Ümumi Regional landşaftşünaslıq



Yüklə 125,42 Kb.
səhifə15/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   11   12   13   14   15   16   17   18   ...   33
mumi Regional land aft nasl q

6. Texnogen landşaftlar. Bu komplekslər tamamilə transformasiya olunmuş, bütün komponentləri əsaslı şəkildə dəyişilmiş hətta geoloji özülü, litoloji əsası, mikroiqlim şəraiti xeyli dərəcədə dəyişilməyə məruz qalmışdır. Əsas xüsusiyyəti texnogen örtüyə (asfalt döşənəyə, şəhər, sənaye obyektlərinə) malik olması ilə fərqlənir. Asfalt və digər texnogen örtük altında landşaftın geofiziki və geokimyəvi prosesləri tamamilə yeni istiqamətdə inkişaf edir. Havasız şərait olduğuna görə anaerob (havasız) proseslər üstünlük təşkil edir. Bəzi hallarda geokimyəvi miqrasiya, yəni mübadilə tamamilə kəsilir. Torpaq qatları arsında rabitə itir.
Texnogen landşaftlarda təbii fəaliyyət, funksional xüsusiyyətlər, landşaft strukturu tamamilə yeni komplekslərlə əvəzlənir. Bu landşaftlar müntəzəm təsirlərə məruz qalmaqla yanaşı insanların, məhsuldar qüvvələrin, landşaftları dəyişən texnika və avadanlıqların cəmləndiyi ərazilərdir.
Texnogen lanşaftlar qurunun 4,5-5% - ə yaxın ərazisini əhatə edir. Bura şəhər texnogen (şəhər tikililəri, meydanlar, bağ və parklar, iri qazonlar, köməkçi qurğular, yol şəbəkələri, körpülər və s.) sənaye-texnogen (dağ-mədən kompleksləri, iri obyektlər, qurğular, emal müəssələri, xammal saxlanılan ərazilər, terrikonlar, sənaye mənşəli göllər, karxanalar və s. aiddir), texnogen infrostrukturlar (neft, qaz, su kəmərləri, elektrik rabitə xətləri, kanalizasiyalar və s.), texnogen yol kompleksləri (avtomobil, şosse yolları, qovşaqlar, ötürücü körpülər və s.), texnogen su kəmərləri (su anbarları, kanallar, kollektorlar, durukerlər və s.) daxildir.
Bu komplekslər Qərb və Şərqi Avropanın (Reyn-Rur, Paris, London, Moskva və s.), Şimali Amerikanın (Boston Vaşinqton, San-San və s.), Cənubi Asiyanın (Mumbay, Kəlkətə), Şərqi Asiyanın (Şanxay, Tokio, Osaka), Latın Amerikasının (Mexiko, San Paula, Rio-de-Janeyro və s.) və s. iri şəhər aqlomerasiyalarının çirklənmiş sənaye rayonlarını və s. əhatə edir.


Məzmununa görə antropogen landşaftların qruplaşdırılması
Antropogen landşaftlar insanlar tərəfindən idarə edilən, tənzimlənən bütün funksiyanal xüsusiyyətləri nəzarət altında olan əsaslı şəkildə transformasiyaya məruz qalmış komponentlərdir. Onların bütün xüsusiyyətlərini düzgün qiymətləndirmək üçün təsnifatı aparılır. Dünyanın antropogen landşaftları aşağıdakı katiqoriyalara ayrılır.
1. SƏNAYE LANDŞAFTLARI – Bu kompleksə texnogen landşaftlar aid olduğu üçün çox vaxt – sənaye-texnogen landşaftları da adlandırılır. Bu qurupa dağ mədən kompleksləri, onların bilavasitə təsiri altında yerləşən müxtəlif dərəcədə çirklənməyə məruz qalmış ərazi vahidləri aid edilir.
Sənaye-texnogen landşaftlar dünyanın bütün regionlarında və landşaft tipində mövcuddur. Onların ən iri arealları Qərbi, Şərqi Avropada, Amerikada, Şm və Qərbi Afrikada, Cənubi və Cənub-Şərqi Asiyada və s. rayonlarda mövcuddur.
Sənaye landşaftlarının xüsusi tipinə terrikonlar, tullantılar, karxanalar, sənaye gölləri və s. aiddir. Adətən qədim sənaye rayonlarında müxtəlif obyektlərin və müəssələrin xüsusi yığıntısı, toplusu ölkənin sosial iqtisadi inkişafına maneə olan geri qalmış rayon yaxud da çirkli ərazi kimi geniş areala malik olur. Belə rayonlar “Qara İngiltərədə”, “Appalaç”, “Elzas və Lotarengiya”, “Urala”, “Donbas”, “Anşan”, “Fuşin”, “Karakanda”, “Cənubi İtaliya” və s. ərazilərdə keçmiş sənaye müəssələrinin qalıqları kimi ölkə iqtisadiyyatına “maneə törədir”.
2. KƏND TƏSƏRRÜFATI LANDŞAFTLARI (Aqrolandşaft) – Bura kənd təsərrrüfatı təsirləri ilə yaranan aqroirriqasiya, dəmyə əkinçiliyi, bağ plantasiya və otlaq biçənək kompleksləri daxildir. Bu landşaftlar məzmununa görə yarımquruplara aiddir. Onların hamısı insanlar tərəfindən funksiyalaşdırılır və ölkənin sosial iqtisadi inkişaf proqramına müvafiq şəkildə tənzimlənir və idarə edilir.
3. TEXNOGEN–İNFRASTRUKTUR KOMPLEKSLƏRİ – Bunlara müxtəlif kommunikasiyalar, yollar (şosse, dəmir yolu, “qrunt yolu” və s.) boru kəmərlər, (neft, qaz, su) kanalizasiyalar, rabitə xətləri, elektirik xətləri və s. aiddir. Bu komplekslərin əksəriyyəti xətti antropogen landşaft modifikasiyası adlanır.
4. SU ANTROPOGEN LANDŞAFTLAR – bunlara su anbarları, kanallar, müxtəlif məqsədli su tutarlar, kollektorlar, drenajlar, su ötürücüləri, su qovşaqları, durikerlər və s. daxildir.

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə