Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə56/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

__________________Milli Kitabxana___________________ 

240 


 

taxtabitidir. Bax, eşq vurub məni dəli edibdir! Ey nazənin sənəm! Bir ləhzə üzünü 

açıb mənə göstər. 

M i n n ə t  x a n ı m--Yox, bu səfər əlimə bax! Hələ üzümü görməzsən, ancaq o 

vaxt ki, mənim kəbinimi kəsdirərsən. Mən buraya gəldikdə bütün qonaqların içində 

üzümü açıb sənə göstərərəm ki, xalq sənin taleyinə həsəd aparsın! 

M ə r c a n  b ə y (kənara)--Vaxsey, anam qurban! (Ona) Ey  nazənin sənəm!  Bəs 

nə vaxt kəbinimizi kəsdirək? 

M i n n ə t  x a n ı m--Üç aydan sonra. 

M ə r c a n  b ə y--Vay, dədəm vay!... Üç aydan sonra! Yox, bu xoşbəxtlik məni 

dəli edəcəkdir! 

M i n n ə t  x a n ı m--Üç aydan sonra mənim kəbinimi kəsdir, mənim tərəfimdən 

hər kəsi istəsən vəkil elə, mənim adım Bədigülcamaldır. Üç aydan sonra qonaqların 

hazır olsun, mən öz adamlarım ilə gələcəyəm. Hələ ki, xudahafiz!... (Tez çıxıb gedir). 

M ə r c a n  b ə y--Yox, getmə, sən getsən mənim canım gedər. Uc aydan sonra ... 

uc ay, uc ay!... Ey fələk!... Mən sənə nə etdim ki, sən məni bu qədər xoşbəxt elədin? 

Yoxsa mənə satasırsan? Yox, yox! Satasma!... Bəli, getdi, getdi.... (Oxuyur) 

 

Getsən o qədər ağlaram, aləm olu dərya, 



Axırda olursan qərq o dəryayə, yavaş get!  

 

(Çağırır) Səfi! Səfi! 



 

S ə f i (daxil olur)--Bəy, nə buyurursan?    

M  ə r c a n  b ə y--Get, hamını buraya çağır. (Səfi gedir). Bəxtim qudurubdur, 

amma qorxuram içindən bir xəta çıxa.... Xeyr, nə xətası vardır?! Bir göyçək arvaddır 

rastıma çıxıbdır, alıram. (Nökərlər daxil olurlar). Ay uşaqlar, heç dünyada xoşbəxt 

adam görübsünüz? 

H a m ı--Xeyr, ağa! 

M ə r c a n  b ə y--Di görün! O xoşbəxt adam mənəm! 

H a m ı s ı--Allah səni həmişə xoşbəxt eyləsin! 

M ə r c a n  b ə y--Bu yavuqda mənim toyumdur. Taza arvad alıram, ona görə 

sizin hərənizə bir abbası pul bağışlayacağam. 

H a m ı--İltifatın artıq olsun! (Onlardan biri gülməyini saxlaya bilməyib 

pıqqıldayır). 

M ə r c a n  b ə y--Ha? Nə oldu? Nə üçün gülürsən? Mənə sataşırsan? 




__________________Milli Kitabxana___________________ 

241 


 

N ö k ə r--Xeyr, ağa, səni xoşbəxt görüb şadlığımdan gülürəm. 

M ə r c a n  b ə y--Qoçaq, sənə iki abbası verəcəyəm. (Hamı gülür). Siz nə ucun 

guldunuz?... 

H a m ı--Ağası xoşbəxt olan adamlar əlbəttə gülərlər. 

M ə r c a n  b ə y--Qoçaqlar, sizin də hərənizə iki abbası verəcəyəm. İndi hərəniz 

hər nə bilirsinizsə  oxuyun, mən də qulaq asım. (Nökərlər səs verib hərə bir şey 

oxuyur). Yox! Bu olmadı! Heyvan deyilsiz ki, uluyursunuz? Tək-tək oxuyun. 

B i r n ö k ə r--Ağa, istəyirsən mən sənə bir türk havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! 

(M u s i q i) 

 

N ö k ə r--Mən bir türkəm, dinim, cinsim uludur. (Oxuyub qurtarır). 



Q e y r i n ö k ə r--Ağa, istəyirsən mən sənə bir fars havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! 

(M u s i q i) 

 

N ö k ə r--Eşqin, eşqət  pənceyi darəd  ahəni. (Oxuyub qurtarır). 



A y r ı n ö k ə r--Ağa, istəyirsən mən sənə bir erməni havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! 

(M u s i q i) 

 

N ö k ə r (oxuyur).... 



S ə f i--Ara, istəyirsən mən sənə bir urus havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu görək! 

(M u s i q i) 

 

S ə f i (oxuyur)--Poy, lastoçka, poy! (Oxuyub qurtarır). 



B i r n ö k ə r d ə--Ağa, istəyirsən mən sənə bir gürcü havası oxuyum. 

M ə r c a n  b ə y--Oxu! oxu! 

(M u s i q i) 

 

N ö k ə r (oxuyur)— 



Qurban olum səni doğan anaya,  

Səni doğdu, məni saldı bəlaya.... 

M ə r c a n  b ə y--Bunlar hamısı çox gözəl, indi bizim öz Qafqaz havamızdan bir 

şey oxuyun!(M u s i q i) 

X o r-- 

Eşitmişik xanımı yola salmısan, (2 dəfə) 

Xanım getcək, kim, sən tənha qalmısan. 

Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy! 

 



__________________Milli Kitabxana___________________ 

242 


 

(M u s i q i) 

 

Biz sənin üçün çalıb, gülüb, oxuruq, (2 dəfə) 



Heç fikr etmə kim, sən tənha qalmısan. 

Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy! 

 

PƏRDƏ 


 

ÜÇÜNCÜ PƏRDƏ 

 

 



Həmin o t a q d a. Bu dəfə otaq bəzənib. Çox qonaqlar vardır. Bir tərəfdə tarzən 

və xanəndə oturub, musiqi çalınır. Pərdə qalxdıqda M ə r c a n  b ə y fəxir libas 

geyinmiş daxil olur. Onu görcək oxuyurlar. 

 

(M u s i q i) 



Q o n a q l a r-- 

Söylə bir görək, Mərcan,  

Bu nə toy, bu nə xərcdir? (2dəfə) 

Bəs sənin əvvəldəncə 

Arvadın yoxdurmu? (3 dəfə) 

Ey.... Minnət xanımı sən neylədin bəs? (2 dəfə) 

İndi tazadan arvad  

Alırsan Mərcan?!   (2dəfə) 

(M u s i q i) 

 

M ə r c a n  b ə y-- 



Allahın bəndələri,        

Minnəti boşadım mən.   (2dəfə) 

Kəbinin verdim onun

Özgəyə ərə getdi. (3 dəfə) 

Ey.... Kərbəlayı Qubad aldı Minnəti, (2 dəfə) 

Mən də alıram indi bir özgə arvad. (2 dəfə) 

B i r  q o n a q--Nə var, pullu adamsan, sən gündə üç arvad alıb, üçün də boşaya 

bilərsən. 

M ə r c a n  b ə y--A kişi, bu siz öləsiz, iş pulda deyildir, iş ürəkdədir. 

Q o n a q l a r--Doğrudur, doğrudur.  

M ə r c a n  b ə y--İndi, əziz dostlarım, axır o gün olubdur ki, (ağlamsınır)  mən 

öz ürəyim istəyəni tapmışam, mən öz muradıma  




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə