Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə59/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   55   56   57   58   59   60   61   62   ...   102

__________________Milli Kitabxana___________________ 

250 


 

S ə r v ə r. Sən o barədə arxayın ol, məndən başqa səni özgəsi ala bilməz, amma sən 

mən deyənə qulaq as! 

 

Bu halda S ə n ə m daxil olur. 



 

S ə n ə m. Bircə o gün ola idi ki, sizin toyunuzda süzə-süzə oynaya idim. 

S ə r v ə r. İnşaallah, bu yaxında oynarsan. 

S ə n ə m (sevinir). Necə? Yaxında toy eyləyirsənmi? 

S ə r v ə r. Yox, mən eyləmirəm, Rüstəm bəy Gülnazı özgəsinə ərə verir. 

S ə n ə m (bikef). Buy.... Başıma xeyir! Bu nə sözdür? O ər kimdir? 

S ə r v ə r. Bir qoca kişidir. 

S  ə n ə m. Buy!... Ağrım onun ürəyinə! Heç bunun kimi gözəl qız qoca kişiyə 

gedərmi? 

S  ə r v ə r. Zərər yoxdur, mən işi özgə cürə düzəldərəm. Gülnaz, sən bikef olma. 

Arxayın ol, kimin ixtiyarı var ki, yarı yarından ayıra bilsin. 

 

M u s i q i 



 

Ü ç ü  b i r  y e r d ə. 

 

Əcəb sözdür bu əfsanə, (2 dəfə)  



Düşübdür xəlqin ağzına.(2 dəfə)  

Gərək Məcnun, gərək Leyli  

Veribdirlər canın canə. (2 dəfə) 

 

Q a p ı döyülür. 



 

S ə n ə m. Ax, deyəsən ağa gəlir. (Yüyürüb qapıdan baxır). Ay aman, ağa gəlir; dur 

qaç! 

S ə r v ə r (tələsik). Gülnaz, hələ ki, xudahafiz. Sən mən deyəndən çıxma, atana başqa, 



söz demə. 

G ü l n a z. Xudahafiz. 

 

S ə r v ə r gedir.  



 

M u s i q i 

 

R ü s t ə m  b ə y (daxil olur). 



Qızım, sənə yaylıq alım!  

 

G ü l n a z. 



Al, dədə, qurbanın olum!  

 



__________________Milli Kitabxana___________________ 

251 


 

R ü s t ə m  b ə y. 

Qızım, sənə başmaq alım! 

G ü l n a z. 

Al, dədə, qurbanın olum!  

R ü s t ə m  b ə y. 

           Qızım, sənə corab alım!  

G ü l n a z. 

           Al, dədə, qurbanın olum!  

R ü s t ə m  b ə y. 

           Qızım, sənə tuman alım!  

G ü l n a z. 

           Al, dədə, qurbanın olum!  

R ü s t ə m  b ə y. 

Qızım, səni.... Qızım, səni....  

Qızım, səni ərə verim! 

 

G ü l n a z. 



Yox, dədə, qurbanın olum!  

Yox, dədə qurbanın olum! 

 

M u s i q i 



 

R ü s t ə m  b ə y (danışıq). Qızım, yox deyirsən? Sənin üçün bir ər tapmışam ki, bir ər 

tapmışam ki, dövlət nə dövlət, pul, saman kimidir! Özüdəcə abırlı bir kişidir. Hərçənd bir 

az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraq ilə axtarsan tapa bilməzsən! 

S ə n ə m. Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də! 

R ü s t ə m  b ə y. Ay qız, sən qıfılla, sən danışma, sən bu cür işləri anlamazsan, çünki 

sən bir heyvan layələmsən! 

S ə n ə m. Nə qədər heyvan olsam da, mən cavan qızımı qoca kişiyə ərə vermərəm! 

Heyf deyilmi? Vallah, bu saat onun dərdindən ölən cavanlar çoxdur ki, hər biri bir Yusif! 

R ü s t ə m  b ə y. Nə vaxt mən səni qoca kişiyə ərə versəm, getmə! Qız mənimdir, 

mən bilirəm: istərəm qocaya verərəm, istərəm cavana! (Qıza) Razısanmı, qızım? 

G ü l n a z. Nə deyirəm, mənim borcum ata sözünə baxmaqdır, özün bilərsən! 

R ü s t ə m  b ə y. Ağıllı qızım, gözəl qızım! Mən əvvəldən bilirdim ki, sən mənim 

sözümdən çıxmayacaqsan. Odur ki, kişiyə söz vermişəm,  




__________________Milli Kitabxana___________________ 

252 


 

indi o kişi bu gün buraya gələcəkdir və səni də görmək istəyəcəkdir. Mən sənə izn verirəm 

ki, sən gedib onun ilə görüşəsən. Get görüş və özün də danış, qorxma! 

S ə n ə m. Yəni batmış bu qədər çirkindir ki, adam qorxa da bilər? 

R ü s t ə m  b ə y. Ay qız, gəl sən danışma!  

S ə n ə m. Axı deyirsən ki, qorxma, mən də soruşuram ki....  

R ü s t ə m  b ə yAy qız, yum ağzını!  

S ə n ə m. Ağzımı yummamış, nə deyirəm ki?!  

R ü s t ə m   b ə y. Ay heyvan, danışma deyirəm!  

S ə n ə m. İndi mən nə deyirəm ki, acığın tutur.  

R ü s t ə m  b ə y. A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində! 

S ə n ə m. İndi mən nə deyirəm ki, pis söz demirəm ki?! 

R ü s t ə m  b ə y. Ay qız, kəs səsini! 

S ə n ə m. Səsimi kəsməmiş mən nə deyirəm ki.... 

R ü s t ə m  b ə y (lap bərkdən). Ay qız, de qoy işimizi görək! 

S ə n ə m. Mən nə qayırıram ki....  

R ü s t ə m  b ə y (daha bərk). A qız!... 

 

Bu əsnada q a p ı bərk döyülür.  



 

R ü s t ə m  b ə y. Durun gəlin bəri, yəqin kişi gəldi. 

 

H a m ı s ı durub gedir. 



 

M u s i q i  

 

M ə ş ə d i  İ b a d (daxil olur). 



 

Mən nə qədər, nə qədər qoca olsam da, 

Dəyərəm min cavana. 

Çörəyi yemərəm mən yavana. 

Yaxşı demərəm mən yamana, 

Qurban edərəm mən canana 

Malımı, pulumu, canımı mən. 

Gəl, xanım, gəl yanıma, 

Gəl, canım, gəl yanıma, 

Gəl, yarım, gəl yanıma. 

Gəl, mən ölüm, mən ölüm, mən ölüm gəl!... (2 dəfə) 

A quzum, gəl yanıma, 

Canımı verərəm mən yarıma. 



__________________Milli Kitabxana___________________ 

253 


 

Qurban edərəm mən canana 

Malımı, pulumu, canımı mən. 

 

M u s i q i  



 

Yenə təkrar "Gəl, xanım, gəl yanıma". 

 

M u s i q i  



 

R ü s t ə m  b ə y (daxil olur). 

 

Məşdi İbad, sən bizə xoş gəlib, bizi şad elədin!  



Bir de görüm nə oldu ki, nə oldu bizi yad elədin? 

 

M ə ş ə d i  İ b a d. 



 

A kişi, sən öl, mən səni hamıdan artıq yad elərəm,  

Sən qızı mənə vergilən, gör necə səni şad elərəm. 

 

Musiqi çalınır, i k i s i də oynayır.  



 

R ü s t ə m  b ə y. 

 

Söylə görüm bir mənə,  



Cib doludurmu pul ilən?  

Gəl sənə mən qız verim,  

Nə işin vardır dul ilən. 

 

M ə ş ə d i  İ b a d 



 

A kişi, sən öl, mən sənə  

Nə qədər desən pul verərəm,  

Sən qızı mənə vergilən,  

Gör necə səni şad elərəm. 

 

Musiqi çalınır, ikisi də oynayır. 



 

M ə ş ə d i  İ b a d. Pul verimmi?  

R ü s t ə m  b ə y. Vergilən!   

M ə ş ə d i  İ b a d. Qız verərsənmi?   

R ü s t ə m  b ə y. Verərəm!   

M ə ş ə d i  İ b a d. Tez verimmi?  

R ü s t ə m  b ə y. Vergilən!  



Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə