Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə40/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   36   37   38   39   40   41   42   43   ...   105

biri olan Gündoğan arxa plana keçmiş, İl başı bayramı Novruz 
adı  ilə  yaşamışdır.  Azərbaycan  xalqı  üçün  də  günümüzdə  ən 
ön
əmli  milli  bayram  Novruz  bayramı,  İl  başı,  ilin,  ayın  axır 
gec
əsidir. Biz, eləcə də bizim kimi özünün milli bayramı olan 
xalqlar  31  dekabrı  təqvim dəyişikliyi,  yeni  təqvim ilinin 
başlanğıcı  kimi  keçiririk.  Beləcə, hər il köhnə  ilin son 
günl
ərində  xalqımız  yeni  ili  qarşılamağa  hazırlaşır.  Gündən-
gün
ə gözəlləşən Bakımızın gecələri al-əlvan, rəngarəng işıqlara 
bürünür.  H
ər yanda şadlıq, sevinc havası duyulur... 

Yeni  il  yaxınlaşır”  deyəndə,  hamının  gözləri gülür. 
Çünki  qarşıdan  soyuq,  cansıxıcı  qışın  ortasında  öz  yaşıllığı, 
canlılığı ilə göz oxşayan küknar ağacları, al-əlvan oyuncaqlar, 
şərq  inamına  görə,  şər qüvvələri  qorxudub  qaçmağa  məcbur 
ed
ən  şak-şaklar,  part-partlar,  uşaqların  sevimlisi  Şaxta  Baba 
(
tatarlar  Ded  Morozun  Kış  Babaydan  alındığını  söyləyirlər), 
Qar Qız, hədiyyələr, bol yemək-içməklə dolu bayram gəlir. İl 
boyu uşaqlarını teatra, sirkə apara bilməyən valideynlər böyük 
h
əvəslə  körpələrinə  vaxt  ayırır,  onlara  müxtəlif hədiyyələr 
alırlar.  Ümumiyyətlə, Yeni il deyəndə, nədənsə  göz önünə 
şənlənən, sevincdən gözləri bəzədilmiş  küknar  ağaclarından 
asılan  lampalar  kimi  parıldayan  uşaqlar,  bir  də  valideynlərin 
qayğı dolu vurnuxmaları gəlir… 
Uşaq  olmayan  ailələrdə  Yeni ilin nə  qədər sönük 
keçirildiyi m
əlumdur. 31 dekabr sanki daha çox körpələrimizin 
bayramıdır. Əlbəttə ki, körpələri gülən, sevinən valideynlər də 
özl
ərini xoşbəxt hiss edirlər… 
Artıq  müstəqilliyimizin  əldə  olunmasından  xeyli  vaxt 
keçm
əsinə, sovet dönəmində  baş  vermiş  hadisələrə, qəbul 
ol
unmuş qərarlara, keçirilən bayramlara münasibətin müəyyən 
q
ədər öz həllini  tapmasına  baxmayaraq  təəssüflə  qeyd 
139 
 


etm
əliyik ki, hələ  də  bəzi məsələlərə, konkret olaraq 31 
dekabrda  keçirdiyimiz  Yeni  il  bayramına  kölgə  salmaq, onu 
müxt
əlif bəhanələrlə  xalqın  həyatından  çıxarmaq  istəyənlər 
var. T
ək Yeni iləmi?  Son  zamanlar  Novruz  bayramına  da  bu 
cür  haqsız  hücumların  şahidi  oluruq.  Belələri  Yeni il 
bayramınıxristianlıqla,  daha  doğrusu  bir  yəhudi ailəsində 
dünyaya g
əlmiş,  səkkiz günlüyündə  sünnət  olunmuş  İisus 
Xri
stosun  (İsa  peyğəmbərin)  doğum  günü  ilə, Novruzu isə 
at
əşpərəstliklə bağlayırlar... 
31 dekabr tarixin
ə  müstəqilliyimizin,  şərq  dünyasının, 
el
əcə də türk dünyasının öz töhfəsi oldu. Ulu öndərimiz Heydər 
Əliyev  hələ  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
S
ədri olarkən ilk dəfə,  1991-ci il 16 dekabr tarixli Sərəncamı 
il
ə  31  dekabrı  Dünya  Azərbaycanlılarının  Həmrəyliyi Günü 
elan etdi…  
Bütün  Şərqdə, eləcə  də  türk  dünyasında  geniş  yayılmış, 
xristianlıqla heç bir əlaqəsi olmayan 12 heyvan sikli ilə bağlı 
növb
əti ilin heyvanının müxtəlif fiqurları, ona aid olan hər nə 
varsa, artıq Yeni ilin rəmzinə çevrilmişdir. Hətta dinindən asılı 
olmayaraq insanlar yeni ili h
əmin  heyvanın  xarakterinə, 
“ist
əyinə”  uyğun  keçirməyə, süfrəni ona görə  bəzəməyə
geyiml
ərində  onun rənglərini nəzərə  almağa  çalışırlar.  Böyük 
h
əvəslə  bəzədiyimiz  küknar  ağacının  da,  evlərimizə  qonaq 
çağıraraq uşaqlarımızı sevindirdiyimiz Şaxta Baba ilə Qar qızın 
da xristianlıqla heç bir əlaqəsi yoxdur…   
Avropada, Amerika Birl
əşmiş  Ştatlarında  Müqəddəs 
Nikolaos h
ədiyyə paylayan yaşlı kişi kimi tanınır. 1804-cü ildə 
Nyu-Yorkda Müq
əddəs  Nikolaosun  adına  tarix  cəmiyyəti 
yaradılır.  1809-cu ildə  Vaşinqton  İrvinq  Nyu-Yorkun holland 
tarixini  lağa  qoyduğu  «Nyu-York  şəhərinin tarixi» satirik 
140 
 


yazısında  hədiyyə  paylayan Müqəddəs Nikolaosun da bu 
şəhərə  Hollandiyadan gətirildiyini  vurğulayır.  Hollandca 
«Sinterklaas» adlanan Santa Klausun uzun mant
iyalı  hündür 
fiqurunu Müq
əddəs Nikolay günü küçəyə  çıxararaq  ətrafında 
onunla  bağlı  mahnılar  oxuyurdular.  1822-ci ildə  Nyu-York 
sakini  Klement  Klark  Mur  yazdığı  bir  neçə  nağılda  Santa 
Klausun s
əkkiz  maral  qoşulmuş  arabada  gəlməsindən, hətta 
bacadan  düşərək  uşaqlara  hədiyyə  gətirməsindən bəhs edir. 
1863-cü ild
ə  karikaturçu Tomas Nayt Santa Klausu iri 
bakenbardlı, xəz dəridən kürk geymiş kimi təsvir edir. 1855-ci 
ild
ə isə naşir Luis Pranq Santa Klausun qırmızı paltarda təsviri 
verilmiş  açıqcalar  çap  edir  [161]. Beləliklə  də  xristianların 
müq
əddəs saydıqları Nikolay elə həmin xristianların əli ilə də 
gülm
əli  şəklə,  duruma  salınaraq  dünya  xalqlarının  əyləncə, 
h
ədiyyə, şənlik bəxş edən obrazına çevrildi. Gördüyümüz kimi, 
xristian din xadiml
ərinin  bu  obrazı  dinə  təhqir kimi 
qarşılamaları heç də əsassız deyil.  Təsadüfi deyil ki, pravoslav 
xristian t
əqvimində 31 dekabr dini bayram deyil, mülki bayram 
adlandırılır… 
M
əlumdur ki, bu gün qeyd etdiyimiz təqvim 
bayramlarının, mövsüm mərasimlərinin əksəriyyətinin kökündə 
i
nsanların təsərrüfat həyatı ilə bağlı ayinlər dayanır. Sonradan 
q
əbul  etdirilmiş,  ya  da  edilmiş  dinlər  əsasən  onları  məhv 
etm
əyə çalışır, buna müyəssər olamayanda, həmin mərasimləri 
özününkül
əşdirməyə, özəlləşdirməyə  can  atırlar.  Belə 
m
ərasimlərə bu gün xristian aləmində İsa peyğəmbərin doğum 
günü kimi q
əbul olunan 25 dekabr, ya da 7 yanvar tarixlərini 
misal göst
ərmək olar [185].  Əslində  vurğulamaqdan 
yorulmayaraq qeyd edirik ki, n
ə 31 dekabrın, nə 25 dekabrın, 
n
ə  də  7  yanvarın  İsa  peyğəmbərin  doğum  günü  ilə  heç bir 
141 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə