Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə37/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   33   34   35   36   37   38   39   40   ...   105

ed
ərkən ovcunun içini yüngülcə  onun kürəyinə, sinəsinə 
toxundura-toxundura bel
ə bir ovsun oxuyur: 
 
Ey ür
ək, qayıt ürək, 
 
Ay qayıtdı, sən də qayıt, 
 
Gün qayıtdı, sən də qayıt,  
 
At başıtək altın ürək, 
 
Qoyun başıtək gümüş ürək,   
 Yerini tap, yerini tap!   
 
Sağaltmasam, mənə yazıq,  
 
Sağalmasan, sənə yazıq, 
 M
ənim əlim deyil   
 
Ayişə, Fatimə anaların əlidir [130, s.135]. 
 
Y.V.Ç
əmənzəminli  “çillə  kəsilərkən”  oxunan sözləri 
(“H
əzrət  Süleyman  eşqinə, cin qızı  Mərcan hökmünə, bəni-
ad
əmdən, bəni-heyvandan, cindən,  şəyatindən, axar sudan, 
köklü  ağacdan,  dibli  qayadan,  yeddi  yolun  ayrıcından  –  hər 
k
əsin çilləsinə  düşmüsənsə, çilləni kəsdim”)  əsas götürərək 
yanlış olaraq çillənin “arilərə qarşı gələ bilən bəlaları dəf etmək 
üçün  qurulmuş  bir  ayin”  olduğunu,  bəlanın  isə  samilərdən 
g
əldiyini vurğulayır [6, s.87-88]. 
 Y.V.Ç
əmənzəminli axır ki, hər şeyin zərdüştiliklə bağlı 
olmadığını  anlayır.  Yuxarıdakı  sözləri  izah  etməyə  cəhd 
göst
ərən tədqiqatçı  çaşıb  qalır:  “Burada  anlaşılmaz  bir  nöqtə 
var ki, o da axar su, köklü ağac, dibli qaya və yolayrıcının işə 
qarışdırılmasıdır”, yəni niyə  onlar  “cinlər və  şəyatinlər 
c
ərgəsinə qoşulmuşdur”. Y.V.Çəmənzəminli bu adətin, özünün 
d
ə bilmədiyi “bir çox təsirlərə düşüb pozulduğunu göstərir” [6, 
s.88]. 
129 
 


Əslində Y.V.Çəmənzəminlinin axar suyun, köklü ağacın, 
dibli  qayanın,  yol  ayrıcının  şər qüvvələrin  sırasında  olmasına 
çaşmasının əsas səbəbi onun türklərdən, türk mifologiyasından, 
ən  əsası  isə  türk  şamanizmindən  uzaq  olmasıdır.  Əgər bütün 
bunlarla  maraqlansaydı,  görərdi  ki,    su  (çay)  axarı,  ağacın 
kökl
əri,  qayanın  (dağın  ətəyi)  dibi,  yolayrıcı  (gedər-gəlməz) 
şamanizmdə  Erlikin  (İrlikin,  Yerlikin)  yeraltı  qaranlıq 
dünyasına  aiddir.  Dilimizdəki  “səni  görüm  çay  aşağı  axasan” 
qarğışı  da  qarşı  tərəfə  ölüm arzulamaq, yəni onun Erlikin 
dünyasına getməsini istəmək deməkdir. Axır çərşənbədə səhər 
tezd
ən axar suyun üzərindən  tullanmaq  da  şər qüvvələri 
çaşdırmaq,  aldatmaq  məqsədi güdür, yəni  bu  adam  artıq 
yoxdur. Onunla işiniz olmasın! Unudun!..  
Şamanizmdə ağacın zirvəsi Göyün, gövdəsi orta qat olan 
dünyamızın,  kökləri isə  Erlikin  yeraltı  aləminin rəmzidir. 
D
ağın,  qayanın  zirvəsi Göyü, dibi, ətəyi isə  yeraltı  qaranlıq 
dünyanı  əks  etdirir.Yolayrıcı,  nağıllarımızda  da  olduğu  kimi, 
əsasən,  gedər-gəlməzlə, yəni  şər qüvvələrin yerləşdiyi  Erlikin 
qaranlıq yeraltı dünyası ilə bağlıdır.  
Ad
ətən, zəif  adam  haqqında  deyirlər:  “elə  bil çilləyə 
düşüb”, “elə bil çillədən çıxıb”, “elə bil çillə çıxardıb”.  
Türkm
ənlər çillə  kəsmək ayininə  “kırk  çillədən 
çıkarmak”,  uşağın  qırx  saçına  isə  “çillə  saç”, ya da “qalpak” 
deyirl
ər.  Eyni  inamın  izlərinə  qaqauz,  kırımtatar…  kimi  türk 
boylarında da rast gəlirik. Türkmənlər nəzərdən, gözdəymədən, 
pis niyy
ətli adamlardan qorumaq məqsədilə  körpənin qoluna 
üz
ərində ağ xal olan qara, ya da göy rəngli “qozmoncuk”, ya da 
“k
əramətli  ağac”  hesab olunan “daqdan”  (dağdağan  –  G.Y.) 
ağacının  budağından  hazırlanmış  muncuq  taxırlar.  Eyni adət 
Az
ərbaycanda da geniş yayılmışdır. 
130 
 


Artıq  qeyd  etdiyimiz  kimi,  ilin  ən uzun, ən  qaranlıq 
gec
əsi, Böyük Çillənin girdiyi gecə  olan 21 dekabrdan 22 
dekabra keç
ən gecəyə  Azərbaycanda Çillə  gecəsi də  deyirlər. 
Bu gec
ədə  insanlar  yatmır,  bir  yerə  yığışıb  söhbətləşir,  alqış 
(“
alqış”  sözü  türk  xalqlarında  həm də  “dua”,  “xeyir-dua” 
anlamını verir – G.Y.) edirlər ki, qış qarlı olsun. Qarlı qış həm 
d
ə bol taxıl, tərəvəz, mer-meyvə deməkdir. O vaxtlar nə radio 
vardı,  nə  televizor, nə  də  ki, indiki internet oyunları.  Elə  bu 
s
əbəbdən də  gənclər müxtəlif  əyləncələr təşkil  edir,  qızlar 
ayrıca bir otaqda mahnı oxuyur, rəqs edir, tapmaca, yanıltmac, 
deyişmə-bayatılar  deyir,  arabir  də  əllərini  uzadıb  qovurğa, 
qovut, yer-
yemiş  atırdılar  ağızlarına.  Çillə  girən günə 
saxladıqları  qarpızı  dilimləyib hər kəsə  verirdilər. Bu yerdə 
Ə.Cəfərzadənin bir xatirəsi maraq doğurur: “Yadıma düşür ki, 
atam, xüsusi toxunma z
ənbilvari asqılarda Novruzqabağı ilaxır 
ç
ərşənbə,  bayram  axşamı  bişən  toyuqplovun  yanında 
yeyilm
əkçün mütləq süneyvaz, bilərcin  yemişləri saxlar və 
süfr
ədə təntənəylə kəsərdi. Hərəyə bir dilim verərdi”: 
 
Qovub 
qışı, ayazı, 
K
əsdik çillə qarpızı. 
Allah yetirsin ruzı 
El qalmasın tamarzı [5, s.161-162]. 
 
Buradan görürük ki, Az
ərbaycanda  qarpızı,  yemişi  tək 
Çill
ə gecəsi deyil, həm də İlaxır çərşənbədə kəsirmişlər. Amma 
g
ətirilən folklore nümunəsində  söhbət Çillə  qarpızından 
gedir…  Qışın, ayazın qovulması isə Kiçik Çillənin çıxmasına 
işarədir… 
131 
 


Çill
ə  gecəsinə  hazırlıqlar  arasında  başlıca  yeri  nişanlı 
oğlu,  ya  qızı  olan  ailələrin  hazırlığı  tutur.  Belə  ki,  oğlan  evi 
nişanlı  qıza  “çilləlik”  adlanan hədiyyə  hazırlayır,  xonçalara 
qıza, ata-anasına, bacı-qardaşlarına, yaxın qohum-əqrəbalarına 
alınmış hədiyyələr, qarpız, yer-yemiş, şirniyyat qoyur.  
Böyük Çill
ənin gəlişi  ilə  keçirilən  şadyanalığın,  bol 
süfr
ənin, kəsilən  qarpızın,  qovunun  magik  xarakter  daşıdığı 
m
əlumdur.  İnsanlar  qışı  ruh  yüksəkliyilə, dolu süfrə  ilə 
qarşılayırlar ki, qış ağır keçməsin, insanlar, mal-qara aclıqdan, 
soyuqdan 
əziyyət çəkməsin. Ertəsi gün Günəşin  qələbəsi 
bayram edilir. H
ər kəs Günəşi, onun şüalarını xatırladan qarpız, 
qovun dilimi yem
əklə sanki onun istisini uzun, soyuq, şaxtalı 
qış  günlərində  canlarında  daşıyır,  xəstəlikdən, azar-bezardan 
uzaq olacaqlarını düşünürlər… Tədqiqatçılardan B.Abdulla ilə 
T.Babayev
ə  görə, “Böyük Çillənin ən məşhur ayini… səməni 
göy
ərtmək və  ondan  halva  bişirməkdir”.  Amma bunun nə 
d
ərəcədə  həqiqətə  uyğun  olması  mübahisə  doğura  bilər. Belə 
çıxır ki, insanlar Böyük Çillədə də, Xıdır Nəbi bayramında da, 
Novruzda da s
əməni göyərdirmiş?!!  Bu  bayramların  da 
dekabrın  21-nə,  fevralın  20-ə,  martın  21-nə  düşdüyünü  nəzər 
alsaq, bel
ə çıxır ki, xalq bütün qışı səməni cücərtməklə məşğul 
imiş…  
Bel
əcə, Böyük Çillə  girir.  Qarı  çox  olsa  da,  şaxtası, 
çovğunu o qədər də insanlara əziyyət vermir. Bir də ki, camaat 
qış  tədarükünü görüb, hələ  ki, taxçalar, boxçalar, çuvallar, 
sandıqlar,  ambarlar,  samanlıqlar  doludur.  Yeməyə  ərzaqları, 
yandırmağa odunları var. 
Əslində  21 dekabrdan 22 dekabra keçən gecənin, 22 
dekabr gününün xalqın həyatında iki önəmli yeri var. Bu, həm 
qışın  ilk  günü  (Çillə  gecəsinin keçirilməsi məhz bu günlə 
132 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə