Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə46/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

__________________Milli Kitabxana___________________ 

196 


 

O səni istəyir, mən də razıyam,  

Qıratı gətirsə, iş olsun tamam.  

Mərhəmətli paşa, buyurun gedək,  

Dostluğumuz üçün kəsək duz-çörək.  

 

N i g a r-- 



 

Polad, Eyvazı tap, gətir, amandır!  

Tez ol! 

 

P o l a d-- 



       

Bu saat.  

 

N i g a r-- 



 

Tez ol! Əhvalım yamandır. 

Mən iztirab içindəyəm. (2 dəfə) 

Nədir bu dərd, nədir bu qəm? 

Gərək kəsək o əlləri.... 

Bu həyasız, bu həyasız xanlardan bir gün 

Azad ola insan, insan, insan!  

 

N i g a r ı n  a r i y a s ı-- 



 

Hanı o günlərim,  

Səfalı dəmlərim? 

Yazıq Nigar, yazıq Nigar, 

Bütün bahar əsir ikən bu evdə sən

Nə sevgi var, nə yar. 

Yox ahuzarımı eşitdirən yara, 

Keçirdiyim həyat geçəm kimi qara; 

Dedim gələr bahar, 

Olar yanımda yar, 

O yarımdan məni ayırdı ruzigar. 



__________________Milli Kitabxana___________________ 

197 


 

Qəfəsdədir Nigar, 

Qəfəsdədir Nigar, 

Nə bir nəfər kömək verən, 

Nə dindirən, nə rəhm edən, 

Mənə. Bu eşq, bu məhəbbət, 

Əsiri-dami-zülmət; 

Bu dərdü qəm, bu möhnət, 

Bu ayrılıq, bu firqət, 

Bütün düşüncə, həsrət, 

Yazıq Nigara qismət! 

Eyvaz çıxır. 

 

N i g a r-- 



 

Eyvaz, amandır, 

Eyvaz durma, get Rövşənin yanına,  

Dayanmadan gedib, xəbər ver ona,  

Keçəl Həmzə gəlir Qır atı çalsın,  

Əvəzində xandan Nigarı alsın. 

 

E y v a z-- 



 

Həmin saat yola düşüm,  

Qanad açıb uçum, gedim. 

 

N i g a r, P o l a d, E y v a z-- 



 

Zəfər bizim, zəfər bizim olsun, olsun!... 

 

PƏRDƏ 


 

 

 



 


__________________Milli Kitabxana___________________ 

198 


 

ÜÇÜNCÜ PƏRDƏ 

 

X o r-- 


 

Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm. 

Quş keçə bilməz bu səngərlərin üstündən, 

Qəsd edə bilməz bu yerlərə heç bir düşmən. 

Qəhrəmanlar yurdu Çənlibel, 

Basılmaz bir ordu Çənlibel. 

Məskən saldıq Çənlibeldə, hey.... 

Əlbir olduq Çənlibeldə, 

Çənli-çənli, Çənlibeldə, Çənlibeldə hey.... 

Koroğlu vurdu, yıxdı, qırdı, 

Tökdü xan-paşaları; 

Azad etdi yoxsulları, 

Qurtardı dərddən, qurtardı qəmdən, 

Dərddən, qəmdən, zalım xanların zülmündən, 

Zalım xanların zülmündən, hey!... 

Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm, 

Quş ötə bilməz bu səngərlərin üstündən, 

Qəsd edə bilməz bu yerlərə heç bir düşmən. 

Qəhrəmanlər yurdu Çənlibel, 

Basılmaz bir ordu Çənlibel, 

Çənli bel, Çənli bel.... 

Məskən saldıq Çənlibeldə, hey.... 

Düşmən vurduq Çənlibeldə, hey.... 

Əlbir olduq Çənlibeldə, Çənlibeldə, Çənlibeldə hey.... 

Koroğlu vurdu, yıxdı, qırdı, 

Tökdü xan-paşaları,Azad etdi yoxsulları, 

Qurtardı dərddən, qurtardı qəmdən, 

Dərddən, qəmdən, zalım xanların zülmündən, 

Zalım xanların zülmündən, hey!... 

 

K o r o ğ l u-- 



 

Darmadağın eyləmişəm xanın qoşunlarını,  

Ölkəsini dağıtmışam, almışam canlarını,  



__________________Milli Kitabxana___________________ 

199 


 

Talan edib qoymamışam daş üstündə daşını,  

Həsən xanlar ala bilməz Kor oğlunun başını.  

Mərd igidlər nərə çəksin davada.... 

 

X o r-- 


       

Hey!... Hey!...  

 

K o r o ğ l u-- 



 

Şikar etsin tərlan kimi havada,  

Dövran etsin misri qılınc davada,  

Bağırsaq cəmdəyə dolanmaq gərək. 

 

X o r-- 


       

Hey.... Hey!... (2 dəfə)  

 

K o r o ğ l u-- 



 

Dövran etsin misri qılınc davada,  

Bağırsaq cəmdəyə dolanmaq gərək.  

Koroğludur içən düşmən qanını,  

Nərəsindən davalarda tanını.  

Qırın vəzirlərin, tutun xanını,  

Leş-leş üstə bir-bir qalanmaq gərək.  

Qırın vəzirlərin, tutun xanını,  

Leş-leş üstə bir-bir qalanmaq gərək. 

 

X o r-- 



 

Koroğlusan, mərd oğlusan, (2 dəfə)  

Sənsən məzlum xalqın dostu,  

Xanların qatil düşmanı,  

Cox sag ol!... 

 

K o r o ğ l u-- 



 

Xanlarından zülm görmüş ermənilər, gürcülər,  

Başlayıb üsyana; bizlərdən gəlib yardım dilər.  



__________________Milli Kitabxana___________________ 

200 


 

Ermənilər, gürcülər, kürdlər--bu miskin kəndlilər. 

Mən gətirdim bu camaat yoldaş olsun sizlərə,  

Xan cəfasından qaçanlar qoy qoşulsun bizlərə.  

Əlbir olsunlar bu yoxsullar bizimlə bir kərə,  

Müttəfiq qüvvətlə zərbə endirmək düşmənlərə,  

Qan içən düşmənlərə,  

Məhv edən düşmənlərə,  

Zülm edən düşmənlərə. 

 

X o r-- 



 

Hər kəs olsa yoxsuldan,  

Qaçmış olsa bəy-xandan,  

Gəlsin, hər nə məzlum var,  

Gəlsin, Çənlibeldə yeri var.  

Gəlsin, hər nə məzlum var,  

Gəlsin, Çənlibeldə yeri var, hey!... 

 

K o r o ğ l u-- 



 

Çənlibeldə zülm olmaz,  

Burda xan-bəy yaşamaz.  

Azad olmaq istəyən gəlsin,  

Rahat olmaq istəyən gəlsin.  

Azad olmaq istəyən gəlsin,  

Rahat olmaq istəyən gəlsin. 

 

H a m ı-- 



 

Burda hər kəs qardaşdır, 

Bir-birilə yoldaşdır. 

Böylə bir söz verdik, 

Əhdi-peyman etdik; 

Mülkədara qarşı, zülmkara qarşı, 

Hiyləgərə qarşı saldırmaq, məhv etdirmək. 

 

K o r o ğ l u-- 



       

Hey ... saldırmaq, məhv etdirmək.  

 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə