Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

fikrini ifadə etmək azadlığı başqa insanları təhqir etmək hüququ vermir. Bəzi ölkələrdə zavodlara 

və istehsal vasitələrinə sahibliklə bağlı olan mülkiyyət azadlığı həmin zavodlarda işçilərin əmək 

təhlükəsizliyinə   nəzarət   etmək   məqsədilə   qanunla   məhdudlaşdırılır.   İnsan   hüquqlarının 

balanslaşdırılması   və   cilovlanması   məsələləri   siyasi   qərarların   qəbulu   prosesində   və   /   və   ya 

konstitusiya   yurisdiksiyasında   çözülən   mübahisələrin   və   müraciətlərin   daimi   mövzusu   olur. 

Dünyanın   demokratik   ölkələrində   insan   hüquqlarının   müxtəlif   “markalarının”   yaranmasının 

səbəbi də elə bundadır.

Uşaq hüquqları necə yaranıb?

1945

İkinci Dünya Müharibəsindən sonra dünyadakı ölkələrin çoxu bir 

ittifaq, yəni Birləşmiş Millətlər Təşkilatını yaratdılar.

Onlar dünyada sülhə və azadlığa birlikdə dəstək olmaq istəyirdilər.



10 dekabr 1948

Həmin gün BMT İnsan hüquqları haqqında Ümumi Bəyannaməni 

qəbul etdi.

Dünyadakı bütün insanlarının malik olduqları əsas hüquqların həm 

də uşaqlara şamil olunduğu qəbul edildi.

Lakin tezliklə belə təklif olundu ki, uşaqlar xüsusi məxluqlardır və 

ona görə də onların xüsusi olaraq qorunmasına ehtiyac var.

1950

Uşaq hüquqlarının ilk layihəsi hazırlandı. BMT-nin üzvü olan 

dövlətlərin nümayəndələri bir neçə il onu müzakirə etdilər.

20 noyabr 1959

Həmin gün BMT Uşaq Hüquqları Bəyannaməsini qəbul etdi.

Bu cür bəyannamə bütün dövlətlər üçün məcburi hüquqi qüvvəyə 

malik olmasa da, hər halda onların gələcək fəaliyyət istiqamətləri 

üçün tövsiyə xarakteri daşıyır.

1979

Həmin il bütün dünyada Uşaq İli kimi qeyd olundu. Hər yerdə uşaq 

hüquqları barəsində düşünüldü, bu barədə müzakirələr keçirildi. 

Uşaqların mənafeyi naminə, bu hüquqların daha detallı işlənib 

hazırlanmasını və ən əsası, onların məcburi hüquqi qüvvə daşımasını 

getdikcə daha çox insan arzulamağa başladı.



20 noyabr 1989

Həmin gün BMT-nin Baş Məclis Uşaq hüquqları haqqında 

Konvensiyanı, yaxud başqa cür desək,  Uşaq hüquqları haqqında 

Sazişi yekdilliklə qəbul etdi.

O vaxtdan indiyədək dünyanın bütün dövlətlərinin hökumətləri bu 

Konvensiyanı imzalamışdır.

Konvensiyanı imzalamaqla onlar öz ölkələrini uşaq hüquqları 



sahəsində maarifləndirməyə, bu hüquqları öz ölkələrində tətbiq 

etməyə və uşaqların müdafiəsinə xüsusi diqqət yetirməyə söz 

vermişlər.

Lakin hələ də dünyanın çox yerində uşaqlar ədalətsizlikdən ciddi 

əziyyət çəkirlər.

Dünyadakı bütün uşaqlar öz hüquqlarından faydalanması üçün 

tədbirlər görməliyik və buna görə bizim hər birimiz məsuliyyət 

daşıyırıq.



Uşaq hüquqları Bəyannaməsi (20 noyabr 1959-cu il)

Uşağın xüsusi hüquqlara malik olması fikri ilk dəfə 1948-ci il tarixli İnsan hüquqları 

haqqında Ümumi Bəyannamədə təsbit olunub. Bəyannamənin 25-ci maddəsinin ikinci bəndində 

deyilir: “Analar və uşaqlar xüsusi qayğı və yardım göstərilmək hüququna malikdirlər”.

Uşaq hüquqları Bəyannaməsi  BMT-nin Baş Məclisinin məcburi hüquqi qüvvəyə malik 

olmayan sənədidir. Onu BMT-nin Baş Məclis tərəfindən 1989-cu il noyabrın 20-də elə məhz 

Uşaq hüquqları Bəyannaməsinin otuzuncu ildönümü münasibətilə qəbul edilmiş Uşaq hüquqları 

haqqında Konvensiya ilə dəyişik salmaq olmaz. Bəyannamədən fərqli olaraq, Konvensiya onun 

iştirakçıları üçün məcburi hüquqi qüvvəyə malikdir və hazırda 176 dövlət onun iştirakçısıdır.

Prinsip 1

Uşaq bu Bəyannamədə təsbit olunmuş bütün 

hüquqlardan   faydalanmalıdır.   Heç   bir 

istisnaya yol verilmədən və uşağın özünün 

və   ya   onun   ailəsinin   irqi,   dərisinin   rəngi, 

cinsi,   dili,   dini,   siyasi   və   digər   əqidələri, 

milli   və   ya   sosial   mənsubiyyəti,   əmlak 

vəziyyəti,   doğum   və   yaxud   başqa   statusu 

kimi   əlamətlərə   görə   heç   bir   fərq 

qoyulmadan   və   yaxud   ayrı-seçkiliyə   yol 

verilmədən   bütün   uşaqlar   bu   hüquqlara 

malikdirlər.



Prinsip 2

Uşaq   qanun   və   digər   vasitələrlə   xüsusi 

müdafiə   ilə   təmin   edilməli   və   ona   elə 

imkanlar və əlverişli şəraitlər yaradılmalıdır 

ki,   bunlar   onun   sağlam   və   normal   yolla, 

azad və ləyaqətli şəraitdə fiziki, əqli, əxlaqi, 

mənəvi  və sosial cəhətdən inkişafına imkan 

versin.   Bu   məqsədlə   qanunlar   qəbul 

edilərkən   başlıca   fikir   uşağın   maraqlarının 

ən yaxşı şəkildə təmin edilməsi olmalıdır.



Prinsip 3

Uşaq   doğulduğu   andan   ad   və   vətəndaşlıq 

hüququna malikdir.

Prinsip 4

Uşaq   sosial   təminatın   imtiyazlarından 

istifadə   etməlidir.   O,   sağlam   böyümək   və 

inkişaf   etmək   hüququna   malikdir,   bu 

məqsədlə   həm   o  özü,   həm  də   onun   anası, 

doğumdan   əvvəl   və   doğumdan   sonrakı 

lazımi qayğı da daxil olmaqla, xüsusi qayğı 

və   müdafiə   ilə   təmin   edilməlidir.   Uşaq 

lazımi qaydada qidalanma, mənzil, əyləncə 

və tibbi xidmət hüququna malikdir.



Prinsip 5 

Fiziki,  əqli   və   yaxud   sosial   baxımdan 

qüsurlu uşaq, onun xüsusi vəziyyətinə görə 

zəruri olan xüsusi rəftar, təhsil və qayğı ilə 

təmin olunmalıdır.



Prinsip  6

Uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı 

üçün   sevgiyə   və   başa   düşülməyə   ehtiyac 

duyur.   O,   mümkün   olduğu  qədər   öz 

valideynlərinin   himayəsi   və   məsuliyyəti 

altında və  istənilən halda sevgi, mənəvi və 

maddi   təminat   mühitində   böyüməlidir; 

azyaşlı   uşaq,   müstəsna   hallar   istisna 

edilməklə,   öz   anasından   ayrılmamalıdır. 

Ailəsi   olmayan   uşaqlara   və   yaşamaq   üçün 

kifayət   qədər   vəsaiti   olmayan   uşaqlara 

xüsusi   qayğı   göstərmək   cəmiyyətin   və 

ictimai   hakimiyyət   orqanlarının   vəzifəsidir. 

Yaxşı   olardı   ki,   çoxuşaqlı   ailələrə   uşaqları 

saxlamaq   üçün   dövlət   müavinətləri   və   ya 

digər müavinətlər ayrılsın.



Prinsip 7

Uşaq   təhsil   almaq   hüququna   malikdir,   bu 

təhsilin   heç   olmazsa   ibtidai   mərhələləri, 

pulsuz   və   məcburi   olmalıdır.   Ona   elə   bir 

təhsil   verilməlidir   ki,   bu,   onun   ümumi 

mədəni inkişafına kömək etsin və bu inkişaf 

sayəsində o, imkanların bərabərliyi əsasında 

öz   qabiliyyətlərini   və   şəxsi   mühakiməsini, 

habelə   mənəvi   və   sosial   məsuliyyət 

düşüncəsini   inkişaf   etdirə   və   cəmiyyətin 

faydalı üzvü ola bilsin.

Uşağın maraqlarının  ən yaxşı şəkildə təmin 

edilməsi onun təhsili və təliminə məsuliyyət 

daşıyanlar üçün rəhbər prinsip olmalıdır: bu 

məsuliyyət   hər   şeydən   əvvəl   onun 

valideynlərinin üzərinə düşür.

Uşaq,   təhsilin   xidmət   etdiyi   məqsədlərə 

xidmət   edən   oyunlarda   və   əyləncələrdə 

iştirak   etmək   üçün   tam   imkanlarla   təmin 

olunmalıdır; cəmiyyət və ictimai hakimiyyət 

orqanları   göstərilən   hüququn   həyata 

keçirilməsinə   imkan   yaratmaq   üçün   səy 

göstərməlidirlər.

Prinsip 8

Uşaq bütün hallarda müdafiə və yardımı ilk 

növbədə alanların sırasında olmalıdır.

Prinsip 9

Uşaq laqeyd və amansız münasibətin, habelə 

istismarın   bütün   formalarından   müdafiə 

olunmalıdır.   O,   heç   bir   formada   alver 

obyekti olmamalıdır.

Uşaq   lazımi   minimum   yaş   həddinə 

çatmayana   qədər   işə   qəbul   edilməməlidir; 

heç bir halda ona, sağlamlığı və ya  təhsili 

üçün   ziyanlı   ola   biləcək   və   yaxud   onun 

fiziki,   əqli   və   əxlaqi   inkişafına   mane   ola 

biləcək   hər   hansı   iş   və   ya   məşğuliyyət 

tapşırılmamalı   və   tapşırılmasına   icazə 

verilməməlidir.

Prinsip 10

Uşaq irqi, dini və yaxud hər hansı bir digər 

ayrı-seçkilik   formasını   təşviq   edən 

təcrübədən   uzaq   tutulmalıdır.   O,   qarşılıqlı 

anlaşma,   dözümlülük,   xalqlar   arasında 

dostluq, sülh və ümumi qardaşlıq ruhunda, 

həmçinin   öz   enerjisini   və   istedadını 

yoldaşlarının   xeyrinə   sərf   etmək 

düşüncəsində tərbiyə olunmalıdır.

Uşaq hüquqları haqqında Konvensiya

Baş Məclisin 1989-cu il 20 noyabr tarixli,

44/25 nömrəli qətnaməsi ilə qəbul edilmiş və

imzalanma, təsdiq edilmə və qəbul edilmə üçün açıq elan olunmuşdur




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə