
əqvimi ilə  ilin hər  hansı  bir  heyvan 
üz
ərində  gəlməsi ilə  bağlı  inamlar,  Şaxta  Baba,  Qar  qız,  şak-
şaklar,  part-partlar…  daha  çox  dünya  xalqlarının 
m
ədəniyyətindən bir çələng  kimi görünsə  də, tədqiqatlar 
onların türklərlə bağlılığını sübut edir… 
Bel
əliklə, gördük ki, əslində  “Şəb-i yelda”  (“Yelda 
gec
əsi”),  “Böyük Çillə”,  “Gündoğan”  kimi mərasimlərin, 
bayramların  mahiyyəti eynidir. Hər üçü ilin ən uzun gecəsi 
olan qaranlıqla işığın, Günəşin savaş  gecəsidir. Ertəsi gündən 
40 günlük Böyük Çill
ə, 10-12  günlük  Gündoğan  bayram 
başlayır… 
 
6) SAYA MƏRASİMİ 
 
Bel
əcə, günümüzdə  dekabrın  31-də  qeyd etdiyimiz, 
əslində  isə  dekabrın  21-də  keçirməli  olduğumuz  Yeni  il  – 
Gündoğan bayramını da yola salıb Böyük Çillənin içində olan 
dig
ər ayin, mərasim, adətlərdən bilavasitə heyvandarlıqla bağlı 
olan Saya m
ərasiminə diqqət yetirək. Folklorşünas A.Nəbiyev 
151 
 


Saya m
ərasiminin  yanvar  ayının  ortalarında  keçirildiyini,  döl 
başlayana qədər davam etdiyini vurğulayır [29]. Müəllifə görə, 
bu m
ərasimdə çoban paltarı geyinmiş qucağına quzu, ya qoyun 
d
ərisi  almış  bir  neçə  adam kəndbəkənd, evbəev gəzir, mal-
qarası,  qoyunu  olan  evlərin  doqqazlarında  sayaçı  nəğmələri 
oxuyurdular: 
 
…Salam 
əleyk soy bəylər, 
Bir-birind
ən yey bəylər… 
Saya g
əldi, gördünüzmü? 
Salam verdi, aldınızmı? 
Alnı təpəl qoç quzu,  
Sayaçıya verdinizmi?.. 
Siz sayadan qorxmusuz? 
Safa yurda qonmusuz? 
Safa olsun yurdunuz? 
Ulamasın qurdunuz. 
Ac getsin avanınız, 
Tox g
əlsin çobanınız [29]. 
 
Ovsun xarakterli bu sözl
ərin magik qüvvəsinə inanan ev 
sahibl
əri onlara pay verirdilər. A.Nəbiyev özünün “Novruz 
bayramı”  kitabında  yazır  ki,  “sayaçılar  hər  qapıdan  beş-altı 
doğar  qoyun  pay  alardılar”  [29]. Ancaq məntiqlə  məsələyə 
yanaşanda,  buna  inanmaq  çox  çətindir. Kənd  əhli o qədər də 
imkanlı  deyildi  ki,  hər  qapı  sayaçıya  “beş-altı  doğar  qoyun” 
versin. Bu minvalla 
əgər bu kənddə ən azı əlli ev vardısa, onda 
g
ərək sayaçılar kənddən  qabaqlarında 250-260 baş qoyundan 
ibar
ət sürü ilə  çıxaydılar.  Əgər  qoyunların  “doğar”  olduğunu, 
b
əzi qoyunların cüt bala verdiyini də nəzərə alsaq, belə çıxır ki, 
152 
 


sayaçılar  50  evlik  bir  kənddən 500-550  baş  qoyun  əldə 
edirmişlər!!!  
Maraqlıdır  ki,  A.Nəbiyev  yazır  ki,  «sayaçılar  geri 
qayıdarkən yenə  üç  qoyunla  geri  qayıdardılar».  Görəsən, hər 
qapıdan  sayaçıya  verilən  “beş-altı  doğar  qoyun”  necə  oldu?! 
B
əlkə  müəllif  hesab  edir  ki,  sayaçılar  onları  qoyun-quzusu 
olmayanla
ra payladılar? O zaman kənddə nə qədər “mustahaq”, 
y
əni  əli  iş-güc tutmayan ailə  varmış?!..  Əlbəttə  ki, 
yazdıqlarımıza məntiqlə, məsuliyyətlə yanaşmalıyıq ki, bu cür 
m
əntiqdən uzaq mənzərə yaranmasın... 
Ərdəbil çevrəsində  Novruz  bayramına  ay  yarım  qalmış 
t
əkəmçilər, yəni 9-12 yaşlarında oğlan uşaqları cüt-cüt küçələrə 
çıxar,  əllərində  taxtadan düzəldilmiş,  muncuqlarla  bəzədilmiş 
paltarı  olan,  ortası  deşilərək  uzun  bir  ağac  taxılmış  təkəni 
oynadar,  saya oxuyar, el
ə  oxuya-oxuya da önlərinə  çıxan 
qapını  açıb  içəri girərdilər oxuya-oxuya. Ev sahibləri  onları 
gül
ər üzlə qarşılayardı. Təkəmçilər oxuyardı: 
 
Bahar amed, bahar amed, xoş amed 
Sizin bu taz
ə bayramınız mubarək 
Ayiz-iliz, h
əftə-günüz mubarək 
Əmir-əl Möminin taxta çıxacaq 
Yezidin boynuna noxta vuracaq. 
Şiələrin intiqamın alacaq 
T
əkəm-təkəm atlama, 
Qol-
qıçıvı qatlama 
Sabah yay-yaz olanda, 
G
əlib çöldə otlama. 
Bu t
əkənin kəndi var 
K
əsəyi var, kəndi var 
153 
 


H
ər həyətdə oynasa
Bir n
əlbəki qəndi var. 
 
Ev sahibi sevin
ərək bir nəlbəki qənd və  ya bir-iki  şahı 
ver
ər, bunu uğur sayardı. Dr. Cavad Heyət bu adətin Ərdəbil və 
çevr
əsində  bu gün də  yaşadığını  vurğulayır  [58, s. 124]. 
Dr.Cavad Hey
ət təkəmçilərin  “Novruza  ay  yarım  qalmış” 
g
əzdiklərini  yazır.  Bu  da,  təxminən, 45 gün olur və  fevral 
ayının 5-ə düşür... 
Anadolu türkl
ərinin  “Saya  bayramı”,  “Çiğdem 
əyləncəsi”,  “Yağmur  duası”,  “Qodi  godi”,  “Dəvə”, “Kösə”, 
“Diş kirəsi” kimi ayin xarakterli meydan tamaşaları da var[106, 
s.28-29; 32-34]. 
Bütün bu ayinl
ər  qapı-qapı  gəzərək müxtəlif  şeirlər 
oxumaq v
ə  nəticədə  bəxşiş  almaqla  müşaiyət olunur. Bu 
h
ədiyyələr Saya mərasimində  çobanlara,  “Çiğdem”  və 
“Yağmur duası”nda uşaqlara verirlir. “Saya bayramı”nda sürü 
sahibl
ərinin verdiyi pay,  əsasən,  pul,  yağ,  pendir,  düyü,  un, 
bulğur  olur.  Adı  keçən digər mərasimlərdə  də  verilən pay, 
dem
ək olar ki, eynidir.  “Çiğdem əyləncəsi”ndə  uşaqlar qapı-
qapı gəzərək oxuyurlar: 
 
Çiğdem, çiğdem çiçecik, 
Ebem oldu köşecik, 
Çiğdem geldi kapıya, 
Yağ çıkarın yapıya. 
 
Yağ olmasa, bal olsun, 
Oğlun, uşağın sağ olsun. 
Kız çatlasın, ölsün 
154 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə