Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə34/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   30   31   32   33   34   35   36   37   ...   105

ənənəsinə, dininə döndüyü bir vaxtda şamanizm  də dirçəl-
dilir, onun müs
əlman, xristian, buddist türklər  arasında 
yaşayan  izləri  araşdırılır,  Ə.İnan,  Ə.Cəfəroğlu  kimi 
aliml
ərin müsəlman türklərdə  (Azərbaycan, Türkiyə) 
şamanizmin  yaşayan  izlərinə  həsr  olunmuş  məqalələri 
yenid
ən çap olunur.  
Araşdırmalar  göstərir  ki,  şamanizm  uzun  zaman 
İslam  dini  ilə  iç-içə  yaşadığından  bu  gün  bir  çox  şaman 
inamları,  ayinləri  İslam  pərdəsi  altında  xalqın  həyatında 
ön
əmli yer tutur.  Beləliklə  də,  türk-İslam  dünyasında 

mistik  İslam”  deyilən yeni, özünəməxsus bir məfhum 
meydana g
əlmişdir.  Bu  gün  pirlərə, ocaqlara,  ağaclara, 
daşlara,  müqəddəslərin qəbirlərinə  tapınma,  al-əlvan 
ipl
ərin  bağlanması,  belə  yerlərdə  qurbanların  kəsilməsi, 
gec
ələr  dırnağın tutulmasının, saçın  kəsilməsinin, qapının 
önün
ə  qaynar suyun tökülməsinin,  şər qarışan  vaxt 
yatmağın, həmin vaxt uşağın adı ilə çağrılmasının qadağan 
olunması,  oğlan  uşaqları  tez-tez ölən ailələrdə  onlara  qız 
paltarı  geyindirilməsi,  qulağının  deşilib  sırğa  taxılması… 
kimi ad
ətlər, «özündən yeylərə», «əyələrə» inamlar 
birbaşa  şamanizmlə  bağlıdır.  Elmdə  şaman  adı  ilə  qəbul 
olunan  şəxslərin müxtəlif xalqlarda müxtəlif cür 
adlandırıldıqları  kimi  (kam,  xam,  çam,  oyun,  porxan, 
baksı,  gözüaçıq,  gəzəryi…),  ayin  zamanı  onların  istifadə 
etdikl
əri alətlər də  müxtəlifdir (dəf,  saz,  qamçı,  əsa, 
yelpik, dombra…).  
M
əlumdur ki, nəinki bir xalqın, hətta bir kəndin belə 
öz ad
ət-ənənəsi var. Buna görə  də  tədqiqat obyekti kimi 
seçil
ən  türk  xalqlarının  mərasimlərinin ümumi mənzərəsi 
verilir. Uzun ill
ər Azərbaycan  folkloru,  etnoqrafiyası  adı 
117 
 


altında  müxtəlif  etnik qruplara mənsub  xalqların  mənəvi 
v
ə  maddi  mədəniyyət nümunələri, adət-ənənələri, 
m
ərasimləri  toplanmışdır.  Bu  da  türk  xalqları  ilə 
müqayis
ədə  bir  sıra  çətinliklər törədir. Bunun nəticəsidir 
ki, günümüzd
ə  “Səddə”,  “Kövsəc”,  “Barsema vaça”, 
“Az
ərkan”  kimi türkə  yad bayramlar, mərasimlər 
“bizimki” 
adı ilə təbliğ olunur… [30] 
Araşdırmalar  göstərdi  ki,  türk  xalqlarının  yayıldığı 
geniş  ərazilərdə  mövsüm mərasimləri  azacıq  fərqlərlə 
keçirils
ə  də, özək, ana xətt, mahiyyət dəyişilməz olaraq 
qalır.    Bu  da  ortaq  keçmişdən,  animist  dünya  görüşünün 
üstünlük t
əşkil  etməsindən, eyni etnik kökə  bağlılıqdan 
doğam  məsələlərdir. Təbii ki, fərqlər də  var. Bu fərqləri 
yaradan s
əbəblərin  başında  din  dursa  da,  ictimai-siyasi 
v
əziyyət, ticarət  əlaqələri,  yeraltı  və  yerüsnü sərvətlərin 
mövcudluğu, əhatəsində yaşadıqları xaqların təsiri və s. də 
az  rol  oynamır.  Sovet  dövrü  türk  məsələsi arxa planda 
olduğundan,  İranla,  farslarla,  zərdüştiliklə  bağlı  bir  çox 
bayram v
ə  ayinlər irandilli etnik və  etnoqrafik  qrupların 
nümay
əndələri  olan  ziyalılar  tərəfindən elmə  daxil 
edilmiş,  təbliğ  olunmuşdur.  Təəssüf  ki,  artıq  kimin  kim 
olduğu  bəlli olan vaxtda belə  sovet  dövrü  yazılanlar 
t
əkrarlanır… 
 
 
 
 
 
 
 
118 
 


 
GÜNƏŞİN DİRİLMƏSİ 
YENİ İLİN BAŞLANĞICI KİMİ 
 
 
Daim t
əbiətlə  sıx  bağlı,  “şıltaqlıqlarından”  asılı  olan 
türkl
ər  onun  oyanmasını,  canlanmasını  xüsusi  həyəcanla 
izl
əyirdilər. Əgər çillələr, Günəşin doğması mərasimi ayrı-ayrı 
xalqlarda cüzi zaman d
əyişikliyini nəzərə almasaq, eyni xalqın 
mövsüm m
ərasimləri  sırasında  sabit  yer  tutursa,  əkin, biçin, 
m
əhsul  bayramı  haqqında  bunu  demək olmur. Bol məhsulun 
alınması  onun  əkilmə  zamanından  asılıdır,  yəni  əkin  vaxtının 
düzgün seçilm
əsi çox vacibdir. Bəs  babalarımız  həmin  vaxtı 
nec
ə  müəyyənləşdirirdilər?  Əlbəttə  ki, bu yolda onlar 
 
sınamalardan, inamlardan geniş istifadə edirdilər.  
Sibir tatarlarının əkinçiliklə məşğul olan bəzi qrupları, o 
cüml
ədən də  Omsk vilayətinin  Bolşereçensk  («Böyük  çay») 
rayonunda  yaşayan  tar  tatarları  yaz  əkin  işlərinin  başlanacağı 
günü t
əyin etmək məqsədilə ev qazının birinci, ikinci, üçüncü 
yumurtalarını  çəkirdilər.  Əgər  birinci  yumurta  sonrakılardan 
ağır gəlirdisə, əkin erkən olmalı idi. Əgər ikinci yumurta ağır 
olardısa,  əkinə  gec  başlamaq  lazım  gəlirdi. Sonuncu 
yumurtanın  ağır  gəlməsi isə  yazın  gec  gələcəyindən, deməli, 
əkinə daha gec başlanılacağından xəbər verirdi [130, s.126]. 
Müşahidəçi 
babalarımız 
səma cismlərinin 
yerd
əyişməsini, gecə ilə gündüzün vaxtının uzanıb qısalmasını, 
t
əbiətdə baş verən digər dəyişiklikləri illərlə, əsrlərlə sınaqdan 
çıxararaq  inamları  mərasimlər, ayinlər  şəklində  günümüzə 
miras qoyublar. T
əbii  ki,  babalarımız  sadəcə  seyrci  olmamış, 
bacardıqları  qədər bu, ya da digər təbiət hadisəsinə  öz 
119 
 


münasib
ətlərini  bildirmiş,  bir  çox  hallarda  onlara  təsir 
göst
ərməyə  də  çalışmışlar.  Bu  təsir kəsilən qurbanlar, verilən 
paylar, hay-
küy,  tamaşalar…  şəklində  olmuş,  yəni hər  şeyin 
hami ruhu, yiy
əsi  olduğunu  düşünən  ulularımız  yeri  gələndə 
xarakterl
ərinə, çəkilərinə görə bu yiyələrin könlünü xoş etməyi, 
yeri g
ələndə  hədə-qorxu gəlməyi, yeri gələndə  kədərlənməyi, 
yeri g
ələndə kinayəylə, istehzayla yanaşmağı da bacarmışlar… 
Bu  gün  astronomiya  elminin,  onunla  bağlı  texniki  vasitələrin 
inkişaf etdiyi bir vaxtda xalqın dilində söylənilən kosmoqonik 
mifl
ərin, rəvayətlərin,  sınamaların,  inamların  nə  qədər  əsaslı 
olduğu bir daha ortaya çıxır… 
İlin ən uzun, ən qaranlıq gecəsi, yəni dekabrın 21-dən 22-
ə keçən gecə dünya xalqlarının əksəriyyəti tərəfindən  ayrı-ayrı 
adlar  altında  qeyd  olunur.  Niderlandda  bu  gün  Müqəddəs 
Tomas günü, Çind
ə Dunçcitsze bayramı, slavyan mifolojisində 
Karaçun, Az
ərbaycanda Böyük Çillənin gəlişi  (Çillə  gecəsi), 
İranda isə Şəb-i Yelda (Yelda gecəsi) kimi qeyd olunur...  
Onu da qeyd ed
ək  ki,  Karaçun  slavyan  xalqlarında  qış 
Gün
əşinə, Qara Allaha, ölüm, qaranlıq, zülmət, yeraltı qaranlıq 
dünyanın  hökümdarı  Erlikə,  İrlikə  verilən  addır.  Karaçunun 
türk sözü olduğu mübahisəsizdir. Ancaq slavyan mifolojisində 
özün
ə  bu qədər dərin yer etməsi bir çox “türkoyed”lər 
t
ərəfindən  onun  yanlış  izahına  cəhdlə  nəticələnir. Sözün 
etimologiyasının 
düzgün 
izah 
edilməməsinin 
əsas 
s
əbəblərindən biri də  ukraynalıların,  polyakların,  slovakların, 
serbl
ərin,  rusların,  belarusların…  miflərində  Karaçunun bir-
birin
ə  zidd  funksiyası,  roludur.  Bir  tərəfdən  qış  Günəşini 
özünd
ə əks etdirən Karaçun, digər tərəfdən qaranlıq dünyanın, 
ölümün, zülm
ətin rəmzi  kimi  meydana  çıxır.  İnama  görə, 
h
əmin  gün  ölüm,  yeraltı  dünyanın  hökümdarı  olan  Karaçun 
120 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə