çaydan, arxdan “lal su” g
ətirərək” fala baxıldığından [26, s.11],
torpaq ç
ərşənbəsi dediyi Axır çərşənbədə də “dan yeri
sökül
əndə bulaq başına gedildiyindən, axar suda əl-üzlərin
yuyulma
sından, arxın üstündən tullanılmasından” danışır [26,
s.54]. “Torpaq ç
ərşənbəsi” adlı çərşənbədə bilmək olmur
Makedoniyalı İsgəndərlə bağlı rəvayətlərin Axır çərşənbəyə nə
aidiyyatı var (“İsgəndər və torpaq”, “Gözü qapandı”, “Torpaq
toxdatdı”)? [26, s.56].
Qeyd etdiyimiz kimi, k
lassik aşıq şeirində də özünə yer
alan “ab-at
əş, xak-bad” da müəyyən çaşqınlıq yaradır.
D
ədələrimiz bunu ona görə deməyiblər ki, kimlərinsə öz
fantaziyalarından çıxış edərək insanın yaranışında danılmaz
rolu olan bu dörd ünsürün (t
əkrar söyləyirik ki, biz buraya
d
əmiri də əlavə edirik – G.Y.) adlarını çərşənbələrə versinlər.
Əgər təbiətin canlanmasındakı sıralanmanı «su, od, torpaq, yel
(hava)» kimi q
əbul etsək, ən azından bilici babalarımızın,
n
ənələrimizin ruhuna hörmətsizlik etmiş olarıq. Şair
d
ədələrimiz bu sıralamanı qafiyə xatirinə, şeiriyyat xatirinə bu
cür düzmüşlər. Y.V.Çəmənzəminli də bu ünsürlərin “Avesta”
f
əlsəfəsindən gəldiyini söyləyir. Amma bu o demək deyil ki,
“Avesta”ya q
ədər yer üzünün insanları odun, suyun, havanın,
torpağın nə olduğunu, onların həyatlarındakı yerini, rolunu
d
ərk etmirdilər. Çox vaxt deyirlər: “Əl tutmaq Əlidən qalıb”.
M
əgər VII əsrə qədər insanlar bir-birinə əl tutmur, yardım
etmirdil
ərmi?.. Biz əgər insan oğlunun (tək insanınmı?)
yaranışında, sonrakı həyatında rolu olan ünsürlərdən
danışarkən onların yerini dəyişsək, yəni «torpaq, su, hava, od»
des
ək, heç bir xətaya yol vermərik. Ancaq təbiətdə baş verən
d
əyişikliklərdəki, canlanmadakı sıralamanı pozsaq, bu ciddi
269
s
əhv olar. Cəmrələr başlayınca, bir ünsür – Günəş, od digər üç
ünsür
ə can verir…
Qarşımızda maraqlı mənzərə canlanır: Kiçik Çillə bitib,
xalq qarlı qışdan çıxıb, azuqə bitib, mal-qara acdı. Əhali əlində,
ovcunda olanı da Xıdır Nəbi bayramında süfrəyə düzdü, çillə
çıxartdı. Yaz tarla işləri başlayır. Bağ-bağat səliqə-səhman
t
ələb edir. Belə bir vaxtda hər çərşənbə bayram süfrəsi açmağa,
əylənməyə nə vaxt, nə də maddi imkan var. Ancaq uşaqlardan
olsa, h
ər çərşənbə bayram edərlər. Bu gün xalqın bir hissəsinin
əylənməyə, çalıb oxumağa meylini nəzərə alsaq, əlbəttə ki,
ç
ərşənbələrin hamısı qeyd olunacaq... Bir də ki, şəhər əhalisi
qış aylarında da idarə, fabrik, zavodlarda, tədris ocaqlarında,
MEA-
nın elmi-tədqiqat institutlarında, tikintidə əvvəlki aylarda
nec
ə çalışmışdısa, eləcə də işinə davam edir. Əkinçiliklə,
bağçılıq, bostançılıq, heyvandarlıq, eləcə də təbiətdən, havadan
asılı olan digər sahələrlə məşğul olan kənd əhalisi üçünsə yazın
g
əlişinin özəl anlamı var. Bakıdakı iqlim şərtləri ilə kənd
t
əsərrüfatı ilə məşğul olan rayonlarımızdakı iqlim şəraiti eyni
deyil. Bir d
ə görürsən ki, şəhərin içində ağaclar çiçəkləyib,
lakin d
ənizkənarı kəndlərdə hələ tumurcuqlar heç çatlamayıb
da, b
əzi bölgələrdə isə qar yağır… Ona görə də, mövsüm
m
ərasimlərimiz, əsasən, kənd rayonlarımıza ünvanlanıb…
Habib
İdrisi “Eski İran ve Azerbaycan eyaletinde
Nevruz” m
əqaləsində cəmi üç çərşənbədən danışır: 1) Qara
ç
ərşənbə; 2) Külə çərşənbə; 3) Axır çərşənbə [71, s.135-145].
Şehran Rehnimun Güney Azərbaycanda beş çərşənbənin
olduğunu yazsa da, ( 1) “Yalan Bohorlu”; 2) “Çilə qaçdı”; 3)
“Ç
əkər”; 4) “Su Çarşanba”; 5) “Axır çarşanba”. İlin son
ç
ərşənbəsini 6) “Ölülər Bayramı” adlandıraraq altıncı çərşənbə
haqqında da danışır. Müəllif dördüncü çərşənbəyə «Su
270
çarşanba» desə də, məhz Axır çərşənbədə Maki yörəsində
sabah o başdan bir qızla bir oğlanın heç nə danışmadan
axşamdan yanan tonqalın külünü yaxındakı çaya, arxa, bulağa
apardığını, suya atdığını, əllərindəki tası su ilə dolduraraq evə
döndükl
ərini yazır [105, s.265-275] (tatarlarda da Narduqan
(Gündoğan) bayramında bir oğlanla bir qız arxalarına
baxmadan, dinm
əzcə bulaqdan fala baxmaq üçün su gətirirlər).
G
ətirilən həmin suda gənclər iynə ilə fala baxır, evlənib
evl
ənməyəcəklərini müəyyənləşdirirlər. Axır çərşənbədə həm
d
ə səhər tezdən hamı axar suya gedir, üzərindən atılaraq
“
Ağırlığım, uğurluğum düşsün su üstünə” deyirlər. Bu mərasim
“Su üstü (Nö üstü)”
adlanır. Maraqlıdır ki, Şehram Rehnimun
ç
ərşənbələrə ayrı-ayrı ad verərək altı yerə ayırsa da, həm Ölülər
Bayramını, həm çərşənbə bazarını, həm od üzərindən atılmanı,
h
əm su üstündən atılmanı, falabaxmanın bütün növlərini (qapı
pusma, kilit salma, iyn
ə ilə suda falabaxma…) məhz Axır
ç
ərşənbəyə aid edir, digər çərşənbələrdəki ayinlər, mərasimlər
haqqında heç nə demir [105, s.265-275]… Axır çərşənbədə
suya çox ön
əm verildiyindən, suyun da təzələndiyi
düşünüldüyündən, hamının bir-birini su ilə islatdığından
mü
əllif bu çərşənbəyə “su çərşənbəsi” deyir. Onu da bird aha
vurğulayaq ki, A.Nəbiyev də özünün “Novruz bayramı” (1990)
toplusunda yazır ki, “su çərşənbəsi mərasimi Axır çərşənbədə
keçiril
ən şənliklərdəndir”…
F.A.Brokqauzla İ.A.Yefronun məlumatına görə, Böyük
Orucun beşinci həftəsinin çərşənbə günü Tula quberniyasının
Aleksinsk q
əzasının kəndlərində əhali qışın yola salınma
m
ərasimi keçirirlər. Həmin gün səhər tezdən çöl kəndlərində
hamı bir-birini, eləcə də ev heyvanlarını xəstəlikdən, qada-
baladan qorumaq m
əqsədilə su ilə isladırlar…
271
Dostları ilə paylaş: |