Ümumi Regional landşaftşünaslıq



Yüklə 125,42 Kb.
səhifə24/33
tarix06.06.2023
ölçüsü125,42 Kb.
#115691
1   ...   20   21   22   23   24   25   26   27   ...   33
mumi Regional land aft nasl q

1. Davamlı su idarəetməsi
Su infrastrukturunun yaxşılaşdırılması prioritet olmalıdır, çünki suyun qorunması və səmərəliliyi davamlı su idarəetməsinin əsas hissələridir. Günəşin duzsuzlaşdırılması və ağıllı suvarma sistemləri suyun səmərəliliyi və nəzarəti üçün təmiz texnologiyanın gözəl nümunələridir. Sözsüz ki, bu, ən böyük su istehlakçısı olan kənd təsərrüfatı və əkinçilik sektoruna aiddir
2. Bərpa olunmuş su
Yağış suyunun yığılması və təkrar işlənmiş çirkab suları da çatışmazlığı azaltmağa və yeraltı və digər təbii su obyektlərinə təzyiqləri azaltmağa imkan verir. Suyun yerüstü sulardan yeraltı sulara keçməsinə imkan verən qrunt sularının doldurulması, su qıtlığının qarşısını almaq üçün yaxşı bilinən bir prosesdir.
3. Çirklənməyə nəzarət və daha yaxşı kanalizasiya təmizlənməsi
Müvafiq sanitariya şəraitində su xəstəliklərlə doludur və içmək təhlükəli olur. Bu səbəbdən də çirklənmənin aradan qaldırılması, suyun keyfiyyətinin ölçülməsi və izlənməsi vacibdir. Bundan əlavə, kanalizasiya sistemlərinin konkret ərazilərdə yaxşılaşdırılması su qıtlığının daha da pisləşməsinin qarşısını almaq üçün başqa bir yoldur.
2. Şüur və Təhsil
Su böhranını həll etmək üçün təhsil çox vacibdir. Əslində gələcəkdə su çatışmazlığının öhdəsindən gəlmək üçün fərdi istifadədən tutmuş iri şirkətlərin tədarük zəncirlərinə qədər bütün istehlak formalarını kökündən islah etmək lazımdır.

Meşələrin qırılması və meşəsizləşməyə qarşı mübarizə tədbirləri
Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.
Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan "istixana effekti"nə şərait yaradır.
Meşəsizləşmə qlobal ekoloji problemdir. Müasir insan məskunları yer kürəsinin bütün meşə landşaftlarını əhatə edir. Hazırda qurunun 30% - ə yaxın ərazisi meşə landşaftıdır (41 milyard ha). Bu meşə landşaftının daha məhsuldar və bərpa olunan hissəsi tropik qurşağın payına düşür. Tropik meşələr 3 əsas qurşaqda: Amazoniya, Konqo və Cənub-Şərqi Asiyada formalaşmışdır. Bu meşələri hər tərəfdən əhatə edən rütubətli, subekvatorial və tropik meşələr də dünyanın ən qiymətli meşə landşaftıdır. Qeyd edilən meşə dünyanın bütün oduncaq ehtiyatının 60%-ni təşkil edir. Tropik meşələr yer kürəsinin əsas oksigen istehsal edən ağciyərləridir. Yer üzərində formalaşan biokütlənin 30%-i, oduncağın 22%-i bu meşələrin payına düşür. Tropik meşələrin təbii bərpası yüksək olsa da, burada yerləşən ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi aşağı olması ilə səciyyələnir. Bu ölkələr meşələri qıraraq, oduncaq kimi ixrac edirlər. Tropik ölkələr özlərinin meşə sərvətini əslində qoruyur, ekoloji gərginlik həddinə çatdırmır. Lakin bu problem ekoloji təcavüz halında meşələrin ciddi zərbələr vurur, onun tarazlığını pozur.
Meşələrin mühafizəsi və onların ekoloji gərginliyinin azaldılması tək-tək dövlətlər səviyyəsində deyil, bütövlükdə ölkələr və regionlar qrupunun təşkil etdiyi beynəlxalq konvensiyalar şəklində həll edilir.
Meşəbitmə prosesindən asılı olaraq bir sıra təbii komplekslərin meşələri insanlar tərəfindən qırılmamalıdır. Bunlara dik yamac, çay yataqlarında, qiymətli ağac növlərindən ibarət olan, doluluğu, meşəlilik əmsalı 0,5%-dən az olan meşə massivləri, eni 100-200 m-dən az olan qoruyucu meşələr, yaşıllıqlar, meşə parklar, kanal, yol ətrafı meşələr aiddir.
Dünyada adambaşına 0,6 ha meşə sahəsi düşür. Bu göstərici Konqoda 20 ha, Qabonda 36 ha, Surinamda 37 ha, Qvianada 144 ha, Azərbaycanda isə 0,15 ha.-dır.
Şimal yarımkürəsinin zəngin iynəyarpaqlı, qarışıq və enliyarpaqlı meşələri daha yüksək təbii bərpa xüsusiyyətlərinə malikdir. Boreal və boreal tayqaaltı, subboreal qarışıq və enliyarpaqlı meşə kompleksi, Qərbi və Şərqi Avropada 50-60%, Şərqi Sibirdə 60%, Qərbi Avropada 30% ərazini tutur. Yəni meşəlilik müvafiq olaraq 0,5-0,6; 0,6 və 0,3-ə bərabərdir.
Meşəlilik = ΣSmeşə/ΣSümumi ərazi
Yüksək meşəlilik potensialına malik olan Avropanın Norveç, İsveç, Finlandiya, Şərqi Avropanın Belarus, Baltikyanı ölkələrdə meşələrin qırılması zaqon (ərazi bölmələrə ayrılaraq qırılır) sistemi ilə qırılır. Bu sistem ilə meşələrin qırılması onun bərpasına köməklik göstərir. Hal-hazırda bir ildə 13-15 mln ha meşə qırılır. Onun 10 mln. hektardan artığı tropik meşələrin payına düşür. XX əsrin əvvəllərində Azərbaycanın meşələri 2 mln. hektara çatırdı. Hazırda isə meşələrin və meşə-kolluqların ərazisi 1 mln. ha.-dan bir qədər çoxdur. Yəni son 100 ildə meşələrin yarıdan çoxu qırılan digər komplekslərlə əvəz olunmuşdur. Meşələrin qorunmasında Milli Parkların yaradılmasının rolu böyükdür. Hazırda Şimal və Cənubi Amerikanın, Afrikanın 12%-i qorunur. Şərqi və Cənub-Şərqi Asiyanın meşə landşaftlarının mənimsənilməsi 20-25 min illik tarixə malikdir. Afrikada 10-15 min, Amazoniyada 3 min ildən artıq müddətdə landşaftlar mənimsənilir.
Planetimizin “ağ ciyərləri” sayılan meşə örtüyünün qırılması və müxtəlif səbəblərdən yanğınlara məruz qalması onların areallarının azalmasının əsas amillərindəndir. Meşə örtüyünün məhvi, torpaqda olan mineral ehtiyatları sürətlə azaldır ki, onların bərpası qeyri-mümkün olur. Üzvi və mineral maddələrin torpaqdan yuyulub aparılması torpağın turşulaşmasına, son mərhələdə isə sementləşməsinə gətirib çıxarır. Hesablamalara görə son 100 ildə planetimizdə olan meşə massivlərinin 40%-i tamamilə məhv olmuşdur. Təkcə 1950-1970-ci illərdə meşələrin sahəsi iki dəfədən çox azalaraq 50 mln km2-dən 25 mln km2-dək azalmışdır. Meşələrin azalması təkcə Cənub Şərqi Asiyada, Amazon, Tropik Afrikada deyil, həmçinin mülayim qurşaqlarda da baş verməkdədir. İndi hər il dünyada 100 min km2 meşə sahəsi azalmaqdadır. Tədqiqatlara görə hər gün planetimizdə 1 mln ağac kəsilir. FAO-nun məlumatına görə meşələrin sahəsi 300 mln hektar azalmışdırsa, bunun 180 mln hektarı son 30 ildə baş vermişdir.
Braziliyada Transamazon şossesi çəkildikdən sonra meşənin daxili hissələrinə çoxsaylı hücumlar başlanıldı və artıq 3 mln hektar meşə sahəsinin məhv edildiyi bildirilir. 2008-ci ilin məlumatına görə Amazon meşəliyinin təkcə bu il ərzində 11900 km2-i qırılaqla yox edilmişdir. Meşələrin yox edilməsi həmçinin yanğınlar nəticəsində də baş verir. Baş verən meşə yanğınları son 10 ildə daha da intensiv xarakter almışdır. 2010-cu ildə Rusiyada, Kaliforniyada, Boliviyada baş verən yanğınlar meşə sahələrinin azalmasına ciddi təkan vermişdir. Dünyada meşə yanğınlarının ən çox baş verdiyi region Aralıq dənizi hövzəsidir. 1960-cı ildən indiyədək meşə yanğınlarının sayı 4 dəfə artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, hər il Aralıq dənizi hövzəsində 50 min meşə yanğını hadisəsi qeydə alınır və bunun nəticəsində 800 min hektar sahə məhv olur. Bu yanğınlara daha çox İtaliya, İspaniya, Fransa, Portuqaliya və Yunanıstan meşələri məruz qalır. Bir il ərzində Yunanıstanın 4800 hektar, İtaliyada 14500, İspaniyada 125 min ha, Portuqaliyada 40700, Fransada isə 4 min hektar meşə sahəsi yanğına məruz qalmışdır.1937-ci ildən Türkiyədə 77785 meşə yanğınından 1 milyon 564 min hektar sahə məhv olmuşdur. Son bir il ərzində Türkiyənin 4 min 400 hektar meşəsi yanmışdır(www.azecology.az).
Hər il təxminən 4,3 milyon hektar meşə sahəsi xəritədən silinir. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, dünyada hər il təxminən Yunanıstanın sahəsindən 100 dəfə böyük ərazilərdə meşələr yox olur. BMT-nin 229 ölkədə apardığı araşdırmalarının nəticələrinə görə, təkcə 2000-2005-ci illər arasında 7,3 milyon hektar meşə sahəsi yox olub.
Meşə sahəsinin azalması bəşəriyyətin qarşısında problemlər yaradır. Cənub yarımkürəsində meşələr daha çox qırılır. Meşə ehtiyatlarından səmərəli istifadə üçün aşağıdakı tədbirlərin görülməsi vacibdir:
1. Oduncağın kompleks emalı, tullantılardan istifadə edilməsi;
2. Meşələrin sistemsiz qırılmasının məhdudlaşdırıılması;
3. Meşələrin təbii bərpasını artırmaq;
4. Oduncağın keyfiyyətli süni materiallarla əvəz olunması.



Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə