Ümumi Regional landşaftşünaslıq


Avrasiyada enlik istiqamətində



Yüklə 125,42 Kb.
səhifə31/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   25   26   27   28   29   30   31   32   33
mumi Regional land aft nasl q

Avrasiyada enlik istiqamətində
Arktik səhra, tundra, meşə-tundra, tayqa, qarışıq və enliyarpaqlı meşə, meşə-çöl və çöl, yarımsəhra və səhra, codyarpaqlı həmişəyaşıl meşə, subtropik və tropik yarımsəhra və səhra, tropik və subekvatorial savanna, seyrək meşə, ekvatorial və subekvatorial həmişəyaşıl meşə və cəngəlliklər qanunauyğun şəkildə bir-birini əvəz edir.
1. Arktik səhralar zonası-Iqlimi sərtdir. Bitkiləri mamır, şibyə; heyvanları ağ ayı, tülkü, maraldır.
2-3. Tundra və meşə tundra zonası — Avrasiyada qərbdən-şərqə doğru iqlim sərtləşdiyi üçün tundra genişlənir. Bu zona üçün daimi donuşluq və bataqlıqlar xarakterikdir.
4. Meşə zonasımülayim qurşaqda yerləşib, 4 hissəyə ayrılır:
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri şam, küknar, sidr, heyvanları xəz dərilidir.
b) Qarışıq meşələr — torpaqları çimli-podzoldur.
c) Enliyarpaq meşə zonası torpaqları qonur-meşədir.
d) Materikin şərqində Sakit okean sahilində Musson meşələri yayılıb. Musson meşələri həmdə subtropik və subekvatorial iqlim quraqlarında da formalaşıb.
Tayqadan fərqli olaraq qarışıq və enliyarpaq meşə zonası Avrasiyada tam zolaq əmələ gətirmir. Buna səbəb şərqə doğru iqlimin kontinentallığının artmasıdır.
5-6. Meşə-çöl zonası və Çöl zonası–mülayim iqlim qurşağının boz-meşə və qara torpaqları üzərində formalaşıb. Avrasiyada çöl zonası step adlanır. Əsasən Rusiyada geniş yayılıb.
7-8. Yarımsəhra və səhralar – mülayim, subtropik və tropik iqlim quraqlarında formalaşıb. Yaranmasının başlıca səbəbi-materikin daxilində, okeanlardan uzaqda yerləşməsidir. Mülayim dəniz iqliminin hakim olmasından Avropada səhralar yaranmır. Asiyanın ən iri səhraları-Qaraqum, Qızılqum, Təklə-Məkan, Qobi, Tar, Dəştü-Kəbr, Dəştü-Lut, Böyük və Kiçik Nefut, Rüb-əl-Xari v s-dir.
9. Subtropik qurşağın codyarpaqlı meşə və kolluqları-Aralıq dənizi iqlimində formalaşıb. Torpaqları-qəhvəyidir.
10. Savanna və subekvatorial meşələr — Avrasiyanın cənub-şərqində formalaşıb.

Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə