Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə57/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   53   54   55   56   57   58   59   60   ...   102

__________________Milli Kitabxana___________________ 

243 


 

çatmışam. Allah sizi də öz muradınıza çatdırsın. (Gözlərini silir). Mənim taza 

arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü 

mənə göstərsin. Təvəqqə edirəm ki, gəlin gələnə  qədər buradan bir yana 

tərpənməyin. Oturun burada, yeyin, için, kef çəkin; bu gün şadlıq günüdür, gərək şad 

olasınız. 

Q o n a q l a r--Yaşasın Mərcan bəy!...  

(M u s i q i.  Oxuyurlar) 

Şadlıqdan başqa ola bilməz işimiz,  (2 dəfə)  

Şükür allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)  

Arvad almaqda müzəffər olmuş Mərcan, (2 dəfə)  

Olmamış düşmən ona heç qalib hərgiz, (2 dəfə)  

Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə)  

Şükür allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə)  

M ə r c a n  b ə y--Sağ olun, qardaşlar, sağ olun! Mən gedirəm özümü bir qədər 

düzəldim, siz öz işinizə məşğul olun. 

Q o n a q l a r--Buyur! Buyur! (Mərcan gedir).  

B i r  q o n a q--Hanı xanəndə? Hanı sazəndə? A gədə, bizim üçün bir  bayatı-

kürd çal, xanəndə oxusun. 

T a r z ə n bayatı-gürd çalır,  xanəndə oxuyur, meyxana deyirlər,  qumar 

oynayırlar. 

(M u s i q i)  

X o r-- 

Aqil qardaşım, ayıl, bəsdir xəbidən, (2 dəfə)  

Yatma, dur gör nədir səni hamıdan baz edən, (2 dəfə)  

Aman, aman allah, aman, aman allah, allah amandır,  

İbrət eylə qeyrət eylə, gör nə zamandır. (2 dəfə) 

(M u s i q i) 

Bəsirət gözün açıb, bax bir cahanə! (2 dəfə)  

Əhli-elmə bax, gör necə dolub zəmanə! (2 dəfə)  

Aman, aman allah, aman, aman allah, allah amandır, (2 dəfə)  

İbrət eylə, qeyrət, eylə, gör nə zamandır. (2 dəfə) 

 

Musiqi rəngi çalınır. R ə q q a s  rəqs edir. Rəqs qurtardıqda qapıdan məşəllərin 



işığı görünür və zurna səsi eşidilir. 

 

Q o n a q l a r--Gəlin gəldi. (Gedirlər  qapıya). 



M ə r c a n  b ə y (tələsik daxil olur, yaxşı geyinmişdir)--Oy! (Üzünü yelləyir). 

Yox, deyəsən mən bu gecə tab gətirə bilməyəcəyəm. Vallah, arvadın vəhmi məni 

basıbdır. Puf! Nə istidir! 

 



__________________Milli Kitabxana___________________ 

244 


 

Qapılar açılır, səs-küy ilə gəlini gətirirlər. M i n n ə t  x a n ı m  üzü rübəndli gəlib 

ortada durur. M ə r c a n  b ə y  onun o tərəf bu tərəfinə keçir. 

 

M i n n ə t  x a n ı m--Mən  əhd eləmişdim ki, qonaqların içində üzümü sənə 



göstərim, indi əhdimə vəfa edirəm. 

 

Q o n a q l a r  xanımın ətrafına yığılırlar və diqqətlə tamaşa edirlər. Hamı  M i n 



n ə t ə  sakit baxır. Minnət xanım əvvəlcə çarşabını açır. Sonra başındakı yaylığını. 

Hər dəfə M ə r c a n  b ə y  tələsdiyini bildirir. Ayaqlarının birini götürüb o birini 

qoyur. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır. 

 

M ə r c a n  b ə y--Minnət! 



M i n n ə t  x a n ı m--Bəli! 

M ə r c a n  b ə y--Sənsən? 

M i n n ə t  x a n ı m--Bəli, mənəm, ... Mərcan! 

M ə r c a n  b ə y--Bəli! 

M i n n ə t  x a n ı m--Sənsən? 

M  ə r c a n  b ə y--Bəli, mənəm! Vay, dədəm vay!... Bu mənim öz əvvəlki 

arvadımdır. Ay camaat, bu Minnətdir! Yox, yox, belə  şey olmaz! Mənə sataşırlar. 

(Hamı mat, məbhut durur). Yox, mənə sataşmaq olmaz! Mənim kimi adamı aldatmaq 

olmaz! Kimdir, bu saat desin, bu oyunu mənim başıma gətirən, kimdir? 

 

Camaatı yara-yara K ə r b ə l a y ı  Q u b a d daxil olur.  



 

K ə r b ə l a y ı  Q u b a d--Mərcan bəy, dur üç min manatı bu saat ver, arvadı 

aparım evə. Bircə tez ol, başına dönüm, istəyirəm bu gun bir dükan yeri alım. 

M ə r c a n  b ə y (bərkdən)--Ay zalım balası zalım! Məni sən aldatdın. Mənim 

evimi yıxdın, hələ bir gəlib məndən pul da istəyirsən?! Ay camaat, məni tutmayın, bu 

kişini öldürəcəyəm. Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına 

bulaşdırım, bu mənim namusuma toxunan işdir. Tutmayın məni, hanı  mənim 

afserskim? Hanı, hanı?... 

K ə r b ə l a y ı  Q u b a d--Bu nə danışır, ədə, dəli olubsan nədir? Mənə kələk 

istəyir kəlsin.... Bu saat pulu ver, yoxsa kedib bu saat notariusu gətirrəm, evini 

yazdıraram. Zəhmət çəkib arvadını almışam! 

M ə r c a n  b ə y--Ay evin yıxılsın kişi, arvad buradadır, budur arvad, burda! 

K ə r b ə l a y ı  Q u b a d--Vay, dədəm vay!... Bəs mən aldığım arvad kimdir? 



__________________Milli Kitabxana___________________ 

245 


 

M ə r c a n  b ə y--Mən nə bilirəm kimdir! 

K ə r b ə l a y ı  Q u b a d--Qoy gedim bir arvadı gətirim bura. 

 

Gedir, c a m a a t qarnını tutub gülüşür. 



 

M  ə r c a n  b ə y--Niyə gülürsünüz? Mənə gülürsünüz? Mənə sataşırsınız? 

Namərdlər, siz hamınız bədzatsınız! (Gülüşmə). Juliksiniz, moşenniksiniz! Yox, yox, 

bu dərd məni öldürər. (Yıxılır stolun üstə.) 

K ə r b ə l a y ı  Q u b a d (daxil olur, yanında Gülpəri)--Bəs bu kimdir, sənin 

arvadın deyildirmi? 

M  ə r c a n  b ə y--Bu Gülpəridir, ay evini allah yıxsın! Sən arvadı  dəyişik 

salmısan. 

K ə r b ə l a y ı  Q u b a d--Vay, evim yıxıldı!... Allah sənin evini yıxsın, Mərcan 

bəy! Bu nə  kələk idi mənim başıma açdın! Ay camaat, mən öz arvadımı  kənddə 

qoyub, şəhərə qaçdım. Burada da bir arvad boğazıma keçdi. İki yüz manat da kəbin 

pulu yazdırmışam. Bəs mən dükan yeri alacaqdım. 

M ə r c a n  b ə y--Vay, sənin evin yıxılsın Kərbəlayı Qubad!... A kişi, bəs sən 

mənim arvadımı alırdın? 

 

Bir a r v a d əlində ağac, pərdə dalında qışqırıq sala-sala daxil olub, ucadan 



çığırır. 

 

A r v a d--Hanı o başı batmış  Kərbəlayı Qubad? A kişi, mənim üstümə arvad 



alırsan? A sənin saqqalın tökülsün! (Ağac ilə vurur Kərbəlayı Qubadı və bir-iki ağac 

da Mərcan bəyə  dəyir. Arvad gedə-gedə deyir). Görək, Kərbəlayı Qubad, hərgah 

sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. (Qonaqlar 

tutub, qoymayırlar vursun və arvadı yola salırlar). Mən gedirəm, sonra görüşərik, 

allah qoysa. 

 

A r v a d gedir. K ə r b ə l a y ı  Q u b a d və M ə r c a n  b ə y hərəsi bir tərəfdə 



oturub ağlayırlar. 

 

M i n n ə t  x a n ı m--Mərcan! Kefin necədir? Canın-başın sağdırmı? Məni 



satmaq istəyirdin, ay namərd! Məni! Di get, al payını. (Qubada). Sən saqqalından 

utanmadın, xalqın arvadını satın almaq istədin? Daha bir ayrı alış-veriş tapmırdın?! 

De al payını!... 

(M u s i q i) 

Q o n a q l a r-- 

 

Mübarək olsun toyun   



Sənin, Mərcan, ay Mərcan! (2 dəfə)  


Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə