Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə33/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   29   30   31   32   33   34   35   36   ...   105

q
əbul edilən Novruz bahar bayramı, şum, əkin, biçin, məhsul 
bayramı, eləcə də digərlərinin hər biri ailənin, tayfanın əmin-
amanlığına xidmət edən mərasimlərdir. Bu mərasimlər ailə-
m
əişətlə sıx bağlı olduğu kimi, bir ailəyə, bir tayfaya məxsus 
toy, yas, körp
ənin  dünyaya  göz  açması  da  bütün  elin 
bayramıdır. El ağır, hüzünlü, sevincli günlərində həmişə bir 
yerd
ə  olmuşdur.  “Ellə  gələn toy-bayramdır”  deyən türklər 
t
əbii fəlakətlərə qarşı da birgə dayanmış, ruhdan düşməmiş, 
h
əyatın davam etdiyini dərk etmişlər. Çox vaxt yanlış olaraq 
Qurban,  Novruz  bayramları,  sünnət mərasimi kimi kökü 
daha q
ədimlərə  gedən bayramlar, mərasimlər  də  İslam  dini 
il
ə  bağlanılır.  Lakin  araşdırmalar  həmin mərasimlərin  əski 
dinl
ə  bağlılıqlarını,  bu  gün  ayrı-ayrı  dinlərə  qulluq edən 
türkl
ərin mərasimləri, adət-ənənələri  sırasında  özlərinin 
yerl
əri olduğunu göstərir. Təsadüfi deyil ki, bir çox yerlərdə
o cüml
ədən də  Altayda  “Çılqayak”,  “Çılbazı”  bayramı  da 
kamların iştirakı ilə keçirilir. 
Türk xalqlarında əkinçiliklə, heyvandarlıqla bağlı bir çox 
dig
ər mərasimlər, ayinlər, yiyələr, hamilər  var.  Əkinçiliklə 
bağlı  “oraq  tasadlığı”  ayini,  heyvandarlıqla  bağlı  yiyələr, 
hamil
ər, onlarla əlaqəli ayinlər dediklərimizə  örnəkdir. 
M
əsələn, türkmənlərdə  Musa  peyğəmbər, Çopan ata 
qoyunların,  Veys  baba,  Veysəl Qara dəvələrin, Zenni baba 
in
əklərin, Düldül ata atların hamisi sayılır [140, s.23).    
Tıvanın  paytaxtı  Kızıldakı  60  Baatır  adına  Muzeydə, 
muzeyin arxa t
ərəfində, həyətində maraqlı eksponatlar qoruyub 
saxlayan t
ədqiqatçılar  mövsüm  mərasimlərini də  ailənin, 
tayfanın  əmin-amanlığına,  mal-qaranın  çoxalmasına,  bolov 
t
əminatına  yönəldilən, mistik, ezoterik ünsürlərin üstünlük 
t
əşkil etdiyi bayramlar kimi iki qrupa ayırırlar.  Əlbəttə ki, bu 
114 
 


bölgünün özünd
ə  də  bir  şərtilik mövcuddur. Təbiət kultu 
deyil
ən  torpağa,  suya,  dağa,  meşəyə  (ağaca)  sitayiş 
Az
ərbaycandan fərqli olaraq Sibirdə  yaşayan,  təbiətlə  sıx 
t
əmasda olan türklər  arasında  bu  gün  də  ilkin  formasında 
qalmaqdadır. Qədim türklərin dörd deyil, beş ünsüründən biri 
olan Gün
əşə, onun yerdəki rəmzi  sayılan  oda  hörməti 
günümüzd
ə  bütün türklərin mərasimlərində  özünü göstərir. 
Uzun ill
ər Azərbaycanda mərasimlərdəki  odla,  ocaqla  bağlı 
ad
ətlər zərdüştlüklə, atəşpərəstliklə  bağlanılırdı.  Lakin  daha 
əvvəlki dövrlərdə yaranmış şamanizmdəkiodla bağlı ayinlərin, 
ad
ətlərin  mövcudluğu  bu  fikrin  yanlışlığından  xəbər verir. 
Ocağa, atəşə sitayiş olunan bir yerdə onun üstündən tullanmaq
üst
əlik  “ağırlığı,  azar-bezarı, qada-balanı”  oda tökmək 
q
əbulolunmazdır.  Bu  mərasim  odun,  ocağın,  atəşin  paklayıcı, 
saflaşdırıcı,  sağaldıcı,  təmizləyici gücünə  inamla, yəni  şaman 
t
əsəvvüründəki  odla  bağlıdır.  Təsadüfi deyil ki, bəzi türkmən 
boyları ona “şaman odı” deyirlər [140, s.7].  
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  bu  gün  dünyada  baş 
ver
ən proseslər,  qloballaşma  adı  altında  inteqrasiya, 
m
ədəniyyətlərin qaynayıb-qarışması kimi ideyaların dayaq 
nöqt
ələri göstərir ki, müəyyən maraqlara xidmət edən
siyasi  gedişlərə  təkan verən  bu  proses  geniş  əks-səda 
doğurduqca,  milli  özünüdərk, özünəqayıdış  prosesi də 
gücl
ənir. Bu da təbiidir.  Qloballaşmanın  düzgün  təbliğ 
olun
maması,  yanlış  qəbul edilməsi, elə  bu  ideyanın 
özünd
əki qeyri-müəyyənlik bir çox xalqlarda, əsasən də 
q
ədim, zəngin mədəniyyəti, tarixi olan xalqlarda özünü 
itirm
ək qorxusu, bununla bərabər də  özünəbağlılıq, 
özünüt
əsdiq kimi təbii hisslər  yaradır.  İnsanlar  bundan 
doğan  adekvat  addımlar  atmağın  vacib  olduğunu 
115 
 


düşünürlər.  Bu  baxımdan  etnik  qohum  xalqlar  bir-birini 
öyr
ənməyə,  yaxınlaşmağa,  böyük  qüvvə  qarşısında 
birl
əşməyə  cəhd göstərirlər. Uzun əsrlər bir-birindən  ayrı 
yaşamış,  dinləri fərqli eyni etnosun nümayəndələri olan 
xalqların  mənəvi cəhətdən birləşmə  prosesi  daha  ağır 
gedir. Az
ərbaycan,  qaqauz,  tıva,  xakas,  türkmən… 
xalqlarının  etnoqrafik  materiallarının  tarixi-müqayisəli 
yolla  araşdırılması  bu  xalqlarının  mərasimləri, həmin 
m
ərasimlərlə  bağlı  mənəvi mədəniyyət nümunələri 
arasında  bir  çox  fərqli,  oxşar  cəhətlər    ortaya  çıxarır. 
Oxşarlıqların  səbəbi məlum olsa da (etnik qohumluq, dil 
qohumluğu),  araşdırmalar  göstərir ki, fərqliliklərin 
meydana  çıxması  səbəbələri çox müxtəlifdir. Buna təbii 
iqlim şəraiti, qonşuluqda yaşayan xalqların, dinlərin təsiri,  
ictimai-
siyasi  quruluş,  təsərrüfat sahələrinin inkişafı... 
s
əbəb  olmuşdur.  Lakin  fərqlilikləri yaradan bu amillərin 
arasında  din daha güclüdür...  Maraqlıdır  ki,  ortaq 
c
əhətlərimizin də  başında,  din  olub-olmaması  mübahisə 
doğuran, şamanizm durur.   
Az
ərbaycanda birmənalı 
qəbul olunmayan 
m
əsələlərdən biri də  şamanizm, onun Azərbaycandakı 
izl
əridir. Sovet dövrü etnoqrafiya elmi, digər humanitar 
elm sah
ələri kimi nəinki tək  şamanlara,  o  cümlədən də 
dig
ər dinlərin təbliğatçılarına,  daşıyıcılarına  ateizm 
prizmasından  yanaşaraq  onları  inkar  etmiş,  istər maddi, 
ist
ər mənəvi mədəniyyət nümunələrində, istərsə  də 
m
ərasimlərdə  şamanların  rolunu,  şamanizmin  izlərini 
görm
əməyə  çalışaraq daha qabarıq  olanları da  yanlış izah 
etm
əklə yanlış nəticələr almışlar. Lakin son vaxtlar ateizm 
ideyası  ortadan  qaxdıqdan  sonra  hər kəsin kökünə, adət-
116 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə