Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə48/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

__________________Milli Kitabxana___________________ 

206 


 

R ə q s. 

 

Q ı z l a r  x o r u-- 



 

Gözəl xanım, sən mənim canım, naz eyləmə.  

Bizimlə sən bir şirin söhbət-saz elə,  

Kərəm qıl gəl, lütfünü bizdən az eləmə,  

Sən bir gülsən, gəl xəzanimi yaz elə,  

Naz elə, bala, saz elə, bala, yaz elə, bala, hey!... 

 

R ə q s. 



 

K o r o ğ l u n u n çıxışı.  

 

H ə s ə n  x a n-- 



 

Bu kimdir, nəçidir?  

 

E h s a n  p a ş a-- 



       

Aşığa bənzəyir.  

 

H ə s ə n  x a n-- 



 

İzinsiz girdin sən tez içəri,  

Səlam vermədin nədən ötəri? 

 

K o r o ğ l u-- 



 

Səlam verdim, səlamım almadılar,  

Səlam kəssin bəyi də, ya xanı da. 

 

H ə s ə n  x a n-- 



       

Aşıqsansa əgər, hünərini göstər.  

 

K o r o ğ l u-- 



 

Göstərim, izin verin. 

Çünki oldun dəyirmançı, 

Çağır gəlsin dən, Koroglu. Balam hey!... 




__________________Milli Kitabxana___________________ 

207 


 

Səni gördüm, aşiq oldum, 

Dərdə saldın canımı. 

Ala gözlər, dadlı sözlər, 

Qara qaşlar, işvə-nazlar.... 

Can alan yar tökdü nahaq qanımı, 

Nədir əmrin, tacidarım, sərvərim?... 

Nazlı yarım, gülüzarım, işvəkarım, hey.... 

Nədir əmrin, qəddi rəna dilbərim! 

Gecə-gündüz ayrılıqdan 

Yandım hicran dərdinə. 

Səni görsəm, nazlı yarım, 

Gedər əldən ixtiyarım. 

Səni görsəm, gülüzarım, 

İftixarım, nazlı dilbərim, hey.... 

Gərək aşiq yar yolunda 

Qalmasın can dərdinə. 

Ala gözlər, dadlı sözlər, 

Qara qaşlar, işvə nazlar.... 

Can alan yar tökdü nahaq qanımı. 

Nədir əmrin, tacidarım, sərvərim? 

Nazlı yarım, gülüzarım, işvəkarım, hey.... 

Nədir əmrin, qəddi rəna dilbərim?... 

Gecə-gunduz hey!... 

Gecə-gündüz ayrılıqdan yandım hicran oduna.  

Geçə-gündüz ayrılıqdan yandım hicran oduna.  

Səni görsəm, nazlı yarım,  

Gedər əldən ixtiyarım.  

Səni görsəm, gülüzarım,  

İftixarım, nazlı dilbərim, hey....  

Gərək aşiq yar yolunda  

Qalmasın can dərdinə.  

Ala gözlər, dadlı sözlər,  

Qara qaşlar, işvə nazlar....  

Can alan yar tökdü nahaq qanımı,  

Nədir əmrin, tacidarım, sərvərim?  

Nazlı yarım, gülüzarım, işvəkarım, hey....  

Nədir əmrin, qəddi rəna dilbərim?...  

 



__________________Milli Kitabxana___________________ 

208 


 

H a m ı-- 

       

Afərin!  



 

H ə s ə n  x a n-- 

       

Aşıq olmağına aşıqdır.  



 

E h s a n  p a ş a--       

Aşıq olmağına aşıqdır.  

 

X o r-- 



       

Qəzəlləmə söylə!  

 

K o r o ğ l u-- 



 

Koroğlunun Qıratını gözəllərəm mən çox 

(kənara) 

 

Görüm Qırat burdadır, ya yox!  



 

H ə s ə n  x a n-- 

      

Koroğlunu tanıyırsan?  



 

K o r o ğ l u-- 

           

Tanıyıram!  

 

H ə s ə n  x a n-- 



       

Qıratını tanıyırsan?  

 

K o r o ğ l u-- 



       

Tanıyıram!  

 



__________________Milli Kitabxana___________________ 

209 


 

H ə s ə n  x a n-- 

 

Sən indi ki, tanıyırsan,  



Bir gözəlləmə söylə, söylə! 

 

K o r o ğ l u-- 



 

Eşitsin xanlar, paşalar,  

Eşitsin bəylər, ağalar,  

Eşitsin xanlar, paşalar,  

Eşitsin bəylər, ağalar,  

Eşitsin arif atalar, 

Eşitsin şənin Qıratın (2 dəfə) 

Eşitsin şənin (2 dəfə)  

Eşitsin şənin Qıratın.  

Qanadlı quşdur, at deyil,  

Bir ildırımdır elə bil.  

Yeri, yatağı, oynağı  

Çənlibeldir Qıratın.  

Çənlibeldir, (2 dəfə)  

Çənlibeldir Qıratın.  

 

H ə s ə n  x a n-- 



 

Aşıq, tərifini etdiyin Qırat,  

Koroğludan bizə edilib sovqat.  

Neçə gündür ki, at tolamda yatır, 

Yeyir, içir və şıllaq atır, ha, ha, ha....  

 

K o r o ğ l u-- 



 

Ola bilməz bu iş, sən aldanmısan, 

Ayrı düşməz Qırat çün Koroğludan.  

 

H ə s ə n  x a n-- 



 

Polad, Qıratı get çıxar toladan,  

Onda görək, kimdir adam aldadan?  



__________________Milli Kitabxana___________________ 

210 


 

Aldatmış olsa məni Həmzə,  

Bəlkə, doğratdıraram onu tikə-tikə. 

 

E h s a n  p a ş a-- 



 

Aşıq, bir şikəstə! 

 

K o r o ğ l u-- 



 

Oxuram, baş üstə, baş üstə! 

 

Ç a l ı r. 



 

Nazlı yarım, vəslə çatdım. 

Keçdi hicran günləri. 

Aşiqəm mən, kuyi-dilbər

Vəsli-canan istərəm. 

Vəsli-canan, dərdi-hicran, (2 dəfə) 

Zülfü reyhan, qəlbi viran, 

Dil pərişan günləri. 

 

 

II 



 

Bir qanadsız bülbüləm mən,  

Dərdə düşmüş sünbüləm.  

Aşiqəm mən, kuyi-dilbər,  

Vəsli-canan istərəm,  

Vəsli-canan, vəsli-canan,  

Dərdi-hicran, vəsli canan,  

Zülfü reyhan, qəlbi viran,  

Dil pərişan günləri.  

 

X o r-- 



 

Yaxşı, yaxşı, bağla qolların.  

Möhkəm örtün qaçmaq yolların.  

Hər nə var silahını alın,  




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə