Ümumi Regional landşaftşünaslıq


Torpaqların şorlaşmasına qarşı mübarizə tədbirləri



Yüklə 125,42 Kb.
səhifə26/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
mumi Regional land aft nasl q

. Torpaqların şorlaşmasına qarşı mübarizə tədbirləri
Suvarılan torpaqlarda şorlaşmanın qarşısının alınması üçün tətbiq edilən mübarizə tədbirlərinə aşağıdakılar daxildir:
1) meliorativ istismar tədbirləri;
2) aqrotexniki tədbirlər;
3) hidrotexniki tədbirlər.
Meliorativ istismar tədbirləri əsasən aşağıdakılardan ibarətdir:
a) sahələrə verilən suvarma suyu kənd təsərrüfatı bitkilərinin suvarma rejiminə uyğun olmalıdır;
b) suvarmada mütərəqqi üsullar tətbiq edilməlidir;
c) müvəqqəti və ox arxlar elastik və sərt borularla əvəz olunmalıdır;
d) suvarma kanallarından sızma itkiləri minimum dərəcəyə qədər azaldılmalıdır;
e) bunun üçün torpaq kanallar mümkün qədər beton üzlük çəkilmiş və nov kanallarla, boru kəməri ilə əvəz edilməlidir.
Aqrotexniki tədbirlərə suvarma sistemlərində ottarlalı əkin sisteminin tətbiq edilməsi; tarlalara üzvi və mineral gübrələrin vaxtlı-vaxtında verilməsi və torpaqların münbitliyinin artırılması; suvarmadan sonra becərmə işlərini tələb olunan vaxtlarda aparmaqla torpağın strukturunun yaxşılaşdırılmasına və beləliklə də yer səthindən buxarlanmanın azalmasına nail olunması və s. aid edilir.
Hidrotexniki tədbirlər şorlaşma və batqlaşmaya qarşı tətbiq edilən əsaslı mübarizə tədbiridir. Bu tədbirlərin əsasını kollektor-drenaj fonunda şorlaşmış torpaqların yuyulması təşkil edir. Şorlaşmış, yaxud şorlaşma və bataqlaşmaya məruz qalan ərazilərdə əsaslı hidrotexniki tədbirləri tətbiq etmədən meliorativ cəhətdən əlverişli olmayan belə ərazilərin kənd təsərrüfatı istiqamətində istifadə edilməsi üçün yararlı hala salınması mümkün deyildir.

Torpaqların deqredasiyası — təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s.) təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir. [1]
Dünya üzrə landşaftların deqradasiyasının əsas səbəbləri %-lə
1. Meşəsizləşdirmə 35
2. Kənd təsərrüfatı fəaliyyəti 28
3. Yüksək istismar 7
4. Sənayeləşmə 1
5. Normadan artıq otarma 35

Bu materiallarda torpağın ən çox deqradasiya növlərinin nisbəti də göstərilir: su eroziyası – 56%; külək eroziyası – 28%, kimyəvi deqradasiya -12%; fiziki deqradasiya – 12%.



Torpaq üzərindəki istənilən dəyişiklik və ya ekoloji pozuntu ziyanlı və ya istənməyən olaraq dəyərləndirilir.[2] Təbii təhlükələr bir səbəb olaraq dəyərləndirilmir, lakin insan fəaliyyəti sel və ya meşə yanğınları kimi təbii təhlükələrə dolayı yollarla səbəb ola bilər. Bu məsələ torpaq deqradasiyasının kənd təsərrüfatı, məhsuldarlıq, mühit və onun qida təhlükəsizliyi üzərində təsirləri səbəbindən 21-ci əsrin mühüm mövzusu seçilib.[3] Dünyanın 40% kənd təsərrüfatı torpaqlarının ciddi şəkildə deqradasiyaya uğradığı təxmin edilir.[4]
torpağa antropogen təsirin artması, yəni insanların düzgün olmayan təsərrüfat fəaliyyəti, torpaq ehtiyatlarının idarə edilməsindəki bəzi çatışmazlıqlar və iqlim dəyişmələrinin təsiri nəticəsində torpaqlarda deqradasiya prosesləri kəskin şəkildə artmışdır.
Mütəxəssislərin qənaətinə görə, torpaqların tənəzzülə uğraması, əsasən, mal-qaranın örüş-otlaq sahələrində normadan artıq otarılması (artıq yüklənmə), meşələrin qırılması, floranın məhv edilməsi və torpaqların səmərəsiz istifadəsi və sənaye istehsalının təsiri nəticəsində baş verir. Bununla yanaşı, torpaqların və suvarma suyunun kimyəvi çirklənməsi, kənd təsərrüfatı bitkilərinin pestisidlər və aqrokimyəvi maddələrlə düzgün işlənilməməsi nəticəsində baş verən kimyəvi çirklənmə həlli vacib olan məsələlərdir. Ən vacibi isə torpaqların ağır metallarla çirklənməsinin qarşısının alınmasıdır.
Torpaq istifadəçilərinin, kəndli (fermer) təsərrüfatlarının diqqətinə çatdıraq ki, deqradasiyanın aşağıdakı növləri vardır:
• Fiziki (torpağın hidrofiziki xassələrinin pozulması, torpaq qatının dağılması);
• Kimyəvi (torpaqların kimyəvi xassələrinin pozulması, qida maddələri ehtiyatının tükənməsi, təkrar şorlaşma, toksiki maddələrlə çirklənmə);
• Bioloji (canlı orqanizmlərin növ tərkibinin azalması, torpağın mikroflora və mikrofaunası arasındakı balansın pozulması).
Deqradasiyanın əsas forması meşəsizləşmə, səhralaşma, duzlaşma və torpaqların eroziyaya uğramasıdır. Kənd təsərrüfatının stabil inkişafının təmin edilməməsi, səmərəsiz suvarma və digər aqrotexniki tədbirlərin düzgün təşkil olunmaması torpaqların yamaclarda və digər meylli ərazilərdə becərilməsi, kortəbii meşə materiallarının istehsalı və otlaqların normadan artıq yüklənməsi nəticəsində müxtəlif deqradasiya proseslərinin inkişafına zəmin yaranır. Səthi su axınlarının baş verməsi, eləcə də küləyin təsiri torpaqların mexaniki surətdə dağılmasına, eroziya prosesinin inkişafına şərait yaradır.
Əsas istehsal vasitəsi olan torpaq sahələri müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb. Rəsmi istinad mənbələrinə görə, ölkə ərazisi üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o cümlədən 15,5 % şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şorlaşmış (o cümlədən 220537 ha çox şiddətli), 1339,0 min hektarı ( o cümlədən 8450 ha şiddətli) isə bu və ya digər səviyyədə şorakətləşmişdir. Həmin deqradasiya proseslərinin arealının günbəgün genişləndiyini və onun təsirinə məruz qalmış torpaq sahələrinin becərilməsi sahəsində ən keyfiyyətli toxum və əkin materiallarından, suvarma suyundan, gübrələrdən, pestisidlərdən və kənd təsərrüfatı texnikalarından istifadənin lazımı səmərə vermədiyini nəzərə alaraq, birinci növbədə bu torpaq sahələrinin münbitliyinin bərpası və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir.



Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə