Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə32/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   28   29   30   31   32   33   34   35   ...   105

Mövsüm m
ərasimləri tək  tayfanın,  ulusun  əmin-
amanlığına xidmət etmir. Ayrı-ayrı ailənin, şəxsin səadətinin 
t
əmin  olunması  məqsədi güdən  bir  sıra  mərasimlər də  var. 
Onlar da şamanın, lamanın, mollanın, eləcə də digər dinlərin 
t
əbliğatçılarının  iştirakı  ilə  keçirilir.  Əlbəttə, bu 
m
ərasimlərin  bir  çoxu  xalqın  yaşayış  tərzi, məşğuliyyəti 
(
əkinçilik,  heyvandarlıq,  ovçuluq,  balıqçılıq),  təbii  şərait 
(dağlıq,  düzəngah,  meşəlik, iqlim  şəraiti (soyuq, isti))… ilə 
bağlıdır.   
Xakasların mövsüm mərasimlərinə də dinin təsiri güclü 
olmuşdur.  Əvvəllər  şamanizmin  geniş  yayıldığı  Xakasiya 
ərazisində  XVII-XVIII  əsrlərdən lamaizmin təsirilə  milli 
dinin xüsusi forması olan Ax Çayan (“Ağ İnam”) yaransa da, 
xalq arasında dərin kök sala bilmədi. Ax Çayanı bəziləri din 
kimi q
ələmə versələr də, əslində o, burxanizmdən törəmə idi. 
Burxanizm  Altayda  daha  geniş  yayılmışdır.  Xakaslar  qışı, 
yayı  bir-birindən  ayıran  vaxta  «Çıl  pazı»,  yəni  İl  başı 
deyirl
ər.  Əvvəllər  yazın  gəlişini  ququ  quşunun  ötməsindən, 
ya da göy gurultusundan bilirdil
ər.   
XIX 
əsrdə  xakas  tayfaları  olan  koyballar,  kızıllar, 
sağaylar,  beltirlər, kaçinlər (xaaslar) rus missionerləri 
t
ərəfindən  xristianlaşdırılsalar  da,  bu  günə  qədər  xristianlıq 
burada  formal  xarakter  daşıyır.  Bununla  belə, xaç suyuna 
salınma zamanı (“Mıltıx”), Maslenitsa (“Sarıq xapx”), Pasxa 
(“Çidimek”) kimi dini bayramlar qeyd olunur. Xakaslar 
arasında  xristianlığın  formal  olmasına  baxmayaraq xristian 
bayramlarının qeyd edilməsi buranın əhalisinin bu gün 80%-
d
ən  çoxunun  rus  olması  ilə  əlaqədardır.  Xakas  etnoqrafı 
V.Butanayev, 
yanlış  olaraq,  “Valideynlər günü” (“Xara 
nımırxa”)  adlandırdığı  ölülərin yad edilmə  gününün qeyd 
110 
 


edilm
əsini də  xristianlıqla  bağlayır  [125,  s.177].  Əslində 
araşdırmalar bu günün Ölü çərşənbəsi (üçüncü çərşənbə) adı 
il
ə  Azərbaycanda  geniş  yayıldığını,  İslamdan  da, 
xristianlıqdan  da,  zərdüştilikdən də  əvvəlki dövrlərdə 
yarandığını söyləməyə imkan verir. 
Şamanizmdə  olduğu  kimi,  Ax  Çayanda  da  kainat 
(“tilekey”) üç yer
ə  bölünür: yerüstü, orta,  yeraltı  aləm. 
Göyd
əki  doqquz  yaradıcının  ən  böyüyü  Çalbıros  –  Çayaçı, 
yaxud Ax Xudaydır. Onlar yeri, insanları, bitki və heyvanlar 
al
əmini yaratmışlar…  
V.Butanayev
ə görə, hər il xakaslar iyun-iyul aylarında 
Ax  Çayanın  şərəfinə  alqış  söyləyirdilər. Bu mərasim 
“alqısçılı”  adlanan  ağ  paltarlı şəxsin  müşaiyətilə  keçirilirdi. 
Xakas  etnoqrafına  görə,  “kamlar  buraya  buraxılmazdılar” 
[125, s.178]. M
ərasim üçün bakirə qızlar  ağ  inək,  ya  da  ağ 
madyan  sağırdılar.  Burada  içki  içmək  qadağan  idi.  Ax 
Çayana qurban olaraq qoyun, qoç k
əsilirdi: 
 
Xatıq kuqurt tansan turzın, 
Xara nanmır çaan turzın! [125, s.178] 
 
(Qoy ildırım çaxsın, 
Qoy güclü yağış yağsın!) 
 
Bu h
əm  də  yağışın  çağırılması  mərasimidir. Ax 
Çayana,  xüsusil
ə  də,  ildırım  çaxdıran  Kqut  Çayana  kəsilən 
qurbanların,  ona  ünvanlanan  xahişlərin,  yalvarışların 
müqabilind
ə  xakaslar  torpaq  üçün  bol  yağış  gözləyirdilər. 
Onu da qeyd ed
ək ki, Xakasiyada olarkən bir çox xakas 
ziyalıları 
ilə 
söhb
ətlərimizdən məlum oldu ki
111 
 


V.Butanayevin k
əskin tərəfdarı  olduğu  Ax  Çayanın  təbliği 
çoxlarının  xoşuna  gəlmir. Onlara görə, bu təriqətin 
xakaslarla heç bir 
əlaqəsi yoxdur. 
Ümumilikd
ə  götürəndə, V.Butanayevin xakaslar 
arasında  Ax  Çayanı  müstəqil bir din kimi təqdim etməsi 
yanlışdır. Əvvəlcə Çayan “dini” ilə bağlı mərasimə kamların 
buraxılmadığını,  şamanların  (kamların)  sürünənlərlə, 
bataqlıqlarla,  xəstəliklərlə  birgə  yeraltı  şər qüvvələr, Erlik-
xan t
ərəfindən  yaradıldığını  yazan  V.Butanayev özü özünü 
t
əkzib edərək  deyir:  “İnsanlarla  yiyələr  arasında  vasitəçi 
kimi xakas kahinl
əri  –  kamlar  çıxış  edirlər”. Daha sonra 
t
ədqiqatçı  şaman  vergisindən,  onların  ustadları  olan  ulu 
şamandan (“puqdur kam”… bəhs edir) [125, s.178]. 
Göründüyü kimi
,  Ax Çayan  şamanizmlə, xristianlıqla, 
buddizml
ə  qarışaraq  burxanizmin  yarımçıq  forması  təsiri 
bağışlayır. 
Yeraltı aləmdə (“ayna çiri”) yeddi yeraltı hakim qüvvə, 
erlikl
ər  yaşayır.  Onların  ən böyüyü isə  Erlik-xan, ya da 
Çines-
xandır.  Orta  qat,  yəni insanların  yaşadığı  aləm 
(“künniq çir”) x
əyallar,  ilğımlar  ölkəsi (“arqan çir”) də 
adlanır.  Yalnız  ölümündən sonra insan əsl  dünyaya  (“sın 
çir”)  (haqq  dünyasına  –  G.Y.)  düşür.  Burada  günümüzdə 
İslam dini ilə bağlanılan “biz yalan dünyadayıq, ölənlər haqq 
dünyasında”  ifadəsinin köklərinin qədimliyi üzə  çıxır.  Orta 
qatda bir çox yiy
ələr  var:  “tağ  yeezi”  (“dağ  yiyəsi”),  “suğ 
yeezi” (“su yiy
əsi”), “ot yeezi” (“od yiyəsi”)… Xakaslar bu 
yiy
ələrə  öz  alqışlarında  “apalar”  (əcdadlar, ulular), ya da 
“uuçalar” (n
ənələr) deyə  müraciət edirlər. Xakas iblərindən 
(evl
ərindən  –  G.Y.) “tesi” (bünövrə, mahiyyət)  adlandırılan 
antropomorf,  zoomorf  fiqurlar  asılır.  Bunlar  ailənin, 
112 
 


tayfanın,  əcdad  ruhların,  sayılan  totemlərin  fiqurları  idi. 
Onları kamın tapşırığı ilə bakirə qızlar hazırlayırdılar. 
Xakasların  ulu  babaları  Ayla  Günəşin  toy  mərasimini 
d
ə  yalnız  ilk  dəfə  evlənənlər üçün keçirirlər.  İkinci,  ya 
üçüncü d
əfə evlənənlər üçün Ay-Günəş toyu keçirilməzdi.   
Xakasların  əski  bayramlarının  dirçəldilməsində 
V.Tatarova, Q.Kazaçi
nova,  V.Kotojekov,  İ.Topoyev  kimi 
ziyalıların  böyük  rolu  olmuşdur.Xakaslar  bütün  yayı  tayığ 
(qurban)  bayramları  keçirirlər. Bu vaxt onlar Göyə  (“tiqir 
tayii”),  suya  (“suğ  tayii”),  daş  balballara  (“iney  tayii”), 
tozağacına  (“xızın  tayii”)…,  eləcə  də  digər bu kimi yerlərə 
qurban k
əsirdilər. Xakasiya ərazisində  200-ə  qədər dini 
bayramlar keçiril
ən ovalar, ocaqlar, pirlər  var.  Tıva 
türkl
ərində  rast gəlinən ovaalar Xakasiya ərazisində  də 
mövcuddur. Onlar bu pirl
əri “obaa” adlandırırlar. Azərbayan 
türkc
əsində  bu  söz  “oba”  kimi  qalsa  da,  anlamını 
d
əyişmişdir. 
Əgər  qaqauzlar  “canavar  yortuları”  keçirirdilərsə, 
xakaslar  “Aba  toyı”  deyilən  Ayı  bayramı  keçirirdilər. Hər 
d
əfə  ayı  ovundan  sonar  bütün  gecə  “abam öldi” (“atam 
öldü”) dey
ə  ağlaşırdılar.  İnama  görə,  ayı  xakas  türklərinin 
ulu 
əcdadlarından  olduğu  üçün  onu  “ata”  deyə  ağlayırdılar 
ki, tayfaya, ail
əyə  fəlakət üz verməsin (dərisi  soyulmuş  və 
üzü üst
ə uzadılmış ayı insana çox bənzəyir – G.Y.). 
Xakasların keçirdikləri bayramlardan biri də Imay toyı 
deyil
ən  bayramdır.  Bu bayram evdə  körpə  uşaq  dünyaya 
g
ələrkən  keçirilir,  aaldakı  bütün  uşaqlar  çağırılır,  “poxtı” 
adlanan qaymaqlı sıyığa qonaq edilirdilər  [125, s.178].  
Fikrimizc
ə, mərasimlərin mövsüm, ailə-məişət 
m
ərasimlərinə bölünməsi şərtidir. Mövsüm mərasimləri kimi 
113 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə