Ümumi Regional landşaftşünaslıq


İçməli su problemi. Daxili su obyektlərinin mühafizəsi



Yüklə 125,42 Kb.
səhifə23/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
mumi Regional land aft nasl q

İçməli su problemi. Daxili su obyektlərinin mühafizəsi.
Hidrosferin ümumi həcminin 3.6 % - i quru sularına aidddir.Qurunun içməli su ehtiyyatı isə hidrosferin cəmi 2.5 %-ni əhatə edir. Yararlı su ehtiyyatlarının 70 %- dən çoxu (2.8 mln km3) Antarktida, Qrenlandiya, Şimal Buzlu Okeanının aralarındakı buzlaqlarda və hündür dağ zirvələrində cəmlənmişdir.
İçməli su ehtiyatlarının əsas hissəsini təşkil edən buzlaqlar və şirin yeraltı sular istifadə üçün əlverişli deyil. İnsanların içməli suya olan tələbatının çox hissəsini çay suları ödəyir.
Qurunun 1/3 hissəsi su ehtiyatları ilə zəif təmin olunmuşdur. Şimal yarımkerəsində Böyük səhra, Ərəbistan yarımadası, Mərkəzi Asiya, Cənub yarımkürəsində Kalaxari, Atakama, Avstraliya səhraları arid susuz regionlardır. Ekvatorial, Subekvatorial və Şimal Mülayim qurşaqların da 2/3 hissəsinə yaxını cəmlənmişdir.
Dünya çaylarının hidroenerji ehtiyatları təxminən 10 trln kvt /saatdır. Bu ehtiyatların yarıdan çoxu Çin, Rusiya, ABŞ, Kanada, Braziliya və Konqo dövlətlərinin payına düşür.
İçmali suya olan tələbat ildən-ilə sürətlə artır. Onun əsas istehlakçısı kənd təsərrüfatı sahələridir.
Hər il kənd təsərrüfatında 3500-4000 km3 su işlədilir. Qeyd edilən suyun 70%-ə yaxını təkcə suvarmaya sərf olunur. Səhra və Yarımsəhra landşaftlarında (R.ə < 0,2) hər hektara 6000 – 12000 m3 / il su verilir. Nəzərə alsaq ki, Yer kürəsində suvarılan torpaqların ərazisi 250 mlnş ha – dan çoxdur, onda suvarmaya 3000 km3 – dən artıq su resursunun sərf edildiyini dərk edərik. Təkcə Çin, Pakistan və Hindistan suvarılan torpaqların hər hektarında 1000 m3 / il – dən artıq sudan istifadə edir. Azərbaycanın arid və semiarid landşaftlarının (R.ə = 0.5-0.2) hər ha – na 4000 – 4500 m3 / il su sərf edilir.
Sənaye sahələrində, məişətdə kommunal təsərrüfatlarda suya olan tələbat ildən – ilə artmaqdadır. Avropada istifadə edilən suyun 70 % - dən çoxu sənaye və kommunal sahələrin payına düşür. İEÖ – lərin şəhər sakinləri sutkada 300 – 400 liotr su işlədir. İEOÖ – lərdə bu göstərici 5-10 dəfə azdır.
Hazırda sənayedə və energetikada istifadə edilən suyun illik miqdarı 700 – 1000 km3 - ə çatır. Əsas istifadəçiləri Şimali Amerika, Avropa və Şərqi Asiyadır.
Su “aclığı” təkcə quraq rayonlarda deyil, su ilə yaxşı təmin olunmuş regionlarda da baş verir. Bunun əsas səbəbi suya olan tələbatın artması ilə yanaşı su obyektlərinin çirklənməsidir.
İçməli su ilə təmin olunma ayrı –ayrı regionlarda və ölkələrdə fərqlənir. Qabonda, Konqoda, Brazilyada, Kanadada, Rusiyada adambasina 200 – 350 min m3 içməli su düşdüyü halda, İran körfəzi ölkələrində, Şimali Afrikada su ilə təmin olunma200 – 500 m3 və daha aşağıdır. Adambaşına 1000 m3 – dən az şirin su düşən ölkələrdə kəskin su qıtlığı müşahidə edilir.
Azərbaycan Respublikasının bərpa olunan içməli su ehtiyyatı 30,9 km3 – dir. Adambaşına düşən içməli su ehtiyyatı 3,6 min m3 təşkil edir.
Dünyada suya tələbat qarşıdakı yarım əsrdə iki dəfə artacaq. BMT-nin xüsusi araşdırmasından bu nəticə çıxıb. Amma dünyanın su qıtlığı problemini hiss eltməsi üçün yarım əsr gözləmək lazım gəlməyəcək. Artıq dünya əhalisinin iki milyardı su qıtlığı problemi ilə hər gün üzləşir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının dəstəyi ilə dünyanın 400-dən çox hidroloq və aqronomunun gəldiyi başqa bir nəticə də budur ki, su probleminin həlli ərzaq probleminin həlli qədər asan olmayacaq. Bəzi hökumətlər ərzaq probleminin həlli üçün artıq uğurlu yollar tapıblar. Ötən yarım əsrdə suvarılan torpaqların bölüşdürülməsi Asiya ölkələrində ərzağın 3 qat artmasına səbəb olub. Buna yaşıl inqilab da deyirlər.

Amma su problemini nə varlanmaq, nə ərzaq bolluğu həll edə bilər. Dünya Təbiət Fondunun araşdırmalarına görə, varlı ölkələrdə sudan istifadədə daha acınacaqlı vəziyyətdədir. Varlı ölkələr su sızmalarının qarşısını almaq üçün çox iş görmür, kənd təsərrüfatında sudan israflıqla istifadə olunur. Araşdırmaların koordinatoru Devid Modenin «NYT» qəzetinə dediyinə görə, bundan sonra ölkələr az su ilə daha çox məhsul yetişdirmək yolları tapmalıdırlar.


Adambaşına ən çox su Şimali Amerikada və Yaponiyada işlədilir. Gündə 350 litr. Avropada bu rəqəm 200 litr, Afrika ölkələrində 10-20 litrdir. Mütəxəssislərin proqnozlarına görə, 2070-ci ildən ən çox su qıtlığı çəkən Avropa ölkələri İspaniya, İtaliya, Belçika, Yunanıstan, Türkiyə, Bolqarıstan, Serbiya və Rusiyanın cənubu olacaq. Azərbaycanın bir çox bölgələrində, xüsusən aran rayonlarında su qıtlığı indi də yaşanır.
Təbii sular drenaj sistemi rolunu oynayır. Bütün aslı maddələri həll edir, tərkibini mürəkkəbləşdirir. Adətən çay sularında həll olmuş maddələrin miqdarı 1 qram/litr-dən artıq olmur. Lakin insan fəaliyyəti nəticəsində sular çirkab axınına çevrilir.
İri şəhərlərdə və irir heyvandarlıq və əkinçilik rayonlarında axar sular daha çox çirklənir. Su obyektlərini çirklənmmə mənbələrinə görə 2 qrupa bölürlər:
1. Sənaye müəssisələrinin , kommunal məişət tullantılarının yaratdığı çirklənmə. Sənayenin ən çox qara, əlvan metalurgiya, kimya, neft – qaz, sellüoz – kağız sahələri su obyektlərini çirkləndirir. Tullantılar içərisində neft məhsulları, ağır metallar əsas yer tutur.
2. Kənd təsərrüfatı tullantıları ilə su obyektlərinin çirklənməsi. Bu çirkləndiricilər içərisində əsas yeri gübrələr, pestisitlər, DNT,Helbisitlər, Bitkiçili və heyvandarlığın tullantıları fərqlənir.
Qurunun əsas içməli su mənbəyi çaylardır. Yer səthinə bir ildə düşən 120 min/ km3 atmosfer yağıntısının 35 – 40 min km3 –u çay axınlarının payına düşür. Lakin bu axının 70 % - dən çoxu əlverişsiz, ekstremal çəraitə malik rayonlarda cəmlənmişdir. Məs: Avrasiyanın, Şm Amerikanın şimal hissələrində, Amazon ovalığında və.s təx 25 -27 min km2 insanlar tərəfindən mənimsənilə bilən regionlardır.
İnsanların sıx məskunlaşdığı Qərbi Avropa, Cənubi,C.Ş və Ş.Asiyada, ABŞ-ın cənub şərqində su obyektləri sənaye məişət tullantıları ilə kəskin çirklənmişdir.
Çay suları və digər daxili su obyektləri çirklənmə dərəcəsinə görə üç qrupa bölünür:
1. Çirklənməsi çox zəif olan və yaxud da praktiki olaraq çirklənməyən su obyekləri. Bu obyektlərdə yerləşən suların tərkibində 1 l /q-dan artıq aslı maddə və birləşmə olmur. Belə obyektlər mümkün çirklənmə həddindən çox az çirklənir. Əhalinin sıxlığı az olur(1 km2 1-2 nəfər), çayların təbii axını tənzimlənmir. Şm.Amerikanın (Yukon, Makkenzi çayları, Atabaska, Böyük Ayı, Böyük Kölə, Nelson və.s), Şm Asiyanın (Lena,Ob, Yenisey, Yana, Kolıma çayları,Taymır gölü və.s), Amazon çayının əksər qolları və.s buna daxildir.
2. Çırklənmiş su obyektləri: Başlıca olaraq əhalinin sıx məskunlaşdığı regionlara xasdır. Bu tip obyektlərin suların tərkibundə aslı bərk tillantı və birləşmələrin miqdarı 1 – 10 qram/l trəşkil edir. Volqa, Missisipi, Parana, Dunay, Dnepr, Konqo, Niger və.s çayıarın əsas hissələri bu tipə daxildir. Oneqa, Ladoqa, Çad gölləri Şm Amerikanın Böyük göllər sistemi də (Yuxarı, Miçeqan və.s) butipə aiddir.
3. Kəskin çirklənmiş su obyektləri. Onların çirklənməsi mümkün çirklənmə həddindən 10 -15 dəfə və daha çox olur. Bu obyektlərin bir l suyunda çirkabların miqdarı 10 – 15 q-dan çoxdur. Çirkli və ifrat çirkli su obyektləri dünyanın ən sıx əhali məskunlaşan regionlarına xasdır. Əksər ərazilərdə 1 km2 –da 100 nəfərdən çox əhali yaşayır. Qərbi Avropanın Reyn, Sena, Visla, Odra, PO, Elba çayları, Cənubi Asiyanın Hind, Qanq, Ş.Asiyanın Xuanxe, Yantsızı çayları kəskin çirklənmiş qrupa daxildir. Kür, Araz və Azərbaycanın digər tranzit çayları mümkün çirklənmə həddindən 15 – 20 dəfə çox çirklənmişdir. Oxçuçay Ermənistanın Qafan və Kazaran şəhərlərində emal olunan mis və molibdenlə həddən artıq çirklənir. Bəzi hallarda çirklənmə mümkün çirklənmə həddindən 100 dəfəartıq olur.
1. Su qıtlığının qarşısının alınması
Suya qənaət etməyin və su qıtlığının qarşısını almağın yolları var:

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə