Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə46/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   42   43   44   45   46   47   48   49   ...   105

çıxardacaqlarını,  dan  atacaqlarını,  yəni  dan  yeri  qızaranacan 
yatmayacaqlarını  söyləyirlər.  Əslində  çillə  çıxartmaq  ayini 
vacib m
əqamlardandır.  Çünki  Kiçik  Çillə  başa  çatan  kimi 
insanlar bu 20 gün 
ərzində  çəkdikləri çilədən (çillədən), yəni 
əziyyətdən, məhrumiyyətlərdən yaxa qurtarmaq istədiklərindən 
çill
ə  çıxartmalı  idilər. Bu ayində  əsas məqsəd  xalqın  şər 
qüvv
ələrdən  arınması,  paklanması  idi.  Çillə  çıxartmaq,  dan 
atmaq üçün növb
ələşənlər də  vardı.  Əgər  əvvəllər çillə 
çıxartmaq  yalnız  Kiçik  Çillədən  yaxa  qurtarmaq,  şər 
qüvv
ələrdən  arınmaq  anlamına  gəlirdisə, sonralar bu ayin bir 
q
ədər yönünü dəyişdi.  Artıq  insanlar  “filan  işim  düzəlsin, 
filank
əsim səfərdən  qayıtsın,  filankəs  sağalsın,  çillə 
çıxardacam”  deyə  niyyət  tuturlar.  Əlbəttə  ki,  bu  işdə  əksər 
ayinl
ərdə, adət-ənənələrdə, mərasimlərdə olduğu kimi qadınlar 
daha f
əal olurlar. Çillə  çıxarılacaq  evdən kişilər  uzaqlaşır, 
qadınlar  toplaşır,  hərə  evindən  bir  şey  gətirir,  kişilərin kəsib, 
soyub  qoyduqları  qoyundan  müxtəlif yeməklər  bişirir,  rəqs 
edir, l
ətifə  söyləyir,  mahnı  oxuyur,  Kiçik  Çillənin tez 
getm
əsini, yazın gəlməsini arzulayırlar: 
 
Çill
ə çıxar, yaz gələr, 
Örd
ək gedər, qaz gələr. 
Bel
ə tərxam igidlər 
Dünyaya az-az g
ələr. 
 
A çill
ə, çillə, çillə, 
Qar g
əlir pillə-pillə. 
Ay qağa, mənə alginən 
Bazardan qaqqa, bill
ə. 
 
159 
 


Bu g
ələn yaz oleydi, 
Damağı çağ oleydi. 
Çıxıb gedeydi çillə 
Qar-girv
ə az oleydi…[29] 
 
B
əzən  oturduğu  yerdə  yuxulayanlar da olurdu. Onda 
dig
ərləri xəlvətcə  yatanların  ətəklərini,  şallarının  uclarını  bir-
birin
ə, ya da üstündə oturduqları döşəkcələrə, dirsəkləndikləri, 
yanlarını dayadıqları mütəkkələrə tikir, üstlərinə kəfkir, çömçə, 
s
əs-küy yarada biləcək  bir  şeylər bərkidir, sonra da həmin 
qadını rəqsə dəvət edirlər: 
 
Fatma xanım, dur, oyna, 
Yatma, xanım, dur, oyna! 
 
Yatdığını  boynuna  almayan  qadın  tez  oynamaq  üçün 
ayağa qalxanda ilişir, aləm bir-birinə dəyir, gülüş, zarafat səsi 
otağı  bürüyür.  İnama  görə, Kiçik Çilləni  sevinc,  şadyanalıq, 
gülüş  səslərilə  yola  salmaq  lazım  idi.  Çünki  bu  çillənin 
m
əqsədi  camaatı  ağlatmaq,  onlara  bədbəxtlik gətirməkdir. 
Lakin t
əngə  gəlmiş  xalq  sınmaq,  məhv olmaq yerinə  Kiçik 
Çill
əyə gülüşlə cavab verir. O da dözə bilməyib tez eli, obanı 
t
ərk edir [5, s.167]. 
Əslində Kiçik Çillənin çıxması ilə Boz Ay girir. Boz ayın 
ilk ç
əşənbəsi  Yalançı  Çərşənbə, ikinci çərşənbəsi  Xəbəçi 
Ç
ərşənbə  (cıdırçı,  küllü,  muştuluqçu,  müjdəçi də  deyirlər), 
üçüncü ç
ərşənbəsi Qara Çərşənbə (Ölü çərşənbəsi də deyirlər), 
dördüncü,  ilin,  ayın  axırıncı  çərşənbəsi isə  Axır  Çərşənbə 
adlanır. Axır çərşənbə əksər bölgələrimizdə daha böyük coşqu 
il
ə keçirilir, nəinki Bayramın özü…   
160 
 


 
XIDIR NƏBİ BAYRAMI 
 
El
ə bu başdan qeyd edək ki, Novruzun böyük coşqu ilə 
keçirildiyi yerl
ərdə Xıdır Nəbi ya keçirilməyib, ya da çox zəif 
qeyd olunub. O yerd
ə  ki,  Xıdır  Nəbi  bayramı  böyük  ruh 
yüks
əkliyi,  könül  xoşluğu  ilə  keçirilib, orada Novruza önəm 
verilm
əyib. 
T
ədqiqatçı  Ə.  Cəfərzadəyə  görə,  Xıdır  Nəbi  bayramı 
“Az
ərbaycanımızda…  kiçik  çillənin  qurtardığı  son  üç  gündə, 
y
əni 25-28 fevral günlərində  keçirilər və  bir növ Novruza 
hazırlıq  xarakteri  daşıyarmış”  [5, s.162]. B.Abdulla ilə 
T.Babayev is
ə  Xıdır  Nəbi  bayramını  Kiçik  Çillənin birinci 
ongünlüyün
ə aid edir, bununla bağlı bir “atalar sözü” də misal 
g
ətirirlər:  “Xıdır  girdi,  qış  girdi,  Xıdır  çıxdı,  qış  çıxdı”  [30, 
s.12]. Lakin m
əsələyə  məntiqlə  yaxınlaşanda  görürük  ki,  qış 
dekabrın  21-dən 22-ə  keçən gecə  girir. Kiçik Çillə  isə  40 
günlük Böyük Çill
əni arxada qoyub fevralın 1-dən qırmanqcını 
əlinə alır. Əgər tədqiqatçıların dediyi kimi, Xıdır Nəbi bayramı 
fevralın ilk ongünlüyündə keçirilirsə, Xıdırın  girməsilə də qış 
girirs
ə,  onda  yaranan  çaşqınlığı  kim  izah  edəcək?!  İkincisi, 
əgər Xıdırın çıxmasıyla qış çıxırsa, bu Xıdır Nəbi bayramı neçə 
gün davam edir? Xalqın inamına görə üç gün davam edir. Bəs 
onda qışın ömrü niyə belə az olur?!  
Maraqlıdır  ki,  məqalə  müəllifləri  mart  ayı  üçün  də 
yazırlar: 
 

Mart girdi, qış girdi. 
Mart çıxdı, qış çıxdı” [30, s.14] . 
 
161 
 


Oxucuda t
əbii sual doğur: “bu qış neçə dəfə girib çıxır?..” 
D
ədə-babadan  eşitmişik  ki,  “mart  çıxdı,  dərd  çıxdı”, hərçənd 
ki, “mart” sözünün kökü d
ə o qədər qədimlərə getmir…. 
Ümumiyy
ətlə, folklorşünasların, ədəbiyyatçıların məşğul 
olduqları  sahə  ilə  bağlı  özlərinin də  bayatı,  atalar  sözü,  şeir 
qoşa  bilmələri məlumdur.  Bu  qoşulanlara  bir  az  da  məntiq 
əlavə  olunsaydı…  Əlbəttə  ki,  onlar  xalqın  adından 
verilm
əməlidirlər… 
Ən  maraqlısı  da  budur  ki,  “Xalq  bayramı”  məqaləsinin 

əllifləri Xıdır Nəbi ilə Xıdırı bir-birindən ayıraraq yazırlar: 

…Xıdır  Nəbi bilavasitə  Kiçik Çillənin  ilk ongünlüyündə 
keçiril
ən xüsusi mərasimlə  bağlı  olduğu  halda,  Xıdır, 
dediyimiz kimi, yaşıllıqda, bahara bağlıdır…” (?! – G.Y.) [30, 
s.13] Yen
ə  də  oxucular  çaş-baş  qalır.  Belə  çıxır  ki,  xalq  iki 
Xıdır mərasimi keçirirmiş. Gəlin görək həmin müəlliflər tərtib 
etdikl
əri “Novruz bayramı ensiklopediyası”nda  Xıdır Nəbi ilə 
bağlı  nə  yazırlar?:  “Xıdır  Nəbi  -  …  yazın  gəlməsi ilə  bağlı 
mövsüm m
ərasimi. Kiçik çillənin birinci ongünlüyü “Xıdır 
N
əbi”  adlandığı  kimi,  həmin vaxt keçirilən mərasimin  adı  da 
Xıdır  Nəbi mərasimidir”  (?-  G.Y.). Müəlliflər  “Kiçik çillənin 
birinci ongünlüyünd
əki”  Xıdır  Nəbi deyil, “yazın  gəlməsi ilə 
bağlı”  Xıdır  Nəbi mərasimi  haqqında  yazırlar:  ““Xıdır  Nəbi” 
m
ərasiminə, adətən, çillənin ilk günündən  hazırlıq  başlanır” 
[30, s.13, 101]. “
Xıdır Nəbi axşamı” ilə bağlı məqaləyə baxaq: 

Xıdır  Nəbi  axşamı  –  Kiçik çillənin onuncu günü keçirilən 
m
ərasimin  adı.  Dədə-babalardan  qaydadı  ki, hər  il  qış  yarı 
olanda Böyük çill
əynən Kiçik çillə  arasında  “Xıdır  Nəbi” 
bayramı  keçirilir”  [30, s.102]. Böyük çillə  ilə  Kiçik çillə 
arasında  nə  qədər  vaxt  vardı  ki?  O  bitir,  bu  başlayır.  “Xıdır 
N
əbi”  (tərtibçilərə  görə, bu “Xıdır  Nəbi”  yazın  ilk  günündə 
162 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə