Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə43/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   39   40   41   42   43   44   45   46   ...   102

__________________Milli Kitabxana___________________ 

181 


 

H ə m z ə  b ə y  v ə  H ə s ə n  x a n-- 

 

Döyməsən, söyməsən, malın almasan,  



Dara çəkdirməsən, dama salmasan,  

Rəiyyət bir daha xanı dinləməz,  

Malımın, canımın sahibi deməz.  

Sakitlik istəsən əz rəiyyəti,-- 

Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti.... 

 

N i g a r-- 



 

Şərir Həsən xan, zalım Həsən xan 

Cəllada verdi fərman: 

Fağır, günahsız, dilsiz, ağılsız Alını etsin qurban. 

Kor etdilər yazıq Alını,  

Dağıtdılar bütün malını. 

Qəlbim yanır, odlanır 

Mənim bu ahü nalədən, 

Gələr bir gün, gələr bir gün 

Bu məzlum xalq verər cəza 

Bu məlun, zülmkar xanlara, 

Bu eşq odundan yaralıyam mən, 

Gözümdə Rövşən, sözümdə Rövşən, 

Rövşən, Rövşən, Rövşən. 

Rövşəndir dünyada məni yaşadan, 

Rövşən məni sevir, mən də Rövşəni!... 

Rövşən məni sevir, mən də Rövşəni. 

Sevmirəm, sevmirəm varı, dövləti. 

Ölsəm də saxlaram məhəbbəti. 

Rövşəni minlərcə cana vermərəm

Min bəyə, paşaya, xana vermərəm. 

Sevirəm, sevirəm, sevirəm, 

Sevirəm, sevirəm səni, əzizim Rövşən, 

Sevirəm səni mən, səni mən, 

Səni mən candan artıq sevirəm, Rövşən, Rövşən! 

Bu eşq odundan yaralıyam mən, Rövşən! 




__________________Milli Kitabxana___________________ 

182 


 

Sevdim səni, Rövşən! 

Rövşən gəlib çıxmadı, 

Gözləməkdən yoruldum. 

Ah, gəlirlər, gəlirlər, 

Gəlir igid Rövşənim. 

Hanı bəs Rövşən? 

 

R ö v ş ə n (pərdə dalından)-- 



       

Səni gordum, hey!...  

 

X o r-- 


       

Rövşəndir, Rövşən, Rövşən! 

 

R ö v ş ə n--   



 

Səni gördüm, aşiq oldum, 

Dərdə saldın canımı. 

Ala gözlər, dadlı sözlər, 

Qara qaşlar, işvə nazlar.... 

Can alan yar tökdü nahaq qanımı. 

Gözəlim gəl, halımı sor, rəhm elə. 

Nazlı yarım, gülüzarım, işvəgarım, hey.... 

Nədir əmrin, tacidarım, sərvərim?... 

Ah, Nigarım! Sevgili, nazlı dilbərim, sevgilim, 

Sevgilim, ayrı düşdüm səndən, gəl görüm. 

 

N i g a r-- 



 

Şərir Həsən xan, zalım Həsən xan 

Cəllada verdi fərman, 

Dilsiz, ağızsız, fağır, günahsız 

Alını etsin qurban. 

Kor etdilər yazıq Alını. 

 

X o r-- 


       

Yazıq Alı!  

 



__________________Milli Kitabxana___________________ 

183 


 

N i g a r-- 

       

Dağıtdılar bütün malını.  



 

X o r-- 


       

Yazıq Alı!  

 

N i g a r-- 



 

Nə vaxtadək zalımın zülmü görməz intiqam?! 

 

R ö v ş ə n-- 



       

Ax, intiqam, ax, intiqam!... 

 

N i g a r  v ə  x o r-- 



 

Gərək bu gün edək qiyam,  

Alaq o xandan intiqam! 

 

N i g a r  v ə  R ö v ş ə n-- 



 

Ax, intiqam, ax, intiqam!... 

 

X o r-- 


 

Gərək bu gün edək qiyam,  

Alaq o xandan intiqam! 

 

R ö v ş ə n-- 



       

Ax, intiqam, ax, intiqam!... 

 

A l ı-- 


       

Rövşən, Rövşən!...  




__________________Milli Kitabxana___________________ 

184 


 

H a m ı-- 

       

Alaq o xandan intiqam!... 



 

N i g a r  v ə  R ö v ş ə n-- 

       

Yazıq atam!... 



 

R ö v ş ə n-- 

 

Sənin qanın yerdə qalmaz! 



 

X o r-- 


 

Yazıq Alı kor, bədbəxt oldu,  

Bədbəxt oldu, bədbəxt! 

 

R ö v ş ə n-- 



 

Görünür taxsırın varimiş əlbət. 

 

A l ı-- 


 

Ortada yox idi heç bir məqsədim,  

Mən xana bir xidmət etmək istədim.  

Nə qədər cins at var seçdim, saxladım,  

Vallahi, yoxumdu heç bir məqsədim.  

Ha, ha, ha..... (ağlayır).  

 

X o r-- 


 

Nə qədər qulluq eyləsən,  

Yolunda canından keçsən,  

Yenə də axırda səndən  

Razı qalmaz əsla nə bəy, nə xan,  

Nə paşa, nə tacir, nə əyan.  

 

A l ı-- 


 

Oldun sən kor oğlu, (2 dəfə)  

Kor oğlu, kor oğlu, kor oğlu, kor oğlu!...  



__________________Milli Kitabxana___________________ 

185 


 

 

R ö v ş ə n-- 



 

Təngə gəldik, yox tavan,  

Əzdi bizi vəhşi xan.  

Görmədik bir yaxşı gün  

Hərgiz, məhv edildik büsbütün,  

Bəy, xan, paşa, mülkədar,  

Yansın, batsın hər nə var.  

Qalxsın üsyan şöləsi,  

Rədd olsun vəhşi bəy, xan!  

Mən daima düşmənəm  

Xanlara, düşmən, düşmən.  

Hər tərəfdən qanlar axsın  

Sel kimi, sel kimi, sel kimi, sel!...  

Üsyan etmək, üsyan etmək, məhv eyləmək,  

Xanı məhv eyləmək, onu məhv eyləmək!  

Yoxsul xalqa nicat verəcək  

Bir əlac var isə--usyan, usyan!... 

 

X o r-- 



 

Hər bir yerdən--dağdan, daşdan,  

Ormanlardan, insandan 

Qalxsın üsyan, qalxsın üsyan!  

Hər ölkədən, hər yandan!  

Qoy rədd olsun, qoy məhv olsun  

Bəylər, xanlar, zalımlar.  

Qoy məhv olsun, qoy məhv olsun  

Qəddar, xain qatillər! 

 

R ö v ş ə n-- 



 

Dağlar, daşlar, dağdaşlar arasına  

Səngərlər çəkmək,  

Ordan saldırmaq, qırmaq, yıxmaq,  

Qırmaq, yıxmaq, xanları məhv eləmək! 

 

X o r-- 



 

Məhv olsun, məhv olsun xanlar!  




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə