Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə36/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   32   33   34   35   36   37   38   39   ...   105

günlük d
əhşətli istilər  “Yay Çilləsi”, ya da “Suroton”, 22 
dekabrdan üç gün sonra, y
əni 25 dekabrdan başlayaraq fevralın 
5-
ə  qədər davam edən soyuqlar isə  “Qış  Çilləsi”  adlandırılır. 
Qaraçay-
malkarlıla çilləyə həm “ipək”, həm də “soyuq” anlamı 
verirl
ər. Onlarda da çillə  həm yayda (“Çay Çillə”), həm də 
qışda (“Kış Çillə”) olur. Deyirlər ki, “kış Çillə üç ayın başını 
görür”. Bunlar yanvar, fevral v
ə  mart  aylarıdır.  Qış  çilləsi 
gir
əndən 20 gün sonra “kış yaşlandı”  deyirlər. Çillədən sonra 
g
ələn  üç  günün  adına  “Sarı  Tamız”,  onun  arxasınca  gələn üç 
gün
ə isə “adsız günlər”, onların arxasınca gələn doqquz günə 
“Baldıracüz” deyirlər. Xalq arasında söyləyirlər ki, bu günlərdə 
Baldıracüz  Çilləyə  deyir: “Mən sənin qədər  uzun  olsam,  beş 
yaşındakı  öküzün  buynuzlarını  qoparıb  alardım.  Amma 
ç
əmənin qoxusu burnuma gəlir, gücüm məni tərk edir”  [104, 
s.195]. Burada “Çill
ə” Azərbaycan folklorundakı Böyük Çillə, 
“Baldıracüz” isə Kiçik Çillədir...    
Türkm
ənlərdə  Ulu Çillə  (Böyük Çillə)  dekabrın  22-dən 
yanvarın  30-a qədər davam edir. Kiçi Çillə  (Kiçik Çillə) 22 
gün, y
əni 22 fevrala qədər  uzanır.  22  fevral  qışın  son  günü 
hesab olunur.  
El  arasında  “çillə  çıxartmaq,  çilləyə  düşmək, çillə 
k
əsmək”  kimi ifadələr var. Hamilə  qalan təzə  gəlin üçün 
deyirl
ər ki, “çilləyə düşüb”. Adətən, gəlin toydan 40 gün sonra, 
zağı  qadınla  körpəsi isə  doğuşdan  40  gün  sonra  çilləli hesab 
olunur. Bu dövr t
əhlükəli  sayılır.  Xristian  qaqauz  türkləri də 
bel
ə qadınlar haqqında  deyirlər ki, “onun məzarı 40 gün açıq 
qalır”, onu gözləyir, yəni 40 gün zağı qadın, körpə, təzə gəlin 
gözl
ənilməlidir.  Bir  çox  türk  xalqlarında  olduğu  kimi, 
Az
ərbaycanda  da  hamamda  yuyunub  paklandıqdan  sonra 
çill
əyə düşmüş gəlinin başına “Qırxaçar” camıyla qırx cam su 
125 
 


tökür, ya da yeddi r
əng  əlvan sapla çilləlinin  əl-ayaq 
barmaqlarını çalkeçir bağlayıb qayçı ilə kəsirlər. Bu ayin icra 
olunark
ən  ağbirçək  qadın  bu  sözləri deyir: “Mənim  əlim 
olmasın,  xanımlar  xanımı  cənab  peyğəmbər  qızı  həzrəti 
Fatim
ənin  əli olsun. Üçlər, yeddilər,  qırxlar  eşqinə  kəsdim 
çill
əni! Ərmiş ərənlər eşqinə kəsdim çilləni!..” [5, s.160].  
Anadoluda  qış  fəsli 90 gün olaraq iki yerə  bölünür:  İlk 
Kara  Kış  (Erbain)  dekabrın  21-də  başlayıb  yanvarın  sonunda 
bitir v
ə  40 gün çəkir.  Son  Kara  Kış  (Hamsin)  fevralın  1-də 
başlayaraq  martın  21-də  başa  çatır.  Digər  türk  soylarında 
olduğu  kimi,  qaqauzlar  da  yaman  ruhlardan  qorumaq 
m
əqsədilə  uşağın  sağ  qulağına  qızıl,  ya  da  gümüş  sırğa 
taxırdılar.  Nənə  kilsədən su gətirib  uşağı  yumamış  zahı 
(zağı)  qadın,  lufsa,  körpə  tək  buraxılmazdı.  Lufsa  olan 
otağa  gecə  girmək  olmazdı.  Əgər buna ehtiyac olurdusa, 
otağın qapısı önünə çıraq,  ya da şam qoyulur, içəri keçən 
onun üstünd
ən  keçib  otağa  girirdi  [85, s.82]. Bir çox 
hallarda olduğu kimi, burada da odun yaman ruhları məhv 
ed
əcəyinə inam böyük idi.   
C
ənubi Sibir türklərində  də, Azərbaycanda da körpə 
otaqda t
ək qalırdısa, ya da pis yuxu gördüyü düşünülürdüsə, 
yanına,  ya  da  yastığının  altına  kəsici alətlər  (bıçaq,  qayçı), 
çör
ək  qoyurdular  ki,  şər qüvvələr körpənin kutunu 
oğurlamasınlar.  İnama  görə, bu əşyalardan  qorxan  şər 
qüvv
ələr  uşağa  yaxın  gəlmirdilər [198,  s.192].  Əgər  uşaq 
çox ağlayırdısa, ona göz dəydiyi güman olunurdu. O zaman 
qaqauzlar da, dig
ər türklər kimi, onun qoluna, ya da 
paltarına “nazar boncuu” taxır, “nazar için” oxuyurdular. 
126 
 


Qaqauz Ye
rinin  Volkaneşt  rayonunun  Tülüköyündə 
yaşayan  “okuyucu”  Tasma Lyənadan  yazıya  alınaraq  şəxsi 
arxivimizd
ə saxlanılan “nazar için okumak”da deyilir: 
 
                        
Hadi Allaım, Panaciim, bojiciim,                  
                       
Yardım edesin bu insana imdat olsun 
                       
Eer erkek nazarladıysa, aybı patlasın. 
                       
Eer karı nazarladıysa, güüsü çatlasın. 
                       
Çakteri, makteri, çıkolatı pat 
                       
Altın yer pak olsun, gümüş yer pak olsun, 
                       
Valyanın gözleri aydınnansın          
                       
Valyanın nazarı, yer bir acıları 
                        
Daalara, taşlara, 
                        Uzaklara, Balkannara. 
 
 
 
Ly
əna bulü nazar için oxuyarkən 
 
127 
 


 “Nazar için”  oxunan sözl
əri doqquz dəfə  təkrar edən 
Ly
əna bulü oxuduqca əlini yüngülcə  “oxunanın”, yəni göz 
d
əydiyi düşünülən  şəxsin başına, alnına, sinəsinə toxundurur, 
ara bir ağzına  yığılan köpüyü  yerə tüpürür,  əgər doğrudan da 
“oxunana”  göz d
əyibsə, tez-tez  əsnəyirdi. Eyni ayinin 
Türkiy
ənin Güzəlyurdunda Ayla Balcan tərəfindən 
keçirildiyinin d
ə şahidi olduq… 
“Oxuma” 
vaxtı  oturan  “oxunan”  ayaqlarını,  əllərini 
çarpazlama
malıdır. “Oxuyucu” bəd nəzəri yuxarıdan aşağıya 

sıvayaraq”  ayaqdan  çıxarır.  Oxuma  (ovsun)  bitən kimi 
oxunan  şəxs yerini dəyişməlidir  ki,  canından  çıxarılan  şər 
qüvv
ə  yenidən onun bədəninə  hopmasın.  Oxuyucu  Tasma 
Ly
ənanın  dediyinə  görə, kimin “ayozu”  (o, bunu deyərkən, 
barmağı  ilə  iki  qaşının  arasından  azca  yuxarını  göstərirdi) 
z
əifdirsə, ona tez göz dəyir. Belə  adamlar, adətən,  baş 
ağrılarından  əziyyət çəkirlər. Kimin “ayozu”  möhkəmdirsə, 
ona gec göz d
əyir, ya da heç dəymir. Qaqauz dilində “ayoz” 
m
ələk, müqəddəs,  “ayozlu yer”  isə  «müqəddəs yer» 
dem
əkdir.  Bunu  xristianlıqla  şamanizmin  qarışığı  kimi 
diqq
ətə alsaq, məlum olur ki, hər bir şəxsin qoruyucu, hami 
ruhu, m
ələyi  (xritianlıqda  “anqel”)  var.  Ancaq bu ruhlar, 
m
ələklər də  müxtəlif gücə  malikdirlər.  Onların  güclərinin 
azlığı,  ya  çoxluğu  qoruduqları  adamın  nəzərə, digər kənar 
z
ərərverici amillərə müqavimət dərəcəsini müəyyənləşdirir.  
İslamın  öndə  gedən  qadınlarının,  kişilərinin  adlarının 
İslamla  heç  bir  əlaqəsi olmayan ayinlərdə, mərasimlərdə 
işlədilməsi  mistik  İslamın  yayıldığı  bütün  türk  xalqlarına 
aiddir. M
əsələn, Omsk vilayətinin Bolşereçensk rayonunda Tar 
tatarlarından  olan  bir  “imtse”  (ara həkimi) xəstəni müalicə 
128 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə