Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə39/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   35   36   37   38   39   40   41   42   ...   105

h
əyatında  hələ  də  yaşayan  “Nardoğan”, yəni  “Gündoğan” 
bayramı da eyni məqsədlə, məramla keçirilir. Həmin gecə hamı 
Gün
əşlə  birgə  olduğunu,  onun  tərəfini  tutduğunu  bildirmək 
m
əqsədilə müxtəlif ayinlər icra edir, əyləncələr keçirir. Ertəsi 
gün is
ə hər kəs Günəşin qələbəsini bayram edir.  
Biz  demirik  ki,  bu  xalqların  hansısa  bu  bayramın 
keçirilm
əsini o birindən götürüb. Çünki səma cismləri 
insanların  hər zaman diqqət mərkəzində  olub. Təsərrüfat 
sah
ələri təbii  iqlim  şəraitindən  asılı  olan  qədim  insanların 
t
əbiətdə  baş  verən dəyişikliklərdən xəbərdar  olmaları,  onları 
izl
əmələri  də  təbii idi. Günəş,  Ay,  parlaq  ulduzlar,  gecə  ilə 
gündüzün b
ərabərləşməsi, gecənin  uzanması,  gündüzün 
qısalması, ya da əksinə, bütün bunlar müşahidə qabiliyyəti çox 
güclü  olan  insanları  hər  zaman  düşündürmüş,  müxtəlif 
mifl
ərin, rəvayətlərin  yaranmasına gətirib  çıxarmışdır. 
Maraqlıdır ki, bu miflərin, rəvayətlərin əksəriyyəti də bir-birinə 
b
ənzəyir. Biz də  bunun təbii  olduğunu  düşünürük.  Məsələn, 
dünyanın  harasından  baxırsan,  bax,  dolunayın  Ayın  üzündə 
l
əkələr görəcəksən.  İnsanlar  bu  ləkələrin necə, nə  səbəbdən 
yarandığını  tapmağa  çalışır,  beləliklə  də  haqqında  bəhs 
etdiyimiz  “
əhvalatlar”  meydana  çıxır. Eyni iqlim kəsiyində 
yaşayan  insanlar  da  Günəşdə  baş  verən dəyişiklikləri görür
uzun  qaranlıq  gecələrin  onların  təsərrüfat həyatlarını  iflic 
v
əziyyətinə gətirdiyini dərk edir, bundan keçirdikləri narahatlıq 
hissi 21 dekabrdan 22 dekabra keç
ən gecə  daha  da  artır. 
N
əhayət, ertəsi gün Günəş bu mübarizədən qalib çıxır. Hər kəs 
Gündoğan  bayramını  qeyd  edir,  bir-birini görərkən  “Üzünə 
Gün doğsun!”, “Günün ağ olsun!”, “Ağ Günə çıxasan!”… deyə 
alqış  söyləyirlər. Cavab olaraq da “Səninlə  belə  (bilə)”, 
136 
 


“S
əninlə birgə” deyirlər. Beləcə, insanlar bu bayram sevincini 
tam 10-
12 gün yaşayırlar, yəni yanvarın əvvəlinə kimi... 
Bizc
ə,  Gündoğan  bayramımızı  bərpa eləməyin vaxtıdır! 
Bel
ə olan halda son illərdə kompüter arxasında, qulaqcıqlardan 
istifad
ə edərək musiqiyə qulaq asmaqdan keyləşmiş, Gün işığı 
görm
əyən, daha çox qapalı yerlərdə çalışan insanlarımızın qışın 
soyuq günl
ərində  də  sevincinə, bir də  ən  vacibi  Yeni  İl 
bay
ramına kimlərəsə xas bayram kimi baxanların şübhələrinin 
dağıdılmasına,  türk  xalqları  ilə  də  bağlı  olduğunu  aşılamağa 
şərait  yaratmış  olarıq…  Əslində  elə  Günəşin  yenidən 
doğulması yeni ilin başlanğıcıdır.  
Araşdırmalar  göstərir  ki,  dünyanın  bütün  xalqları  kimi, 
türk xalqlarının da xalq yaradıcılığında Günəş önəmli yer tutur. 
Ağbirçəklərimizin,  ağsaqqallarımızın  “Üzünə  Gün  doğsun!”, 

Gün işığına çıxasan!”  “Günün, baxtın ağ olsun!”, “Ağ Günə 
çıxasan!”  kimi alqışları,  “Bu  Gün  kimi  gözüm  ağarsın  ki…”, 

Bu Gün işığına kor baxım ki…” kimi  andları, “Günün qara 
g
əlsin!”,  “Heç  ağ  Günə  çıxmayasan!”  kimi  qarğışları  hələ  də 
dilimizd
ə  qalır.  Təsadüfi  deyil  ki,  sutkanın  Günəşin  yeri 
işıqlandırdığı  vaxtına  gün,  Günəşin  «uyuduğu»  qaranlıq 
vaxtına  gecə  deyirik. Yəni gün, gündüz sözləri bilavasitə 
Günl
ə, Günəşlə  bağlıdır.  21  dekabr  günü  ilin  ən  qısa  günü, 
gec
əsi isə ilin ən uzun, ən qaranlıq gecəsidir…  
Bel
əcə, 10-12 gün davam edən  Gündoğan  bayramı  31 
dekabrda keçirdiyimiz Yeni il 
bayramını da içinə alır…  
 
 
4) TƏQVİM BAYRAMI – 31 DEKABR 
 
137 
 


Bayramlar müxt
əlif cür olur: milli bayramlar, dini 
bayramlar,  mövsüm  bayramları,  təqvim  bayramları,  ailə 
bayramları…  Böyük  Çillə  günlərində  keçirdiyimiz Yeni il 
bayramı  da  bizim  təqvim  bayramımızdır.  Əslində  dərinə 
gets
ək, görərik ki, elə bu bayram da Günəşin doğması ilə bağlı 
olan, 10-12 gün davam ed
ən Gündoğan bayramı ilə müəyyən 
m
ənada əlaqəsi olan bir bayramdır...  
Dünyanın bir çox xalqları  yeni ili iki dəfə qeyd edirlər: 
birinci d
əfə  dünyanın  əksər ölkələrində  olduğu  kimi,  31 
dekabrda. İkinci dəfə isə ənənəvi, milli, kökləri daha qədimlərə 
gedib çıxan, təbiətin oyanışı ilə bağlı. Elə əvvəllər də bu belə 
olmuşdur,  yəni insanlar Günəşin  doğduğu  (22  dekabr  – 
gec
ələrin  qısalmağa,  gündüzlərin  uzanmağa  başladığı  gün), 
hakimiyy
əti  ələ  aldığı  (21  mart  –  gecə  ilə  gündüzün bərabər 
olduğu, ertəsi gündən isə günün  yavaş-yavaş uzanaraq  gecəni 
ötdüyü vaxt) günl
əri  bayram  etmişlər. Zaman keçir, tarixi 
olayların  bir-birini  əvəz etdiyi, dinlərin  hakim  rol  oynadığı 
dövrl
ərdə  bayramlara da münasibət dəyişir.  İmperator 
Konstantinin (324-
337) zamanında indiki Türkiyə Respublikası 
ərazisindəki  İznikdə  keçirilən    bir  toplantıda  Günəşin 
doğuşunun  bayram  edildiyi  günlərdən  biri  olan  25  dekabrı 
xristianların  İisus  Xristosun  doğum  günü  kimi  qələmə 
verm
ələri sonralar müəyyən qədər müsəlman xalqları təqvimin 
bu gününd
ən uzaqlaşdırdı. Maraqlıdır ki, günümüzdə Narduqan 
bayramını kerəşennər, yəni xristian tatarlar daha yaxşı qoruyub 
saxlamışlar.  Müsəlman tatarlarda, eləcə  də  digər müsəlman 
türkl
ərdə bu bayramın izləri qalır. Məhz bu səbəbdən də İslam 
dininin Rusiya iç
ərisindəki müsəlman türklərə  nisbətən daha 
qatı  olduğu  türk  bölgələrində  (Orta Asiya, güneyli, quzeyli 
Az
ərbaycan, Türkiyə…) Günəşlə  bağlı  iki  gözəl bayramdan 
138 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə