M
əlumdur ki,
hər bölgənin, hər elin öz adəti var. Bu
ad
ətlərin yaranmasına coğrafi mövqe, təbii iqlim şəraiti,
əhalinin məşğuliyyət sahəsi də təsir göstərir. Adətən, Xəbərçi
ç
ərşənbədə insanlar çöllərə çıxırlar. Yaxınlığında dağ, təpə
olanlar oraya çıxır, çöllük, çəmənlik,
düzəngah olanlar orada
geniş şənliklər təşkil edir, Günəşi salamlayır, özlərilə
g
ətirdikləri yeyəcəkləri paylaşır, sümüklərini qızdırırlar. Axır
ç
ərşənbədə kimin yaxınlığında çay varsa, çaya, kiminkində arx
varsa, arxa, kimin yanında bulaq varsa, bulağa gedir, adətlərə,
m
ərasimlərə dillərinə, ləhcələrinə, şivələrinə,
dinlərinə uyğun
adlar verirl
ər.
Əlbəttə ki, təbiətdə baş verən dəyişiklikləri,
Günəşin öz
şüalarını havaya, suya, torpağa yönəltdiyi günlərin, yəni
c
əmrələrin,Boz ayın axır çərşənbələrinin, eləcə də digər
mövsüm m
ərasimlərinin vaxtını bütün xalq izləmirdi. El
arasında bilici babalarımız, nənələrimiz vardı ki, onlar elin,
obanın təsərrüfatının birbaşa asılı olduğu təbiətdəki
d
əyişiklikləri, əlamətləri “oxuya” bilir, ətrafdakıları vaxtı-
vaxtında olacaqlardan hali edirdilər, lap elə Dədə Qorqud kimi.
Xalq da onlarla m
əsləhətləşir, dediklərinə əməl edirdi.
Onu
da qeyd ed
ək ki, Azərbaycandakı bir çox
h
əmkarlarımız kimi Türkiyədəki tədqiqatçılardan da
fikirl
ərimizə ciddi dəstək gəldi. Onlardan biri də Yaşar
Kalafatdır. O, “Türk Kültürlü Halklarda Ahır Çerşembe`nin
Mitolojik Muhtevası” məqaləsinin “Giriş”ində yazır: “Bizim
arayışımıza ışık tutması bakımından en içerikli çalışma Güllü
Yoloğlu meslektaşımızın çalışması olmuştur. Yoloğlu bu
çalışmasında çarşambalara verilen isimlerin sağlıklı
olmadığını, onlara Azat Nebiyev, Kamil Veli Nerimanoğlu,
Azize Hanım Caferzade gibi araştırmacılar tarafından verilen
272
üçün sönük keçirilir. İran qarapapaqları isə Yalançı çərşənbəni
keçirir, Doğruçu
dedikləri ikinci çərşənbəni, yəni Xəbərçi,
Cıdırçı dediyimiz çərşənbəni yox sayaraq qeyd etmirlər…
Yuxarıda qeyd
etdik ki, Boz ay girdikdə cəmrələr qeyd
olunur. Onların sayı 3-dür. Cəmrələrin əski təqvimlərdəki
ərəbcə qarşılığı “Cəmre-i ula beheva”, “Cəmrə-i saniye beab”
v
ə “Cəmre-i salise behak” şəklində yazılır. Cəmrələr Kasım
günl
ərində olur. Birinci cəmrə kasımın 105-indəhavaya, ikinci
c
əmrə 112-ində suya, üçüncü cəmrə isə 119-unda torpağa
düşür. Fevral ayının 20-də, yəni Kiçik Çillə çıxanda cəmrə
(c
əmlə), yəni işıq, istilik mənbəyi olan Günəş havaya baxır.
İnsanlar Kiçik Çillənin qarından, çovğunundan, şaxta-
sazağından qurtulmağa başlayır. Havada şaxta olsa da, yavaş-
yavaş isinməyə doğru gedir. İnsanlarda ümid yaranır. Təbiət
canlanır. Fevralın 27-də cəmrə, yəni Günəş suya baxır, yəni su
isinir, buzlar
əriyir, çayların suyu bol olur, ağaclara can verir.
Martın 6-da cəmrə torpağa düşür [96, s.37-48]. Torpağın
s
əthindən buğ qalxır, donu açılır, payızdan qalan toxumlar
canlanır. 4 ildən bir fevral ayı 29 gündən
ibarət olanda cəmrə
torpağa martın 5-də düşür.
Uyğur türklərinin “Buku Kagan” dastanında cəmrələr
haqqında da maraqlı məlumat var: “Şubat ayında Uygurların
“Utku” dedikleri altışar gün arayla cemre düşmüştür. İlk cemre
havaya, ikinci cemre suya, üçüncüsü toprağa düşmüştür” [91,
s.169].
Gördüyümüz kimi, burada öt
ən ilin dekabr ayının 22-dən
dirilm
əyə başlayan Günəş havanın, suyun və torpağın
canlanmasına səbəb olur və bu proses martın 6-a başa çatır.
C
əmrələr qışın soyuq, şaxtalı, sazaqlı günlərini
geridə
qoyduğumuzun ilk müjdəçisidir.
274