Üzeyir hacibəYLİ



Yüklə 5,8 Mb.
Pdf görüntüsü
səhifə58/102
tarix08.07.2018
ölçüsü5,8 Mb.
#54336
1   ...   54   55   56   57   58   59   60   61   ...   102

__________________Milli Kitabxana___________________ 

246 


 

A kişi, bəs utanmadın?  

Belə bədnam oldun sən!   (2 dəfə) 

M ə r c a n  b ə y-- 

Nə bilim mən çarşabın....  

K ə r b ə l a y ı  Q u b a d-- 

Nə bilim mən çarşabın....  

M ə r c a n  b ə y-- 

İçinə kim girmişdir.  

K ə r b ə l a y ı  Q u b a d-- 

İçinə kim girmişdir.  

X o r-- 


Nə bilim mən çarşabın İçinə kim girmişdir.  

Mərcan, Mərcan, Kəblə Qubad, hey!... 

 

(M u s i q i) 



 

X o r-- 


Mübarək olsun toyun   

Sənin,  Mərcan,  ay  Mərcan! (2 dəfə)  

A kişi, bəs utanmadın?  

Belə bədnam oldun sən!  (2 dəfə) 

M ə r c a n  b ə y-- 

          

Nə bilim mən çadranın....  

K ə r b ə l a y ı  Q u b a d-- 

Nə bilim mən çarşabın....  

M ə r c a n  b ə y-- 

İçinə kim girmişdir. 

K ə r b ə l a y ı  Q u b a d-- 

İçinə kim girmişdir. 

X o r-- 


Nə bilim mən çarşabın  

İçinə kim girmişdir.  

Mərcan, Mərcan,  

Kəblə Qubad, hey.... 

 

PƏRDƏ 


 


__________________Milli Kitabxana___________________ 

247 


 

O OLMASIN, BU OLSUN 

 

 



4 MƏCLİSLİ OPERETTA 

 

 



Əfradi-əhli-məclis 

 

İŞTİRAK EDİRLƏR 



 

R ü s t ə m  b ə y--45 yaşında, borclu düşmüş bir bəy. 

G ü l n a z--15 yaşında, Rüstəm bəyin qızı ki, Sərvərə aşiqdir. 

S ə r v ə r --25 yaşında bir studentdir ki, Gülnaza aşiqdir. 

S ə n ə m--qulluqçu, dul arvad, 30 yaşında. 

M ə ş ə d i  İ b a d--50  yaşında, dövlətli bir tacirdir ki, Gülnazı almaq istəyir. 

H ə s ə n q u l u  b ə y--40 yaşında, millətpərəst,  

R z a  b ə y--40yaşında, qəzetçi, 

H ə s ə n  b ə y--40 yaşında, intelligent. Rüstəm bəyin aşnaları. 

Ə s g ə r--30 yaşında, qoçu. 

H a m b a l.   

M ə ş ə d i  Q ə z ə n f ə r--hamamçı. 

U s t a  M ə h ə r r ə m--dəllək. 

K ə r b ə l a y ı  N ə s i r--bazar əhli. 

H a m a m  x i d m ə t ç i l ə r i. 

Q o ç u l a r. 

B a z a r  a d a m l a r ı  v ə  s. 

 

 



 

 



__________________Milli Kitabxana___________________ 

248 


 

BİRİNCİ MƏCLİS 

 

 



R ü s t ə m  b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş  bir otaqdır. İçində stol, kürsü 

və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar. 

 

M u s i q i 



 

H a m ı. 

Nə sözdür kim, deyir məxluq (2 dəfə)  

Ki, Leyli oldu ğeyrə jap. (2 dəfə) 

 

M u s i q i 



 

Əbəs sözdür bu əfsanə, (2 dəfə)  

Düşübdür xəlqin ağzına. (2 dəfə)  

Gərək Məcnun, gərək Leyli  

Veribdirlər canın canə. (2 dəfə) 

 

M u s i q i 



 

Həqiqi aşiqin yoxdur (2 dəfə)  

Rəqibi, düşməni, xari. (2 dəfə) 

 

M u s i q i 



 

Əbəs sözdür bu əfsanə, (2 dəfə)  

Düşübdür xəlqin ağzına. (2 dəfə)  

Gərək Məcnun, gərək Leyli  

Veribdirlər canın canə. (2 dəfə) 

 

Pərdə enir. Hamı dağılır. S ə r v ə r ilə G ü l n a z qalırlar. Tarda segah çalınır, pərdə 



qalxır. 

  

S ə r v ə r (oxuyur). 



Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,  

Zülali-zövq şövqün təşneyi-didar olandan sor. 

G ü l n a z. 

Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma,  

Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor. 

S ə r v ə r. 

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,  

Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. 




__________________Milli Kitabxana___________________ 

249 


 

G ü l n a z. 

Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,  

Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor. 

S ə r v ə r. 

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,  

Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor. 

G ü l n a z (danışır). Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər? 

S ə r v ə r. Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm. 

G ü l n a z. Nə olub, söylə görək? 

S ə r v ə r. O olubdur ki, atan səni bir özgəsinə ərə vermək istəyir.... 

G ü l n a z (qorxu ilə). Kim deyir onu? 

S ə r v ə r. Mən deyirəm, doğru yerdən bilmişəm. 

G ü l n a z. Bəs atam mənə heç zad deməyibdir. 

S ə r v ə r. Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir, sənin borcun onun 

sözünə qulaq asmaqdır. 

G ü l n a z (acıqlı). Yox-yox, mən səndən başqa özgəsinə  ərə getməyəcəyəm; qoy 

məni öldürsün, mən səni sevmişəm, sənə də gedəcəyəm. 

S ə r v ə r. Axı o ər məndən dövlətlidir. 

G ü l n a z. Cəhənnəmə olsun. 

S ə r v ə r. Məndən gözəldir. 

G ü l n a z. Çox mənə lazımdır! 

S ə r v ə r. Məndən cavandır. 

G ü l n a z. İstər lap uşaq olsun, lazım deyildir. 

S  ə r v ə r (gülür). Yalan deyirəm, gözəlim Gülnaz! O kişi, doğrudur, məndən min 

kərrə dövlətlidir, amma özü qocadır, azından bir əlli yaşı vardır. Görsən qorxarsan. 

G ü l n a z. Bax, mən daha səbr edə bilmirəm: günü bu gün atama deyəcəyəm ki, mən 

səni sevnrəm və səndən başqasına ərə getməyəcəyəm. 

S  ə r v ə r. Yox, Gülnaz, heç elə eləmə! Sən mən deyənə qulaq as, yoxsa iş düz 

gətirməz. Mən bilirəm ki, sənin atan borclu düşübdür və pula da çox ehtiyacı vardır. O 

istəyir ki, bu qohumluqla o kişidən ki, adı  Məşədi  İbaddır, bir qədər pul yesin. Zərər 

yoxdur, qoy yesin. Sən atana heç bir söz demə  və söz açsa deyinən ki, özün bilərsən. 

Sonra sənin işin yoxdur, mən bu işə təhər çəkmişəm. 

G ü l n a z (bikef). Mən nə tövr razı olum ki, məni götürüb özgəsinə ərə versin. 




Yüklə 5,8 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə