Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə42/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

__________________Milli Kitabxana___________________ 

175 


 

N a d i r-- 

        

Həsən xan göndərmiş öz adamların.  

 

V ə l i-- 



       

Öz adamların?  

 

N a d i r-- 



 

Allahyar kəndçinin yarmış anbarın. 

 

V ə l i-- 



       

Yarmış anbarın?  

 

N a d i r-- 



 

Tamam aparmışlar arpa, buğdasın,  

Qoyun, quzu, xoruz, toyuq, çolpasın;  

Bir şeyi yox idi bunlardan səva. 

 

X o r-- 


       

Nə qədri zülmüdür, nə qədri cəfa.  

 

V ə l i-- 



 

Nə bəla gələcək görəsən yarın,  

Belə getsə işi bizim xanların. 

 

N a d i r-- 



       

Hər həftə başında bir xan, ya paşa.  

 

V ə l i-- 



       

Bir xan, ya paşa,  

 



__________________Milli Kitabxana___________________ 

176 


 

N a d i r-- 

       

Qonaq gəlmiş olsa bu dağılmışa.  



 

V ə l i -- 

       

Bu dağılmışa,  



 

N a d i r-- 

 

Gedər var-yoxumuz qonaqlar üçün,  



Oğul-uşağımız qalar ac o gün,  

Bir ləzzət olmuyur əzabdan səva. 

 

X o r-- 


       

Nə qədri zülmüdür, nə qədri cəfa.  

 

V ə l i-- 



 

Nə bəla gələcək görəsən yarın,  

Belə getsə işi bizim xanların. 

 

V ə l i  v ə  N a d i r (ikisi birlikdə)-- 



 

Bizim xanlarıi, bizim xanların, bizim xanların. 

 

X o r-- 


 

Bu gözəl təbiət, bu şən mənzərə  

Bir daha səadət verməz bizlərə,  

Səadət verməz, səadət verməz, səadət verməz, bizlərə, bizlərə, 

Matəmə bürünmüş gözəl kəndimiz, 

Görünür bu dünyada yox bəxtimiz. 

Görmədik azadlıq üzü bir zaman,    

Bizləri əzdi bəylər, 

    

Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə) 



 

 



__________________Milli Kitabxana___________________ 

177 


 

N a d i r  v ə  V ə l i-- 

 

Həsən xan, Həsən xan,  



Həsən xanın adamları,  

Həsən xan, Həsən xan,  

Həsən xanın adamları,  

Həsən xan, Həsən xan, Həsən!... 

 

İ b r a h i m  x a n-- 



 

Oğrular, quldurlar, 

Kimdə var ixtiyar, 

Xan keçən yolları tozlaya, oğrular! 

Vurun, qovun, vurun, qovun!... 

 

H ə s ə n  x a n-- 



 

Qamçıdır saxlayan bu rəiyyəti,  

Qamçısız yaşamaz xanın dövləti.  

Zülmə öyrənənlər sevməz mərhəmət,  

Zülmsüz yaşamaz bizim məmləkət.  

Döyməsən, söyməsən, malın almasan,  

Dara çəkdirməsən dama salmasan,  

Rəiyyət bir daha xanı dinləməz. 

 

H ə m z ə  b ə y-- 



 

Xanı dinləməz. 

 

H ə s ə n  x a n-- 



 

Malımın, canımın sahibi deməz. 

 

H ə m z ə  b ə y--       



 

Sahibi deməz.  

 



__________________Milli Kitabxana___________________ 

178 


 

H ə s ə n  x a n-- 

 

İstəsən xanlığı əz rəiyyəti,-- 



Söyləyib atalar bu vəsiyyəti, ah!  

Qamçıdır saxlayan bu rəiyyəti,  

Qamçısız yaşamaz xanın dövləti.  

Zülmə öyrənənlər sevməz mərhəmət,  

Zülmsüz yaşamaz bizim məmləkət. 

 

H ə m z ə  b ə y-- 



 

Döyməsən, söyməsən, malın almasan, 

Dara çəkdirməsən, dama salmasan. 

Rəiyyət bir daha xanı dinləməz.  

 

H ə s ə n  x a n -- 



       

Xanı dinləməz.  

 

H ə m z ə  b ə y-- 



       

Malımın, canımın, xanısən deməz.  

 

H ə s ə n  x a n -- 



       

Sahibi deməz.  

 

H ə m z ə  b ə y-- 



 

İstəsən xanlığı öz rəiyyəti,-- 

Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti.  

 

H ə s ə n  x a n-- 



 

İbrahim xan, yügür bu saətdə 

İlxını hazır etdir əlbəttə. 

İlxıdan bir at gərək seçəsən




__________________Milli Kitabxana___________________ 

179 


 

Söyləsin aləm afərin, əhsən! 

Görməmiş olsun oylə at insan.  

 

İ b r a h i m  x a n-- 



        

Bu saət edərəm sərəncam.  

 

H ə s ə n  x a n-- 



 

Xanların xanıyam, böyük bir xan, 

Yeddi min kəndə eylərəm fərman. 

Şöhrətim, dövlətim, nəhayətsiz, 

Səltənət qurmuşam, varım hədsiz, 

Səltənət qurmuşam, varım hədsiz!  

 

X o r-- 


      

İlxı qaçdı otlağa!  

 

İ b r a h i m  x a n-- 



 

İlxıdan qalmadı burda bir nişan

Qalmış yerində beş-on cüt qulan

İlxıçı ilxını sürdü otlağa. 

Böyük cəza lazım o cür alçağa.  

 

H ə s ə n  x a n-- 



       

Qəsdən bunu etmiş ol haramzada.  

 

H ə m z ə  b ə y-- 



       

Qəsdən bunu etmiş ol haramzada. ( 2  dəfə)  

 

İ b r a h i m  x a n-- 



      

Qəsdən etmiş bunu ol haramzada.  

 



__________________Milli Kitabxana___________________ 

180 


 

H ə s ə n  x a n-- 

        

Gətirin hüzura!  

 

İ b r a h i m  x a n-- 



 

Bu saət, qurban! 

 

H ə s ə n  x a n-- 



 

Məlunun qətlinə verərəm fərman.  

İlxıdan ayrılmış beş-on cüt qulan,  

Etina etmərəm bunlara, inan.  

Oylə at istərəm bilinsin zatı,  

Ya Dağıstan atı, ya ərəb atı. 

 

Qoca A l ı n ı gətirirlər. 



 

H ə s ə n  x a n-- 

 

Söylə, qoca məlun, bu nə, bu nə, bu nə hilədir?  



İlxını sürməkdə  məqsədin nədir? 

 

A l ı-- 



 

Ortada yox idi heç bir məqsədim,  

Mən xana bir xidmət etmək istədim.  

Nə qədər cins at var seçdim, saxladım,  

Vallahi, yoxumdur heç bir məqsədim,  

Billahi, yoxumdur heç bir məqsədim. 

 

H ə s ə n  x a n-- 



 

Heç mənası yoxdur yalan, yalan, yalan sözlərin,  

Aparın, çıxarın bunun gözlərin!  

Tez olun aparın, qoymayın qala!... 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə