Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə52/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   48   49   50   51   52   53   54   55   ...   105

yazlağı, yaylağı, payızlağı, qışlağı olduğu məlumdur. Belə yurd 
yerl
ərinə, məsələn, yaylağa köç ərəfəsində qışın xəstəliyindən, 
ağrı-acısından arınmaq məqsədilə ayin keçirmək lazım gəlirdi. 
Bunun üçün türkm
ənlər  iki  böyük  tonqal  qalayır,  onların 
arasından  heyvandarlar ailələri, mal-qarası,  qoyun-quzusu, 
yüklü d
əvələri ilə keçir, arxaları ilə gələ biləcək şər qüvvələri 
qorxutmaq m
əqsədilə  tüfənglərdən atəş  açır,  yaman  ruhların 
yolunu k
əsmək  üçün  tonqalların  közlərini birləşdirirdilər:  “od 
altında bəla qalmaz” [140, s.24].  
M. Seyidov Xızırın qam-şamanla bağlılığı ehtimalını da 
ir
əli sürür. Tədqiqatlar isə  bu  ehtimalın  doğruluğunu 
t
əsdiqləyir.  A.Y.Ocak  bir  sıra  digər tədqiqatçılara  əsaslanaraq 
Novruzun  iranlıların,  Nəbi  bayramının  isə  türklərin yeni ili 
olduğunu yazır [92, s.162-168].    
  
Əslində  Xıdır  bayramın  mahiyyəti  haqqında  da  dəqiq 
bir fikir söyl
ənilmir, gah əkinçiliklə,  gah  da  heyvandarlıqla 
bağlanılır.  Od  qalandığı,  səməni  bişirildiyi  kimi  Axır 
Ç
ərşənbəyə xas adətlər bu bayrama da şamil olunur [5, s.162-
168]. Bu da t
əbii  olaraq  onun  Novruzla,  Axır  Çərşənbə  ilə 
qarışıq  salınmasına  gətirib  çıxarır.  A.Nəbiyevin  yanlış  olaraq 
ç
ərşənbələrə  aid etdiyi dörd ünsürü (od, hava, torpaq,  su) 
buraya da p
ərçimləməsi əməlli-başlı qarışıqlıq yaradır. Deməli, 
Xıdır Nəbi bayramının çözülməsi üçün cənub-şərqi Avropanın, 
Kiçik Asiyanın, Orta Asiyanın türk, qeyri-türk xalqlarında bu 
bayramın keçirilməsinə diqqət etməliyik.  
Türkiy
ədəki  ələvilər hər  il  fevralın  13-15-i  arası  Xızır 
Orucu deyil
ən oruc tutur, sonra da Cem ayini  icra edirlər. 
Ələvilərə  görə,  əlinə, dilinə, belinə,  aşına,  işinə,  yoldaşına 
sahib  çıxmaq  ən böyük oruc və  ibadətdir.  Zora  düşənlər 
Xızırdan  imdad,  kömək diləyirlər:  “Yetiş  ya  Bozatlı  Xızır!”, 
181 
 


“Xızır  yoldaşın  ola!”,  “Qul  bunalmayınca  Xızır  yetişməz”, 
“H
ər  vaxtını  hazır  bil,  hər  gördüyünü  Xızır  bil!”  Ələvi 
ozanlarının yaradıcılığında Xızırın önəmli yeri var: 
 
Min bir adı var, bir adı Xızır 
Harada çağırsam, orada hazır. 
Əli Padişahdır, Muhamməd vəzir, 
Bu f
ərmanı yazan Əli deyilmi? 
Pir Sultan Abdal 
 
Burada 
Xızırın  dara  düşənlərin  harayına  yetişmə 
öz
əlliyilə  yanaşı  başqa  bir  məqamla  da  rastlaşırıq.  Ələvilərin 
imam  Əlini  hətta Məhəmməd  peyğəmbərdən də  üstün 
tutduqlarını görürük. 
Türkiy
ə  türklərinin böyük əksəriyyəti, qaqauzlar, 
türkm
ənlər, hətta bolqarlar, rumınlar,  moldavlar,  əski 
Yuqoslaviya  xalqları  (makedonlar,  Kosovo  türkləri, 
albanlar…)  bu  bayramı  Xıdrəlləz, Xederlez, yəni  Xıdır  Əlləz 
(İlyas)  adı  ilə,  əsasən,  mayın  6-da keçirirlər.  Bir daha 
vurğulayaq ki, onlar ili Xızırla Kasım (Noyabr) olaraq iki yerə 
bölürl
ər.  Mayın  6-da  Xızır  ilə  yay  başlayır,  186  gün  sürür. 
Kasımın  8-dən  qış  başlayır,  179  gün  çəkir. Fevral 29 gün 
olanda is
ə 180 gün sürür. Yəni əvvəllər il ancaq qışla yaydan 
ibar
ət olub isti günlər, soyuq günlər kimi dəyərləndirilir, isti 
günl
ər  mayın  6-dan Xederlezlə  başlayıb  noyabrın  8-də  bitir, 
soyuqlar is
ə  elə  bu  vaxtdan  başlayıb  mayın  6-a qədər davam 
edirdi. Yulian t
əqvimində  əvvəllər həmin gün 23 aprelə 
düşürdü. 
Bu  gün,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  bir  çox  türk 
boyları ili artıq iki fəslə deyil, dörd fəslə ayırsalar da, əski adəti 
182 
 


qoruyub saxlayaraq yayın, isti ayların gəlişi, sürülərin yaylağa 
sürül
əcəyi gün sayılan 6 may tarixini Xıdır Əlləz bayramı kimi 
qeyd edirl
ər. Bayram üç gün davam edir. Əslində insanlar bu 
üç günü sürül
əri  yaylağa  hazırlayıb  sürürlər. Təbii ki, 
q
ədimdən bəri heyvandarlıqla bağlı olan bu bayrama xristianlıq 
da öz t
əsirini göstərmədən keçməmişdir...  Xalqların  bu 
m
ərasimi hər il qeyd etdiyini görən xristian din adamları həmin 
günü guya h
əm iri, həm  xırda  buynuzlu  mal-qaranın  hamisi 
sayılan  müqəddəs  Georgi  günü  elan  etmişlər.  8  Kasım  isə 
müq
əddəs Dmitri günü hesab olunur... 
Əslində İlyas xristianlıqdakı İlya peyğəmbərdir. Məntiqlə 
Xıdır  İlyas  (Xederlez,  Xıdır  Əlləz) mərasimi  İlya  peyğəmbər 
günü  olmalı  idi.  Ancaq  artıq  çoxdan  təsdiq  olunmuş  xristian 
t
əqviminə görə 6 may müqəddəs Georgi günü hesab olunur. 
Dem
ək olar ki, Bakıya aid hər şeydən yazan H.Sarabski 
“Köhn
ə Bakı” kitabında Xıdır Nəbi bayramı haqqında heç bir 
m
əlumat vermir [32]. Bu mərasim doğrudan da heyvandarlıqla, 
bir  sıra  xalqlarda  sürülərin  yaylağa  sürülməsi,  digərlərində 
qışdan,  özəlliklə  də  Kiçik Çillədən  sağ-salamat  çıxması  ilə 
bağlıdır... 
Xıdır  İlyas,  Xıdırla  İlyas  əleyhissəlamların  adlarının 
birl
əşməsidir. Xızır əleyhissəlam İbrahim peyğəmbərdən sonra 
yaşamış  124  min  peyğəmbərdən biridir. Avropa, Asiya 
qit
ələrinə 
hakim olan Zülq
ərneyn 
əleyhissəlamın 
s
ərkərdələrindən biri, həm də xalası oğlu kimi qələmə verənlər 
d
ə  var.  Adının  Belya  bin  Melkan,  künyəsinin  Əbül-Abbas 
olduğu (bütün bunlar onu ərəbləşdirmək cəhdləridir [92, s.63]), 
soyunun  Nuh  peyğəmbərin  oğlu  Şamdan  gəldiyi bildirilir. 
B
əziləri  Xızırın  İsrail  oğullarından  olduğunu  da  söyləyirlər. 

Xızır” ləqəbilə məşhur olmasının səbəbi isə bu idi ki, quru bir 
183 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə