Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə47/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

__________________Milli Kitabxana___________________ 

201 


 

X o r-- 


 

Cümlə mülkədarı, cümlə zülmkarı,  

Cümlə hiyləkarı məhv etdirmək. 

 

H ə m z ə  b ə y-- 



 

Yandım, allah (2 dəfə)  

Ver bir içim su.... 

 

X o r-- 



       

Kimdir bu, kimdir bu?  

 

H ə m z ə  b ə y-- 



 

Mən yazığam, siz mənə rəhm edin,  

Mən fağıram, siz mənə rəhm edin.  

Bir kəsim yox, siz mənə rəhm edin.  

Mənə gəlin rəhm edin, rəhm edin.... 

 

X o r-- 



 

Rədd ol get! 

 

H ə m z ə  b ə y-- 



 

Yazığam. 

 

X o r-- 


 

Rədd ol get! 

 

H ə m z ə  b ə y-- 



       

Yazığam.  

 

X o r-- 


       

Hiyləgər, rəzil adam, rədd ol get!  

 



__________________Milli Kitabxana___________________ 

202 


 

H ə m z ə  b ə y-- 

 

Yazığam. 



 

X o r-- 


 

Rədd ol get! 

 

H ə m z ə  b ə y-- 



 

Yazığam. 

 

X o r-- 


 

Bədsifət, səfil adam. 

 

H ə m z ə  b ə y-- 



 

Mən yazığam, rəhm edin siz mənə,  

Gəlin mənə rəhm edin bir kərə.  

Mən fağıram rəhm.... 

 

K o r o ğ l u-- 



 

Dayan! Kimsən, nəçisən, sənətin nədir?  

Bura belə gəlməkdə məqsədin nədir? 

 

H ə m z ə  b ə y-- 



 

 

Sənətim atlara baxmaqdır,  



Bu yolda çox mahirəm.  

Xanların zülmündən qaçmışam,  

Sənə, sənə mailəm. 

 

K o r o ğ l u-- 



 

Aparın bunu tövləyə, 

İş görsün orada fəraqət; 

Hər gün, hər gecə Qıratı  

Bəslətsin, eyləsin rahət. 



__________________Milli Kitabxana___________________ 

203 


 

 

X o r-- 



 

Rövşən, sən əbəs yerə eylədin bunu qəbul,  

Səndən çıxmayan bir iş, ehtiyatsız bir üsul....  

Bəlkə xan tərəfindən gəlmiş olsun bu füzul. 

 

K o r o ğ l u-- 



 

Cəsus olsaydı əgər, verərdi xəbər Nigar,  

Bunda olsaydı xətər, Nigar eylərdi xəbər,  

Gözləyir o yar məni, gözləyir Nigar məni,  

Düşdü yadıma Nigar, getdi əldən ixtiyar.  

Sən çək orda min cəfa,  

Biz görək burda səfa, ax....  

Gəl, Nigar!... 

Sevdim səni mən, ey Nigarım,  

Rəna gözəlim, şən baharım.    

Sevdim səni, canan!  

Lakin zülmükar xan, 

Xalqın qatil düşməni  

Əsir etmişdir səni.  

Ondan müşküldür ayrı düşmək,  

Lakin çətindir bu görüşmək.  

Oldum bu yolda mən  

Öz-özümə düşmən,  

Ayrı düşdüm səndən,  

Mən ayrı düşdüm səndən, hey....  

Səndən mən, hey.... Səndən mən, hey ... səndən mən!... 

Dönmərəm bu yoldan,  

Xof etmərəm xandan,  

Məqsəddən keçmərəm, ölərəm, 

Keçərəm canımdan.  

Ölsün düşmən, bu üsyandan  

Qurtarmasın yaxasın.  

Dağılsın, kor olsun kainat,  

Onda nə zövq var, nə həyat.  

Bu aləm sevgilər, məhəbbət  

Yaratsın, yaratsın, hey!...  



__________________Milli Kitabxana___________________ 

204 


 

Sevdim səni mən, ey Nigarım,  

Rəna gözəlim, şən baharım.  

Sevdim səni, yarım,  

Sənsən mənim canım.  

Olmaz özgə sevgilim səndən,  

Ayrı səndən, ayrı səndən, 

Ayrı dusdum, Nigar!...  

X o r   (baslar)-- 

 

Gəlsin düdükçülər,  



Çıxsın oyunçular,  

Şadlıq edək bu gün,  

Həm çənlibelçilər. 

 

R ə q s 



 

X o r-- 


 

Əhdimiz üstə durduq, 

Burda biz qardaş olduq. 

Xanlara qarşı üsyan 

Tədbirini biz qurduq, qurduq, qurduq. 

 

H ə m z ə  b ə y-- 



 

Qırat mənimdir, 

Yansın Koroğlu, həm Nigar 

Mənimdir, yansın Kor oğlu, ha, ha, ha.... 

 

X o r-- 


 

Qırat oğurlandı, Qırat oğurlandı.  

Alçaq, xain insan. 

Qırat oğurlanmış, yırtıcı bir heyvan,  

Yırtıcı, qanmaz heyvan, heç çıxmaz yaddan,  

Apardı səni insafsız düşman, hey ... amansız düşman! 

Qırat, Qırat, Qırat!...  

 

PƏRDƏ 



 

 



__________________Milli Kitabxana___________________ 

205 


 

DÖRDÜNCÜ PƏRDƏ 

 

 



X a n ə n d ə q ı z-- 

 

Saqi, benure-bade bərəfruz came-ma (2 dəfə)  



Mütrüb, be gu ke, kare-cahan şod bekame-ma. (2 dəfə) 

Bekame-ma ... aman ey ... aman ey ...  

 

Q ı z l a r  x o r u-- 



 

Yarım hey ... yarım ey .... 

 

X a n ə n d ə  q ı z-- 



 

Aman ey ... aman, aman, bekame-ma, bekame-ma. 

 

Q ı z l a r  x o r u-- 



 

Əhsən qara saçlara, qara qaşlara

Qara gözlərə, qara xallara. 

Məcnun kimi yar məni saldı çöllərə, 

Saldı dillərə, yaman hallara, yaman hallara. (2 dəfə) 

 

X a n ə n d ə  q ı z-- 



 

Ma dər piyale əkse-ruxi-yar dideim,  

Ey bixəbər ze ləzzəte-şurbe-modame-ma.  

Aman ey, aman ey, aman ey....  

Yarım ey, yarım ey, aman ey, aman....  

Modame-ma, modame-ma. 

 

Q ı z l a r  x o r u-- 



 

Əhsən qara saçlara, qara qaşlara, 

Qara gözlərə, qara xallara. 

Məcnun kimi yar məni saldı çöllərə, 

Saldı dillərə, yaman hallara, yaman hallara. 

 



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə